Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   41   42   43   44   45   46   47   48   ...   110

92 
 
Milyonçu  olandan  sonra  Seyid  Mirbabayev  gedir  Hacı  Zeynalabdin 
Tağıyevin  yanına,  xahiş  edir  ki,  siz  şəhərdə  olan  bütün  imarətləri  tanıyırsız, 
yanınıza  məsləhətə  gəlmişəm,  mülk  almaq  istəyirəm.  O  da  deyir  ki,  şəhərdə 
çoxlu  mülküm  var,  oturduğum,  bir  də  doğulduğum  evlərdən  savayı,  hansını 
istəyirsən  qurbandır  səddinə.  Seyid  razılıq  edir  və  deyir  ki,  Hacı,  sizin 
mülklərdə mənim gözüm yoxdur... Hacı deyir: «Onda məktub verim get Tiflisə. 
Aramyan dəniz qırağındakı  imarəti satır, bəlkə ala bildin.  Çox  yaxşı  mülkdür, 
heç mənim imarətimdən əskik deyil. Çox da şükümlü binadır. Özüm o binada 
neçə  il  yaşadım,  evim  hazır  olanda  ordan  köçdüm.  Sonra  Ağa  Musa  neçə  il 
yaşadı,  elə  mən  olan  otaqlarda».  Hesabdarı  Mirhəbibi  qoşur  Seyidə,  göndərir 
Tiflisə, Aramyanın üstünə. Bir məktub da verir və deyir ki, bunu əvvəl aparıb 
verərsən  canişin  idarəsinə,  deyərsən  ki,  Qori  seminariyasının  hamiliyini 
götürürəm  boynuma.  İldə  bir  neçə  min  xərcin  çıxsa  da,  padşahlıq  qabağında 
üzün ağ olar, sözün keçər, gələcəkdə artıq müsəlman uşağı göndərə bilərik ora. 
Mən  də  elə  buna  görə  Bakı  texniki  məktəbinin  hamiliyini  götürdüm  üstümə. 
Gəlmişdilər  ki,  bina  üç  ildir  qalıb  yarımçıq,  otuz  min  manat  çatışmır.  Dedim 
otuz beş min manat verirəm, özüm də o məktəbin hamisi oldum... Ağa Musa da 
realnı  şkolun  hamisi  oldu,  indi  orda  oxuyanların  yarıya  qədəri  müsəlman 
balalarıdır. 
Seyid, Hacı deyən kimi eləyir, gedir canişinliyə Qori seminariyasının 
hamiliyini götürür boynuna. Tiflisdə bu xəbər dönür böyük bir hadisəyə, hamı, 
hər yerdə bu barədə danışır. 
Aramyan  da  Bakıdan  gələn  qonaqları  çox  hörmətlə  qarşılayıb  qəbul 
edir,  nökəri  göndərib  çamadanlarını  mehmanxanadan  apartdırır  öz  evinə, 
qonaqlara deyir, «Hacının adamlarının Tiflisdə mehmanxanada qalması mənim 
üçün  ayıbdır,  təhqirdir.  Nəinki  sizin  kimi  hörmətli  şəxslərin,  hətta  Hacının 
nökərinin da mənim evimin baş tərəfində yeri var». 
Onları  neçə  gün  qonaq  saxlayır,  o  ki  var  hörmət  edir,  şərəflərinə 
ziyafət  düzəldir.  Tiflisin  görməli  yerlərinə  aparır,  mehribanlıq  göstərir,  axırda 
deyir  ki,  bir  vaxt  mən  o  mülkü  satmaq  istəyirdim,  sonra  fikrimdən  daşındım. 
İndi  ki,  Hacı  üstümə  adam  göndərib,  məsləhət  görür,  satıram.  Üç  yüz  min 
manat qiymət qoymuşdum.  Hacının xatirinə əlli  min manat güzəştə gedirəm. 
Seyid  Mirbabayev  bir  sözü  iki  eləmir,  cibindən  bank  kitabçasını 
çıxardıb, dörddə bir milyon manata çek yazıb qol çəkir, Aramyana uzadır. 
Yola  düşəndə  Aramyan  iki  zərf  verir  Mirhəbibə  və  deyir:  «Bu  zərfi 
Hacıya çatdırarsan. Bu birisi isə sənindir». 
Mirhəbib  deyirdi:  «Yaman  təşvişə  düşdüm,  görən  mənə  nə  verib». 
Vaqonda  zərfi  cırdım,  gördüm  ki,  içində  beş  dənə  yüzlük  var...  Seyid  xəbər 
aldı:  «Aramyan  xozeyin  sənə  nə  qədər bəxş  edib».  Cavab  verdim  ki,  beş  yüz 
manat;  zərfi  ona  uzatdım.  Beş  yüz  manat  da  o  bağışladı.  Mirhəbib  də 
Mərdəkanda bağ saldırıb, gözəl bir mülk tikdirir. 


93 
 
Birdən-birə milyonçu - neftxuda olanlardan biri də Binəqədili Səlimov 
idi.  Ata-baba  yurdunda  quyusu  fontan  vurmuşdu.  Nəql  edirdi  ki,  var-yoxu 
xərclədim,  qohum-əqrəbaya  əl  açdım,  bir  qədər  borc  verdilər,  quyu  döndü 
əjdahaya  hamısını  uddu...  Nöyüt  görünmədi.  Hər  cümə  axşamı  fəhlələrə  pul 
vermək  lazım  idi,  kasıb  adamlar,  yarıtox,  yarıac,  gündə  on  iki  saat  ağır 
dəmirləri qaldırır, daşıyır, zığ-palçıq içində vurnuxurlar..,. Mədən qonşularımın 
gözü mülkümdə idi; allahdan istəyirdilər ki, iflas olum, ucuz qiymətə yeri alıb, 
məni  aldatsınlar...  Bir  neçə  nəfər  borc  vermək  istəyirdi,  amma  ağır  şərt 
qoyurdular.  Axırda  qərara  gəldim  ki,  gedim  Peterburqa  padşaha  yol  tapım, 
düşüm  ayağına,  əhvalatı  nəql  edim,  kömək  istəyim.  Nöyüt  çıxanda  borcu 
qaytarım. Kənddə bir dükanımız vardı, onu girov qoydum, pul götürdüm... Usta 
ilə fəhlələrə ay yarımlıq maaş qoydum. Çörək bişirtdirib məfrəşlərə doldurdum 
ki, gedib qayıdana qədər mənə bəs eləsin. O zaman müsəlman dindarları səfərə 
çıxanda  məfrəşlərə  qurumuş  lavaş  doldurub  aparırdılar,  üstünə  su  çiləyib 
yeyirdilər. 
Biləcəriyə gəlib bilet alıb qalxdım vaqona. Fikir götürmüşdü məni, az 
qalırdı  ürəyim  partlasın,  qabaqdan  qış  gəlir,  qürbət,  yad  el,  görəsən  sözümə 
qulaq  asan  olacaqmı?  Yaxşı  bir  xəzim  vardı,  pəncərənin  yanında  asmışdım. 
Sərnişin az idi. Birdən platformada buruq ustası gözümə dəydi, üst-başı nöyüt 
içində.  «Allah  şeytana  lənət  eləsin»  deyib  gözlərimi  sildim,  fikirləşdim  ki, 
yəqin  başıma  hava  gəlib.  Bir  də  baxdım  usta  yoxa  çıxdı.  Mənə  elə  gəldi  ki, 
məni  çağırırlar.  Pəncərədən  boylandım,  usta  məni  gördükdə  qışqırdı: 
«Muştuluğumu  ver,  xozeyin,  quyu  fontan  vurur».  Elə  götürüldüm  ki,  bir  də 
fontan  vuran  quyunun  qabağında  ayaq  saxladım.  Göydən  nöyüt  yağır,  yeri-
yurdu  başına  alıb  sel  kimi  axır...  Biləcəridən  Binəqədiyədək  birnəfəsə 
yüyürmüşdüm... Bahalı xəz, çamadan, çörək dolu məfrəşlər qalmışdı vaqonda... 
Buruq  ustası  məndən  xeyli  sonra  gəlib  çıxdı...  Buruğun  dövrəsində,  yalan 
olmasın,  onlarsa  fayton,  qazalaq  vardı...  Adam  əlindən  tərpənmək  olmurdu... 
Hamı  məni  təbrik  etməyə  tələsir,  bir-birinə  macal  vermirdilər...  Mənə  pul 
uzadan kim, çek təklif edən kim, xoş söz deyən kim; bığımın altından keçmək 
istəyənlərin sayı-hesabı yox idi... 
Səlimov  şəhərdə  Starıy  politseyski  (Məmmədəliyev)  küçəsində  bir 
möhtəşəm  imarət,  Krasnovodski  (Səməd  Vurğun)  və  Kamenisti  (Şors) 
küçələrinin kəsişdiyi yerdə isə ikinci böyük imarət tikdirmişdi. Başqa küçələrdə 
də... Hamısı əzəmətli, arxitektura cəhətdən zəngin binalar idi. 
Bakı  milyonçularından  biri  də  Tumanyan  idi.  Qubernator  (sağlamlıq 
zonası)  bağı  ilə  üzbəüz  dördmərtəbəli,  hündür  binanı  (1893-1894)  o 
tikdirmişdi.  Özü  İran  təbəəsi  olsa  da,  Rusiyanın  çox  yerində  ticarət  kontoru 
vardı. Müzəffərəddin şah Avropaya səfər zamanı yolüstü Bakıya gələndə onun 
evinə  düşmüşdü.  İran  şahı  öz  səyahətnaməsində  Bakıya  gəlməyini  və  burada 
iki  gün  qalmağını  belə  təsvir  edir:  «Qatar  dayandı,  biz  vaqondan  düşdük,  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə