www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
183
183
183
183
183
183
183
183
183
V.12. 2. Qabiliyyətlərin keyfiyyət və kəmiyyət
xarakteristikası
Qabiliyyətlərin keyfiyyət xarakteristikası. Ġnsanın
nəyə qabil olması, onun yerinə yetirdiyi fəaliyyət prosesində
hansı
fərdi-psixoloji
xüsusiyyətlərin
müvəffəqiyyət
qazandırıcı imkanlar kimi iĢtirak etməsi onun qabiliyyətlərinin
keyfiyyət xarakteristikası kimi özünü göstərir.
Bu sahədə araĢdırma aparmıĢ psixoloqların qeyd
etdikləri kimi, qabiliyyətlər onların keyfiyyət xüsusiyyətləri
baxımından fəaliyyətin müvəffəqiyyətli icrasını təmin edən
mürəkkəb psixoloji xassələr kompleksi, müxtəlif yollarla
məqsədə nail olmağa imkan verən dəyiĢən «kəmiyyətlər»
yığımı kimi özünü göstərir. Bunu aparılmıĢ tədqiqatların
nəticələri də sübut etmiĢdir.
Adətən hər hansı bir fəaliyyətin icrası zamanı eyni və
ya oxĢar nəaliyyətin əldə edilməsinin əsasında tamamilə
müxtəlif qabiliyyətlərin kompleksi dayana bilər. Bu isə insan
qabiliyyətlərinin belə bir mühüm cəhətini açmağa imkan verir
ki, onun bir xassəsini digəri ilə əvəz etmək mümkündür.
Bunun üçün insanın həmin keyfiyyəti ciddi və təkidlə özündə
inkiĢaf etdirməsi zəruridir.
Qabiliyyətlərin kompensasiya imkanları haqqında
çoxlu həyati faktlar mövcuddur. Bunu O.Ġ.Skoroxodovanın
həyat və fəaliyyəti bir daha təsdiq edir. O.Ġ.Skoroxodova xəs-
təlik nəticəsində erkən uĢaqlıq yaĢında görmə və eĢitmə
qabiliyyətini itirmiĢdir. Onunla pedaqoq və psixoloq
Ġ.A.Sokolyanski xüsusi təlim keçmiĢ. Nəticədə O.Ġ.Skoro-
xodovada
həm elmi yaradıcılıq, həm də ədiblik
qabiliyyətlərinin olduğunu müəyyənləĢdirmiĢ və inkiĢaf
etdirmiĢdir. Düzgün təlim sistemi və böyük, təkidli zəhmət
sayəsində O.Ġ.Skoroxodova özündə iybilmə, ehtizaz, lamisə
duyğularının yüksək səviyyəsini təmin edən həssaslığı inkiĢaf
etdirmiĢ və nəticədə özündə çatıĢmayan qabiliyyətləri əvəz
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
184
184
etmək imkanı əldə etmiĢdir. O.Ġ.Skoroxodova iyindən
adamları tanıya, əlini toxundurmaqla əĢyaları fərqləndirə,
otaqdakı əĢyaların arasında sərbəst hərəkət edə bilmiĢdir.
Bununla yanaĢı olaraq ciddi elmi-tədqiqat iĢi ilə məĢğul
olmuĢ, yazdığı Ģeirləri ilə ətrafdakıları təəccübləndirmiĢdir.
18
B.M.Teplovun qeyd etdiyi kimi, «mövcud olmayan
qabiliyyət çox geniĢ səviyyədə həmin insanda mövcud olan
yüksək inkiĢaf etmiĢ digər qabiliyyətlə əvəz oluna bilər»
19
.
Təcrübə göstərir ki, bir qabiliyyətin inkiĢaf etdirilmiĢ
baĢqa bir qabiliyyətlə əvəz edilməsi xassəsi hər bir adamın
qarĢısında peĢə seçmək və təkmilləĢmək sahəsində son dərəcə
geniĢ imkanlar açır.
Bütövlükdə qabiliyyətlərin keyfiyyət xarakteristikası
insanın hansı əmək fəaliyyəti sahəsində daha tez öz yerini
tapması, müvəffəqiyyət və nailiyyət əldə edə bilməsi sualına
cavab verməyə imkan yaradır. Bununla da qabiliyyətlərin
keyfiyyət xarakteristikası onların kəmiyyət xarakteristikası ilə
sıx Ģəkildə bağlıdır. Fəaliyyətin tələblərinə cavab verən
konkret psixoloji keyfiyyətləri müəyyən etdikdən sonra bu
keyfiyyətin hər bir adamda öz iĢ və dərs yoldaĢlarına nisbətən
nə dərəcədə az və ya çox inkiĢaf etməsi sualına cavab vermək
olar.
Qabiliyyətlərin
kəmiyyət
baxımından
xarakteristikası və ölçülməsi. Psixologiya tarixində
qabiliyyətlərin kəmiyyət baxımından ölçülməsi XIX əsrin
sonları və XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə
bir sıra psixoloqlar (Kettel, Termen, Spirmen və baĢqaları)
kütləvi ixtisaslar üçün daha münasib namizədlər seçmək iĢini
sahmana salmaq məqsədilə insanların qabiliyyət səviyyələrini
aĢkara çıxarmaq təklifini irəli sürmüĢlər. Bunun üçün məqsəd
qabiliyyətinə görə Ģəxsiyyətinə yerini və onun bu və ya digər
18
Скороходова О.И. Как я воспринимаю, представляю и понимаю
окружающей мир. – М., 1972.
19
Теплов Б.М. Способности и одаренность // Хрестоматия по
возрастной и педагогической психологии. – М., 1981, с. 33.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
185
185
185
185
185
185
185
185
185
əmək fəaliyyətinə, məsələn, ali məktəblərdə təhsil almağa,
istehsalatda, orduda və ictimai həyatda yüksək vəzifələri
tutmağa nə dərəcədə yararlı olduğunu müəyyən etmək
olmuĢdur.
Qabiliyyətlərin ölçülməsi vasitəsi kimi əqli istedad
testlərindən istifadə olunmağa baĢlanmıĢdır. Bu testlərin
köməyi ilə bir sıra ölkələrdə əhali arasında qabiliyyətlərin
müəyyənləĢdirilməsi
və
məktəblərdə
Ģagirdlərin
qruplaĢdırılması, orduda zabit vəzifələrinin, sənayedə rəhbər
vəzifələrinin tutulması və s. həyata keçirildi.
Məzmun etibarilə əqli istedad testləri bir sıra sual və
məsələlərdən ibarətdir. Testlərin həllinin müvəffəqiyyətlilik
dərəcəsi (sərf olunan vaxtın miqdarı nəzərə alınmaq Ģərtilə)
bal və xalların cəmi ilə hesablanır.
Adətən, testlər getdikcə mürəkkəbləĢən testlər
batareyasında birləĢdirilir. Testlər batareyası həll edilib
qurtardıqdan sonra alınmıĢ nəticələr standart yolla hesablanır,
hər bir yoxlananın topladığı xalın miqdarı yekunlaĢdırılır. Bu
əqli istedad əmsalı (ĠQ) adlanan ölçünün müəyyən edilməsinə
imkan verir.
Bəs intellektin səviyyəsini necə müəyyən etmək, onu
necə ölçmək olar? Bu sahədə ilk təĢəbbüs və fəaliyyəti
görkəmli fransız psixoloqu Alfred Bine (1857-1911) həyata
keçirmiĢdir. Əqli cəhətdən geri qalan uĢaqlar problemini
öyrənən A.Bine bu problemi həll etmək üçün olduqca maraqlı
yol iĢləyib hazırladı. Bunun üçün uĢaqlar tərəfindən
müvəffəqiyyətlə həll edilməsi mümkün olan xüsusi tapĢırıqlar
hazırlayıb ondan istifadə etməyi təklif etdi. A.Bine digər
fransız psixoloqu T.Simonla birlikdə müxtəlif yaĢlı uĢaqların
diqqətini, hafizəsini, təfəkkürünü və s. öyrənməyə baĢladı.
Nəticədə yeni - Bine-Simon testləri yarandı. Bu testalogiyada
yeni istiqamət oldu. Bu testlə yoxlanan uĢaq öz həmyaĢıdları
tərəfindən yerinə yetirilən tapĢırıqları həll edə bilirdisə, o,
normal uĢaq hesab edilirdi. Lakin bir sıra hallarda həmin
Dostları ilə paylaş: |