www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
186
186
tapĢırıqlar uĢaq üçün ya həddindən artıq asan, ya da çətin
olurdu. Bu sahədə aparılan tədqiqatlar testalogiyada xronoloji
yaş - CA (Chroniloqical Aqe) anlayıĢı ilə yanaĢı ağıl yaşı -
MA (Mental Aqe) anlayıĢından istifadə olunmağa baĢlandı.
Onların bir-birinə üyğun gəlməməsi ya əqli geriliyin (MA
CA-dan aĢağı olanda), ya da istedadın (MA CA-dan yüksək
olanda) göstəricisi hesab olunurdu. 1912-si ildə V.ġtern
onların nisbətini intellekt əmsalı (ĠQ) (ingiliscə - intelliqence
quotient) adlandırdı. Əmsalı müəyyən edərkən, məsələn,
nəzərə alınır ki, 11,5 yaĢ uĢaqlar üçün xalların orta yekunu
120-yə yaxınlaĢmalıdır. Buradanda belə bir sadə nəticə
çıxarılar ki, 120 xal toplamıĢ hər bir uĢağın ağıl yaĢı 11 il
yarıma bərabərdir. Onun əsasında əqli istedad əmsalı
aĢağıdakı düsturla hesablanır:
Ağıl yaĢı x100
ĠQ=----------------------------------------------
UĢağın xronoloji yaĢı (faktik yaĢ)
MA
ĠQ=---------.100
CA
Məsələn, əgər testlərlə aparılan yoxlama nəticəsində
iki uĢağın (10yaĢ yarım və 14 yaĢ) hər ikisi eyni (120) xal
toplasa və beləliklə də onların hər birinin ağıl yaĢı 11,5 ilə
bərabər olsa, onda həmin uĢaqların əqli istedad əmsalını bu
cür hesablamaq olar:
11,5
Birinci uĢaq ĠQ =--------.100=109,5
10,5
11,5
Ġkinci uĢaq ĠQ =--------.100=82,1
14
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
187
187
187
187
187
187
187
187
187
Beləliklə birinci uĢağın əqli istedad əmsalı 109,5,
ikinci uĢağınkı isə 82,5 olur. Bu isə o deməkdir ki, birinci
uĢaq əqli cəhətdən ikinci uĢağa görə daha istedadlıdır
(testologiya təcrübəsində ĠQ_130-a bərabərdirsə uĢaq
istedadlı,180 dan çoxdursa ən istedadlı hesab olunur. Lakin
psixoloqların apardıqları elmi psixoloji təhlil bu əqli istedad
əmsalının bir növ fiksiya olduğunu göstərir. Əslində isə
yuxarıda təsvir olunan priyomların cəmi insanın əqli
qabiliyyətlərini deyil, onda bu və ya digər məlumat, bacarıq
və vərdiĢlərin olduğunu göstərir ki, qabiliyyətlər onlarla
qarıĢdırılmamalıdır. Qabiliyyətlərin mahiyyətini təĢkil edən
bilik və bacarıqların qazanılması isə burada aydınlaĢdı-
rılmamıĢ qalır.
Heç də bütün bu deyilənlərdən qabiliyyətlərin
kəmiyyətcə xarakteristikasının və ölçülməsinin mümkün
olmadığı və müxtəlif diaqnostik metodlardan, test və
yoxlamalardan istifadənin əvvəlcədən arzuedilməz olduğu
haqda nəticə çıxarılmamalıdır. Bir çox sahələrdə, məsələn
anadangəlmə qüsurları nəticəsində zehni cəhətdən geridə
qalan uĢaqların müəyyənləĢdirilməsində, yüksək riyazi
qabiliyyətə malik olan uĢaqların ixtisaslaĢmıĢ məktəbdə
oxuması üçün seçilməsində, təyyarəçi və kosmanavtların
seçilməsində
testləĢdirmə
aktual
bir
məsələ
kimi
əhəmiyyətlidir. Bu mənada nə qısa yoxlamalar, nə də onların
nəticələrinin kəmiyyətcə təhlili heç bir etiraz doğurmur.
V. 17. 3. Qabiliyyətlərin quruluĢu
Əvvəlki bölmədə qeyd olunduğu kimi, qabiliyyət
insanın hər hansı bir fəaliyyət sahəsi üçün daha çox yararlı
olduğunu ğöstərən fərdi-psixi xassəsidir. Bu baxımdan
qabiliyyətlər son nəticədə konkret fəaliyyətin tələbi ilə
Ģərtlənir. Məhz buna görə də hər bir fəaliyyət növü müvafiq
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
188
188
qabiliyyətlər olmadan müvəffəqiyyətlə həyata keçirilə bilməz.
Məsələn, müəllimin pedaqoji qabiliyyətlərin strukturuna
pedaqoji fəaliyyəti müvəffəqiyyətlə yerinə yetirmək üçün
zəruri olan Ģəxsi pedaqoji qabiliyyətlər (müĢahidəçilik,
uĢaqlara hüsn-rəğbət bəsləmək, dözümlülük, özünə sahib
olmaq); didaktik qabiliyyətlər (izah edə bilmək, natiqlik,
nəzəri); təĢkilati-kommunikativ qabiliyyətlər (təĢkilatçılıq,
avtoritar, kommunikativ, perseptiv, pedaqoji mərifət, artistlik)
və s. qabiliyyətlər daxil olur. Bunlardan bəziləri (uĢaqlara
hüsn rəğbət bəsləmək, müĢahidəçilik, pedaqoji mərifət, izah
edə bilmək, təĢkilatçılıq və s.) əsas, aparıcı, digərləri isə
(natiqlik, artistlik və s.) yardımçı qabiliyyətlər kimi pedaqoji
qabiliyyətin strukturuna daxil olur, təlim və tərbiyənin
müvəffəqiyyətlə həyata keçirilməsini təmin edir.
Digər fəaliyyət növlərinin müvəffəqiyyətlə həyata
keçirilməsi üçün zəruri olan qabiliyyətlərin strukturunda da bu
cür xüsusiyyəti müĢahidə etmək mümkün olur. Məsələn, ədəbi
qabiliyyətlərin strukturuna estetik hisslərin inkiĢafı, əyani
hafizə surətlərinin (eydetik surətlərin) olması, nitqi hiss
etmək, fantaziya zənginliyi, insan psixologiyasını dərindən
bilmək və s. qabiliyyətlər özünəməxsus Ģəkildə birləĢir.
Ümumi və xüsusi qabiliyyətlər. Adətən, hər Ģeydən
əvvəl insan üçün spesifik olan qabiliyyətlərin ümumi və xüsusi
olmaqla iki növünü qeyd edirlər.
Ümumi qabiliyyətlərə insanın müxtəlif fəaliyyət
növlərinin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün zəruri olan
qabiliyyətləri aid edirlər. Nitq qabiliyyəti, əqli qabiliyyətlər,
hafizə, müĢahidəçilik və s. qabiliyyətləri ümumi qabiliyyətlərə
aid etmək olar. Məsələn, müĢahidəçilik qabiliyyətini Ģagird,
müəllim, yazıçı, rəssam, kəĢfiyatçı, alim və baĢqa fəaliyyət
növlərini həyata keçirən insanlar üçün ümumi qabiliyyət
hesab etmək olar.
Xüsusi qabiliyyətlərə gəldikdə, bu cür qabiliyyətlər
insanın hər hansı bir spesifik fəaliyyət növünü
müvəffəqiyyətlə yerinə yetirməsi üçün zəruri olan