www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
58
58
Hafizə mərkəzi harada yerləşir? Son illərdə aparılan
psixolo;i tədqiqatlar təsdiq edir ki, yadasalma və xatırlama
emosiya və motivasiya ilə sıx bağlıdır. Məlum olur ki,
informasiyanın möhkəmləndirilməsində psixikanın affektiv və
motivasiya fəallığını təmin edən qabıqaltı sahə əhəmiyyətli rol
oynayır. Bütövlükdə beynin psixi funksiyasının lokalizasiyası
hələ də tamamilə öyrənilməmiĢdir. Hələ də informasiyaların
beyində necə kodlaĢdırılması, deyək ki, görmə reseptorlarının
məlumatlarının necə və beynin hansı sahəsində qorunduğunu
tamamilə öyrənmək mümkün olmamıĢdır.
Beyində psixi funksiyanın necə lokallaĢdırılması
haqqında ilkin məlumatlar beyin travmaları almıĢ xəstələri
müĢahidə etməklə toplanmıĢdır. MüəyyənləĢdirilmiĢdir ki,
beynin arxa nahiyəsinin zədələnməsi görmənin, alın
nahiyəsinin zədələnməsi emosiyanın, sol yarımkürənin
zədələnməsi nitqin pozulmasına səbəb olur.
Lakin son zamanlara qədər çoxluğun təəccübünə səbəb
olan fakt ondan ibarət idi ki, yalnız heyvanlarda deyil, həm də
insanlarda da beynin böyük bir sahəsinin zədələnməsinə
baxmayaraq, hafizə pozulmur.
Qəbul edilən yeganə qanunauyğunluq ondan ibarət idi
ki, beynin daha çox zədələnməsi ilə hafizənin pozulması
arasında asılılıq mövcuddur. Bu kütlənin təsiri qanunu
adlanır. Yəni beyin toxumalarının pozulması nisbəti ilə
hafizənin pozulması nisbəti düz mütənasibdir. Hətta, beynin
cərrahiyyə yolu ilə 20 faizi götürüldükdə belə, hafizə itmir.
Elə bu səbəbdən də hafizə mərkəzinin lokalizasiyasının
olmasına Ģübhə yarandı. Bəzi psixoloqlar isə hesab edirdilər
ki, hafizə orqanı bütövlükdə beyindir.
Son vaxtlar baĢ verən iki elmi yenilik psixikanın
informasiya mərkəzinin dəqiq öyrənilməsinə ümidləri
artırmıĢdır. Birinci, müəyyənləĢdirilmiĢdir ki, beynin bir sıra
sahələrinə təsir göstərilməsi nəticəsində Ģüurda mürəkkəb
zəncirvari yadasalma baĢ verir. Yəni insan çoxdan
unutduqlarını xatırlayır. Cərrahiyyə əməliyyatından sonra
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
59
59
59
59
59
59
59
59
59
unutduqlarını
asanlıqla
yada
sala
bilir.
Ġkinci,
müəyyənləĢdirilmiĢdir ki, hafizə mərkəzi və ya hər halda
məlumatların qısamüddətli hafizədən uzunmüddətli hafizəyə
ötürülməsini tənzim edən sahəsinin fəaliyyəti yeni
informasiya daxil olanadək mümkün olmur. Bu mərkəz
«qippokamp» adlanır və beynin gicgah sahəsində yerləĢir.
Qippokampın iki tərəfli götürülməsindən sonra xəstələr
cərrahiyyə əməliyyatına qədər baĢ verənləri yada salır, lakin
əməliyyatdan sonra baĢ verənləri isə yada sala bilmirlər.
Əvvəllər toplanmıĢ informasiyaların harada qorunduğu sualı
hələ də öyrənilməmiĢ qalır.
Hafizə probleminin yekun həlli uzun illər boyu
psixologiya və fiziologiyanın mübahisə obyekti olmuĢdur.
Onun həlli beyində informasiya daĢıyıcısı olan fiziki təbiətinin
(molekullar, zülallar və s.) öyrənilməsi nəticəsində mümkün
olacaqdır.
IV.10.2. Hafizənin prosesləri
Yuxarıda
qeyd
olunduğu
kimi,
hafizənin
yaddasaxlama, yadasalma, tanıma və unutma kimi prosesləri
vardır.
Hafizə psixikanın funksional bütövlüyünün, üç
mühüm prosesin nəticəsində yaranır. Onlardan birincisi
yaddasaxlamadır. Bu prosesdə beynə daxil olan müxtəlif
informasiyaların təhlili, identifikasiyası və kodlaĢdırılması
aparılır. Hafizə prosesinin ikinci mərhələsi informasiyanın
hifz olunmasıdır. Prosesin üçüncü mərhələsi ixtiyari və ya
qeyri-ixtiyari yadasalmadır. Ġnformasiyanın yada salınmasını
haqlı olaraq hafizənin əsas funksiyası, insanın öz
təcrübəsindən istifadə edə bilməsinin əsası hesab edirlər.
Yaddasaxlama duyub qavradıqlarımızın beyində hifz
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
60
60
olunması prosesidir. Bu zaman yeni qavranılanların əvvəllər
əldə
etdiklərimizlə
əlaqələndirilməsi
yolu
ilə
möhkəmləndirilməsi baĢ verir.
Anlamadan asılı olaraq yaddasaxlamanın məntiqi və
mexaniki növləri mövcuddur. Məntiqi yaddasaxlamanın
əsasında anlama dayanır. Bu zaman insan öyrəndiklərini öz
sözləri ilə ifadə edə bilir. Mexaniki yaddasaxlama isə quru
əzbərləmə,
bəzən
mənaya
əhəmiyyət
vermədən
yaddasaxlamadır. Adətən mexaniki olaraq yadda saxlayan
Ģagird və ya tələbə materialın ayrı-ayrı hissələrini ayrılıqda
yada sala bilmir.
Ən fərdiləĢdirilmiĢ psixi hadisələrdən hesab olunan
hafizə çoxsaylı amillərdən: beynin xüsusiyyətlərindən,
mərkəzi sinir sistemindən, mühitdən, fəaliyyətin xarakterindən
və Ģəxsiyyətin növündən asılıdır. Məhz bu səbəbdən yadda
saxlamanın
ən
ümumi
qanunauyğunluqlarını
müəyyənləĢdirmək xeyli çətindir və daha çətini isə onun
səmərəli Ģəkildə idarə edilməsini öyrənməkdən ibarətdir.
Baxmayaraq ki, hafizənin təkmilləĢdirilməsi ilə bağlı çoxsaylı
metodikalar iĢlənmiĢ, tövsiyələr hazırlanmıĢdır.
Alman psixoloqu Q.Ebbinhauz materiala məna və
emosional
münasibətlərdən
asılı
olaraq
mexaniki
yaddasaxlamanın 16 qanunauyğunluqlarını özündə birləĢdirən
vahid sistem təklif etmiĢdir. Onlardan bir neçəsini nəzərdən
keçirək.
1. Ġnsana ilk dəfə təsir göstərən xarici təzyiqi o daha
güclü və uzunmüddətli yadda saxlayır.
2. Güclü emosional reaksiya doğurmayan, lakin
kifayət qədər mürəkkəb olan informasiya hafizədə hifz
olunmur.
3. Diqqətin mərkəzləĢdirilməsi nə qədər güclü olarsa,
yaddasaxlama da o qədər sürətli baĢ verir.
4. Çoxsaylı fakt və təəssüratların əvvəli və sonu daha
yaxĢı yadda saxlanılır.
5. Təkrar yaddasaxlamanın daha səmərəli yoludur.