www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
132
132
təbiət mənzərələri, insan gözəlliyi, incəsənət əsərləri, ecazkar
musiqi və s. insanda estetik hisslər doğurur. Estetik hisslərə
insan ictimai təcrübəni mənimsəməklə yiyələnmiĢdir. Ġnsan
üçün ən birinci estetik zövq mənbəi elə insanın özüdür.
Psixoterapiyada məhz insanın estetik hisslərinə təsir
göstərməklə onun psixi sağlamlığını bərpa etməyə, müalicəyə
çalıĢırlar. Bu mənada musiqi terapiya, art terapiya və
naturapsixoterapiyada musiqi, incəsənət əsərləri və təbiət
gözəlliklərindən müalicə vasitəsi kimi istifadə olunur. Deməli
estetik hisslər insan Ģəxsiyyətinin həm mənəvi, həm də psixi
sağlamlığının əsas Ģərtini təĢkil edir. Vaxtılə Aristotel
incəsənət əsərlərinin qavranılmasının insanın psixoloji və
fizioloji vəziyyətinə müsbət təsirini qeyd etmiĢ və bu halı
«təmizlənmə» (katarsis) adlandırmıĢdır.
Estetik hisslər insan psixikasına stenik təsir göstərməklə
orqanizmin funksiyasını aktivləĢdirir, bədəni gümrah edir.
Yumor, satira, təbəssüm, gülüĢ, həzz, heyran, həsəd və s.
estetik hisslər hesab olunur. Ġnsan hisslərin köməyi ilə ətrafda
baĢ verən hadisələrə münasibətini bildirir, baĢqaları ilə
qarĢılıqlı münasibətini tənzimləyir, həm də özünün psixoloji
sağlamlığını təmin etməyə cəhd göstərir. Ġnsanın estetik
hisslərinə əxlaqi, intellektual hissləri, eləcə də dünyagörüĢü və
yaĢadığı sosial mühit də təsir göstərir.
Praksis hisslər – insanın öz fəaliyyətinə bəslədiyi
emosional münasibəti ilə bağlıdır. Fəaliyyət prosesi insanda
həm müsbət, həm də mənfi emosional reaksiya əmələ gətirir.
Fəaliyyət prosesində, sərf edilmiĢ sayda yaranan razılıq və ya
narazılıq duyğusu praksis hisslər adlanır. Ġnsan fəaliyyətinin
hər bir forması praksis hisslərin obyekti ola bilər. Hər hansı
fəaliyyət prosesində qarĢıya çıxan maneələri aradan
qaldırdıqca, iĢin uğurla yerinə yetirilməsindən alınan razılıq
hissi praksis hisslərə aiddir. Dərs zamanı qarĢılıqlı əlaqənin
yaranması, izah olunan məsələnin Ģagirdlər tərəfindən aydın
baĢa düĢüldüyünü gördükdə, eləcə də pedaqoji refleksiyaya
müraciət edərkən keçirilən dərsdə məqsədə nail olunması ilə
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
133
133
133
133
133
133
133
133
133
bağlı müəllimin keçirdiyi hisslər praksis hisslər hesab olunur.
Praksis hisslər yaradıcı hisslər kimi təzahür edir.
Beləliklə fəaliyyət prosesində göstərilən səydən asılı
olaraq işin gedişinə və nəticəsinə bəslənən münasibətlə bağlı
baş qaldıran hisslər praksis hisslər adlanır. Fəaliyyətin, iĢin
mənimsənilmə səviyyəsindən asılı olaraq, praksis hisslər bəzi
hallarda iĢin gediĢi ilə bağlı, bəzi hallarda isə fəaliyyətin
nəticəsi ilə bağlı olur. Çətin tapĢırığın, məsələnin düzgün
həllinin tapılması ilə bağlı tələbənin keçirdiyi sevinc hissi
praksis hiss kimi xarakterizə olunur. Yaxud da problemin həlli
ilə bağlı uğursuz axtarıĢlardan yaranan həyəcan, gərginlik,
məyusluq və s. neqativ məzmunlu praksis hisslərdəndir.
Beləliklə, insanın Ģəxsiyyət kimi psixoloji portretinin
mühüm cizgiləri olan ali hisslər bir – birindən təcrid olunmuĢ
halda deyil vəhdətdə təzahür edir. Odur ki, insanın mənəvi
aləmini, idrak fəaliyyətini və Ģəxsiyyətini təzahür etdirən ali
hisslərin tərbiyə edilməsi və inkiĢaf etdirilməsi gənc nəslin
tərbiyəsi iĢinin mühüm tərəflərindəndir.
Özünü yoxlamaq üçün sual və tapĢırıqlar
1.
Hisslər nəyə deyilir?
2.
Hisslər duyğulardan nə ilə fərqlənir?
3.
Hisslərin obyekti və subyekti nədən
ibarətdir?
4.
Hisslərlə emosiyaların oxĢarlıq və fərqini
Ģərh edin.
5.
Hisslər insanın idrak fəaliyyətində nə kimi
rol oynayır?
6.
Hisslərin xarici ifadəsi özünü nələrdə
göstərir?
7.
Hisslərin əsas keyfiyyətlərini xarakterizə
edin.
8.
Hisslərin fizioloji əsasları barədə danıĢın.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
134
134
9.
Hisslərin hansı funksiyaları vardır? Onları
Ģərh edin.
10.
Hisslərin keçirilmə formaları hansılardır?
Onları Ģərh edin.
11.
Ali hisslər hansılardır? Onların hər biri
haqqında ayrılıqda danıĢın.
Referat, məruzə və müstəqil tədqiqatlar üçün
mövzular
1.
Hiss və emosiyalar psixoloji problem kimi.
2.
Hisslərin ekspresiyası.
3.
Hisslərin baĢqa idrak prosesləri ilə qarĢılıqlı
təsiri.
4.
Ali hisslər və onların insan Ģəxsiyyətinə
təsiri.
Ədəbiyyat
1.
Bayramov Ə.S. , Əlizadə Ə.Ə. Psixologiya
2-ci nəĢri. - Bakı 2002.
2.
Əlizadə Ə.Ə. Ġdrak prosesləri və hisslər.
Psixopedaqoji məsələlər. – Bakı,2006, səh. 252-337.
3.
Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin
psixoloji problemləri. Bakı 1998
4.
Əliyev R.Ġ. Psixologiya. - Bakı 2003.
5.
Ġzard K. Psixoloqiə emoüii. Moskva 2001.
6.
Nemov R.S. Psixoloqiə. Kniqa 1. - Moskva.,
1898.
7.
Qranovskaə R.M. Elementı praktiçeskoy
psixoloqii. - SPb. 1997.
8.
Mayers D. Psixoloqiə – Minsk, 2001, s. 530-
563
9.
Reykovskiy Ə. Gksperimentalğnaə
psixoloqiə gmoüii. – M., 1979.
10. Selğe Q. Stress bez distressa Moskva 1979