www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
136
136
14-cü FƏSĠL
ĠRADƏ
Qısa xülasə
İradə haqqında anlayış. Ġradi iĢ. Ġradi iĢ ixtiyari iĢin xüsusi
növü kimi. Ġradə qarĢıya qoyulmuĢ məqsədə nail olmaq üçün
subyektin öz fəaliyyət və davranıĢı zamanı rast gəldiyi çətinlikləri
aradan qaldırma prosesi kimi. Daxili və xarici maneələr və iradi iĢ
zamanı onların aradan qaldırılması. Ġradi iĢin funksiyaları.
İradi işin quruluşu. Sadə və mürəkkəb iradi iĢ. Ġradi iĢin
mərhələləri.
Şəxsiyyətin iradi keyfiyyətləri. Ġlkin iradi keyfiyyətlər: iradi
güc, təkidlilik. Ġkinci və ya törəmə iradi keyfiyyətlər: qətiyyətlilik,
cəsarət, özünü ələ almaq, inam. Üçüncü iradi keyfiyyətlər:
məsuliyyətlilik, intizamlılıq, iĢgüzarlıq, təĢəbbüskarlıq.
İradi qüsurlar: təqlidçilik, təlqinə qapılmaq, qorxaqlıq,
neqativizm, tərslik.
IV.14.1. Ġradə haqqında anlayıĢ
Ġnsan öz həyat və fəaliyyəti zamanı müxtəlif hərəkət və
iĢləri icra edir. Bunlardan bəziləri qeyri-ixtiyari, bəziləri isə
ixtiyari Ģəkildə baĢ verir.
Qeyri-ixtiyari hərəkətlər düĢünülmüĢ, Ģüurlu Ģəkildə
deyil, ya tamamilə dərk olunmayan və ya bir o qədər də dərk
edilməyən təhriklərin təsiri altında baĢ verir. Bu cür hərəkətlər
adətən impulsiv xarakter daĢıyır. Onların dəqiq planı olmur.
Psixologiyada qeyri-ixtiyari hərəkətlərə insanın qorxu,
çaĢqınlıq, heyrət, affekt halında olan və s. hərəkətləri aid
edirlər.
Ġxtiyari hərəkətlər isə məqsədlə bağlı, məqsədəyönəlmiĢ
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
137
137
137
137
137
137
137
137
137
hərəkətlərdir. Bu cür hərəkətləri yerinə yetirərkən insan öz
məqsədini həyata keçirmək üçün lazım olan əməliyyatları
əvvəlcədən təsəvvür edir. Bu cür hərəkətlər iradi xarakter
daĢıyır. Bu zaman insan qarĢısına çıxan maneələri aradan
qaldırmalı olur.
Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün subyektin
öz fəaliyyəti və davranışı zamanı rast gəldiyi çətinlikləri,
maneələri aradan qaldırma prosesinə iradə deyilir.
Ġradi iĢ zamanı insan iki cür maneələri aradan qaldırmalı
olur: daxili (subyektiv) və xarici (obyektiv) maneələr.
Daxili maneə insanın qarĢısına qoyduğu məqsədə nail
olmasını çətinləĢdirən istək və meyllərindən ibarət ola bilər.
Məsələn, Ģagird sabah müəllimə cavab vermək üçün
hazırlaĢmağa baĢlayır. Elə bu vaxt televizorda onun çoxdan
baxmaq arzusunda olduğu bir filmi nümayiĢ etdirəcəklərini
eĢidir. Bu zaman o, öz istəyini boğaraq qonĢu otağa keçib
dərsə hazırlaĢırsa daxili maneəni aradan qaldırmıĢ olur.
Xarici maneə isə insanın qarĢısına qoyduğu məqsədə
nail olmasını çətinləĢdirən obyektiv, onun istəyindən asılı
olmayan maneədir. Məsələn, Ģagird sabahkı dərsə hazırlaĢmaq
məqsədini qarĢısına qoyur. Bu zaman iĢıqlar sönür. ġagird öz
məqsədinə çatmaq üçün yaxınlıqda yaĢayan əmisigilə gedərək
dərsi hazırlayırsa xarici maneəni aradan qaldıraraq öz
məqsədinə nail olur.
Mətin iradəli adamlar qarĢılarına qoyduqları məqsədə
nail olmaq üçün hər cür maneəni aradan qaldıra bilirlər.
Ġradə – ali psixi funksiya kimi, insanın həyatı prosesində
formalaĢır. Ġnsan fəallığının xüsusi forması olan iradə
mürəkkəb psixi proses kimi vasitəli xarakter daĢıyır və ilk
növbədə nitqin köməyi ilə təĢəkkül tapır.
Ġradənin fizioloji mexanizmi baĢ-beyin yarımkürələri
qabığının
fəaliyyəti
ilə
əlaqədardır.
Ġ.P.Pavlovun
nəzəriyyəsinə görə, insanın iradəsi söz qıcıqlandırıcıları ilə
bağlıdır. Ġnsanın iradi davranıĢının fizioloji əsası birinci siqnal
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
138
138
sistemi ilə qarĢılıqlı təsirdə olan ikinci siqnal sistemidir. Ġradə
– psixikanın tənzimedici vəzifəsidir. Bu vəzifə insanın öz
davranıĢ və fəaliyyətini idarə etmək qabiliyyətində, qarĢısına
qoyduğu məqsədə nail olmaq iĢində rast gəldiyi maneə və
çətinlikləri aradan qaldırmaqda ifadə edilir. Ġradə - xüsusi
fəaliyyət forması kimi insandan öz davranıĢını qarĢısına
qoyduğu məqsədə müvafiq olaraq tənzim etməyi, onunla
rəqabətə girən baĢqa arzu və istəkləri ləngitməyi, boğmağı
tələb edir.
Ġradi iĢi mahiyyətinə görə, həm də ixtiyari iĢ kimi də
səciyyələndirmək olar. Çünki, hər bir iradi iĢ, baĢqa ixtiyari
iĢlər kimi qarĢıya məqsədin qoyulması ilə baĢlayır və onun
yerinə yetirilməsi ilə nəticələnir. Məsələn: eyni otaqda qalan
tələbədən A – çoxdan yatıb, B – isə yuxusu gəlsə də oturub
sabahkı seminar məĢğələsinə hazırlaĢır. Bu misallarda hər iki
tələbə müəyyən məqsəd əsasında hərəkət edir. Ona görə də,
hər cür sadə iĢi iradi iĢ kimi səciyyələndirmək olmaz. Yerinə
yetirilən iĢ o zaman, iradi iĢ adlandırıla bilər ki, orada
müəyyən iradi səy tələb olunsun.
Yuxarıdakı misalda, B-nin yuxusu gəlsə belə, oturub
seminara hazırlaĢması, iradi səy hesabına yerinə yetirilmiĢdir.
Ona görə də, bu cür iĢ iradi iĢ kimi səciyyələndirilir və ikiqat
ixtiyari adlandırılır.
Beləliklə, iĢin həm motivasiya tərzinə, həm də icra
mexanizminə görə ixtiyari olması onun psixoloji cəhətdən
iradi olmasının göstəricisidir. Beləliklə iradi iĢ mürəkkəb
xarakter daĢımaqla, ixtiyari iĢin xüsusi formasıdır. Ġradi iĢin
motivi insanın bilavasitə aktual tələbatları ilə müəyyən
olunmur.
İradi işin funksiyaları. Ġradə Ģəxsiyyəti xarakterizə edən
ən mühüm psixi keyfiyyət kimi 2 mühüm funksiyanı yerinə
yetirir: 1) təhriketmə funksiyası; 2) ləngitmə funksiyası.
Ġnsanın qarĢısına qoyduğu məqsədə nail olmaq üçün
çalıĢması, bu yönümdə mübarizə aparması, qarĢısına çıxan
maneələri dəf etməsi, eyni zamanda özünün aktual tələbatı ilə