MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə101/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   97   98   99   100   101   102   103   104   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



67 

67 


67 

67 


67 

67 


67 

67 


67 

analizatorların  iĢtirak  etdiyi  materialları  daha  yaxĢı  yadda 

saxlayıb  yada sala bilirlər. Həyatı faktlardan göründüyü kimi 

bu  tiplərə  təmiz  halda  çox  az  rast  gəlmək  mümkündür. 

Həyatda  ən  çox  qarıĢıq  tipə:  görmə-eĢitmə,  görmə-hərəki, 

eĢitmə-hərəki  tiplərə  rast  gəlmək  mümkündür.  Məhz  buna 

görə  də  təlim  prosesində  hafizənin  tipologiyasının  nəzərə 

alınması  zəruridir.  Təlim  fəaliyyəti  elə  təĢkil  edilməlidir  ki, 

ayrı-ayrı  tiplərə  mənsub  olan  Ģagirdlərin  hamısının 

mənimsəməsi üçün səmərəli Ģərait yaranmıĢ olsun. 



 

IV.10.4. Hafizə pozuntuları 

 

Hafizənin  fərdi  parametrləri  çox  geniĢ  diapazonda 

fərqlidir. Elə bu səbəbdən də  «normal hafizə» anlayıĢı qeyri-

müəyyəndir.  Məsələn,  bir  də  görürsən  ki,  yadasalma  adi 

hallarda olduğundan xeyli canlı, aydın, konkretdir və ən xırda 

detallar  belə  yada  salınır.  Bu  vəziyyət  hafizənin 



qiperfunksiyası  adlanır.  O,  adətən  güclü  təsir,  kəskin 

həyəcanlanma  və  bəzən  də  gipnoz  halında,  narkotik  maddə 

qəbul  etdikdə  təzahür  edir.  Emosional  tarazlığın  pozulması, 

inamsızlıq  hissi,  həyəcanlanma  hafizənin  qiperfunksiyasını 

istiqamətləndirir  və  yadasalmaya  təhrik  edir.  Ġnsan 

xoĢagəlməz və biabırçı hərəkətləri demək olar ki, unutmaqda 

gücsüzdür.  Belə  yadasalmanı  beyindən  çıxarmaq  praktik 

olaraq mümkün deyil. O, təkrar-təkrar xatırlanır, peĢimançılıq 

və təəssüf hissi (vicdan hafizəsi) yaradır. 

Daha  tez-tez  rastlaĢılan  hal  hafizə  funksiyasının 

zəifləməsi  ilə  əlaqədardır.  Mövcud  informasiyanın  yada 

salınması  qabiliyyəti  nisbətən  itir.  Onun  ilkin  təzahürü 

həminki  anda  lazım  olan  materialın  (tarix,  ad,  termin  və  s.) 

yada  salınmasının  nisbətən  zəifləməsi  –  reproduktiv 



seçiciliyin 

azalmasında 

özünü 

göstərir. 



Hafizənin 

zəifləməsinin  sonrakı  mərhələsi  onun  daha  da  güclənərək 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

68 



68 

amneziyaya  keçməsidir.  Onun  səbəbləri  sərxoĢluq,  zədələr, 

huĢsuzluq, yaĢlanma, Ģəxsiyyətin neqativ yönümdə dəyiĢməsi 

və bəzi xəstəliklər ola bilər. 

Amneziya  zamanı  əvvəlcə  informasiyanın  yada 

salınması,  sonra  isə  hafizənin  informasiya  ehtiyatı  toplamaq 

qabiliyyəti  itir.  Ġlk  növbədə  yaxın  zamanlarda  öyrənilənlər 

unudulur.  BaĢqa  sözlə,  yeni  məlumat  və  yeni  assosiasiyalar, 

daha  sonra  isə  həyatın  son  illərində  baĢ  verənlər  unudulur. 

UĢaq və gənclik illərində baĢ verənlər isə hafizədə daha uzun 

müddət  qorunur  və  xatırlanır.  Mürəkkəb  fikri  əməliyyatlar, 

kompleks qiymətləndirmə, yeriĢ və s. ilə əlaqədar hafizə daha 

tez pozulur. 

Təhrif 


olunmuĢ 

hafizə, 


səhv 

yadasalma 

(konfibulyasiya),  yalnız  bir  istiqamətli  yadasalma  hafizə 

aldanmaları  adlanır.  Onlar  adətən  güclü  istək,  meyl  və 

ödənilməmiĢ tələbat zamanı meydana çıxır. Məsələn, uĢaq ona 

verilən  konfeti  tez  yeyir  və  sonra  tam  səmimi  olaraq  bildirir 

ki,  o  konfet  yeməyib.  Onu  inandırmaq  (bir  çox  hallarda 

böyükləri də) praktiki olaraq mümkün olmur. Hafizə asanlıqla 

ehtirasın,  inam  və  meylin  quluna  çevrilir.  Məhz  buna  görə 

keçmiĢin  qərəzsiz, obyektiv xatırlanmasına az-az rast  gəlinir. 

Hafizə  aldanmaları  əsasən  özününkü  və  özgəninkini, 

həqiqətdə  olanlarla  eĢitdikləri,  oxuduqlarını  fərqləndirmək 

qabiliyyətini itirdikdə baĢ verir. Belə yadasalmaların dəfələrlə 

təkrarı 

nəticəsində 

tamamilə 

personifikasiya 

(özününküləĢdirmə)  yaranır.  Yəni  insan  tədricən  və  təbii 

olaraq  baĢqasının  fikrini  özününküləĢdirir.  Halbuki,  vaxtilə 

özü  onları  inkar  edirdi.  Bu  bir  daha  göstərir  ki,  hafizə 

təxəyyüllə,  fantaziya  ilə  sıx  əlaqədardır  və  psixoloji  reallıq 

adlanır.

  

 



Özünü yoxlamaq üçün sual və tapĢırıqlar 

 

1.Hafizə nəyə deyilir? 

2.Hafizənin insanın həyat və fəaliyyətində rolu nədən 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



69 

69 


69 

69 


69 

69 


69 

69 


69 

ibarətdir? 

3.Hafizə haqqında hansı nəzəriyyələr mövcud 

olmuĢdur? Onları Ģərh edin. 

4.Hafizənin hansı prosesləri vardır? 

5.Yaddasaxlama və onun növlərini Ģərh edin. 

6.Yadasalma və tanıma nədir? Onların fərqli 

xüsusiyyətlərini qeyd edin. 

7.Unutma prosesini Ģərh edin. 

8.Hafizənin növləri hansılardır? Onları Ģərh edin. 

9.Hafizənin tipləri barədə danıĢın. 

10.Hafizədə nə kimi pozuntular özünü göstərir? 



Referat, məruzə və müstəqil tədqiqat üçün 

mövzular 

 

1.

 



Hafizə hissi idrak prosesi kimi. 

2.

 



Hafizənin prosesləri. 

3.

 



Hafizənin əsas nəzəriyyələri. 

4.

 



Hafizənin tipologiyası. 

 

Ədəbiyyat 



 

Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji 

problemləri. – Bakı, 2004 



Əlizadə Ə.Ə. Ġdrak prosesləri və hisslər. Psixoloji 

məsələlər. – Bakı, 2006,səh. 33-81 



Məmmədov A.U. Məktəblilərdə hafizənin 

xüsusiyyətləri. – Bakı, 1974. 



Həmzəyev M.Ə. Pedaqoji psixologiya. – Bakı, 1991. 

Zinçenko P.Ġ. Neproizvolğnoe zapominanie. – M., 

1961 


Luriə A.R. Vnimanie i pamətğ. – M., 1975, s. 42-103. 

RubinĢteyn S.L. Osnovı obhey psixoloqii. V 2 t. – t.1. 

– M., 1989, s.300-344 



Smirnov A.A. Problema psixoloqii paməti. – M., 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə