Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   27   28   29   30   31   32   33   34   ...   110

64 
 
toxuculuq  fabriki  yerləşən  əraziyə  daşıtdırıb,  orda  dəyirman  tikdirir.  Özü  və 
ailəsi yaşamaq üçün fabrikin yaxınlığında xüsusi mülk tikdirmişdi və vaxtaşırı 
orda qalırdılar. 
«Mazut»  şirkətinin  yaranması  ilə  əlaqədar,  yerli  varlılardan  Çolaq 
Ağabala Quliyevin başçılığı ilə «Bakı - Batum» neft kəməri aksioner şirkətini 
yaradırlar. Bu neft kəmərinin əleyhinə həm açıq, həm də gizlin çıxış edənlər az 
deyildi,  əlaltından  iş  görənlər  vardı,  çünki  bəziləri  çox  qazansın  əllərindən 
çıxmasından qorxurdular, paxıllar da az deyildi.  O zaman üçün nəhəng inşaat 
hesab  edilən  bu  neft  kəməri  Bakıdan  başlayaraq  Kür  düzənliyindən  keçib, 
Qafqaz  dağlarının  ətəyini  və  Suram  qalasının  yamacını  aşıb,  Reon 
düzənliyindən ötərək 800 kilometr  məsafədə uzanıb Xəzər sahilini  Qara dəniz 
sahiliylə  birləşdirəcəkdi.  Bakı  nefti  okeanlara,  uzaq-uzaq  ölkələrə,  beynəlxalq 
bazarlara yol açacaqdı. 
Kəməri  uzatmağa  1897-ci  ildə  başlayıb,  1907-ci  ildə  (10  ilə) 
tamamlamışdılar. 
Professor  Hadi  Əliyev  deyirdi  ki,  mühəndis  dayım  İbad  Əliyev 
Tağıyevin Bibiheybətdəki mədənində müdir olmuşdu, onunla yaxın idi; Şollar 
su  kəmərini  çəkəndə  avadanlığı  gətirmək  üçün  İbadı  yolladı  Rusiyaya.  120 
vaqon  maşın,  nasos  və  digər  avadanlıq  gətirdi  və  işi  tamamlayıb  başa 
çatdırdılar.  Hadinin  dediyinə  görə,  dayısı  İbad  nəql  edirmiş  ki,  imperator  III 
Aleksandr sağ olanda  Tağıyev ona  ərz-hal  yazıb,  müsəlman qızlarının öz  ana 
dillərində  oxumaları  üçün  Bakıda  məktəb  açmağa  icazə  istəyir.  III  Aleksandr 
bu  xahişi  rədd  edir.  O,  öləndən  sonra  II  Nikolay  taxta  çıxır.  Tacgüzarlıq 
mərasimi  münasibətilə  Hacı  bir  senatorun  vasitəçiliyi  ilə        Nikolayın  arvadı 
Aleksandra  Fyodorovnaya  çox  bahalı    hədiyyə    çatdırır    və  eyni  zamanda 
Bakıda  qız  məktəbi  açmaq  barədə  təkrar  xahişnamə  göndərir  və  rica  edir  ki, 
rus-müsəlman  qız  məktəbinə  Tsaritsa  Aleksandra  Fyodorovnanın  adı  verilsin. 
Eyni  zamanda  qız  məktəbinin  xərcini    ödəmək  üçün  banka  150.000  manat 
qoyur,  bu  da  beş  faizdən  ildə  7.500  manat  gəlir  gətirəcəkdi  və  bununla  da 
məktəbin xərc-xərasatı artıqlamasilə ödəniləcəkdi. İki  ildən sonra 1896-cı ildə 
qız  məktəbi  açmağa  icazə  verilir.  Tağıyev  məktəb  binasının  layihəsini  mahir 
memar Qoslavskiyə tapşırır. Binanı 1898-ci ildə tikməyə başlayırlar.  1900-cu 
ildə  hazır  olur,  184.000  manata  başa  gəlir.  Bu  məktəb  Nikolayevski 
(Kommunist) 
küçəsində 
(Azərbaycan 
SSR 
Elmlər 
Akademiyasının 
Əlyazmaları fondunun binası) yerləşir. Tağıyev, müsəlman qaragüruhçuları işə 
mane olmasın deyə, onların bəhanələrini kəsmək, ağızlarını yummaq üçün iki 
nəfərə  məktub,  pul  və  qiymətli  hədiyyələr  verib,    müqəddəs  hesab  edilən 
yerlərə  -  Məkkəyə,  Mədinəyə,  Kərbəlaya,  Xorasana,  Qahirəyə,  İstambula, 
Tehrana  və  sair  yerlərə  göndərir  və  tapşırır    ki,  oradakı  mötəbər,  rəsmi  din 
xadimlərindən, müctəhidlərdən imza və möhürlə təsdiq edilmiş rəsmi sənədlər 


65 
 
alsınlar  ki,  müsəlman  qızları  da  oğlanlar  kimi  şəriət      məktəblərindən  başqa 
müasir məktəblərdə təhsil  ala bilərlər,  burada heç bir xilaf şey yoxdur. 
Lakin müsəlman qızları üçün müasir məktəbin açılacağı xəbəri şəhərə 
vəlvələ  salır,  məclislərdə,  bazarlarda,  dükanlarda,  toyda,  yasda  bu  barədə 
söhbət  gedir.  Məhəllələrin  başçıları,  şəhərin  ağsaqqalları  iki  dəfə  Təzəpir 
məscidində  toplaşıb  qız  məktəbi  haqqında  danışmaq  istəmişdilərsə,  nəticəsiz 
qalmışdı, dava-mərəkə düşür, məclis baş tutmur. 
Qaragüruhçu  iri  əmmaməli,  qara  əbalı  ruhanilər,  yekəqarın, 
enliqurşaq,  saqqalı  hənalı  hacılar,  tapançalı-xəncərli  qoçular  ortaya  çıxıb 
isməti-nisvandan  danışa-danışa,  Qurandan  ayələr,  peyğəmbər,  xəlifə  və 
imamlardan  hədislər  və  sübutlar  gətirərək  bu  işi  küfr  adlandırıb,  Hacı 
Zeynalabdin Tağıyevi dindən kənar əməllərdə günahlandırırlar. 
Hacı 
Zeynalabdin 
Tağıyev 
müsəlmanların 
müqəddəs 
ziyarətgahlarındakı müstəhid və din xadimlərinin imzaladıqları, möhürlə təsdiq 
etdikləri sənəd və şəhadətnamələri oxutdurub camaatı başa salmağa cəhd edirdi 
ki, qızların elm oxumalarında heç bir xilaf iş yoxdur,  əksinə bu, çox vacib və 
lazımdır, bundan sonra qaragüruhçular təzədən soşurlar. 
Tağıyev  məclisdə  iştirak  edən  ən  mötəbər  iki  din  xadiminə:  Bakı 
quberniya  qazisi  Mir  Məhəmməd  Kərimə  və  Mirzə  Abutürab  Axunda  Quran 
ayələri  oxutdurub  tərcümə  etdirir  ki,  müslüm  (müsəlman  kişiləri)  kimi 
müslümələr də bütün biliklərə yiyələnməyə borcludur. 
Yenə etiraz səsləri ucalır. 
Bu  dəfə  Hacı  Zeynalabdin  özü  danışmağa  başlayır:  «Camaat, 
qızlarımızın zəmanə dərsi oxumaları vacibdir; gözləri açılar, külfətdə rəftarları 
xoş olar... İngilistana, Germaniyaya, Firəngistana gedib oxuyan cavanlarımızın, 
hərəsi  oralardan  qollarına  bir  arvad  keçirib  gətirir,  çünki  qızlarımıznan 
məcazları  tutmur,  dolana  bilmirlər;  əcnəbi  arvadlardan  doğulan  uşaqlar  öz-
özünə olurlar mürtəd və bütün varidatımıza vərəsə çıxırlar. İşlər belə getsə ata-
baba  ocaqları  qalacaq  Quransız,  namazsız,  şəriətsiz.  Təzə  məktəbdə  qızlara 
ehkami-şəriyyə,  paltar  tikmək,  toxuculuq,  mətbəx  işləri,  müsəlman  və  rus 
dilində oxuyub-yazmaq, elmi-hesab, tifillərə tərbiyə vermək öyrədiləcək. Burda 
pis şey var?! Molla Əli Hacı Xəlil oğlu! Qulaq as! Mən, qızları ismətsiz etmək 
istəmirəm,  naməhrəmlə  üzü  açıq  olmağa  çağırmıram.  Srağa  gecə,  iyirmi  yaşlı 
ortancıl  qızın  sancılanmışdı,  az  qalmışdı  ölsün.  Lopabığ  Ambarsum  həkimi 
gətizdirdin  qızı  yoxladı,  dava-dərman  elədi,  qızı  ölümdən  qurtardı.  İndi  də 
görüm, lopabığ Ambarsumun  əvəzinə  müsəlman arvad həkimi olsaydı, şəriətə 
hansı  daha  düzgün  gələrdi?  Arvad  həkimlərinə,  müəllimlərinə  ehtiyacımız 
çoxdur. 
Sabahı gün şəhərdə abır-həya pərdəsi altında qeylü-qal qopur, qoçular 
küçələrə  tökülüşüb  dikdaban  ayaqqabı  geymiş  müsəlman  qadın  və  qızlarının 
tufli  və  çəkmələrini  çıxardıb,  zorla  nəleyin  geyindirirdilər;  azca  üzü  açıq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə