MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə138/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   134   135   136   137   138   139   140   141   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



183 

183 


183 

183 


183 

183 


183 

183 


183 

V.12. 2. Qabiliyyətlərin keyfiyyət və kəmiyyət 

xarakteristikası 

 

Qabiliyyətlərin  keyfiyyət  xarakteristikası.  Ġnsanın 

nəyə  qabil  olması,  onun  yerinə  yetirdiyi  fəaliyyət  prosesində 

hansı 


fərdi-psixoloji 

xüsusiyyətlərin 

müvəffəqiyyət 

qazandırıcı imkanlar kimi iĢtirak etməsi onun qabiliyyətlərinin 

keyfiyyət xarakteristikası kimi özünü göstərir.         

Bu  sahədə  araĢdırma  aparmıĢ  psixoloqların  qeyd 

etdikləri  kimi,  qabiliyyətlər  onların  keyfiyyət  xüsusiyyətləri 

baxımından  fəaliyyətin  müvəffəqiyyətli  icrasını  təmin  edən 

mürəkkəb  psixoloji  xassələr  kompleksi,  müxtəlif  yollarla 

məqsədə  nail  olmağa  imkan  verən  dəyiĢən  «kəmiyyətlər» 

yığımı  kimi  özünü  göstərir.  Bunu  aparılmıĢ  tədqiqatların 

nəticələri də sübut etmiĢdir. 

Adətən hər hansı bir fəaliyyətin icrası zamanı eyni və 

ya  oxĢar  nəaliyyətin  əldə  edilməsinin  əsasında  tamamilə 

müxtəlif qabiliyyətlərin kompleksi dayana bilər. Bu isə insan 

qabiliyyətlərinin belə bir  mühüm cəhətini açmağa imkan verir 

ki,  onun  bir  xassəsini  digəri  ilə  əvəz  etmək  mümkündür. 

Bunun üçün insanın həmin keyfiyyəti ciddi və təkidlə özündə 

inkiĢaf etdirməsi zəruridir. 

Qabiliyyətlərin  kompensasiya  imkanları  haqqında 

çoxlu  həyati  faktlar  mövcuddur.  Bunu  O.Ġ.Skoroxodovanın 

həyat və fəaliyyəti bir daha təsdiq edir. O.Ġ.Skoroxodova xəs-

təlik  nəticəsində  erkən  uĢaqlıq  yaĢında  görmə  və  eĢitmə 

qabiliyyətini  itirmiĢdir.  Onunla  pedaqoq  və  psixoloq 

Ġ.A.Sokolyanski  xüsusi  təlim  keçmiĢ.  Nəticədə  O.Ġ.Skoro-

xodovada 

həm  elmi  yaradıcılıq,  həm  də  ədiblik 

qabiliyyətlərinin  olduğunu  müəyyənləĢdirmiĢ  və  inkiĢaf 

etdirmiĢdir.  Düzgün  təlim  sistemi  və  böyük,  təkidli  zəhmət 

sayəsində  O.Ġ.Skoroxodova  özündə  iybilmə,  ehtizaz,  lamisə 

duyğularının yüksək səviyyəsini təmin edən həssaslığı inkiĢaf 

etdirmiĢ    və  nəticədə  özündə  çatıĢmayan  qabiliyyətləri  əvəz 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

184 



184 

etmək  imkanı  əldə  etmiĢdir.  O.Ġ.Skoroxodova  iyindən 

adamları  tanıya,  əlini  toxundurmaqla  əĢyaları  fərqləndirə, 

otaqdakı  əĢyaların  arasında  sərbəst  hərəkət  edə  bilmiĢdir. 

Bununla  yanaĢı  olaraq  ciddi  elmi-tədqiqat  iĢi  ilə  məĢğul 

olmuĢ, yazdığı Ģeirləri ilə ətrafdakıları təəccübləndirmiĢdir.

18

 

B.M.Teplovun  qeyd  etdiyi  kimi,  «mövcud  olmayan 



qabiliyyət  çox  geniĢ  səviyyədə  həmin  insanda  mövcud  olan 

yüksək inkiĢaf etmiĢ digər qabiliyyətlə əvəz oluna bilər»

19



Təcrübə  göstərir  ki,  bir  qabiliyyətin  inkiĢaf  etdirilmiĢ 



baĢqa  bir  qabiliyyətlə  əvəz  edilməsi  xassəsi  hər  bir  adamın 

qarĢısında peĢə seçmək və təkmilləĢmək sahəsində son dərəcə 

geniĢ imkanlar açır. 

Bütövlükdə  qabiliyyətlərin  keyfiyyət  xarakteristikası 

insanın  hansı  əmək  fəaliyyəti  sahəsində  daha  tez  öz  yerini 

tapması,  müvəffəqiyyət  və  nailiyyət  əldə  edə  bilməsi  sualına 

cavab  verməyə  imkan  yaradır.  Bununla  da  qabiliyyətlərin 

keyfiyyət xarakteristikası onların kəmiyyət xarakteristikası ilə 

sıx  Ģəkildə  bağlıdır.  Fəaliyyətin  tələblərinə  cavab  verən 

konkret  psixoloji  keyfiyyətləri  müəyyən  etdikdən  sonra  bu 

keyfiyyətin hər bir adamda öz iĢ və dərs yoldaĢlarına nisbətən 

nə dərəcədə az və ya çox inkiĢaf etməsi sualına cavab vermək 

olar. 

Qabiliyyətlərin 

 

kəmiyyət 

baxımından 

xarakteristikası  və  ölçülməsi.  Psixologiya  tarixində 

qabiliyyətlərin  kəmiyyət  baxımından  ölçülməsi  XIX  əsrin 

sonları  və  XX  əsrin  əvvəllərinə  təsadüf  edir.  Həmin    dövrdə 

bir  sıra  psixoloqlar  (Kettel,  Termen,  Spirmen  və  baĢqaları) 

kütləvi ixtisaslar üçün daha münasib namizədlər seçmək iĢini 

sahmana salmaq məqsədilə insanların qabiliyyət səviyyələrini  

aĢkara çıxarmaq təklifini irəli sürmüĢlər. Bunun üçün məqsəd 

qabiliyyətinə görə Ģəxsiyyətinə yerini və onun bu və ya digər 

                                                 

18

Скороходова О.И. Как я воспринимаю, представляю и понимаю 

окружающей мир. – М., 1972.  

19

 Теплов Б.М. Способности и одаренность // Хрестоматия по 



возрастной и педагогической психологии. – М., 1981, с. 33. 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



185 

185 


185 

185 


185 

185 


185 

185 


185 

əmək    fəaliyyətinə,  məsələn,  ali  məktəblərdə  təhsil  almağa, 

istehsalatda,  orduda  və  ictimai  həyatda  yüksək  vəzifələri 

tutmağa  nə  dərəcədə  yararlı  olduğunu  müəyyən  etmək 

olmuĢdur. 

Qabiliyyətlərin  ölçülməsi  vasitəsi  kimi  əqli  istedad 



testlərindən  istifadə  olunmağa  baĢlanmıĢdır.  Bu  testlərin 

köməyi  ilə  bir  sıra  ölkələrdə  əhali    arasında  qabiliyyətlərin 

müəyyənləĢdirilməsi 

və 


məktəblərdə 

Ģagirdlərin 

qruplaĢdırılması,  orduda  zabit  vəzifələrinin,  sənayedə  rəhbər 

vəzifələrinin tutulması və s. həyata keçirildi. 

Məzmun  etibarilə  əqli  istedad  testləri  bir  sıra  sual  və 

məsələlərdən  ibarətdir.  Testlərin  həllinin  müvəffəqiyyətlilik 

dərəcəsi  (sərf  olunan  vaxtın  miqdarı  nəzərə  alınmaq  Ģərtilə) 

bal və xalların cəmi ilə hesablanır. 

Adətən,  testlər  getdikcə  mürəkkəbləĢən  testlər 

batareyasında  birləĢdirilir.  Testlər  batareyası  həll  edilib 

qurtardıqdan sonra alınmıĢ nəticələr standart yolla hesablanır, 

hər bir yoxlananın topladığı xalın miqdarı yekunlaĢdırılır. Bu 

əqli istedad əmsalı (ĠQ) adlanan ölçünün müəyyən edilməsinə 

imkan verir. 

Bəs  intellektin  səviyyəsini  necə  müəyyən  etmək,  onu 

necə  ölçmək  olar?  Bu  sahədə  ilk  təĢəbbüs  və  fəaliyyəti 

görkəmli  fransız  psixoloqu  Alfred  Bine  (1857-1911)  həyata 

keçirmiĢdir.  Əqli  cəhətdən  geri  qalan  uĢaqlar  problemini 

öyrənən A.Bine bu problemi həll etmək üçün olduqca maraqlı 

yol  iĢləyib  hazırladı.  Bunun  üçün  uĢaqlar  tərəfindən 

müvəffəqiyyətlə həll edilməsi mümkün olan xüsusi tapĢırıqlar 

hazırlayıb  ondan  istifadə  etməyi  təklif  etdi.  A.Bine  digər 

fransız psixoloqu T.Simonla birlikdə müxtəlif yaĢlı uĢaqların 

diqqətini,  hafizəsini,  təfəkkürünü  və  s.  öyrənməyə  baĢladı. 

Nəticədə yeni - Bine-Simon testləri yarandı. Bu testalogiyada 

yeni istiqamət oldu. Bu testlə yoxlanan uĢaq öz həmyaĢıdları 

tərəfindən  yerinə  yetirilən  tapĢırıqları  həll  edə  bilirdisə,  o, 

normal  uĢaq  hesab  edilirdi.  Lakin  bir  sıra  hallarda  həmin 




Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə