«Maliyyə və uçot». 2011.№7. S. 45-49. Bank idarəetməsinin mahiyyəti və onun nəzəri əsasları



Yüklə 201,78 Kb.
Pdf görüntüsü
tarix20.09.2018
ölçüsü201,78 Kb.
#70026


«Maliyyə və uçot».-2011.-№7.-S.45-49.

Bank idarəetməsinin mahiyyəti və onun nəzəri əsasları

E.S. İbrahimov, 

ADİU-nun dissertantı

E-mail: 

emin.ibrahimov@ibar.az



Açar sözlər:

 bank; bank idarəetməsi; məqsəd və vəzifələr; bank idarəetməsinin mahiyyəti; bank idarəetməsi

nəzəriyyə və modelləri

Bank  idarəetməsinin  normativ-hüquqi  sənədlər  əsasında  həyata  keçirilməsi,  bank  fəaliyyətinin

tənzimlənməsinin  beynəlxalq  normalarına  uyğunlaşdırılması  barədə  Bazel  şərtlərinin  tələblərindən  irəli  gəlir.

Həmin  tələblərə  uyğun  olaraq  bank  idarəetməsinin  mahiyyəti  bank  strukturlarının,  yəni  şöbə,  idarə,  bölmə,

nümayəndəlik,  filial  və  s.-ni  fəaliyyət  istiqamətinə  yönəltməkdən,  onların  fəaliyyətinin  bank  haqqında  qanunların

tələblərinə  uyğun  olmasından,  fəaliyyət  parametrlərinin  ümumi  məqsədlərinin  icra  edilməsini  təmin  etməkdən,

neqativ nəticələr yarada biləcək halların bir qayda olaraq aradan qaldırılmasından, bankların kontragentləri ilə, yəni

həm  təşkilatlarla,  həm  də  fiziki  şəxslərlə  qarşılıqlı  işgüzar  münasibətlərin  qurulmasından,  son  nəticədə  yüksək

səmərə verən və bankın bir struktur olaraq bank sistemində yerini möhkəmləndirməkdən ibarətdir.[l] Bunun  üçün

banklar  fəaliyyəti  zamanı özünün  spesifik  xüsusiyyətlərindən  irəli  gələn  ən  vacib  məsələləri  həll  etməlidir.  Bank

idarəetməsinin vəzifə və prinsipləri bütünlüklə bank sistemi qarşısında duran vəzifələrin yerinə yetirilməsindən və

bankların funksiyalarından irəli gəlir. Bank sistemi hər şeydən əvvəl ölkədə pul dövriyyəsinin möhkəmləndirilməsi,

milli pul vahidinin müdafiəsi, dayanıqlığı, onun digər xarici valyutalara nəzərən kursunun təmin edilməsi, səmərəli

pul-kredit siyasəti aparılması, ölkənin bank sisteminin inkişaf  etdirilməsi və möhkəmləndirilməsi, hesablaşmaların

fasiləsiz  və  səmərəli  şəkildə  həyata  keçirilməsi  ilə  əlaqədar  olan  ən  zəruri  məsələlərlə  məşğuldur.  Məhz  elə  bu

məsələlərin  yerinə  yetirilməsi  ilə  bağlı  olaraq  ortaya  çıxan  bütün  digər  vacib  problemlər  bank  idarəetməsinin

vəzifələrini müəyyən edir.

Bank  idarəetməsinin  mahiyyəti,  bankın  fəaliyyət  strategiyası  ilə  birbaşa  və  sıx  bağlıdır.  Çox  hallarda  isə

bunlar  paralellik  təşkil  edir.  Təcrübə  göstərir  ki,  yüksək  səviyyədə  bank  idarəetməsi  həyata  keçirilmədən  bankın

fəaliyyət  strategiyasını  reallaşdırmaq  mümkün  deyildir.  Bankın  fəaliyyət  strategiyası  isə  özündə  çoxşaxəli

məsələləri  əks  etdirir.  Bu  bankın  yaradılması,  təşkil  edilməsi,  onun  kapitalının  formalaşdırılması,  bina,  qurğu,

avadanlıqlarla  təchiz  edilməsi,  yüksək  səviyyəli,  lazımi hazırlığa  və  peşəkarlığa  malik  işçi  personalının  təşkili  və

daimi  olaraq  onların  təkmilləşdirilməsi,  bank  marketinqinin  təşkili,  risklərə  qarşı  adekvat  idarəetmənin  təşkili,

kredit resurslarından səmərəli istifadə, passiv və aktiv əməliyyatların düzgün uyğunlaşdırılması, uçot işinin düzgün

təşkili, müştərilərlə və digər kontragentlərlə qarşılıqlı münasibətlərin təşkili, bankın səmərəli, rentabelli nəticələrə

gətirib  çıxara  biləcək  fəaliyyətin  təmin  edilməsi  və  s.  kimi  çox  vacib  məsələləri  özündə  əks  etdirir.  Məhz  bank

idarəetməsinin qarşısında duran ən mühüm vəzifə qeyd edilən məsələlərin yüksək səviyyədə yerinə yetirilməsindən

ibarətdir.[2]

Bank idarəetməsinin əsas prinsipləri və məqsədləri, onun həyata keçirilməsi üsullarının ölkədə mövcud olan

siyasi  və  iqtisadi  vəziyyətdən,  ölkədə  aparılan  ümumi  iqtisadi  siyasətin  konturlarından,  onun  məqsəd  və

istiqamətlərindən,  həmçinin  bank  sistemində  baş  verən  dəyişikliklərdən  və  onların  yaratmış  olduğu  istiqamət  və

məqsəd fərqlərindən irəli  gələn strateji dəyişikliklərdən asılı olaraq  formalaşır.  Məsələn,  ümumi  iqtisadi  siyasətin

tərkib hissəsi olan dövriyyədəki pul kütləsinin tənzimlənməsi məqsədilə vəziyyətdən asılı olaraq ya onun kütləsinin

artırılması  məqsədilə  ekspansiv  kredit  siyasəti,  ya  da  onun  kütləsinin  artımının  qarşısının  alınması  məqsədilə

kreditin  restriksiyası  və  ya  antiinflyasiya  siyasəti  həyata  keçirilir.  Nəzərə  alınan  hər  bir  halda  bank  siyasətinin

istiqamət və məqsədi dəyişir və son nəticədə bank idarəetməsi qarşısında duran məqsədlər məzmun və mahiyyətcə

dəyişməli olur.

Müəyyən  iqtisadi  vəziyyətdə  bank  idarəetməsində  istifadə  edilən  vasitələrin  seçilməsi  və  vəhdəti  bankın

ümumi strategiyasından asılı olur. Bank tərəfindən həya- ta keçirilən siyasətin hər bir vasitəsi maksimal səviyyədə

işlək olmalıdır. Bu sahədə mühüm, vacib tələblərdən biri bütün kredit institutlarının və ayrı-ayrı qrupların rəqabətə

davamlılığına  təsirin tarazlı, yəni bərabər səviyyədə olmasıdır.  Belə vəziyyət  bütövlükdə bank sisteminin və onun

ayrı-ayrı elementlərinin sabit inkişafmı və fəaliyyətini təmin etmiş olar.

Bank idarəetməsi həyata keçirilərkən istifadə edilən vasitələr əsasən aşağıda  göstərilənlər və əlamətlər üzrə

xarakterizə edilir[3]:

- ənənəvi və ya qeyri-ənənəvi;

- inzibati və ya bazar;

- ümumi fəaliyyət və ya seçmə (selektiv) istiqamət;

- birbaşa və ya dolayı;

- qısamüddətli, ortamüddətli və uzunmüddətli.

Bank  idarəetməsinin  tətbiqi  zamanı eyni  vaxtda  istifadə  edilən  vasitələrin  vəhdətinin  səmərəliliyi  müxtəlif




müddətlər  üçün  nəzərdə  tutulan  məqsədlərin  nə  dərəcədə  müvəffəqiyyətlə  yerinə  yetirilməsindən  ibarətdir.

Uzunmüddətli  tənzimlənmənin  reallaşdırılması  üçün  tətbiq  edilən  bank  idarəetməsinin  vasitələrinin  nümunəsi

olaraq pul siyasətinin ənənəvi aləti olan minimal ehtiyatlar siyasətini və təkrar maliyyələşmə siyasətini göstərmək

olar.  Qısamüddətli  məqsədlərin  həyata  keçirilməsində  valyuta  siyasəti  çərçivəsində  qeyri-ənənəvi  vasitələr  olan,

svon əməliyyatları, açıq bazar siyasəti çərçivəsində arbitraj və bəzi ənənəvi vasitələr rol oynayır.

Bank  idarəetməsində  istifadə  edilən  vasitələrin  hansının  çox  və  ya  az  tətbiq  edilməsindən  asılı olmayaraq

idarəetmənin  əsas  məqsədləri  bankın  fəaliyyətini  ümumi  tənzimlənməsini  həyata  keçirməkdən,  bankın

strukturlarının  fəaliyyətinə  nəzarəti  təmin  etməkdən,  bankın  maliyyə-təşkilati  sağlamlaşmasını  təmin  etməkdən,

bankın bütün fəaliyyətini ölkədə aparılan ümumi iqtisadi siyasətin maraqlarına tabe etməkdən, bankın pul bazarında

fəal  iştirakını  təmin  etməkdən,  bankın  ölkədə  mövcud  olan  ödəmə  sisteminin  intizamlı,  dəqiq  iştirakçı  olmasını

təmin  etməkdən,  bankın  rəqabətqabiliyyətliliyinin  təmin  edilməsindən,  bankın  fəaliyyətində  yüksək  likvidliyin

təmin  edilməsindən,  mümkün  risklərə  qarşı  davamlı  müdafiə  sisteminin  təmin  edilməsindən,  bank  xidmətləri

bazarında  şəffaflığın  qorunub  saxlanmasından,  bankın  fəaliyyətinin  səmərəli,  rentabelli,  mənfəətli  nəticələrlə

yekunlaşmasını təmin etməkdən və s. ibarətdir.

Qeyd  edilən  vəzifə  və  məqsədlərlə  yanaşı  bank  idarəetməsi  çoxsaylı  aralıq  məqsəd  və  vəzifələri  yerinə

yetirir.  Misal  olaraq  göstərmək  olar  ki,  bankın  ölkədə  mövcud  olan  ödəmə  sistemində  intizamlı,  dəqiq  iştirakçı

olmasını təmin  etmək  üçün  müştərilərə,  yəni  həm  hüquqi,  həm  də  fiziki  şəxslərə  məxsus  vəsaitlərin  qorunması,

saxlanması və sığorta olunması çox vacib məsələdir. Bu məqsədin həyata keçirilməsi həm dövlət, həm banklar, həm

də  əmanətçilər  üçün  mühüm  əhəmiyyətə  malikdir.  Həqiqətən  də  dövlət  və  banklar  müştərilərə  malik  vəsaitlərin

qorunmasını  təşkil  edərək  və  depozitlərin  sığortası  sistemini  yaradaraq  ölkədə  sosial  sabitliyi  təmin  etmiş  olur.

İdarəetmənin bu elementinin əhəmiyyəti ondan ibarətdir ki, hətta kredit təşkilatı iflasa uğradıqda belə əhali heç bir

itki ilə üzləşmir. Beləliklə, dövlət bu yolla öz məqsədlərinə çatmış olur və bu halda dövlətin və bankın məqsədləri

üst-üstə  düşür.  Onların  hər  ikisi  ictimai  xarakterə  və  əhəmiyyətə  malik  olan  depozitlərin  sığortasını  həyata

keçirməklə  aşağıdakılara  nail  olur:  müştərilərin  bank  sisteminə  inamı,  etibarı artır,  banklar  haqqında  mənfi  imic

yarandıqda  belə,  əhali  kütləvi  surətdə  vasitələri  geri  tələb  etmir,  əhali  öz  vəsaitlərindən  bank  vasitəsilə

uzunmüddətli qoyuluşlar və yığım kimi istifadə edir, kredit təşkilatlarının hesablarında məcmu qalığın həcmi artır,

kredit  təşkilatları  arasında  əmanətçilərə  iş  sahəsində  rəqabət  genişlənir  və  s.  Bütün  qeyd  edilənlər  bank

idarəetməsinin tək bir məsələ ətrafındakı mahiyyət və mənasını açır.

Bank idarəetməsi bankların fəaliyyətinin mühüm atributlarından biri olmaq etibarilə artıq iqtisad elmində bir

kateqoriya  olaraq  çoxdan  yer  tutmuşdur[2].  Məlumdur  ki,  bank  fəaliyyəti  özü  çoxsaylı elmi  nəzəriyyə,  modellər

əsasında həyata keçirilir. Bank idarəetməsi həyata keçirilərkən istifadə edilən məqsəd, prinsip və vasitələr ayrı-ayrı

nəzəriyyə,  model  və  konsepsiyaların  tələblərindən  irəli  gəlir.  Fransız  alimi  Anri  Fayol  yazırdı  ki,  iqtisadi

subyektlərin idarə edilməsi zamanı onun bölmələrinin, şöbələrinin,  ümumiyyətlə  iqtisadi  subyektlərini  təşkil  edən

bütün  struktur  elementlərinin  fəaliyyətinin  elə  uzlaşdırılmasına  nail  olmaq  lazımdır  ki,  bu  son  nəticədə,  optimal

variantda səmərə verə bilsin. Məhz fayolizmin meydana gəlməsi və onun əsasında idarəetmənin təkmilləşdirilməsi

bank idarəetməsinin də möhkəmləndirilməsinə və əhəmiyyətinin yüksəldilməsinə gətirib çıxardı.

Məşhur  iqtisadçı  alim  Keyns  tərəfindən  iqtisadi  tarazlığın  təmin  edilməsinin  dövlət  modeli  işlənmiş  və

hal-hazırda  bank  idarəetməsi  prosesində  həmin  modelin  tənzimləmə  və  proqnozlaşdırma  elementlərindən  geniş

istifadə edilir. Eyni zamanda bank idarəetməsində iqtisadi tarazlığın təmin edilməsinin Heyman tərəfindən işlənmiş

bazar  modelindən  də  geniş  istifadə  edilir.  Hər  iki  modelin,  yəni  iqtisadi  tarazlığın  təmin  edilməsinin  həm  dövlət,

həm də bazar modellərinin tələbləri, müddəaları bank idarəetməsi prosesində geniş istifadə olunur. Bu özünü bank

kapitalının  formalaşması,  aktiv  və  passiv  əməliyyatların  müxtəlif  parametrlər  üzrə  uyğunlaşdırılması,  investisiya

siyasətinin  aparılması,  likvidliyə  nəzarətin  həyata  keçirilməsi,  maliyyə  nəticələrinin  tənzimlənməsi  məsələlərində

əks etdirir[4].

Qeyd  olunduğu  kimi,  bank  idarəetməsində  çoxsaylı  nəzəriyyə,  model  və  konsepsiyalardan  istifadə  edilir.

Onların  hər  biri  bank  idarəetməsinin  müxtəlif  məqsəd  və  vəzifələrinin,  prinsiplərinin  icra  olunmasında  nəzəri

əsaslar  kimi  tətbiq  olunmuşdur.  Belə  modellərdən  biri  də  Xiksin  standart  tarazlıq  modelidir.  Bu  model  Keyns

nəzəriyyəsi  əsasında  işlənmişdir.  Real  pul  bazarında  ümumi  tarazlıq "İS-LM" əyrisi  vasitəsilə  tədqiq  olunur.  "İS"

əyrisi  təsərrüfatın  əmtəələr  bazarındakı  (real  bazar)  tarazlığım  xarakterizə  edir.  Bu  əyri,  öz  aralarındakı  faiz

dərəcəsinin  və  real  gəlir  səviyyəsinin  kombinasiyasını  əks  etdirən  çoxsaylı  nöqtələri  birləşdirir.  Belə

kombinasiyaların normal şəraitində əmtəələr bazarı taraz vəziyyətdə olur. "LM" əyrisi iqtisadiyyatın pul bazarında

(sektorunda)  tarazlığı  xarakterizə  edir.  Bu  əyri  faiz  dərəcələrinin  və  real  gəlir  səviyyəsinin  kombinasiyasını  əks

etdirən nöqtələrdən keçir. Bu halda pul bazarı tarazlıq vəziyyətində olur, daha doğrusu, pula tələb və təklif arasında

bərabərlik, tarazlıq mövcud olur. Məhz bu model əsasında bank idarəetməsi zamanı çox vacib olan bir neçə məsələ

həll edilir ki, onlardan ən vacib olan pula olan tələb və təklif arasında tarazlığın qorunmasıdır[3].

Qeyd  etmək  lazımdır  ki,  iqtisadi  fəaliyyətin  bütün  aspektləri  nəzəri  əsaslara  söykəndiyi  kimi,  bank

idarəetməsi də nəzəri əsaslarla həyata keçirilir. Nəzəri əsaslar kimi bir çox nəzəriyyə, konsepsiya, model, hipoteza,

cərəyanlar  çıxış  edir  ki,  onlardan  bir  neçəsi  qısa  olaraq  nəzərdən  keçirilmişdir.  Onların  köməyilə  həm  bank

idarəetməsinin mahiyyəti müəyyənləşdirildi, həm də onun nəzəri əsasları təhlil edildi.



ƏDƏBİYYAT

1. M.M. Bağırov. Banklar və bank əməliyyatları (Ali məktəblər üçün dərslik). Bakı, "Nurlan", 2003. - 512 s.

2. İzahlı iqtisadi terminlər lüğəti. Akademik Ə.M. Abbasovun redaktorluğu ilə. Bakı, "Nurlan", 2005 - 1082 s.

3. Z.F. Məmmədov. Bank işi və elektron bankçılıq. Bakı, "Qanun" nəşriyyatı. 2003 - 450 s.

4. D.A. Bağırov. Audit. Bakı. "Şərq-Qərb" nəşriyyatı, 1996, - 311 s.

Е.С. Ибрагимов

РЕЗЮМЕ

Сущность банковского управления и ее теоретические основы

В  статье  автором  раскрыта  суть  банковского  управления.  Даны  основные  направления  банковс кой

деятельности  и банковского  управления.  Определены  главные  цели  и  задачи  банковского  управ ления  на

современном  этапе  развития  банковской  системы.  Обоснованы  теоретические  направления  организации

банковского  управления.  Проведен  краткий  теоретический  анализ  и  сделаны  выводы  по  банковскому

управлению.



E.S.ibrahimov

SUMMARY

Essence of the bank management and his its theoretical bases

In  the  author  revealed  the  essence  of  banking  management.  The  main  directions  of  banking  and  bank

management.  Identify  key  goals  and  objectives  of  bank  management  at  the  present  stage  of  development  of  the

banking system. The theoretical direction of the organization of banking management. Conducted a brief theoretical



analysis and conclusions are drawn on bank management.

Yüklə 201,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə