www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
152
152
Emosiyaların gücü. Burada emosional oyanmanın
intensivliyi və modallığı əsas götürülür.
Həyəcanlılıq. Psixologiyada ən çox həyəcanlılıq
altında qorxulu Ģəraitdə özünü göstərən emosional oyanıqlıq
baĢa düĢülür.
Qeyri-ixtiyari hərəkətlərin reaktivlik dərəcəsi.
Plastiklik və onun əksi olan rigidlik keyfiyyəti. Bu xassəni
insanın xarici təsirlərə nə qədərtez uyğunlaĢmasından (plas-
tiklik) və ya, əksinə, davranıĢ adət və mülahizələrinin nə qədər
ətalətli, dəyiĢkən olmamasından (rigid) bilmək olar.
Qeyd edilən xassələrin olub-olmadığını nəzər almaqla
insanların temperament tiplərini müəyyənləĢdirmək müm-
kündür.
Sanqvinik. Bu cür adamlar yüksək reaktivliyə malik
olurlar. Aktivliklə reaktivlik müvazinətdə olur. Diqqətini cəlb
edən hər Ģeyə canlı reaksiya verir. Mimikaları və hərəkətləri
canlə və ifadəlidir. Yüksək fəallığa malik olduğuna görə çox
iĢgüzar olur, hər bir yeni iĢə dərhal giriĢir, həmiĢə birinci
olmağa çalıĢır, yorulmadan uzun muddət iĢləyə bilir. Sanq-
viniklər həddindən artıq qayda-qanuna əməl edən olurlar.
Sürətli hərəkətə, çevik təfəkkürə, sürtli nitq tempinə malik
olurlar. Onlarda plastiklik yüksək olur. Hissləri asanlıqla bir-
birini əvəz edə bilir. DüĢdüyü yeni Ģəraitə asanlıqla alıĢır. Rast
gəldikləri adamlarla asanlıqla ünsiyyətə girə bilir, bir iĢdən
digərinə asanlıqla keçə bilirlər. Onlarda ekstravertlik yüksək
olur.
Xolerik. Sanqviniklərdə olduğu kimi xoleriklərdə də
senzitivlik aĢağı, reaktivlik və aktivlik yüksək olur. Lakin xo-
leriklərdə reaktivlik aktivliyi üstünlük təĢkil edir. Ona görə
də xoleriklər həddindən artıq hövsələsiz, tez özlərindən çıxan
olurlar.Onlarda plastiklik zəif, rigidlik yüksək olur. Bu iĢi
onlarda öz maraqlarını həyata keçirməyə yüksək cəhd, inad-
karlıq, dözümlülük mövcud olur. BaĢladıqları iĢi axıra qədər
yerinə yetirməyə meylli olurlar. Diqqətlərini keçirməkdə
çətinlik çəkirlər. Sanqviniklərdə olduğu kimi xoleriklərdə də
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
153
153
153
153
153
153
153
153
153
ekstravertlik yüksək olur. Müvazinətsiz olurlar.
Fleqmatik. Özlərini hər yerdə sakit aparırlar. Həd-
dindən artıq soyuqqanlıdırlar, qaradinməzdirlər. Uğursuzluğa
məruz qaldıqda buna əhəmiyyət vermirlər. ĠĢə dərhal gi-
riĢmirlər, lakin baĢladıqları iĢi axıra qədər yerinə yetirirlər.
Onlarda plastiklik aĢağı, rigidlik yüksək olur. Onların
mimikaları kasıb, ifadəsiz olur. Onlar öz diqqətlərini çətinliklə
keçirə bilirlər, yeni Ģəraitə çətinliklə alıĢırlar. Fleqmatiklərdə
daxili əksolunma yüksək olur. Təkliyi sevirlər. VərdiĢ və
adətlərini olduqca ləng dəyiĢə bilirlər. Bunlarla yanaĢı
fleqmatiklər olduqca iĢgüzar olurlar. Dözümlü və özlərini ələ
ala biləndirlər. Onlar asanlıqla özlərindən çıxması olmur. Yeni
adamlara çətin alıĢırlar.
Melanxolik. Onlarda senzitivlik, həssaslıq həddindən
artıq yüksək olur. Kiçicik bir iĢdən, hərəkətdən dərindən təsir-
lənirlər. Hədsiz dərəcədə küsəyəndir. Mimika və hərəkətləri
dərindən ifadəli deyildir. Səsləri zəif, hərəkətləri süstdür.
Onlarda özlərinə inam hədsiz dərəcədə aĢağı olur. Kiçik
uğursuzluq onlarda dərin, bəzən ciddi əhval pozğunluğu
yaradır. HəmiĢə baĢqalarının onların halına yanmalarına göz-
ləyirlər. Həddindən artıq təklikliyə qapılırlar. O tez ruhdan
düĢür, bəzən gücü çatan iĢi belə axıra qədər yerinə yetirmir.
Onlarda introvertlik yüksək olur.
Nəzərə almaq lazımdır ki, temperamentin təmiz bir
tipinə malik olan adam tapmaq çətindir. Hər bir adamda bu
tiplərin hamısının əlamətlərinə rast gəlmək mümkündür.
Lakin bunlardan birinin əlamətləri üstünlük təĢkil etdikdə
adamı həmin tipə aid edirlər.
Bütün bunlarla yanaĢı olaraq temperamentin bu tiplə-
rindən birini yaxĢı, digərini pis adlandırmaq olmaz. Hər tipin
özünəməxsus müsbət və mənfi cəhətləri vardır.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
154
154
V.15.4. Temperamentin fizioloji əsasları
Əvvəlki bölmədə qeyd olduğu kimi, temperament haq-
qında geniĢ yayılmıĢ, bütün dünya miqyasında qəbul edilən
üçüncü nəzəriyyə sinir sistemi nəzəriyyəsidir. Akademik Ġ.P.
Pavlov tərəfindən irəli sürülmüĢ bu nəzəriyyə ali sinir fəa-
liyyəti (ASF) sahəsində ən əsaslı kəĢflərdən biri olmuĢdur. Ġ.P.
Pavlov bu yolla temperamentin fizioloji əsasları haqqında
təlim yarada bilmiĢdir. Akademik Ġ.P.Pavlov belə bir qənaətə
gəlmiĢdir ki, temperamentin tipləri sinir sisteminin tiplərinə
əsasən formalaĢır. BaĢqa sözlə sinir sistemi tipləri
temperament tiplərinin fizioloji əsasını təĢkil edir. Sinir
sisteminin bu tipləri anadan gəlmə xarakter daĢıyır. Ona görə
də Ġ.P.Pavlov bu tipləri genotiplər adlandırmıĢdır.
Ali sinir sisteminin bu tiplərini müəyyənləĢdirmək
üçün akademik Ġ.P.Pavlov əsas sinir prosesləri olan oyanma
və ləngimənin üç xassəsini əsas götürmüĢdür: 1)oyanma və
ləngimənin qüvvəsi; 2) oyanma və ləngimənin müvazinət
dərəcəsi; 3) oyanma və ləngimənin mütəhərrikliyi.
Ġtlər üzərində apardığı uzunmüddətli tədqiqatlar əsa-
sında akademik Ġ.P.Pavlov ali sinir fəaliyyəti tiplərinin təs-
nifatını vermiĢdir. O, oyanma və ləngimənin güvvəsi
xassəsinə görə itləri güvvətli və zəif olmaqla iki yeə ayırmıĢ
və burada zəif sinir fəaliyyəti tipinin ayrıldığını qeyd
etmiĢdir. Oyanma və ləngimənin ikinci xassəsi olan
müvazinət dərəcəsinə görə qüvvətli xassəyə malik olan
heyvanların da iki yerə ayrıldığını göstərmiĢdir: cəld
(diribaĢ) və asta tip. Nəticədə ali sinir fəaliyyətinin heyvanlar
və insanlar üçün eyni olan aĢağıdakı tiplərinin olduğu aĢkarı
çıxarılmıĢdır: 1) zəif; 2) hövsələsiz ;
3) diribaĢ (cəld); 4) sakit.
AĢağıdakı Ģəkildə bu tuplərin necə yarandığını əyani
Ģəkiuldə görə bilirik.
Dostları ilə paylaş: |