MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə93/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   89   90   91   92   93   94   95   96   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

42 



42 

O, həyat fəaliyyəti prosesində lamisə və hərəkət duyğularının 

görmə  duyğusuna  qoĢulması  nəticəsində  formalaĢır.  Belə  bir 

fakta diqqət yetirək. Kliniki müĢahidələr göstərir ki, kantuziya 

nəticəsində beyni  zədələnmiĢ xəstədə göz almacıqlarının tam 

hərəkətsizliyi əmələ gəldikdə, o ətrafda olan hər Ģeyi iĢıq seli 

kimi  duyur.  Predmetləri  qavraya  bilmir.  Lakin  müəyyən 

müalicə  aldıqdan  sonra  göz  almacıqlarının  hərəkəti  bərpa 

olunur. Ancaq bundan sonra predmetləri qavraya bilir. Bu fakt 

onu  göstərir  ki,  cisimlərin  qavranılmasında    görmə  duyğusu 

ilə yanaĢı hərəkət duyğusunun da iĢtirakı vacibdir. QavrayıĢın 

əĢyaviliyi, onun əĢyaviliyi deyilən keyfiyyəti ancaq bu zaman 

meydana çıxır. 

        QavrayıĢın  əĢyaviliyi  xüsusiyyəti  davranıĢın  tənzim 

olunmasında  mühüm  rol  oynayır.  Adətən  insan  əĢyaları 

onların görkəminə görə deyil, təcrübədə onlardan necə istifadə 

etdiyimizə,  onların  əsas  xassəllərinə  görə  xarakterizə  edirik. 

Bu  isə  qavrayıĢın  əĢyaviliyi  xüsusiyyəti  sayəsində  mümkün 

olur.  Məsələn,  biz  oyuncaq  tapançanı  həqiqi  tapançadan, 

yaxud  bir  quĢun  müqəvvasını  canlı  quĢdan  ayıra  biliriksə  və 

onlarla  müvafiq  Ģəkildə  davranırıqsa,  burada  qavrayıĢın 

əĢyaviliyi xüsusiyyəti özünü göstərir. 

        QavrayıĢın  digər  bir  xüsusiyyəti  isə  onun  tamlığıdır. 

QavrayıĢ  cisimlərin  ayrı-ayrı  xassələrini,  əlamətlərini  əks 

etdirən  duyğulardan  fərqli  olaraq  cisimlərin  tam  surəti  kimi 

təzahür edir. 

         QavrayıĢın  sabitliyi  onun  digər  bir  xüsusiyyətidir.  Qav-

rayıĢın sabitliyi qavranılan cismin surətinin, onun dərk edilmə 

Ģəraitinin  dəyiĢilməsinə  baxmayaraq,  sabit  qalmasında  ifadə 

olunur. Bu daha çox görmə qavrayıĢında özünü büruzə verir. 

Məsələn,  eyni  bir  karandaĢ  həm  20  sm,  həm  də  1  metr 

məsafədə böyüklük etibarı ilə eyni cür qavranılır. 

          Yaxud, biz qarĢımızdakı boĢqabı üstdən dairə Ģəklində, 

yandan  baxanda  isə  ellepis  Ģəklində  görməli  idik.  Lakin  biz 

onu  hansı  tərəfdən  baxmağımıza  baxmayaraq  dairə  Ģəklində 

qavrayırıq. Bu qavrayıĢın sabitliyi ilə əlaqədardır. 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



43 

43 


43 

43 


43 

43 


43 

43 


43 

          QavrayıĢın  sabitliyinin  həqiqi  mənbəyi  perseptiv 

sistemin fəaliyyətindən ibarətdir. Sıx meĢə Ģəraitində yaĢayan 

adamlar üzərində aparılan müĢahidələr göstərmiĢdir ki, həmin 

adamlara uzaqda olan obyektləri göstərdikdə onlar bu əĢyaları 

uzaqda olan əĢya kimi deyil, kiçik əĢya kimi qavramıĢlar. 

          QavrayıĢın  sabitliyi  anadangəlmə  bir  xüsusiyyət  deyil. 

Belə  bir  fakta  diqqət  yetirək.  UĢaqlıqda  gözləri  tutulmuĢ  bir 

insanın  görmə  qabiliyyəti  cərrahiyə  əməliyyatı  sayəsində 

bərpa edilir. Əməliyyatdan sonrakı ilk vaxtlarda ona elə gəlir 

ki,  10-12  metr  hündürlükdə  olan  pəncərədən  küçəyə  tullansa 

ona  heç  bir  ziyan  dəyməz.  Bu  o  deməkdir  ki,  həmin  adam 

aĢağıda  olan  obyektləri  uzaqda  olan  obyekt  kimi  yox,  kiçik 

obyektlər  kimi  qavramıĢdır.  Bu  qavrayıĢın  sabitliyinin 

pozulmasıdır. Yaxud da belə demək olar ki, perseptiv sistemin 

fəaliyyət  göstərməməsidir.  Müalicə  dövrü  keçir.  Perseptiv 

sistem fəaliyyətə baĢlayır, qavrayıĢın sabitliyi də bərpa olunur. 

         QavrayıĢın 



mənalılığı  xüsusiyyəti  də  qavrayıĢı 

xarakterizə edən baĢqa bir cəhətdir. QavrayıĢ zamanı yaranan 

obrazlar qıcıqlandırıcıların bilavasitə təsiri nəticəsində yaransa 

da,  bu  zaman  yaranan  surətlər  həmiĢə  müəyyən  məna 

əhəmiyyətinə malik olur. Ġnsanın qavrayıĢı təfəkkürlə, əĢyanın 

mahiyyətini  anlamaqla  sıx  Ģəkildə  bağlı  olur.  ƏĢyanı  Ģüurlu 

surətdə  qavramaq  onu  fikrən  adlandırmaq,  yəni  qavranılan 

əĢyanı  müəyyən  predmetlər  qrupuna  aid  etmək,  onu  sözdə 

ümumiləĢdirmək  deməkdir.  QavrayıĢ  obyekti,  hətta  bizə 

naməlum  olarsa,  biz  onun  məlum  predmetlərə  oxĢar  olan 

cəhətlərini  axtarır,  tapır,  onu  müəyyən  cisimlər  qrupuna  aid 

etməyə cəhd edirik. QavrayıĢ prosesində bu cür ilkin təfəkkür 

elementlərinin  iĢtirakı  qavrayıĢın  mənalılıq  kimi  xüsusiyyətə 

malik olduğunu göstərir. 

         QavrayıĢın  mənalılığını  əyani  Ģəkildə  görmək  üçün  iki 

mənalı adlanan Ģəkillərə baxmaq kifayətdir (bax, Ģəkil 12) . 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

44 



44 

 

                                           



              A                                              B 

 

ġəkil 12. QavrayıĢın mənalılığı 



 

ġəkil A-ya baxdıqda gah ağac, gah da insan silueti, Ģəkil 

B-yə  baxdıqda  isə,  gah  vaza,  gah  da  iki  adamın  profilini 

gördüyümüzü  söyləriksə,  elə  bu  qavrayıĢın  mənalılığı 

deməkdir. 

         Deyilənlərdə  əlavə  qavrayıĢın  seçiciliyi  və  strukturluğu 

kimi xüsusiyyətləri də var. 

         QavrayıĢ  fəal  bir prosesdir, belə ki,  qavrayıĢ  prosesində 

hərəki  sinirlər  fəalliyyətə  gəlir.    Bu  zaman  əllərin,  gözün, 

bədənin hərəkəti zəruriyyətə çevrilir. 



Appersepsiya.  QavrayıĢ  təkcə  qıcıqlandırıcılardan  asılı 

deyil,  həm  də  qavrayanın  özündən  də  asılıdır.  Qavrayan 

adamın  Ģəxsiyyətinin  xüsusiyyəti,  onun  qavranılan  obyektə 

münasibəti,  tələbatları,  maraqları,  arzu  və  hissləri  həmiĢə 

qavrayıĢda  bu  və  ya  baĢqa  Ģəkildə  özünü  büruzə  verir. 

QavrayıĢın  insanın  psixi  həyatının  məzmunundan, 

Ģəxsiyyətinin  xüsusiyyətlərindən  asılılığına  appersepsiya 

deyilir.  Appersepsiya  hadisəsi  də  qavrayıĢın  mühüm 

xüsusiyyətlərindəndir




Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə