Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   33   34   35   36   37   38   39   40   ...   110

76 
 
çıxardırlar, gizli mənzilə  gətirib on min manat tələb edirlər. Ağa Musa özünü 
itirməyib  deyir:  «Min  manat  verə  bilərəm,  bir  qəpik  də  artıq  yox».  Ölümlə 
təhdid  edəndə  halını  pozmadan  deyir:  «Atam,  atam,  öldürün.  Bir  mini  də  ala 
bilməzsiz,  o  da  əlinizdən  çıxar».  Nə  qədər  soyuqqanlı,  səbrli,  təmkinli  olmaq 
lazımdır ki, belə dar ayaqda qorxub təşvişə düşməyəsən. Üç gün girov saxlayıb, 
yedirdib-içirdib,  kart  oynamışdılarsa  da  min  manatdan  artıq  boynuna  qoya 
bilməmişdilər. 
Bibiheybətdəki  mədənində  bir  quyu  güclü  fontan  vurur;  fəhlələrə 
yalvarıb  deyirmiş  ki,  «başınıza  dönüm,  qoymayın  neft  hədər  yerə  axsın,  zay 
olsun;  sizə  xələt    verəcəyəm.    Yanğın    baş      versə      hamımız    dilənçi  olarıq. 
Qonşular nasos qurub neftimizi  anbarlarına vurarlar... Axı, bu sizin cibinizdən 
gedir». 
Fəhlələr  birtəhər  fontanı  bağlayırlar.  İki  gündən  sonra  Musadan  vəd 
etdiyi xələti istəyəndə, o, boyun qaçırıb deyir: «Atam... Atam, hardan?! Hardan 
verim  xələti?!  Bir  az  neft  çıxdı,  onu  da  qonşular  gözünüzün  qabağında  talan 
elədilər...».  Sabahı  gün  Musanın  oğlu  Ağa  İsmayıl  mədənə  gəlir.  Fəhlələr 
şikayət eləyirlər ki, atan verdiyi vədə əməl etməyir. Ağa İsmayıl iki araba kəllə 
qənd gətizdirir və hər fəhləyə bir kəllə qənd, beş manat pul paylatdırır. Bu vaxt 
Ağa  Musa  da  gəlib  çıxır.  Əhvalatdan  xəbər  tutduqda,  yüyürüb  deyir:  «Atam, 
atam,  mənim  də  payımı  verin.  Fontanı  bağlayanda  məndən  çox  can  yandıran 
olmayıb.  Az  qalmışdı  canım  ağzımdan  çıxsın.  Gedib  o  dünyanı  görüb 
qayıtmışam». 
Ağa  Musanın  adı  camaat  arasında  xəsis  çıxsa  da,  yuxarıda  qeyd 
edildiyi  kimi,  o,  birinci  realnı  məktəbin  hamiliyini  boynuna  almışdı,  ildə 
hazırlıq  sinfinə  iyirmi  beş  müsəlman  uşağını  əlavə  qəbul  etdirməyə  nail 
olmuşdu. Bunun nəticəsində az bir zamanda məktəbdə müsəlman şagirdlərinin 
sayı əlli faizə çatmışdı. 
Bibiheybətdə Ağa Musanın mədənində qazılan quyuların hamısı güclü 
fontan  vururdu;  bu  da  onu  göstərirdi  ki,  zəngin  neft  təbəqələri,  körfəz  suları 
altına da uzanır. Elə ki, bələdiyyə idarəsi su altındakı neftli torpaqları hərraca 
qoydu,  milyonçular  ağla  gəlməyən  qiymət  təklif  edirdilər.  Neftin  pudu  bir 
abbası (20 qəpik) olduğu halda, 100.000 pud neft üçün ildə xəzinəyə 300.000 
manat  verməyə  zəmanət  kağızına  qol  çəkirdilər.  Neftin  hər  pudu  üç  manata 
düşürdü, bu qədər böyük xərci ödəməyə onları vadar edən zəngin, milyonlarla 
ton  neft  saxlayan  təbəqələrə  yiyələnmək  idi,  onlar  əmin  idilər  ki,  bu  sərvət 
xərcini  çıxardacaqdı.  Heç  kəs  qonşuluqda  başqa  sahibkarların  olmasını 
istəmirdi.  Mədən  sahibləri  quyuları  qonşunun  sərhəddində  qazdırırdılar  ki, 
mümkün  qədər  nefti  tez  çıxarsınlar...  Özləri  də  quyunu  qazmağa  bərk 
tələsirdilər.  Buruq  ustalarına  rüşvət  verirdilər  ki,  qonşu  sahədə  qazmanı 
yubandırsınlar;  qonşuda  quyu  hansı  balta  ilə  qazılır,  gil  məhlulunun 
xüsusiyyətlərini,  təbəqələrin  özünü  necə  «aparmasını»,  neft  təbəqəsinə  rast 


77 
 
gəldikləri    dərinliyi,  bir  sözlə  bütün  texnologiyanı  pul  gücünə  öyrənirdilər... 
Sahibkarlar  neftli  torpağı  əldən  çıxarmamaq  üçün  tez-tez  xəzinəyə  cərimə 
verməyə razı olurdular. 
Bibiheybətdə  Naftalan  körfəzi  başdan-başa  neft  idi,  sudan  hər 
addımbaşı  qaz  qaynayırdı.  Adamlar  qayıqda  hərlənib  vedrəyə  neft  yığır, 
çəlləklərə  doldurub  satırdılar.  Bəzən  nadinc  cavanlar  kağız  və  ya  cındır 
parçalarını  alışdırıb  atardılar  körfəzə,  qaz  qaynayan  yerlərdə  dənizdən  alov 
qalxardı.  Novruz  qabağı,  çərşənbə  axşamları,  bir də  kənardan  gələn adlı-sanlı 
qonaqların  şərəfinə  belə  atəşfəşanlıq  düzəldirdilər.  Məşhur  fransız  yazıçısı 
Düma Bakıda olanda belə bir atəşfəşanlığa tamaşa etmişdi... 
«Dənizçi əllərinə bir ovuc çəpitgə götürüb, yoldaşının tutduğu fanarda 
alışdırıb dənizə  tulladı.  Bir anda  gəmimizin  ətrafını alov bürüdü. Dəniz  alışıb 
yanırdı.  Nabələd  adam  göyərtədə  papirosunu  alışdırıb  yanan  kağız  parçasını 
dənizə tullasa şübhəsiz  ki,  hər  yanda  suyun  yandığını  gördükdə dəhşətə gələr. 
Onun o anda nələr çəkdiyini yaxşı təsəvvür edirəm. 
Gəmimiz od-alov içində üzürdü. Xoşbəxtlikdən alov o qədər də güclü 
deyildi.  Zəif  idi.  Güclə  duyulurdu.  İlk  təəssüratımız  azalandan  sonra, 
ətrafımızdakı  qəribə  mənzərəyə  tamaşaya  başladıq,  Dənizdən  elə  bil  ləkələr 
şəklində  ala-tala  alov  ucalır,  yan-yörəyə  sirayət  edirdi.  Alov  ləkələri  on  iki 
adam otura biləcək stol boyda idi; bəziləri daha iri idi, nohuru xatırladırdı. Biz 
bu alov adacıqlarının yanından ötürdük. Kapitan arabir avar çəkənlərə  gəmini 
alov  nohurlarının  ortasından  sürməyi  əmr  edirdi,  Belə  qeyri-adi,  əcayib, 
sehranə  mənzərəyə  dünyada  heç  yerdə rast gəlmək  mümkün deyil. Külək  get-
gedə güclənir, ləpələr şahə qalxmağa başlayırdı. Xəzri qopmasaydı, çox güman 
ki,  səhəri  burda  açardıq.  Elə  ki,  külək  bərkidi,  əvvəl  xırda  alovlar,  sonra  da 
iriləri sönməyə başladı. 
- Vaxtında Bakıya qayıtmaq lazımdır, - deyə kapitan Freyqan zarafatla 
əlavə  etdi,  -  yoxsa  gördüklərimiz  əcayib  mənzərənin  sirrini  öyrənmək  üçün 
dənizin dibini axtarmalı olarıq. 
Sirlər  aləmindən  uzaqlaşdıq.  Külək  gəmimizi  Bibiheybətdə  Fatimə 
məscidi olan yerə sürükləyirdi. Avar çəkən səkkiz nəfər dənizçi alovu söndürən 
küləyə  üstün  gəlir,  istənilən  səmtə  irəliləyirdilər.        Külək  son  alovları  da 
söndürdü. 
Biz  onların  necə  yoxa  çıxmasını  izləyirdik.  Onlar  tez-tez  dalğaların 
altında gizlənir, gah da ləpələrin zirvəsinə dırmanırdı, bir də yox olurdu. 
Limana    çatanda    bir    dənizçi    fitili    yandırdı.    Bu  şərti  işarə  imiş. 
Əvvəl Freykel  gəmisi,  onun  dalınca Bakı limanında  lövbər salmış başqa  hərb 
gəmiləri çıraqlarını alışdırdılar. Çıraqban gəmilərin arasından keçib sahilə  yan 
aldıq. 
Belə  dəbdəbə,  təmtəraqla  yalnız  imperatorları  qarşılayırlar.  Mənlə 
Moyne  isə  adi  sənətkarlar  idik.  II  Aleksandr  istisna  olmaqla  heç  bir  hökmdar 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə