www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
142
142
Ģəraiti, sosial mühit eləcə də, sinir tipi iradi keyfiyyətlərin
formalaĢmasında mühüm rol oynayır.
ġəxsiyyətin iradi keyfiyyətlərini 3 qrupda birləĢdirmək
olar:
1. İlkin iradi keyfiyyətlər – iradi güc, təkidlilik.
2 . Törəmə iradi keyfiyyətlər – qətiyyətlilik, cəsarət,
özünü ələ almaq, inam.
3. Üçüncü iradi keyfiyyətlər – məsuliyyətlilik,
intizamlılıq, iĢgüzarlıq, təĢəbbüskarlıq.
Ġradi keyfiyyətləri mənfi və müsbət olmaqla iki qrupa
bölmək olar. Müsbət iradi keyfiyyətlərə təkidlilik, qətiyyət,
cəsarət, özünü ələ almaq, məsuliyyətlilik, intizamlılıq, müs-
təqillik, səbrlilik və s. aid edirlər. Bunların hər birinin əksini
mənfi iradi keyfiyyətlər təĢkil edir. Mənfi iradi keyfiyyətlərə
iradi nöqsan kimi təqlidçilik, təlqinə qapılmaq, neqativizm,
tərsliyi də aid etmək olar.
Təkidlilik – qəbul edilmiĢ qərarın icrası zamanı qarĢıya
çıxan çətinlik və maneələrə qarĢı mübarizə aparıb, onlara
qalib gəlmək və mütləq məqsədə çatmaq əzmində təzahür
edir. Tərslik – isə iradi nöqsan kimi real Ģəraiti düzgün
qavrayıb qiymətləndirə bilməmək və dəyiĢmiĢ Ģəraitə çevik
münasibət bəsləyə bilməməkdə ifadə olunur. Tərslik çox vaxt
bilərəkdən öz inadından dönməməkdə özünü göstərir.
Qətiyyət – hər hansı məsələ ilə bağlı heç bir tərəddüd
etmədən, vaxtında düĢünülmüĢ qərar qəbul etməkdə ifadə
olunur. Qətiyyət – iradi keyfiyyət kimi iradi iĢin bütün
mərhələlərində özünü göstərir. Qətiyyətlilik – məqsəd
aydınlığı və inam hissi (yəqinlik) ilə sıx bağlıdır. Bu
keyfiyyətin əksini qətiyyətsizlik təĢkil edir. Qətiyyətsiz adam
üçün iradi iĢin bütün mərhələləri uzun və üzücü prosesə
çevrilir. Qətiyyətsizlik–inamsızlıq, zəiflik, qorxaqlıq və
məqsədin aydın dərk olunmaması və s. səbəblərlə bağlı olur.
Cəsarət – iradənin çox mühüm keyfiyyəti olub, iradi
iĢin icra mərhələsində özünü göstərən psixi xüsusiyyətdir.
Qəbul edilmiĢ qərarın icrası zamanı, tapĢırığın, iĢin
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
143
143
143
143
143
143
143
143
143
müvəffəqiyyətli həllindən ötrü qorxu hissinə qalib gəlmək,
təhlükəyə qarĢı getməkdə, risq etməkdə təzahür edir. Cəsarət
iradəni qüvvətləndirir və Ģəxsiyyətin hörmət və nüfuzunu
artırır. Özünəinam, məqsəd aydınlığı, ədalət cəsarətin
aktivatorlarıdır. Çox vaxt mərdlik, qəhrəmanlıq, igidlik,
hünərpərvərlik, mübarizlik cəsarətliliklə sinonim sözlər kimi
iĢlədilir. Cəsarətə əks olan keyfiyyət qorxaqlıqdır. Qorxaqlıq
– insanın motivasiya sahəsi ilə bağlı olub, sosial keyfiyyət
kimi, ətraf aləmdə baĢ verən hadisələrə münasibətdə özünü
göstərir.
Qorxaqlıq
–
inamsızlıqla,
cəsarətliliklə,
qətiyyətsizliklə çulğalaĢan keyfiyyətdir. Qorxu həm də
orqanizmin bioloji müdafiə reaksiyasıdır.
Özünü ələ ala bilmək əsasən Ģəxsin iradi iĢ zamanı
özünü ələ ala bilməsində, bütün fəaliyyətini qarĢıya qoyulan
məqsədin yerinə yetirilməsinə səfərbər etməsində, qorxuya
üstün gəlib, bütün maneə və çətinlikləri aradan
qaldırılmasında ifadə olunur. Ġradənin özünü ələ ala bilmək,
keyfiyyəti ən çətin situasiyada insan dözümlüyündə,
soyuqqanlılıq və təmkinliyində ifadə olunur.
Məsuliyyətlilik – mühüm iradi keyfiyyətlərdən biri
olub, Ģəxsin yerinə yetirdiyi fəaliyyət, davranıĢ və rəftarı
qarĢısında daĢıdığı cavabdehlik hissi ilə sıx bağlıdır.
Məsuliyyətliliyin əsasən borc hissinin, eləcə də cavabdehlik
hissinin inkiĢafı ilə bağlı olması, sosial-mənəvi-psixoloji
yetkinliyin göstəricisi kimi qəbul edilir.
İntizamlılıq – Ģəxsin qəbul edilmiĢ qayda və qanunlara
əməl etməsi ilə xarakterizə olunan keyfiyyətdir. Ġnsanın
fəaliyyət və ünsiyyət prosesində, mövcud sosial normalara,
etalonlara və s. hörmətlə yanaĢması, Ģəxsin intizamlı olmasını
bildirir. Görkəmli alman filosofu Ġ.Kant – nizam-intizamın
insanda vəhĢiliyi ləğvetmə vasitəsi olduğunu göstərmiĢdir.
Ġnsanların qrup və kollektiv Ģəraitdə birgə fəaliyyət
göstərməsi, baĢqa səbəblərlə paralel olaraq intizamlılıq
keyfiyyətinin dərk olunması ilə bağlıdır. Ġntizamlılıq –
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
144
144
Ģəxsiyyətin iĢgüzarlığı və sosiallığının göstəricisidir.
Ġntizamlılıq həm də əxlaqi qiymətdir.
İşgüzarlıq – mühüm iradi keyfiyyətlərdən biri olub,
baĢlanan hər hansı bir iĢi, fəaliyyəti tədriclə, ardıcıl olaraq,
axıra qədər icra etməkdir. ĠĢgüzarlıq, ardıcıllıq və icraçılıq bir-
birilə sıx vəhdət təĢkil edən keyfiyyətlərdir. Tənbəllik –
iĢgüzarlığın əksi hesab olunan xüsusiyyət kimi iradi zəifliyin
təzahür formasıdır.
Müstəqillik – insanın hər hansı fəaliyyəti heç bir kömək,
göstəriĢ olmadan həyata keçirmək qabiliyyətidir. O, əsasən
qərar qəbulunda və icra olunmuĢ iĢə görə cavabdehlikdə
özünü göstərir. Müstəqil adam məsuliyyət hissinə, tənqidi
ağıla, möhkəm əqidəyə və dərin inam hissinə malikdir.
Müstəqillik ən mühüm iradi keyfiyyət kimi iradi iĢin həm
intellektual, həm də icra mərhələsində təzahür edir. BaĢqa
iradi keyfiyyətlər kimi, müstəqillik də sosial həyat Ģəraitindən,
mühit və tərbiyədən asılı olaraq formalaĢan psixi
xüsusiyyətdir.
Müstəqilliyin əksini təqlidçilik və təlqinə qapılma təĢkil
edir. Təqlid baĢqalarının davranıĢını olduğu kimi yamsılamaq,
təkrar etməkdən ibarətdir. Təlqinə qapılmaq isə dərk etmədən
baĢqalarının təsiri altına düĢməkdir.
Səbrlilik. Psixologiyada iradənin təzahürü haqqında
danıĢdıqda, elə ilk növbədə səbirli olmaq baĢa düĢülür. Səbrli
olmaq – iradi güc, təkidlilik, özünü ələ almaq, inam,
dözümlülük kimi keyfiyyətlərlə vəhdətdə təzahür edir.
Azərbaycan Ģer kəhkəĢanının ən parlaq və sönməyən ulduzu
böyük Sabirin dediyi kimi:
Hansı bir müĢküldü kim, səbr ilə asan olmasın?
Patopsixologiyada psixi vəziyyət, iradəsizlik, fəaliyyətə
həvəs düĢkünlüyü iradənin patopsixologiyasıdır və buna
abuliya deyilir (yunanca: abulia - qətiyyətsizlik)
Zəif iradəlilik – məqsədəuyğunluğun və yüksək
niyyətlərin yoxluğudur. Zəif iradəlilər üçün özlərinin maraq
dairələrini geniĢləndlirmək faydalıdır. Ġradə «lazımdır»,
Dostları ilə paylaş: |