www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
170
170
meylliliklə xarakterizə edilirlər. Buna baxmayaraq, onlar çox
vaxt iĢdə deyil, sözdə güclü olurlar. Özünə inam qərarsızlıqla
uyğunlaĢır. TanıĢ adamlar arasında özlərini daha yaxĢı hiss
edirlər.
7)
ġizoid tip - əsas xüsusiyyətlərindən biri
qapalılığıdır. Onların iç dünyası müxtəlif fantaziyalarla
zəngindir. Hisslərini biruzə verməkdə onlar kifayət qədər
təmkinlidirlər, heç də həmiĢə ətrafdakılar onları baĢa düĢmür.
Qaradinməz, bir iĢ olanda özünü kənara çəkəndir.
8)
Epileptoid tip – bu tipli yeniyetmələr tez-tez
ağlayırlar, ətrafdakıları təngə gətirirlər, xüsusən də erkən
uĢaqlıqda. Liçkonun qeyd etdiyi kimi, bu uĢaqlar həmçinin
heyvanlara əzab verməyi, özlərindən balacalara sataĢmağı,
köməksizləri lağa qoymağı sevirlər. UĢaq kompaniyalarında
özlərini diktator kimi aparırlar. Onların tipik xüsusiyyətləri -
qəddarlıq, hökmranlıq, özünə vurğunluqdur.
9)
Ġsteroid tip – bu tipin əsas əlamətləri – eqosentrizm,
Ģəxsən özünə daima diqqət duyğusudur. Bu cür
yeniyetmələrdə tez-tez Ģıltaqlığa, özünü göstərməyə,
teatrallığa meyl özünü biruzə verir. Onlar üçün ətrafdakıların
diqqətini özünə cəlb etmək və öz ünvanına ona məftun
olduqlarını, təriflədiklərini eĢitmək arzusu ən zəruri
ehtiyaclardan birinə çevrilir.
10)
Qeyri-sabit tip – bu tipi həmiĢə səhv olaraq zəif
iradəli, kütlədən seçilməyən bir tip kimi xarakterizə edirlər.
Onlarda əyləncələrə böyük həvəs meyli özünü göstərir.
11)
Konform tip – bu tipə aid olan yeniyetmələr hər
hansı avtoritetə sözsüz itaət nümayiĢ etdirirlər. “Hamı necə,
mən də elə” ideyasını əsas götürürlər. Öz Ģəxsi maraqları
naminə yoldaĢlarını satmağa hazırdırlar.
V. 16.4. Xarakter və Ģəxsiyyət
Xarakterin tiplərinin mövcud olan bütün konsepsiya-
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
171
171
171
171
171
171
171
171
171
larının çox ciddi bir çatıĢmazlığı var. Məsələ ondadır ki, hər
bir insan fərddir və heç də həmiĢə müəyyən bir tipə aid
edilməyə bilər. Çox vaxt eyni insanda xarakterin ən müxtəlif
əlamətləri kifayyət qədər inkiĢaf etmiĢ olur. Praktik olaraq,
xarakterin tiplərinin bütün təsvirlərində ən müxtəlif cinsli və
ya daha düzgün desək ən müxtəlif qəbildən olan
xüsusiyyətlərinin birləĢməsini tapmaq olar.
BaĢqa cür desək, onlarda bütöv Ģəkildə həm xarakterin,
həm də Ģəxsiyyətin xüsusiyyətləri mövcuddur. Məsələn, Ģizo-
idlərin xarakteristikasını verərkən E.Kreçmer formal, yəni
davranıĢın yönümündən asılı olmayan (xarakterin xüsusiy-
yətləri): ünsiyyətsizlik, təmkinlilik, ciddilik, qorxaqlıq, sen-
timentallıq kimi xüsusiyyətləri, o biri tərəfdən isə daha
məzmunlu, Ģəxs əsaslı “insanları xoĢbəxt etməyə çalıĢmaq”,
“nəzəriyyəbaz prinsiplərə meyl”, “sarsılmayan əqidə möh-
kəmliyi”, “baxıĢlarının təmizliyi”, öz ideyaları uğrunda müba-
rizəyə mətin olaraq çalıĢmaq və s. kimi xüsusiyyətləri sada-
layır.
P.B.QannuĢkinin paranoyyalı tiplərə verdiyi təsvirdə
həmçinin psixoloji xarakteristikaların – dinamikliyindən
tutmuĢ dünyabaxıĢına qədər bütün xüsusiyyətlərini tapmaq
olar.
Bu cür misalları çoxaltmaq da olar. Xarakterin tiplərinin
təsvirinə daxil olan "müxtəlif tipli” əlamətlər tamamilə
təbiidir. Amma Gippinreyterin fikrincə xarakterin tam,
təsvirlərinin geniĢ təhlilə ehtiyacı var, lakin xarakterin
təsvirinin müəllifləri bunu etmirlər.
Psixoloji ədəbiyyatda Ģəxsiyyətin xarakterlərinin forma-
laĢması haqqında ümumi nəzəriyyənin iĢlənib hazırlanması
haqqında çox maraqlı və dəyərli təcrübələr var. Buna biz
təxminən yüz il bundan əvvəl yazılmıĢ A.F.Lazurskinin
əsərlərində rast gəlirik. A.F.Lazurski “endopsixika və ekzo-
psixika” anlayıĢlarını təsdiq etmiĢdi. “Endopsixika” anlayıĢı
dedikdə o xarakter, temperament və əqli qabiliyyətlərin də aid
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
172
172
edildiyi daxili psixi (psixofizioloji) funksiyaların məcmuunu
nəzərdə tutur. ġəxsiyyətin münasibətini – təbiətə, cəmiyyətə,
mənəvi dəyərlərə münasibətlərinin cəmini isə o “ekzo-
psixika”ya aid etməyi təklif edir. ġəxsiyyətin yetkinliyinin
müxtəlif dərəcələrini nəzərdən keçirərək Lazurski onları üç:
aĢağı, orta yüksək (ali) səviyyələrə ayırır. Səviyyələr arasında
fərqin əs.gasını o endopsixikadan ekzopsixikaya keçiddə
görür.
AĢağı səviyyənin nümayəndələrini Lazurski aĢağıdakı
tiplərə bölür: “dərrakəli”, “tez qızıĢan”, “fəal”. Ehtimal ki,
burada təsnifat müəyyən Ģəxslərin necə hərəkət etdikləri və
necə yaĢadıqlarının əlamətlərinə görə aparılır. Müəllif ali
səviyyəyə insanları aparıcı fəaliyyət növlərində iĢtirakına görə
müəyyən edir. Ali səviyyəyə aid olan Ģəxsiyyətlər nəyə əsl
meylləri olduqlarını (məsələn, “biliyə”, “gözəlliyə”, “altu-
rizmə”) tez müəyyən edirlər.
Beləliklə, demək olar ki, aĢağı səviyyədən ali səviyyəyə
keçərkən A.F.Lazurski insan Ģəxsiyyətinin xarakter əlamət-
lərini Ģəxsiyyətin xüsusiyyətləri ilə əvəz edir.