Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   39   40   41   42   43   44   45   46   ...   110

88 
 
ailəsinə  yaxın  senator  idi.  Bakı  neftinin  tükənməz  qızılı,  bir  də  qohum 
senatorun  köməyi  ilə  bağlı  qapılar  Şəmsinin  üzünə  taybatay  açılırdı.  Bütün 
bunların  hesabına  Peterburqda  Neva  çayı  sahilində,  Qış  sarayı  yaxınlığındakı 
məhəllədə  əzəmətli  bina  ucalda  bilmişdi.  Moskvada  Mariya  üçün  içərisində 
çarhovuz  və  oranjereya  olan  təmtəraqlı  mülk  almışdı.  Hər  il  Avropa 
şəhərlərinə,  yaylaqlarına  istirahətə,  səyahətə  gedirdilər. 
Böyük oğlu və müsəlman arvadı Mariyaya görə dava-şava salır, yola 
getmirdilər, 
Şəmsi qış aylarını, adətən, çox vaxt Moskva  və Peterburqda yaşayar, 
tacirlərlə  müqavilələr  bağlayar,  Novruz  qabağı  Bakıya  qayıdar,  satdığı  nefti 
müştərilərə  yola  salardı;  Mərdəkandakı  yaraşıqlı  malikanəsində  yaşayar, 
qohum-əqraba,  dost-aşna  ilə  gününü  eyş-işrətdə  keçirdərdi;  o  gün  olmazdı  ki, 
əzəmətli binanın orta günbəzi üstündəki mildə ştandart yellənib dörd bir tərəfə 
ziyafət məclisinin davam etdiyi xəbərini verməsin. 
Qocaman  buruq  ustası,  əmək  veteranı  Mövsüm  kişi  nəql  edirdi  ki, 
yazın  əvvəli  idi.  Novruz  bayramından  bir  az  keçmişdi,  qohumum  Murtuz 
Muxtarovun bağında idim; əlimdə bel bağçada gülləri sulayırdım, qəfəslərdəki 
min bir avazla oxuyan quşlara dən, ceyran və marallara yem verirdim. Quşlar 
da, heyvanlar da, çiçəklər də elə bil baharı salamlayırdı. Nökər yaxınlaşıb dedi 
ki, Murtuz ağa sizi çağırır. Getdim. Murtuz şüşəbənd eyvanda oturmuşdu; məni 
görəndə  dedi:  «Oğul,  Ağa  Şəmsi  Məskodan  qayıdıb,  bağdadır.  Get  malakeş 
usta  Məsməliyə  xəbər  ver,  axşamüstü  gəlsin,  gedək  Ağa  Şəmsiyə  baş  çəkək. 
Usta Məsməli söhbətcil kişidir, xoşməcazdır. Şirin danışır». 
Axşamüstü  getdik  Şəmsinin  bağına.  Nərd  oynayırdı.  Mehriban-
mehriban  görüşdük.  Başladı  təzədən  nərd  atmağa.  Qaşqabağı  yerlə  gedirdi. 
Gödək-boy,  gombul,  tüklü  bir  kişi  idi.  Bizə  çay  gətirdilər.  Birdən  uzaqda 
paroxod  fit  verdi.  Malakeş  Məsməli  dedi:  «Ağa  Şəmsi,  paraxodundur  a,  fit 
verir,  elə  bil  səni  haylayır.  Fiti  min  gəminin  fitinin  içindən  seçilir.  Böyük 
oğlun, bala xozeynin adınadur a...». 
Kiçik bir haşiyə: deyilənlərə görə, Şəmsi gəmilərin fitinə yaman aşıq 
imiş,  bütün  gəmi  və  barkazlarındakı  sirenaları  xüsusi  sifarişlə  qayıtdırarmış. 
Bir dəfə  köhnə  gəmisini satırmış. Müştəri deyir  ki,  gəmi çox  köhnədir. Şəmsi 
cavab verir ki, köhnəliyinə nə baxırsan, sən onun fitinə qulaq as, yeddi diyarda 
eşidilir. 
Malakeş  Məsməlinin  sözündən  Şəmsinin  rəngi  qaçdı,  papağını 
peysərinə itələyib,  yerindən  sıçrayıb qalxdı. Hirsli-hirsli qışqırdı:  «O paroxod, 
indi  mənimki  döyül,  borclu  olduğum  adamlarınkıdır.  Pul  yeyələrininkidir»,  - 
papağını  götürüb,  zərblə  yerə  çırpdı,  başladı  böyük  oğlunu  söyməyə, 
qarğışlamağa  -  «Ay  oğul,  səni  görüm  zəlil  olasan,  ananla  bir  gora  basdırım, 
məni xəcil elədüz, müflis elədüz!». 


89 
 
Boğazı  tutuldu,  su  verdik,  oturdub  başladıq  təsəlli  verməyə.  Şəmsi 
sakit  olmurdu,  Muxtarova  baxıb  dedi:  «Ağa  Murtuz,  bax  gör,  böyük  oğlum, 
dəyyus,  başıma  nə  mərəkə  açıb.  Hər  il  payızın  axırlarında  müştəri  tacirlərlə 
daqavor  bağlayıb,  neft  satıram.  Bakıya  pravlyaşiyə  tel  vururam  ki,  bu  qədər 
ucuz  qiymətə  neft  al  xırda  sahibkarlardan,  vur  anbarlara;  yazda  yollayım 
müştərilərə.  Bu  il  vurduğum  tel  gəlir  bura  cümə  günü  çatır,  pravlyaşi  olmur 
kontorda.  Aparıb  verirlər  Mirzə  başıbatmışa.  O  da  teli  oxuyur,  anasınnan  söz 
bir  olub  gizlədirlər.  Allah  canını  almış,  mənim  gəlməyimdən  bir  həftə  qabaq 
anasını  götürüb,  Xorasan  ziyarətinə  aparıb    ki,    üz-üzə    gəlməyək.  Gəlib  
pravlyaşiyə  tapşırıram  ki,  aldığım  nefti  yavaş-yavaş  paraxodlara  vur,  yerit  
Urusiyyətə, müştərilər intizardadır. Deyir ki, siz  payızda sərəncam vermədiniz, 
mən  də  icazəsiz  sürət    edib,  neft  almadım.  Soruşuram,  necə  yəni,  tel   
vurmamışam? Deyir mən almamışam. Çatmayıb mənə.  Poçtu yoxladıq, məlum 
oldu ki, başı batmış Mirzənin əlinə düşüb. O da arvadımla müxənnət çıxıblar, 
əlbir olublar, Moskvadakı arvad üstündə, Mariyaya görə ana-bala başıma belə 
oyun açıb, məni xar elədilər». - Birdən başladı hirsindən ağlamağa. -  «İndi yaz 
gəlib,  neft  bahalanıb,  gərək  özüm  iki-üç  dəfə  baha  qiymətə  Bakıdan  aldığım 
nefti  öz  xərcimlə  daşıtdırım  Urusiyyətin  uzaq  şəhərlərinə,  Alla  Əkbərin 
qurtaran  yerinə,  qəbalə  bağladığım  tacirlərə  ucuz  satım.    Yol      pulu    da  
məndən.    Gəmilərin      çoxunu    satmışam,  zavodu  satmışam,  Ramanadakı 
mədəni  satmışam...  Müflisəm,  müflis...  Əlimdə  qalan  bu  bağdı,  şəhərdəki 
mülklərimdir,  bir  də  ki,  Suraxanıdakı  xırman  yeri...  Bunlar  da  tezliklə  satılar, 
əlimdən çıxar. Canım çıxsa  yaxşıdır», Qəzəblə özünü yerə çırpdı, ürəyi getdi. 
Otaqda  olanlar  birtəhər  onu  ayıldıb,  təsəlli    verdilər:  «Allah  kərimdir,  əl-
amanda qoymaz səni...». 
Musa Nağıyevin qızı Ümülbəni Şəmsinin gəlini böyük oğlunun arvadı 
idi.  Musa  dar  gündə  qudasının  dadına  çatıb,  iflas  olmaqdan  xilas  edir. 
Rusiyadakı  müştərilərə  neft  göndərir,  qoymur  şəhərdəki  mülkü,  bağı  və 
Suraxanıdakı  Xırman  yerini  satsın.  Fətulla  bəy  Rüstəmovun  məsləhətilə 
Suraxanıda  Xırman  yerində  Musanın  puluna  buruq  qurdurub,  quyu  qazdırır. 
Çox keçmir quyu elə bir fontan vurur ki, ətraf neft dənizinə dönür; özü də xalis 
Suraxanı  nefti,  benzinə  bərabər.  Müştərilər  göydə  götürürdülər.  Gündəlik 
hasilat on min tondan çox idi. O quyu, məşhur fontan vuran quyularla bərabər 
Bakı neft-qazma tarixinə daxil edilib, olduğu yerdə xatirə daşı basdırılıb, xüsusi 
nişana qoyulubdur. 
Bəxt ulduzu birdən parlayan neftxudalardan biri də Seyid Mirbabayev 
idi.  Çox  məlahətli  səsi  varmış,  musiqi  duyumu  yaxşı  imiş.  Dövlətlilər  bir-
birinin  bəhsinə  onu  toya  dəvət  edər,  güclü  pul,  qiymətli  hədiyyələr  verərdilər. 
Varşavada  səsini  qramofon  vallarına  yazdırıb,      çox    baha    qiymətə    satırdı;   
çox   vaxt  birə-iki, birə-üç qiymətə. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə