Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   16   17   18   19   20   21   22   23   ...   110

42 
 
olurdular.  Hətta  gündüzlər  belə,  bir  yerə  yığışanda  onun  təbəssümündən, 
yerişindən, oynamağından, söhbətindən ağız dolusu danışardılar. Yana isə hər 
adama  məhəl  qoymaz,  meyl  göstərməzdi.  Sərraf  yəhudilər  kimi  öz  qədr-
qiymətini  bilər,  çoxlarını  quru  ümidlə  yaşadar,  hər  kəsə  yerini  göstərməyi 
bacarardı. Birdən xəbər yayıldı ki, Çəpgöz Kazım rəqqasə yəhudi qızı Yanaya 
evlənir.  Doğrudan  da  bir  neçə  gecə  rəqqasə  artıq  oyun  meydanına  çıxmadı. 
Məşuqi  ilə  xüsusi  süfrə  salınmış  stolun  arxasında,  ən  görkəmli  yerdə  oturub 
şam  edir,  əylənir,  şabaş  göndərir,  xörəkpaylayanlara  xərclik  verirdi.  Çox 
keçmədi  təzə  xəbər  çıxdı  ki,  Çəpgöz  Kazım  Yanayə        qoşulub      Amerikaya,   
qızın ata-anasının   yanına gediblər. Sərrafa, möhtəkirə nə var ki, harda pul var, 
ora da onun vətənidir. 
Lokantalara və əyləncə evlərinə növündən və dərəcəsindən asılı olaraq 
təkcə içəri girmək haqqı qızıl pulla beş manatdan iyirmi beş manata qədər idi. 
Ən  ləziz  xörəklər,  əla  növlü  meyvələr,  şirniyyat,  içkilər  lokantalarda  baha 
qiymətə  satılırdı.  Çini  qab-qacaq,  gümüş,  çəngəl-bıçaqlar,  büllur  qədəhlər 
cingildəyər,  qəndil  və  çilçıraqlar  ətrafa  şölə  saçar,  ahəngdar  musiqi  adamları 
əyləncəyə çağırardı. 
Krasnovodski  (indiki  Səməd  Vurğun)  küçəsindəki  «Qış  klubu»  - 
«Kazino»  da  öz  dəbdəbəsi  ilə  məşhur  idi.  (Binanın  sahibi  Musa  Nağıyev  idi). 
Burada  restoran,  tamaşa  və  rəqs  salonları  və  qumar  oyunu  üçün  irili,  xırdalı 
otaqlar vardı. 
Neft  mühəndisi  Qriqori  Aleksandroviç  Qazarbəyov  nəql  edirdi  ki, 
mədən  və  zavodların  sahibləri,  yüksək  mövqeli  çinovniklər,  adlı-sanlı  varlı 
mühəndislər,  milyonçular  və  tacirlərin  bəziləri  axşamdan  gecə  yarısına,  hətta 
səhər  açılana  qədər  kazinoda,  ya  da  yay  klubunda  (Filarmoniya)  olardılar. 
Peşələri yeyib-içmək, rəqs etmək, bir də tumar oynamaq idi. Mən kluba nadir 
hallarda  gedərdim.  Bir  dəfə  «Qış  klubu»nda  qərara  gəldim  ki,  bəsdir 
mühəndislərlə oynadım, qoy bir dəfə də neftxudalarla oynayım. 
Girdim  iri  oyun  otağına,  yaşıl  mahuddan  süfrə  salınmış  uzunsov 
stolun arxasında oturdum.    Adamlar bir-bir gəlir, stullar tutulurdu.    Milyonçu  
Aramyan  içəri  girdi,  məni  gördükdə  təəccüb  etdi.  Yaxınlaşıb  soruşdu:  «Qrişa, 
burda niyə oturmusan? Dur ayağa, oyunçular gəlir...». Dedim ki: «Minas dayı, 
mən  də  oynamaq  istəyirəm».  Xəbər  aldı:  «Nə  qədər  pulun  var,  Qrişa?». 
Qoltuğumdan pul bükümünü  çıxardıb    aça-aça dedim: «Min manat». Minas 
bığaltı gülümsədi, məxmər pərdəni  aralayıb  balaca  bir torba  götürdü,  mənə  
uzatdı:  «Bunu  tut!»  dedi.  O  qədər  ağır  olacağını  gözləmirdim,  az  qaldım 
torbanı  qucağımdan  salım.  Qızıl  olduğunu  başa  düşdüm.  Özümü  itirdim  və 
utandım. Minas dayı xoş bir əda ilə güldü: «Bala, Qrişa, - dedi: - burda on min 
manatlardan  oynayırlar,  sənin  min  manatın  kara  gəlməz,  heç  bir  dövrəyə 
çatmaz,  çolpanın  pərqusunu  didən  təki  səni  ütərlər.  Dur  ayağa!»  Onda  başa 
düşdüm ki, neftxudaların, milyonçuların qumarı nədir. 


43 
 
Bir  professor  nəql  edirdi  ki,  Suraxanıda  mədən  müdiri  idim.  Gündüz 
saat üçdə çıxıb gəlirdim şəhərə. Çox vaxt klubda  əylənərdim, arabir qumar da 
oynayardım.  Bir  dəfə  üstümdə  olan  pulu  uduzdum,  çıxıb  mindim  faytona, 
getdim  mədənə,  seyfdən  pul  götürüm.  Kontora  çatanda  axşam  düşmüşdü. 
Qaranlıq  idi.  Pulu  götürdüm.  Telefon  zəng  çaldı.  Dəstəyi  qaldırdım,  danışan 
xozeyin  idi.  Təəccüblə  xəbər  aldı  ki,  axşam  vaxtı  orda  neynirsən?  Deyə 
bilməzdim  ki,  qumar  oynamağa  pul  üçün  gəlmişəm;  cavab  verdim  ki,  güclü 
neft  verən  bir  quyu  şıltaqlıq  edirdi,  onu  sahmana  salırdım,  işi  qurtarıb  şəhərə 
qayıdıram. Sabahı  gün  bütün qəzetlərdə xəbər yazılmışdı ki, işgüzar, namuslu 
mühəndis  axşama  qədər  mədəndə  qalıb,  aldığı  əmək  haqqını  doğruldur. 
Xozeyin  də mənə bir  aylıq əlavə    maaş verdi. 
Kazinonun  restoranında  olanlar  nəql  edirdi  ki,  stolların  üstündə 
dünyanın  bütün  nazi-neməti,  ləziz  təamları,  şirniyyat,  meyvə  və  içkiləri 
qoyulardı.  Stolüstü ipək lampalar, tavandakı billur çilçıraqlar, bəzəkli taxta və 
ipək  çin  fanarları  ətrafa  rəngarəng,  əlvan  şəfəqlər  saçardı...  Müştərilər  yeyib-
içdikləri  vaxt  musiqi  çalınar,  qəndil  və  fanarların  işığı  tədricən  azaldılardı... 
Məxmər pərdə qalxar, pərdə arxasında, səhnədə üryan qızlar rəqs edərdilər. 
Küçələrdə  isə  minlərlə  ac-susuz,  sərgərdan,  işsiz  insanlar  gecələmək 
üçün yer axtarırdılar. 
Qumar oynanılan otaqlarda, rəqs salonunda tez-tez dava düşər və hətta 
atışma başlardı. 
Dövlətli  kişilərin  əksərinin  xarici  qadınlardan  aşnaları  vardı.  Onlara 
matişkə deyirdilər, hamısı üçün mənzil tutar, bəzən mülk alar, naz-nemət içində 
saxlayardılar. Bunu çoxları, hətta öz qanunu arvadları da bilərdi. Dövlətlilərin 
arvadları  da  tez-tez  növbə  ilə  bir-birinin  evinə  yığışıb  ziyafət  məclisləri 
qurardılar,  tez-tez  də  kimin  ərinin  xarici  arvad  aşnasının  daha  gözəl  olduğu 
üstündə  mübahisə  qopardı.  Hər  kəs  iddia  edərdi  ki,  ərinin  matişkəsi  daha 
gözəldir və axırda saç davasına çıxardılar. 
Şəhər bağı. Bakıda bağ-bağça, yaşıllıq yox dərəcəsində idi. 
Şəhər  üçün  əsas  plan  layihəsi  vaxtaşırı,  dəfələrlə  təshih  edilib 
təkmilləşdirilmişdi.  Şəhərin  memarı  Qasımbəy  Hacıbababəyovun  qurduğu 
layihələrdə,  gələcəkdə  meydanlar,  bağ-park  və  bulvar  da  nəzərdə  tutulmuş, 
eyni zamanda yaşıl örtük üçün yerlər ayrılmışdı. 
Bakı  bitki  aləmi  cəhətindən  ən  geridə  qalmış  şəhər  hesab  edilirdi. 
Bunun əsas səbəbi suyun az, daha doğrusu olmaması idi. 
Bakının ən köhnə bağı qubernator (sağlamlıq zonası) bağı hesab edilir
sahəsi  dörd  hektar  yarımdır.  Bu  bağ  1830-cu  illərdə,  keçmişdə  iki  qala  divarı 
arasında yerləşən şəxsi bağ-bağça və bostanların yerində salınıb. Şəhərdə uzun 
müddət  yeganə  bağ  idi.  Bakı  şəhər  komendantı  Lənkəran  və  İrandan  Bakıya 
gələn  bütün  gəmilərin  yiyələrini  və  kapitanları  bir  neçə  çuval  qara  torpaq 
gətirməyə  vadar  edərdi;  əmri  yerinə  yetirməyənlərdən  cərimə  alınardı.  İlk 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə