Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   35   36   37   38   39   40   41   42   ...   110

80 
 
nümayəndə: tacir, neftxuda, zavod sahibi, hərbi, mülki məmurlar, axund, dəllal, 
molla,  keşiş,  kəndli,  sənətkar,  avara,  fırıldaqçı,  dirəkçi,  vəkil,  həkim, 
mühəndis...  bir  sözlə  burada  nə  cür  sənət  sahibi  desən  tapa  bilərdin.  Səsdən 
qulaq batır, baş çatlayırdı... 
Meydançada  dayanmış  saqqallı  kişi:  «Altı  yüz  manat,    bir...»    deyə  
qışqırdı  və çəkisi  mis   lövhəyə endirdi. 
Kənardan  kim  isə:  «Altı  yüz  əlli!..»  təklif  etdi.  səs-küy    qopdu. 
Qiymət  get-gedə min üç yüz manata qalxdı. 
Aleksey  adlı  mədən  sahibi  qardaşı  ilə  çənə  döyürdü.  Birdən  xəbər 
yayıldı ki, satılan torpağın qonşuluğunda gecə fontan vurub... Səs-küy qopdu... 
...Qiymət  2.800  manata  qalxmışdı.  Müzaidəçinin  sözü  ağzında 
yarımçıq  qaldı,  çəkici  mis  lövhəyə  vurmağa  macal  tapmırdı.  Üç  min  bir 
deyəndə araya sükut çökdü... Çəkicin cingiltisi aydın eşidildi.., Üç min iki!.. 
Birdən  kim  isə  astadan  yığılanların  başa  düşmədiyi  bir  lisanda  dedi: 
«Fyunf tauzend... Fyunf tau-zend...». 
Buradakılar  deyilən  sözlərin  mənasını  anlamağa  çalışdılar.  Birdən 
dilmanc qışqırdı: «Beş min manat təklif edir cənab Nobel...». 
Camaatın elə bil üstünə su ələndi. Hərracçının çəkici havada bir anlığa 
dayandı, sonra lövhəyə tərəf endi. Mis lövhə elə cingildədi ki, elə bil zarıdı... 
Şaşqınlıqdan  sükut  daha  da  artdı.  Birdən  mədən  sahibi  Aleksey 
tacirlərin  arasından  özünə  yol  açıb  meydançaya  yaxınlaşaraq  bağırdı: 
«Üçüncünü,  üçüncü  çəkici  vurma!  Bu  nə  cənabdır?!  Bu  nə  cənabbazlıqdır? 
Bakı  kimindir?  Urusların!  Biz  sözə  inanmırıq.  Qoy  pulunu  çıxartsın  ortaya 
qoysun! O yer, mənim mədənimə paz kimi soxulub. Mən almaq istəyirəm. Qoy 
pulu  çıxarsın.  Pulu  verəndən  sonra  çəkici  vurarsan!  Bəlkə  öz  dilində  bizi  ələ 
salır». 
Dilmanc  deyilənləri  tərcümə  etdi.  Hamı  maraqla  işin  necə 
qurtaracağını gözləyirdi. Robert halını pozmadan ala-bula qalstukunu düzəldib, 
tələsmədən gümüş papiros qutusundan siqar götürdü, alışdırdı, heç kəsə məhəl 
qoymadan  qoltuğundan  çıxardığı  çek  kitabçasına  xırda,  səliqəli  hərflər  və 
rəqəmlər yazdı: «L. və R. Nobel qardaşlarının vəkalətilə Robert Nobel»... Çeki 
dilmanc vasitəsilə hərracçıya ötürdü... 
Sonra Robert Qaraşəhərdə neft təmizləyən zavod da aldı. 
Onlar  az  bir  müddətdə  Suraxanı,  Balaxanı  və  Bibiheybətdə  mədən 
sahibi  oldular.  Ağşəhərlə  Qaraşəhər  birləşən  yerdə  geniş  bir  yeri  icarəyə 
götürüb  neft  təmizləyən,  kükürd  turşusu,  mis,  çuqun  əridən  zavodlar  və 
körpülər  tikdirdilər.  «Nobel  qardaşları»  öz  firmalarının  5  illiyini  bayram 
edəndə  onların  ümumi  kapitalı  3.000.000  manata  yaxın  idi.  Ümumi  məbləğ 
şəriklər  arasında  belə  bölünmüşdü:  Nobellər  -  1.610.000  manat,  Baron  P.  A. 
Bilderlinq - 930.000 manat, F. A. Blyumberq - 25.000 manat, A. S. Suldqeren - 


81 
 
5.000 manat, B. F. Vunderlinq - 5.000 manat, İ. Y. Vabelski  - 135.000 manat, 
M. Y. Belyamin - 25.000 manat. 
Ağşəhərdə  1882-83-cü  illərdə  firmanın  qulluqçuları  üçün  xüsusi 
«Villa  Petrolea»  («Neft  bağı»)  saldılar.  Zavodlardan  qalxan  tüstülərin,  irili-
xırdalı,  gümüşü  rəngə  çalan  dəyirmi  rezervuarların,  gecə-gündüz  ətrafa  buxar 
sovuran qurğuların arasından görünən bu «Gülüstan» bağı qəribə bir aləm idi. 
Onu salmaq üçün Varşavadan məşhur mütəxəssis E. Beklini dəvət etmişdilər. 
Məlum oldu ki, bu  yerlər neft və tullantı ilə korlanıb. Buraya torpaq gətirmək 
lazım  idi.  Çox  keçmədi  ki,  Lənkəranın  qara  torpağı  ilə  yüklənmiş  gəmilər 
Qaraşəhərdəki  körpülərə  yan  aldı.  Qara  torpağı  arabalarda  bağa  daşıdılar. 
Əkilən ağacları,  kolları  və  çiçəkləri sulamaq  üçün  Həştərxandan su  gətirdilər. 
Bağda  Beklinin  təklifilə  Lənkəran,  Tiflis,  Batum,  Rusiya  və  Avropanın 
müxtəlif  yerlərindən  gətirilmiş  80.000  ağac  və  bəzək  kolları  əkmişdilər. 
Bağbanlar onları səliqə  ilə  qayçılayıb, buralarda  o zamana  qədər görünməmiş 
geometrik,  konusvari,  kubaoxşar,  piramidavari,  çadır  və  alaçığa  bənzər 
formalarda  bəzəyirdilər.  Fəvvarə  vuran  çarhovuzlar  eyni  zamanda  şirin  su 
saxlamaq üçün istifadə edilirdi. 
Bünövrəsi  daş,  birinci  və  ikinci  mərtəbələri  ağacdan  olan  binalar 
tikdirdilər; ən böyük binanın alt mərtəbəsində kontor, üst mərtəbədə isə klub və 
əyləncə  otaqları,  kitabxana  yerləşirdi.  İsveçli  mühəndis  və  qulluqçular 
kottejlərdə  firavan  yaşayırdılar.  Buraya  Peterburqdan  heykəl,  rəsm  əsərləri, 
büst, çoxlu kitab gətirtmişdilər. 
Mənzillərini  və  otaqlarını  bəzəyən  Azərbaycan  və  İran  xalı-xalçaları 
əsl mədəni, aristokrat həyat tərzindən xəbər verirdi. 
Nobellər  yüksək  maaşla  ən  bilikli,  ən  bacarıqlı  mühəndisləri, 
iqtisadçıları,  alimləri  şirkətlərinə  cəlb  etmişdilər.  Mütəxəssis  və  qulluqçular 
isveçli  idilər:  ruslara,  xüsusilə  də  müsəlmanlara  yuxarıdan  baxırdılar:  rus 
təbəələrini  məsul  işə  yaxın  qoymurdular:  yalnız  ağır  və  çirkli  işləri  onlara 
tapşırırdılar. Yüz milyon manatlar talan edib apardıqları halda Bakıda bir dənə 
də olsa gözə dəyən mülk tikmədilər. 
O  yerlərdə  ki,  neft  güman  edilirdi,  Kür  düzənliyində,  Qobustan 
ovalığında, Xəzəryanı düzənlikdə, Xəzər akvatoriyasında sahə icarəyə götürüb 
ehtiyatda  saxlayır,  lazımi  yerlərdə  quyular  qazdırır,  axtarış-kəşfiyyat 
aparırdılar. 
Son  vaxtlar  Abşeron  adaları  neft  milyonçularının  və  vətəgə 
sahiblərinin  diqqətini  özünə  cəlb  etmişdi.  Nobel  qardaşları  vaxt  itirmədən 
«Pirallahı»  adasını  icarəyə  götürüb  buruq  salırlar  və  1904-cü  ildə  zəngin  neft 
yatağı kəşf edib mədən qurdular və yatağı istismara başladılar. Kiçik bir balıqçı 
kəndi qısa müddət ərzində sənaye qəsəbəsinə çevrildi. 
«Pirallahı»  adasında  çalalardan,  əl  ilə  qazılan  dayaz  quyulardan  hələ 
qədim  zamanlardan  neft  götürülürdü.  Burada  «Atəşgah»  və  «Pir»  varmış  ona 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə