Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   20   21   22   23   24   25   26   27   ...   110

50 
 
1872-ci  ildə  neft  sənayesinin  inkişafında  çox  ciddi  maneə  olan 
mövcud iltizam sistemi ləğv edilir və dövlət xəzinəsi mədənləri uzun müddətə 
icarəyə verməyə başlayır. İcarə pulunu əvvəldən alır. İcarəçilər birinci növbədə 
mayasını çıxarmağa və mümkün qədər artıq qazanmağa səy edirlər. 
Beləliklə,  nöyütlü  ərazi  keçir  şəxsi  əllərə,  neft  hasilatı  da  ildən-ilə 
sürətlə artır. Bakı neft sənayesi kapitalizm inkişafı yoluna qədəm qoyur. 
1872-ci ildə Bakı 1,5 milyon pud neft verdiyi halda, 1900-cü ildə 661 
milyon  pud  neft  verir,  bu  da  ölkədə  çıxarılan  neftin  95  faizi,  bütün  dünyada 
hasil olunan neftin yarısından çox idi. 
Ağ  neft  emalı  1873-cü  ildə  15.000  ton  idisə,  1901-ci  ildə  bu  rəqəm 
2.500.000 tona çatdı. 
Bakıda  yaranmış  neft  şirkətlərinin  sayı  aydan-aya  artır,  perspektivli, 
ümid verən torpaqların əsas hissəsi icarəçilərin əlinə keçirdi. 
Yadelli  kapitalistlər  sərvət  dalınca  Bakıya  axışırdılar.  Nobel 
qardaşlarının 1879-cu ildə yaratdıqları şirkət neft quyuları qazmaq və istismar 
etməklə bərabər, axtarış-kəşfiyyat, neft emalı, ticarəti, elmi-tədqiqat işləri ilə də 
məşğul olurdu. 
1883-cü  ildə  Rotşildin  nümayəndəsi  Parisdən  Bakıya  gəlib  «Xəzər-
Qara  dəniz»  səhmdarlar  şirkətini  yaradır,  tez  bir  zamanda  rus  neft  sənayeçisi 
Peşkovskinin  mədən,  zavod  və  digər  müəssisələrini  ələ  keçirir.  «Xəzər-Qara 
dəniz»  şirkətinin  planı  çox  geniş  idi:  neft  məmulatı  almaq,  emal  və  ixrac 
etmək;  əgər  Nobel  xırda  neft  sahibkarlarını  neft  kəmərlərilə  sarımışdısa, 
fransızlaşmış yəhudi sərmayədarı Rotşild neft emal edən zavod sahiblərinə pul 
tələləri  qurub,  iki  milyon  manat  avans  verməklə  bir  neçə  il  əl-qollarını  elə 
bağlamışdı  ki,  heç  kəsə  mal  sata  bilmirdilər.  Rotşild  eyni  zamanda    «Mazut» 
ticarət  komissiyası yaratmışdı.  Ona borclu olan zavod sahibləri ağ nefti yalnız 
«Mazut»a təhvil verməli idilər. Bir çoxları  bu komissiyanın  «fəaliyyətindən»  
iflas olmuşdu. 
Rotşildin  birinci  müvəkkili  Debur  özünə  o  zaman  asudə  guşə 
hesabedilən,  dənizə  yaxın,  Bağ  küçəsində  xüsusi,  təmtəraqlı  imarət  (R. 
Mustafayev  adına  İncəsənət  muzeyi),  idarə  üçün  isə  şəhərin  mərkəzində 
Persidski  (Poluxin)  küçəsində  yaraşıqlı  bina  tikdirmişdi.  Debur  Bakıdan 
gedəndə Sadovı küçədəki imarətini  «Kavkazskoe tovarişestvo» şirkətinə satdı. 
Deburun vəzifəsinə Feqel Arnold Mixayloviç adlı bir adam təyin edilir;  onun  
kiçik qardaşı    Rotşildin   Peterburqdakı müvəkkili idi. 
1890-cı  ildə  ingilis  Seyms  Vişau  Bibiheybətdə  neft  mədənləri  və 
Qaraşəhərdə  «Şibayev  şirkətinin»  zavodlarını  alır.  Belçika,  Almaniya  və 
Amerika  Birləşmiş  Ştatlarının  nümayəndələri  də  Bakıda  şirkətlər,  maliyyə-
kredit-ticarət müəssisələri yaradırlar. 
Sənaye, ticarət, nəqliyyat, gəmiçilik idarələri xeyli çoxalır. 


51 
 
Həsənbəy Zərdabi «Əkinçi» qəzetinin 1877-ci il 1 yanvar nömrəsində 
çəlləklə neft daşıyanlar barədə yazırdı: «Balaxanıdan zavodlara arabaçılar, 7-8 
verst yoldur, pudu bir şahıdan  - beş köpükdən neft daşıyıb bol pul qazanırlar. 
Deyirlər  keçən  il  arabaçılar  zavod  sahiblərindən  yarım  milyon  manat  kirayə 
alıblar. İndi iki kompaniya düzəldiblər, birisi neft mədənlərdən zavodlara dəmir 
novalçalarla  axıtmaq  istəyir,  o  birisi  dəmir  yol  çəkmək  istəyir.  Yerüstü 
novalçalarda  neft  axıtmaq  istəyən  kompaniyaya  dövlət  izn  verib  və  bu  bahar 
onu  başlayacaqlar.  Yüz  min  manata  qədər  xərc  olacaq.  Dəmir  yolu  çəkmək 
üçün yüz min manat cəm edilib, yüz min manat da lazımdır, 
Neft  cövhəri  (ağ  neft)  satanlar  keçən  il  ziyada  nəf  ediblər.  Əvvəllər 
cövhərin  pudu  Moskva  və  başqa  şəhərlərdə  manat  yarım,  iki  manata  satılırdı. 
Ötən  il  3-4  manata  satılıb.  Amerikadan  bu  il  cövhər  gətirilmədiyindən  Bakı 
neftinin pudu qalxıb 6 manat 50 qəpiyə». 
«Əkinçi»  başqa  bir  nömrəsində  yazırdı:  «Neçə  il  bundan  əqdəm 
Badkubənin nefti Mirzəyevin icarəsində idi. Elə ki, bu icarə bərhəm oldu, neft 
quyularını bir neçə hissə edib, tək-tək icarəyə verib, hər bir xahiş edənə ixtiyar 
veriblər  ki,  təzədən  quyu  qazsın.  O  zaman  Balaxanı  və  Sabunçu  kəndlərinin 
yerləri çox bahalandı. Elə ki, quyular çoxaldı və onların bəzisindən neft fəvvarə 
vurub bulaq kimi axdı, neft qiymətdən düşdü. Keçmişdə xalvarı, yəni 20 pudu 
9  manata  satılan  neft  bir  manata.  Hətta  3  abbasıya  satıldı.  Bir  tərəfdən  neftin 
belə  artmağı,  bir  tərəfdən  xəzinənin  neftdən  aldığı  aksız  xərci  və  bir  tərəfdən 
Amerikanın neft cövhərinin Rusiyada ucuz satılması, neft cövhəri çəkmək üçün 
zavod  saxlayanların  işini  pərişan  elədi.  Axırdə  neft  sahiblərinin  dad-fəryadı 
yerinə  yetişdiyinə,  keçən  il  hökm  olundu  ki,  Amerika  cövhərindən  50  qəpik 
artıq  tamojna  xərci  alsınlar.  Ona  binaən  zavodçuları  keçən  il  Rusiyaya  neft 
cövhəri  gətirmədiyinə,  Rusiyada  Badkubənin  neft  cövhəri  3-4  manata,  hətta  4 
manat yarıma satıldı. Halbuki, irəli manat yarıma güclə satılırdı. Bu səbəbə neft 
sahiblərinin  işi   yenə  yaxşı oldu,  neft  yerlərinin  qiyməti artdı. 
Elə  ki,  bu  ildən  tamojna  xərci  qızıl  pulla  alınır  və  məlum  olub  ki, 
gələn  ildən  neftdən  aksız  xərci  alınmayacaq.  Neft  yerlərinin  qiyməti    həddən 
çıxıb. Məsələn, bir şəxs keçən il 5 desyatin yeri 2 min 5 yüz manata almışdı. 2 
ay  bundan  əqdəm  ol  şəxs  zikr  olan  yeri  8  adama,  8  min  manata  satıb.  İndi 
deyirlər ki, o 8 adamın birisi öz hissəsini, yəni səkkizdən birini 18 min manata 
satıb  və  yenə  deyirlər  ki,  bir  kəs  bir  desyatinin  dörddən  bir  hissəsini  belə 
icarəyə verib: icarəçi yer sahibinə 2 min manat verib ki, o yeri 12 il ona versin, 
bəşərti  ki,  bu  ilin  müddətində  o  yerdən  nə  qədər  neft  çıxsa  onun  nisfi  yeri 
alanın  olsun  və  12  ildən  sonra  o  yer,  orada  olan  avadanlıqlar  yer  sahibinə 
qalsın. 
Xülasə,  yer  alan,  yer  satan  həddən  çıxıb.  Küçə  və  bazarlarda  məhz 
neft və cövhər sözü  danışılır. Natariusxanalarda neft  yeri aldı-satdı kağızlarını 
yazmağa  növbət  çatmır.  Badkubədə  sakin  olanlar  keşişdən  tutmuş  qulluq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə