www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
342
342
həm obyekti, həm də subyekti kimi çıxıĢ edir;
4) müəyyən iĢ və əməliyyatların məcmuundan ibarət
olan fəaliyyətin özü ─ ayrı-ayrı öyrədici, inkiĢafetdirici və
tərbiyələndirici iĢ və əməliyyatlar;
5) pedaqoji fəaliyyətin vasitələri ─ məktəbdə təlim və
tərbiyənin məzmunu, forması və metodları;
6) pedaqoji fəaliyyətin Ģəraiti ─ cəmiyyətin böyüməkdə
olan gənc nəslin tərbiyəsinə qayğısı, məktəbin maddi cəhətdən
təchiz olunması, məktəbin pedaqoji kollektivindəki birlik,
məktəbə lazımı səviyyədə rəhbərlik etmək və s.;
7) pedaqoji fəaliyyətin nəticəsi ─ Ģagird Ģəxsiyyətinin
əlamət və keyfiyyətlərinin formalaĢması.
Bu cəhətlərin hər biri pedaqoji fəaliyyətin səmərəliliyi
üçün əsas amil rolunu oynayır. Məhz buna görə də onların hər
biri pedaqoji fəaliyyətin tələblərinə uyğun səviyyədə
olmalıdır. Eyni zamanda pedaqoji fəaliyyət bu cəhətlərə malik
olmadan bir fəaliyyət kimi təzahür edə bilməz.
Müəllim əməyi çoxcəhətli psixi reallıqdır. Burada bir-
biri ilə vəhdətdə olan üç cəhət diqqəti xüsusi olaraq cəlb edir.
Bunlar pedaqoji fəaliyyət, pedaqoji ünsiyyət və müəllim
Ģəxsiyyətinin xüsusiyyətlərindən ibarətdir. Onlar vahid
məqsədə ─ cəmiyyətin sosial sifariĢini həyata keçirməyə
yönəlsələr də bir-birini təkrar etmirlər. Belə ki, pedaqoji
fəaliyyət müəllimin Ģagirdlərə təsirini (eləcə də Ģagirdlərin
müəllimə təsirini) əhatə edir. Pedaqoji ünsiyyət ─ birgə
fəaliyyət zamanı müəllim və Ģagirdlərin əməkdaĢlığından
ibarətdir. Pedaqoji fəaliyyəti, pedaqoji ünsiyyəti müəllim
Ģəxsiyyətindən kənarda nəzərdən keçirmək mümkün deyildir.
Müəllimin Ģəxsiyyəti onun əməyinin sosial istiqamətini
müəyyən edən əsas amildir. Qeyd olunan cəhətlərin hər üçü
müəllim əməyinin gediĢi zamanı bir-biri ilə mürəkkəb
dialektik əlaqədə olmaqla, onlardan hər biri gah zəmin, gah
vasitə, gah da inkiĢafın nəticəsi kimi özünü göstərir.
Psixoloji tədqiqatlar əsasında müəyyən edilmiĢdir ki,
pedaqoji fəaliyyət zamanı müəllim bir deyil, bir neçə məqsəd
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
343
343
343
343
343
343
343
343
343
və vəzifəni yerinə yetirir. Psixoloqlar həmin məqsədlərin
aĢağıdakı təsnifini vermiĢlər: 1) cəmiyyətin sosial sifariĢindən
doğan ümumi ilkin məqsədlər, 2) təlim fənninin spesifik-
liyindən irəli gələn konstruktiv məqsədlər, 3) sinfin konkret
tərkibi ilə bağlı olan operativ pedaqoji məqsədlər.
VI.25.2. Müəllim Ģəxsiyyətinin psixologiyası və müəllimin
pedaqoji ustalığının psixoloji əsasları
Müəllimin cəmiyyətdə yeri və funksiyaları
. M
üəllimin
qarĢısına qoyduğu tələbləri aid etmək olar. Sosial-psixoloji
amillərə gəldikdə, buraya ətrafdakı adamların müəllmin
Ģəxsiyyəti və fəaliyyəti ilə bağlı sosial gözləmələri, özünün
pedaqoji fəaliyyəti sahəsində onun öz gözləmə və ustanovka-
larını aid etmək olar.
Müəllimin cəmiyyətdəki mövqeyi və funksiyaları.
Pedaqoji fəaliyyətin əsas subyekti müəllim olduğuna görə
burada müəllim əməyinin motivləri, məqsədləri və vəzifələri
əsas yer tutur. Pedaqoji fəaliyyətin məzmunu və psixologiyası
bir tərəfdən sosial amillərlə, digər tərəfdən sosial psixoloji
amillərlə müəyyən edilir. Bu cür sosial amillərə müəllimin
cəmiyyətdəki mövqeyi və funksiyalarını, cəmiyyətin gənc
nəslin tərbiyəsi iĢinə, tərbiyə sisteminin və onun özəyini təĢkil
edən
ümumtəhsil
məktəblərinin
inkiĢafı
və
təkmilləĢdirilməsinə verdiyi böyük əhəmiyyətlə müəyyənləĢir.
Müəllimin pedaqoji fəaliyyəti çətin olmaqla, həm də Ģərəfli və
xeyirxah fəaliyyətidir. Bu fəaliyyətin özünəməxsus vəzifələri vardır.
Hər Ģeydən əvvəl, bu fəaliyyət prosesində Ģagirdlər müvafiq bilik,
bacarıq, vərdiĢlərə, elmlərin əsaslarına yiyələnirlər. Pedaqoji fəaliyyət
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
344
344
Ģagirdlərə bilik, bacarıq və vərdiĢlər aĢılamaqla məhdudlaĢmır, eyni
zamanda onlara dünyagörüĢü, əqidə və inam aĢılayır. Bu prosesdə
Ģagirdlər zəruri davranıĢ formalarına yiyələnirlər. Onlarda fəallıq,
biliyə hərislik inkiĢaf edir.
Müəllimin pedaqoji fəaliyyəti və bu zaman qarĢısına
qoyduğu vəzifələri yerinə yetirməsi əsasən məktəbdə həyata
keçir. Müəllimin vəzifələri məktəbin qarĢısında duran ümumi
vəzifələrdən doğur. Müasir məktəbin isə ən mühüm, daimi
vəzifəsi böyüməkdə olan nəslə elmlərin əsasları haqqında
dərin və möhkəm biliklər vermək, həmin bilikləri təcrübədə
tətbiq etmək vərdiĢləri və bacarıqları aĢılamaqdan ibarətdir.
Burada həlledici rolu müəllim oynayır.
Müəllimin pedaqoji fəaliyyəti müvəffəqiyyətlə yerinə
yetirməsi onun öz qarĢısında duran funksiyaları necə həyata
keçirməsindən asılı olur. Müəllimin pedaqoji fəaliyyətinin
təhlili göstərir ki, bu fəaliyyət bir-biri ilə sıx bağlı olan bir sıra
funksiyalardan ibarətdir. Həmin funksiyaların həyata
keçirilməsi Ģagirdlərin təlim və tərbiyəsini, onlarda
Ģəxsiyyətin formalaĢmasını təmin edir.
Psixoloji ədəbiyyatda məktəbdə hər bir fənn müəl-
liminin fəaliyyəti üçün xarakterik olan aĢağıdakı pedaqoji
funksiyalar qeyd olunur: inkişafetdirici, tərbiyəedici, kom-
munikativ-öyrədici, qnostik, konstruktiv, təşkilatçılıq.
ġübhəsiz bu cür funksiyaların sayını artırmaq olardı.
Lakin elə qeyd etdiyimiz bu altı funksiya haqqında biliyə
malik olmaq və həmin funksiyaları həyata keçirməyi
bacarmaq hər bir fənn müəlliminin pedaqoji ustalığının
göstəricisi ola bilər. Ġndi də həmin funksiyaların mahiyyətinə
nəzər salaq.
İnkişafetdirici funksiya, adından məlum olduğu kimi,
müəllimdən öz Ģagirdlərini inkiĢaf etdirmək vəzifəsini həyata
keçirməyi tələb edir. Təlim və Ģagirdlərin inkiĢafı vahid, bir-
birilə bağlı proseslərdir. Ona görə də inkiĢafetdirici pedaqoji
funksiya o zaman müvəffəqiyyətlə həyata keçə bilər ki,
müəllim Ģagirdlərin Ģəxsiyyətlərinin əqli, sensor və emosional
Dostları ilə paylaş: |