MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə94/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   90   91   92   93   94   95   96   97   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



45 

45 


45 

45 


45 

45 


45 

45 


45 

          Appersepsiya  hər  Ģeydən  əvvəl  insanın  bilikləri  ilə, 

onun həyat təcrübəsi ilə, onun keçmiĢ fəaliyyəti ilə bağlı olur. 

Məsələn,  biz  bilmədiyimiz  bir  dildə  olan  sözü  qavrayarkən 

onu  tanımırıq,  ancaq  ana  dilində  o  qədər  də  səlis  tələffüz 

edilməyən sözü eĢitdikdə onu anlayırıq. 

           QavrayıĢ 

insanın  qarĢısına  qoyduğu  məqsədlə, 

fəaliyyətinin motivləri ilə və onun maraqları, Ģəxsiyyəti ilə də 

bağlı  olur.  Məsələn,  texnika  ilə  maraqlanmayan  bir  adam 

müxtəlif  konstruksiyaya  malik  olan  maĢınlarda  ancaq  zahiri 

fərqləri  qavrayır,  bir  sıra  digər  çox  sayda  olan  konstruksiya 

fərqlərini qavraya bilmir. 

          Appersepsiya  zamanı  insanın  emosiyaları,  onun 

yönəliĢliyi  mühüm  rol  oynayır.  Məsələn,  qorxu  ilə  bağlı 

yaranan  emosiya  qavrayıĢa  təsir  edir,  hətta  onu  dəyiĢdirir. 

«Ġlan vuran ala çatıdan qorxar» xalq məsəlində bu çox aydın 

görünür.  M.F.Axundovun  «Hacı  Qara»  komediyasında  belə 

bir səhnə var: Hacı Qaranın Arazın o tayından keçirilən qaçaq 

malını  ata  yükləyir,  yükün  də  üstündə  Kərəməlini  əyləĢdirir, 

atın da yüyənini verirlər Hacının əlinə. Hacı Qara yolda əylis 

ermənilərinə  rast  gəlir.  Hacı  Qara  əllərində  oraq  dayanan 

ermənilərin  quldur  olduğunu  söyləyir,  hətta  atəĢ  də  açır. 

Biçinlərin quldur kimi qavranılmasına səbəb xəsis bir adamın 

öz malını itirməsindən keçirdiyi qorxu hissi idi. 

         ġəxsiyyətin  yönəliĢliyi  də  qavrayıĢa  təsir  edir.  Gecə 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

46 



46 

yatarkən  ana  otaqda,  küçədə  olan  səslərə  heç  bir  reaksiya 

vermədiyi  halda,  uĢağın  yatdığı  tərəfdən  gələn  kiçik  bir  səsə 

dərhal  oyanır.  Bu  qavrayıĢla  Ģəxsiyyətin  yönəliĢliyinin 

iĢtirakı, appersepsiya hadisəsi ilə bağlıdır.  

 

IV. 9.3. QavrayıĢın təsnifi və növləri: 



 

QavrayıĢ bir neçə nöqteyi-nəzərdən təsnif olunur. 



1.  QavrayıĢ  prosesində  hansı  analizatorun  üstün  rol 

oynamasına görə; 



2.  Qavranılan  obyektin,  baĢqa  sözlə  materiyanın 

mövcudluq formasına görə; 



3. QarĢıda məqsədin olub-olmamasına görə. 

Birinci  bölgü  onunla  əlaqədardır  ki,  bəzən  qavrayıĢ 

prosesində  hansısa  bir  analizator  daha  üstün  Ģəkildə  iĢtirak 

edir.  Nəticədə  duyğularda  olduğu  kimi  qavrayıĢın  görmə, 

eĢitmə,  lamisə,  kinestezik,  iybilmə  və  dadbilmə  kimi  sadə 

növləri əmələ gəlir. Belə bir cəhəti qeyd etmək lazımdır ki, bu 

növlərə  təmiz  halda  çox  az-az  rast  gəlmək  olur.  Adətən 

qavrayıĢ prosesində müxtəlif duyğular birləĢir, birlikdə iĢtirak 

edir  və  mürəkkəb  qavrayıĢı  yaradır.  Məsələn,  Ģagird  mətni 

oxuyarkən  onun  qavrayıĢında  görmə,  eĢitmə,  kinestezik 

duyğular  birlikdə  iĢtirak  edir.  Daha  doğrusu  qavrayıĢın  bu 

növlərində  duyğudan  fərqli  olaraq  bir  deyil,  bir  neçə 

analizator iĢtirak edir.  

Ġkinci növ təsnifat isə, qavranılan obyektin, materiyanın  

mövcudluq  formasına  görə  aparılır.  Bu  baxımdan  qavrayıĢın 

məkan, zaman və hərəkət kimi mürəkkəb növləri mövcuddur. 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



47 

47 


47 

47 


47 

47 


47 

47 


47 

Məkan  qavrayıĢı.  Məkan  materiyanın  mövcudluq 

formasıdır. Məkanın qavranılması dedikdə cisimlərin obyektiv 

məkan  xüsusiyyətlərinin  və  münasibətlərinin  formasının, 

həcminin,  relyefinin,  fəzada  tutduğu  yerin,  uzaqlığının 

qavranılması baĢa düĢülür. 

        Məkanın qavranılmasında bələdləĢmə hərəkət analizatoru 

əsas  rol  oynayır.  Onun  köməyi  ilə  müxtəlif  analizatorlar 

arasında  əlaqə  yaranır.  Məkan  bələdləĢməsinin  xüsusi 

mexanizmlərinə  analizator  fəaliyyətinin  hər  iki  yarımkürə 

arasındakı  sinir  əlaqələrini:  binokulyar  görməni,  binaural 

eĢitməni, bimanual lamisəni, dirinik iybilməni və s.aid etmək 

lazımdır. ƏĢyaların məkan xassələrinin inikasında bütün qoĢa 

analizatorlar  üçün  xarakterik  olan  asimmetriya  mühüm  rol 

oynayır. 

       Cisimlərin  məkan  xüsusiyyətlərinin  beynimizdə  inikası 

mürəkkəb  prosesdir.  Məkan  qavrayıĢında  baĢlıca  olaraq 

görmə analizatoru iĢtirak edir. Lakin tədqiqat göstərmiĢdir ki, 

bu  mürəkkəb  prosesdə  təkcə  görmə  deyil,  bununla  birlikdə 

lamisə, əzələ-hərəkət duyğuları, bəzi hallarda eĢitmə duyğuları 

da  iĢtirak  edir.  Bu  duyğuların  birgə  və  qarĢılıqlı  fəaliyyəti, 

cisimlərin məkan xüsusiyyətlərini və münasibətlərinin tam və 

dəqiq  qavranılmasını  təmin  edir.  Məkanın  qavranılmasında 

həyat təcrübəsi də böyük əhəmiyyətə malikdir. 

 Cisimlərin  həcminin  qavranılması  onların  gözün  torlu 

qiĢasında  alınan  əksinin  böyüklüyündən  və  həmin  cisimlərin 

müĢahidəçinin  gözündən  nə  dərəcədə  uzaqda  olmasından 

asılıdır. Bununla bağlı olaraq uzaqda olan cisimlərin həcminin 

düzgün  qavranılması  iki  cür  mexanizmin:  akkomodasiya  və 

konvergensiya  vasitəsilə  həyata  keçirilir.  Akkomodasiya  göz 

büllurunun  əyriliyinin  dəyiĢməsindən  asılı  olaraq  onun  iĢığı 

sındırma  qabiliyyətinin  dəyiĢməsindən  ibarətdir.  Göz  bülluru 

qavranılan cismin yaxın və ya uzaqda olmasından asılı olaraq 




Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə