www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
54
54
pronstrastvo. M., 1985. s. 21-34
Vekker A. M. Psixiçeskie proüessı. T. I. , L. – 1974,
s. 196-278.
Qleytman Q. Fridlund A., Raysberq D. Osnovı
psixoloqii. – S. Peterburq, 2001, s.252-
294
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
55
55
55
55
55
55
55
55
55
10-cu FƏSĠL
HAFĠZƏ
Qısa xülasə
Hafizə haqqında anlayıĢ. Ġnsanın duyub qavradıqlarının iz
salmadan getməməsi, beyində hifz olunması. Hafizə keçmiĢ
təcrübənin beyində nəqĢləndirilməsi, yadda saxlanması, yada sa-
lınması və tanınmasından ibarət idrak prosesi kimi. Hafizənin insan
həyatında əhəmiyyəti. Hafizə haqqında nəzəriyyələr: psixoloji,
fizioloji, biokimyəvi. Hafizə mərkəzi.
Hafizənin prosesləri: yaddasaxlama, yadasalma, tanıma,
unutma. Yaddasaxlama və onun növləri: məntiqi və mexaniki, qey-
ri-ixtiyari və ixtiyari, qısa müddətli və uzun müddətli, mnemonik
yaddasaxlama. Yadasalma və tanıma. Unutma və onun
xüsusiyyətləri; unutma tempi. Reminisensiya hadisəsi.
Hafizənin növləri və tipləri: Yadda saxlanılan materialın
növlərindən asılı olaraq hərəkət, surət, emosional və sözlü məntiqi
hafizə. Qısa müddətli, uzun müddətli və operativ hafizə.
Hafizənin tipləri: görmə tipi, eĢitmə tipi, hərəki tip,
qarıĢıq tip. Onların təlim prosesində nəzərə alınmasının əhəmiyyəti.
Hafizə pozuntuları.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
56
56
IV.10.1. Hafizə haqqında anlayıĢ
Ġnsanın duyub və qavradıqlarının, psixikasında baĢ
verənlərin hamısı izsiz ötüĢmür, müəyyən mənada orada hifz
olunur. Bəziləri isə ömürlük qalır. KeçmiĢdə baĢ verənlərin
psixikada "izi", iĢarələri, kodu, sürəti qalır. Bizlərdən hər
birimiz təsdiq edə bilərik ki, təkrarən duyduğumuz və
qavradıqlarımızı tanıyır və onu əvvəllərdə məhz o Ģəkildə
yaĢadığımızı söyləyərik.
Psixikanın mühüm universal xüsusiyyətlərindən biri də
informasiyanın fasiləsiz olaraq toplanması qabiliyyətidir. Bu
proses psixi fəaliyyətin bütün dövr və sahələrini əhatə etməklə
bir çox hallarda avtomatlaĢır, hətta az qala qeyri-Ģüuri
mahiyyət kəsb edir. Nümunə olaraq psixologiyada iki mötəbər
tarixi fakt kimi göstərilən hadisəni vermək istərdik.
Tamamilə savadsız qadın xəstələnir və həyəcanlı,
yüksək tonla mənasını özünun də baĢa düĢmədiyi yunan və
latın dillərində danıĢmağa baĢlayır. Məlum olur ki, uĢaqlıqda
o, keĢiĢin yanında qulluqçu iĢləmiĢdir. KeĢiĢ adətən antik
klassiklərin əsərlərindən pafosla parçalar oxuyarmıĢ. Qadın
isə qeyri-ixtiyari olaraq onları yadda saxlamıĢ, lakin
xəstələnənə qədər bunu heç özü də bilməmiĢdir.
Aptekdə gipnoz edilmiĢ Ģəxs dərmanların üzərindəki
yüzlərlə yazını, dərman adlarını əzbərdən söyləmiĢdir.
Halbuki onun tibblə heç vaxt bağlılığı olmamıĢdır.
Hafizə bütün canlılarda vardır. Hətta, bitkilərin də
yaddaĢının olması ilə bağlı elmi fikirlər söylənilir. GeniĢ
mənada, hafizəni canlı orqanizmin informasiyanı təsbit edən
anadangəlmə və həyatda qazanılan mexanizm kimi də
xarakterizə etmək olar.
Hafizə keçmiş təcrübənin beyində nəqşləndirilməsi,
yadda saxlanması sayəsində sonralar onun tanınma və yada
salınmasından ibarət mürəkkəb psixi fəaliyyətdir.
Hafizənin insan həyatında və fəaliyyətində əhəmiyyəti
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
57
57
57
57
57
57
57
57
57
olduqca böyükdür. Əgər hafizə olmasaydı hər Ģey insana
həmiĢə yeni görünərdi. Hafizə olmasaydı insan «əbədi olaraq
yeni doğulmuĢ uĢaq vəziyyətində qalardı» (Ġ.Seçenov). Bütün
psixi proseslərin ən mühüm xarakteristikası olan hafizə insan
Ģəxsiyyətinin vahidliyini və tamlığını təmin edir.
Hafizə və onun mexanizmləri ta qədim zamanlardan
mütəfəkkirlərin diqqətini cəlb edən bir problem olmuĢdur. Bu
baxımdan hafizənin psixoloji, fizioloji, biokimyəvi və s.
nəzəriyyələri meydana çıxmıĢdır. Hafizənin psixoloji
nəzəriyyəsində hələ vaxtilə Aristotelin irəli sürdüyü
assosiasiya anlayıĢı xüsusilə diqqəti cəlb edir. Bu anlayıĢ
bütün psixi törəmələrdə məcburi prinsip kimi irəli
sürülmüĢdür. Bu prinsipə görə əgər müəyyən psixi törəmələr
Ģüurda eyni vaxtda və ya bir-birinin ardınca meydana gəlirsə,
onların arasında assosiativ əlaqə yaranır və bu əlaqələrin hər
hansı bir ünsürü yenidən canlandıqda Ģüurda mütləq onun
bütün ünsürlərinin təsəvvürünü yaradır. Assosionistlər
obyektlərin məkan-zaman yaxınlığından, oxĢarlığından və
fərqindən asılı olaraq üç assosiasiya tipini ayırmıĢlar:
qonĢuluq üzrə, oxĢarlıq üzrə, əkslik üzrə. Bunların
yaddasaxlama və yadasalmada əsas rol oynadığını
göstərmiĢlər.
Hafizə haqqında fizioloji nəzəriyyənin əsasını
akademik Ġ.P.Pavlov qoymuĢdur. Bu Ġ.P.Pavlovun ali sinir
fəaliyyətinin qanunauyğunluqları haqqında təliminin əsas
müddəaları ilə sıx bağlıdır. BaĢqa sözlə, fizioloji nəzəriyyə
hafizənin fizioloji əsasını beyin qabığında müvəqqəti
əlaqələrin yaranması, möhkəmlənməsi və canlanması ilə
bağlayır.
Hafizə haqqında biokimyəvi nəzəriyyə tərəfdarları belə
hesab edirlər ki, beyində müəyyən üzvlərin möhkəmlənməsi,
hifz edilməsi və yada salınması proseslərinin mexanizmləri
əsasında xarici qıcıqlandırıcıların təsiri altında sinir
hüceyrələrində baĢ verən spesifik kimyəvi dəyiĢmələr durur.
Dostları ilə paylaş: |