Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   18   19   20   21   22   23   24   25   ...   110

46 
 
Ploşko,  Termikelov,  Edel  və  tanınmış  başqa  istedadlı  mütəxəssislər  ürəkdən 
çalışırlar. 
İlk mərhələdə bulvar «Qafqaz-Merkuri» körpüsündən (Kukla teatrının 
binasından)  Seyid  Mirbabayevin  (Azneft)  binasınadək  uzanacaqdı.  Bu  arada 
sahildə  sınıq-sökük  qayıqlar,  köhnə  yelkənli  gəmilər  vardı,  çirkab  sular  axıb 
dənizə tökülürdü. 
1910-cu  ildə  bulvarda  əkilmiş  ağaclar,  kol-kos  və  çiçəklər  artıq  göz 
oxşayırdı. 
Quba  meydanı  şəhərin  ən  qələbəli  yerlərindən  biri  idi.  Parapetlə 
bərabər 
əsas 
meydan 
hesab 
edilirdi. 
Buradakı 
karvansaralarda, 
mehmanxanalarda bütün Azərbaycan qəza və kəndlərindən gəlmiş müsafirlərə, 
alverçilərə, tacirlərə, sənətkarlara təsadüf edilərdi. Qoçuların   əsas  məskən  və  
yığıncağı  Quba  meydanı idi, bütün şər əməllər, fitva vermək, adam öldürmək, 
qız    qaçırtmaq,    mağaza,    anbar    yarmaq,          dövlətlilərdən  rüsum  almaq,  ev 
yarmaq  və  digər  şər  əməllərin  tədbiri  Quba  meydanında  tökülər,  qət  edilərdi. 
Burada  Balaxanı,  Bondarnı,  Çadrovı,  Sisyaanov,  Bazar  və  Şamaxı  küçələri 
çarpazlaşırdı.  Binaların  birinci  mərtəbələrində  baqqal,  bəzzaz,  xırdavatçı, 
çarıqçı,  (iki  cür  çarıq  tikərdilər:  əyan,  ruhani  və  varlılar  üçün  xüsusi  Şiraz 
çarığı, qara camaat üçün isə xam göndən), qəssab dükanları,  aşxana,  cızbızçı,  
çayxana,  kababçı  dükanları, sərrac və sənətkar emalatxanaları  yerləşirdi. 
Binaların üst mərtəbələri isə mehmanxana və mənzillər idi. Meydanın 
bir  tərəfində  taxta  budkalarda  yəhudilər  min  bir  əşya  alış-verişi  edirdilər. 
Xüsusi  emalatxanalarda  dəmirdən,  misdən,  hətta  gümüşdən  cürbəcür 
formalarda  təkbaşlı,  qoşabaşlı,  üç,  dörd  və  hətta  beş-altı  başlı,  bərli-bəzəkli, 
naxışlı şamdanlar, eynilə fanarlar qayırardılar. 
Quba  meydanından  haçan  keçilsəydi,  çayxana  və  aşxanalardan 
qramafon və şarmanka səsi eşidilərdi. 
Payız  və  qış  aylarında  sələbçilər  iri  sələbdanlarda  sələb  satar  və 
qışqırardılar:  «Sələb  var»,  «Məlhəm  var»,  «Sinə  dərmanı»,  «Döş  davası», 
«Məcundur»,  «Cana  xeyirdir».  Bitki  kökündən  hazırlanan  sələb  süd  rəngində 
olar, ətri, dadı adama ləzzət verərdi. 
Quba  meydanındakı  yeməkxanalardan  biri  də  Həsən  Pervoyun  adı 
dillər  əzbəri  «İslam»  restoranı  idi.  O  zaman  ev,  dükan,  restoran,  mağaza 
yiyəsinin  adı  ilə  tanınardı.  Həsənə  də  xörəklərin  ləzizliyinə  görə  «Pervoy» 
ləqəb  qoymuşdular.  Səkili  mərtəbədəki  bu  restoran  səhərdən  gecə  yarısına 
qədər  müştərilə  dolu  olardı.  Burdakı  xörəklər  kimi  dadlı  xörək  heç  yerdə  yox 
idi;  şəhərdəki  müştərilərdən  başqa  ətraf  qəsəbə  və  hətta  mədənlərdən, 
kəndlərdən  -  Sabunçu,  Suraxanı,  Ramana,  Bibiheybət,  Keşlə,  Ağşəhər, 
Qaraşəhərdən faytonda, qazalaqda bu restorana nahara gələr, yeyib-içib qəlyan 
çəkər, söhbət edər, sövdələşər, mal alıb satardılar. Handa bir dövlətli, tanınmış 


47 
 
qoluzorba  sövdəgər,  tacir,  çodar  və  digər  adamlara  burda  rast  gəlmək  olardı. 
Fayton, qazalaq küçəboyu bir-birinin dalınca düzülərdi. 
Bir  gün  nahara  gələn  müştərilər  görür  ki,  «İslam»  restoranı  bağlıdır; 
səs-küy  salırlar,  başlayırlar  Həsən  Pervoyu  axtarmağa.  Əlaltılarından  birini 
tapıb  soruşurlar,  bu  nə  əhvalatdır...  Deyir  ki,  xəbərim  yoxdur,  işə  gəldim 
gördüm  ki, lələ köçüb  yurdu  qalıb... Müştərilər dilxor olurlar. Xörəklərin belə 
ləzzətli  olmasının  səbəbini  Həsən  Pervoyun  əlaltısı  nəql  edir:  biz  hər  şeyi 
hazırlayırdıq,  Həsən  Pervoy  sirrini  öyrənməsinlər  deyə  hamını  mətbəxdən 
çıxardıb  əti  qazanlara,  küpələrə,  tavalara  özü  təklikdə  töküb  yerbəyer  edər, 
ocağa asandan  sonra bizi  mətbəxə buraxardı. Deməyinən  Həsən Pervoy bütün 
qablara  ölçüsünə,  Həcminə  görə  müəyyən  miqdarda  tiryək  sürtüb  sonra  ət 
tökərmiş,  ədviyyat  da  əlavə  edərmiş;    bu  qayda  ilə  az  doza  ilə  müştəriləri 
tədrislə tiryəki etmişdi. Yaxşı da pul qazanıb dövlətlənmişdi. 
Həsən  Pervoy  özü  İranın  Zəncan  şəhərindən  idi.  Bakıdakı 
zəncanlıların  çoxusu  şatır-çörəkçi  idilər;  onlar  da  xeyli  pul  qazanandan  sonra 
gözlənmədən yoxa çıxardılar. 
Yarım  kilometr aralı Kömürçü meydanında  əvvəllər kömür basdırıb 
satardılar, sonralar döndərmişdilər  oranı  bazara,   əksərən   köhnə  pal-paltar  
və  ev  müxəlləfatı  satılardı.  Bələdiyyə  idarəsi  ora  Voronsov  meydanı  adı 
qoydusa, camaat tərəfindən qəbul edilmədi, köhnə adı Kömürçü meydanı qaldı 
üstündə.  Burda  da  qramafon  və  şarmanka  çalınardı.  Kömür  meydanında  da 
xoruz  və  qoç  döyüşdürərdilər,  qoçlar  kəllə-kəlləyə  gələndə  zərbin  səsindən, 
şaqqıltıdan adam diksinir, elə bir təsəvvür oyanırdı ki, hər iki qoçun başı tikə-
tikə  olub  ətrafa  səpələndi;  xoruzlar  al  qan  içində  olar,  tez-tez  gözləri  deşilər, 
döşlər  yırtılardı,  amma  ən  maraqlı  oyun-tamaşa  dəvələrin  döyüşməsi    olardı; 
elə    ki,  küçəbəküçə  carçılar  hərlənib  xəbəri  yayardılar,  səbrsizliklə  oyun 
gününü    gözləyərdilər.  Dəvələrin  döyüşməsini  heç  bir  heyvan  döyüşməsi  ilə 
müqayisə  etmək  olmaz.        Bu  eyni  cinsli  heyvanın  bir-birinə  tutduqları 
divandan insan dəhşətə gəlirdi. Quduz itlərin,   canavarların vəhşiliyi qızışmış 
dəvələrin    qəzəbi    yanında    oyuncaq    hesab    oluna    bilər.  Heyvanda  nə  qədər 
dərin  kin, qəzəb, rəhmsizlik olarmış.    Ağızlarından köpük püskürərdi; gözləri 
elə  dumanlanardı  ki,  sanki  heç  nəyi  görmür.  Ayaqları  ilə  təpikləyir,  bir-birini 
çeynəyir, parça-parça, tikə-tikə etmək  istəyirdilər.  Qızmış  gözlər  qan   çəkib 
az  qalırdı  hədəqəsindən  çıxsın.  Hikkədən  əsim-əsim  titrəyirdilər.  Canlı  aləmə 
müvafiq  necə  də  ad  tapıblar:  vəhşi,  yırtıcı.  Üstün  gəlmək,      xudpəsəndlik 
görünür ibtidadan canlıların  xilqətindədir  ki,  ondan  ötəri ölümə gedir, məhv 
olurlar. 
Kömür  meydanında  tez-tez  pəhləvanlar  da  güləşər,  güclərini 
göstərərdilər.  Kəndirbazlar  məharətlərini  nümayiş  etdirmək  üçün  kəndirin 
üstündə qəribə oyunlar çıxarardılar. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə