Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   28   29   30   31   32   33   34   35   ...   110

66 
 
olanların  başlarına  iri,  qara  çadra  örtürdülər;  mane  olmaq  istəyənləri, 
danışanları döyür, ölümlə hədələyirdilər. Qızlarını təzə məktəbə göndərənlərin 
evlərinə  soxulub  öldürürdülər;  o  cümlədən,  içərişəhərli  Axund  molla 
Ruhullanın evinə zorla girib namaz üstündə kişini qətl etmişdilər ki, birdən-birə 
iki qızını «şkola» yollayıb. 
Hökumət  məmurları  belə  biabırçılığa      kənardan  tamaşa  edirdilər  və 
deyirdilər ki, biz din-məzhəb məsələlərinə qarışmırıq. 
Qızlara  belə  məsləhət  görürlər  ki,  çarın  arvadı  Aleksandra 
Fyodorovnaya bir teleqram göndərin, minnətdarlığınızı bildirin ki, sizə məktəb 
açmağa icazə verib və razı olub ki, məktəbinizə onun adı verilsin. İki  gündən  
sonra  Aleksandra  Fyodorovna  qızlara  teleqramla  cavab  yollayır,  yeni  açılmış 
məktəbdə əla oxuyub Vətənə və cəmiyyətə faydalı olmalarını, həyatda xoşbəxt 
yaşamalarını arzu edir. 
Bu  teleqramla  bütün  mübahisələr  və  müsəlman  qız  məktəbinin  taleyi 
bir dəfəlik həll edilir. 
...Məktəbə 58 qız qəbul edilmişdi; onlardan 35 nəfəri kasıb ailələrdən 
idi,  təhsil  haqqından  azad  edilmişdilər,  geyim  və  yemək-içməklərinin  xərcini 
Tağıyev  ödəyəcəkdi  (Əvvəldən  20  nəfər  kasıb  qızın  pulsuz  götürülməsi 
nəzərdə tutulmuşdu, sonra Hacı bu siyahıya 15 nəfər də əlavə edir). Bu məktəb 
pansion və qapalı idi; qızlara həftədə bir dəfə, cümə günləri səhər saat 10-dan 
17-yə qədər evlərinə getməyə icazə verilirdi. 
Məktəbdə  dərslər  1901-ci  il  sentyabrın  7-də  başlanmışdı.  Sentyabrın 
9-da  dərsin  açılışını  bayram  edirlər.  Krımdan,  Özbəkistandan,  Peterburq  və 
başqa yerlərdən çoxlu təbrik teleqramı gəlir. 
Bu  şənlik  münasibətilə  öz  sevincini  bildirənlərdən  biri  Həsənbəy 
Zərdabi idi. 
Bakı  müsəlman  qız  məktəbinin  şagirdləri  üçün  Dağıstan  qızlarının 
geyimi  rəsmi  libas  kimi  qəbul  edilmişdi.  Həmin  geyim  1909-cu  ildən  rus  qız 
məktəblərinin rəsmi paltarı ilə əvəz edildi - abı rəngli parçadan don, ağ önlük, 
bir  də  pelerina;  gündəlik  geyimdən  başqa  bayram  və  mərasim  libası  da  vardı; 
imtahan  vaxtı,  bayram  günləri,  teatr  və  gəzməyə  gedəndə  mərasim  libasını 
geyirdilər.  4  illik  məktəb  iki  ildən  sonra  oldu  5  illik,  sonra  6  illik,  axırda  da 
seminariya.  Hacı  banka  100.000  manat  5  faizli  qızıl  pul  verib  məktəbi 
seminariyaya  çevirtdirmişdi.  Onu  da  qeyd  etmək  vacibdir  ki,  təkcə  məktəb 
binası   tarixi sənədlərə görə 183.533 manat qızıl pula tamam olmuşdu, tədris  
avadanlığına  əlavə  qızıl  pulla  29.000  manat  xərclənmişdi.  Bankda  da  125.000 
manat  toxunulmaz  kapital  5  fəiz  gəlirlə  saxlanılırdı  ki,  məktəbin  xərclərini 
təmin  etsin.        Məktəb  seminariyaya  çevriləndən  sonra  vəsait  225.000  manat 
olmuşdu. 
Binanın  zirzəmisi  Orucov  qardaşlarına  mətbəə  üçün  kirayəyə 
verilmişdi ki, buradan  da əldə edilən neçə min manat pul yenə qız məktəbinin 


67 
 
ehtiyacına sərf edilirdi. Həmin   məktəbin   nəzdində   qadın   müəllimlər üçün 
ikiillik hazırlıq kursu açılmışdı. 
Qız 
məktəbinin 
binası  memarlıq  baxımından  Azərbaycan 
memarlığının  milli-romantik  üslubundadır.  Əsas  fasaddakı  divar  bir  cərgə  ağ, 
digər cərgə isə qızılı daşdan hörülüb. 
Məktəbi  ilk  dəfə  qurtaran  qızlara  Azərbaycan  dilinə  tərcümə  edilmiş 
Quran, Lev Tolstoyun, Puşkinin, Qoqolun, Lermontovun əsərlərindən nüsxələr, 
təzə libas və başqa hədiyyələr verilir və bundan sonra hədiyyə vermək ənənəyə, 
adətə dönür. 
Qız  məktəbinin  birinci  müdirəsi  Hənifə  xanım  Məlikova  (Həsənbəy 
Zərdabinin arvadı) idi. 
İran  şahı  yolüstü  Bakıda  olanda,  arvadı  qız  məktəbinə  gəlir  və  hər 
şagirdə  qızıl  zəncirdən  asılmış  bir  onluq  qızıl  bağışlayır;  qızlar  da  bu  bəxşişi 
həmayil kimi boyunlarından asırlar. 
Hacı Zeynalabdin öz qızları - Sara və Leylanı Peterburqa, Smolnı qız 
institutuna  oxumağa  göndərmək  qərarına  gəlir  və  sənədləri  ora  yollayır.  Çox 
keçmir  Smolkıdan  rədd  cavabı  gəlir  ki,  nə  bəy,  nə  xan  və  nə  də  zadəgan 
olmadığınız üçün qızlarınızı qəbul edə bilmərik; bu instituta yalnız qraf, knyaz, 
xan,  bəy,  əmir  qızları  qəbul  edilir.  Hacının  arvadı  Sona  xanım  rəsmi  sənəd 
təqdim  edir  ki,  atası  general  Ərəblinski  müharibədə  rəşadət  göstərib  və 
Rusiyaya  sədaqətinə  görə  çar  tərəfindən  qızıl  silahla  təltif  olunmuşdur;  bu 
qızlar da onun nəvələridir, bütün imtiyazlardan istifadə etməyə hüquqları var. 
Tağıyevin  qızları  ana  babalarına  -  general  Ərəblinskiyə  gərə  Smolnı 
institutuna 
qəbul 
edilirlər. 
Tağıyev 
Moskvanın  mərkəzində  Lenin 
kitabxanasının yaxınlığında dəbdəbəli, dörd mərtəbəli bir imarət tikdirib, yolu 
düşəndə həmin mülkündə qalırdı. Hacı Zeynalabdin haqqında çoxlu əhvalatlar 
danışırlar. 
Təzə  tədris  üsulunun  banilərindən  biri,  Bakı  quberniyası  maarif 
inspektoru,  qocaman  müəllim,  yazıçı  Soltan  Məcid  Qənizadə  deyirdi  ki,  III 
Aleksandr taxta çıxıb tacgüzarlıq etdikdə Zaqafqaziya müsəlmanları tərəfindən 
Hacı  Zeynalabdin  Tağıyev  Peterburqa  nümayəndə  göndərilmişdi.  Mərasim 
zamanı  nazirlər  soveti  sədri  çarın  sağ  tərəfində  dayanıb,  gələnləri  bir-bir  ona 
təqdim  edirmiş.  Hacı  Zeynalabdin  müsəlman  libasında,  əynində  arxalıq, 
üstündən  çuxa,  ayağında  Şirazi  çarıq,  əlində  dəsmal,  duz,  çörək  çara 
yaxınlaşanda  nazirlər  soveti  sədri,  elə  güman  edir  ki,  Tağıyev  başa  düşmür, 
deyir:  «Ваше  величество,  его  представител  дикого  народа    (vəhşi  xalq 
nümayəndəsidir)». 
Tağıyev  deyir:  «Мы  не  дикие,  мой  народ  не  дикий,  он  имеет 
богатую,  многовековую  свою  историю».  (Biz  vəhşi  deyilik,  mənim  xalqım 
vəhşi deyil, o, çoxəsrlik zəngin tarixə malikdir»). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə