Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   14   15   16   17   18   19   20   21   ...   110

38 
 
göndərməklə onu hədələyərdilər, David o saat susmağa vadar olardı. O zaman 
belə  bir  şəklin  faş  olması  David  üçün  ölümə  bərabər  idi,  ya  gərək  Bakıdan 
köçüb gedəydi, ya da ki, intihar edəydi, başqa çarə yox idi. Keçmiş «Krizoyda» 
məşhur saatsaz yəhudi   Fuks dükanı vardı. Fuks müştərilərlə dəmir barmaqlıqlı 
balaca  pəncərədən  danışar,  sövdələşər,  saatları  alıb-verərdi,  heç  kəsi  içəriyə 
buraxmazdı, pilləkənlə dükanın içindən bir başa ikinci mərtəbəyə qalxardı; elə 
bil  qəfəsdə  yaşayırdı;  küçəyə  gediş-gəlişi  həyət  tərəfdən  idi.  O  da,  əksərən 
zənginlərə xidmət edərdi. 
Bakıda  Torqovi  küçəsində  şamaxılı  tacir  Tağıyevin  əzəmətli 
mülkünün  altında,  Hacı  Rəcəblinin  bir  məhəlləni  tutan    nəhəng  mülkü 
(«Vətən»  kinoteatrı)  ilə  üzbəüz  dükanda,  şəhərdə  ən  məşhur  şirniyyatçılardan 
olan  bir  alman  hör  növ  şirniyyat  satardı.  Moskvadan,  Peterburqdan, 
Varşavadan, Parisdən mal alardı. İrili-xırdalı metal və karton konfet qutularının 
bəzəyi, görkəmi insanı cəlb edərdi, xoş ətir verərdi. Tort və pirojna üçün krem 
hazırlamaqdan  ötrü  Abşeron  adalarından  səbət  dolusu    qağayı  yumurtası 
gətizdirərdi.  Müştəri  əlindən  dükanda  tərpənmək  olmurdu.  Evlərə  gündə 
yüzlərlə  sifariş  yollayardı.  Satıcı  qızlar  gözəllikdə,  xoş  rəftarda  bir-birilə  bəhs 
edərdilər.  Qızların  al  dodaqları,  sədəf  dişlərinin  parıltısı  adamı  ovsunlayardı, 
müştəri heç  vaxt  əliboş bayıra  çıxmaz,  mütləq bir şey alardı.  Hələ  o qızların 
libasları...  Saçlarının    bəzəyi,  bağladıqları  rəngarəng  ipək  lentlər    heyrətamiz 
idi.  Duruşları,  yerişləri  can  alırdı,  yerimir,  elə  bil  pərvanə  təkin  uçurdular... 
Sahildə  II  Aleksandr,  yaxud  Naberejnı  küçədə  (Neftçilər  prospektində) 
«Qafqaz-Merkuri»    körpüsündən tutmuş (indi bu körpü yoxdur, yeraltı keçidin 
qabağında  idi)  Sadovı  (Çkalov)  küçəsinə  qədər  iki-üç  mərtəbəli  binaların 
altındakı dükanların çoxusu İran tacirlərinə məxsus idi. Topdan-satış xuşgəbər, 
qaysı, kişmiş, səbzə, xurma, ədviyyat, badam, ləpə, düyü və digər mallar alış-
verişi  edirdilər.        Alt  mərtəbələrdə  dükan  və  anbarlar,  üst  mərtəbələrdə  isə 
mənzilləri yerləşirdi. 
Bu  arada  hambal  əlindən  tərpənmək  olmurdu.  İki  nəfər  məşhur 
hambalı  -  Arşakı  və  Dadaşı  şəhərdə  tanımayan  yox  idi.  Hamballar  dallarında 
palan  səhərdən  axşamacan  şələ  daşıyardılar.  Səhərlər  və  şam  vaxtı  şirin  çayla 
pendir-çörək  yeyərdilər,  günorta  isə  bir  kasa  piti  ilə  nahar  edərdilər.  Bir  kərə 
nahər  edəndə  bir  hambal  yoldaşına  deyir  ki,  «Gedə,  Məmiş,  goburnat  istəsə 
gündə iki piti yeyər». 
Bu prospekt atlı kazaklarla dolu olardı.  
«Kələntərov» (Gənclər meydanı) pasajı üç səmtə baxırdı, burda gözəl 
şeylər satılırdı: qədim qəmələr, qılınclar, kəşkül, rəhil, sədəf və şirmayı qutular, 
bəzəkli  qablar,  üsür,  mərcan  və  kəhrəba  həmaillər,  boyunbağı  və  təsbehlər, 
«Fərhad və Şirin», «Əsli və Kərəm», «Rüstəm və Söhrab», «Leyli və Məcnun» 
dastan  və  poemaları  motivi  əsasında  toxunulmuş  xalı  və  xalçalar,  cecimlər, 
tirmə şallar olardı. 


39 
 
Velikoknyaz  (Zevin)  küçəsi  ilə    Haşımov  döngəsinin  tinində 
Hüseynov  qardaşları  çini  qablar,  vazalar,  qənddanlar,      çay    dəstgahı,      qəhvə 
fincanları, güldanlar, küpələr   satırdılar;  soğan qabığı  nazikliyində rus,  yapon, 
çin, alman, fransız, İran, Hindistan malları;   gecəçıraqları,  yumru  lampalar...  
Hamısı  göz  oxşayır,  ürək  sevindirirdi.  Zərif  barelyeflər,  qorelyeflər,  miniatür 
rəsmlər,    əlvan    çiçək  hörükləri,  məleykə  şəkilləri  qabları  bəzəyirdi.    
Vitrinlərdəki  çıraqları  yandıranda    əfsanəvi  bir  mənzərə  yaranırdı.  Vitrinlərin 
birində    metaldan  balaca  bir  mayak  qoyulmuşdu.    hündürlüyü  yarım  metr 
olardı;  mayakın  eyvanında  saat  vardı;  mayakdan  azca  aralı  bir  ağac  dururdu, 
koğuşunda  «ayı»  quraşdırmışdılar;    mexanizmi  quranda  ayı  başlayırdı 
oynamağa. 
Benderin Olginski (Caparidze) küçəsindəki bəzzaz dükanı məşhur idi. 
«Aslanov  qardaşları»  da  Benderin        qonşuluğunda  manufaktur  satıb 
onunla rəqabət aparırdılar. 
«Cəvahir»  mağazası;  Haşımovun  Olkinski  küçəsindəki  özəmətli 
binasının altında bir neçə qapılı mağazada «Əliyev qardaşları» dünyada nə cür 
qızıl,  platin,  gümüş,  cəvahirat,  bəzək  əşyası  var  idisə  satırdılar:  üzük,  sırğa, 
qolbaq,  cütqabağı,  medalyon,  həmail,  belbağı,  kəmər  və  başqa  şeylər.  Hamısı 
da  əla  növ,  başdan-başa  cəvahiratla  -  yaqut,  ləl,  zümrüd,  zəbərcəd,  mirvari, 
sədəflə  bəzədilmiş,  qravyuralı  qızıl  gümüş  papiros  qutuları,  təkbənd,  bir  sözlə 
hər şey... 
Bu  dükanla  bağlı  iki  hadisənin  baş  verdiyini  söyləyirlər.  Nikolay 
istibdadının  qızğın  vaxtında  birdən  Olginski  küçəsi  tərəfdən  şübhəli  adamları 
jandarmalar  və  polislər    mühasirəyə  alıb    başlayırlar  tutmağa.  Məqsədləri  də 
guya  izinə  düşdükləri,  məşhur  ixtilaçını  yaxalamaq  imiş.  O  da  özünü  itirmir, 
keçir «Cəvahir»  mağazasına,  tələb  edir  ki,  məni   gizlədin. Cəvahirfüruş  da   
onu    tanıyırmış,    haqqında    çox    şey  eşidibmiş.  Belə  ixtilalçılardan  hamı 
qorxardı.  Neçə  gün  əvvəl  Haşımov  (Gənclik)  meydanından  Velikoknyaz 
(Zevin)  küçəsinə  düşən  döngədə,  Qala  divarı  ilə  üzbəüz  sərraf  dükanlarından 
birinə iki nəfər girib stol üstündəki neçə min manat qızıl pulu torbaya tökmək 
istədikdə,  sərraf  malını  qorumaq  məqsədilə  özünü  qızılın  üstünə  atır,  onu  elə 
yerindəcə  tapança  ilə  öldürüb,  qızılları  torbaya  doldurub  dükandan  çıxırlar, 
güllə  səsinə  gələn  polislə  atışa-atışa  özlərini  İçərişəhərə  verib,        aradan 
çıxdıqlarını  yaxşı  bilirdi.  Həmin  adam  o  dəstənin  başçısı  idi.  Cəvahirfüruş 
qorxudan, tez divardakı iri, gizli seyfin qapısını açıb onu gizlədir, qapını da tez 
qıfıllayır. 
Jandarmlar  doluşur    dükana,    başlayırlar  axtarışa,  lakin  heç  nə  tapa 
bilmirlər,  çıxıb  getməyə  məcbur  olurlar.  Əlbəttə,  pusquda  adam  qoyurlar. 
Axşam düşür. Cəvahirfüruş mağazanı bağlayır,  gedir evinə, bir də sabahı gün 
səhər  tezdən  gəlir,  yan-yörəni  əməlli  yoxlayıb,  pusquda  heç  kəsin  olmadığına 
əmin  olandan  sonra  mağazanı  açır  və  adamı  seyfdən  azad  edir.  İkinci  hadisə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə