Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   47   48   49   50   51   52   53   54   ...   110

105 
 
seminariyasının      (Azərbaycan  şöbəsinin)  Azərbaycanın  şəhərlərindən  birinə 
köçürülməsi və qadın təhsilinin inkişafı məsələsini müzakirə edir. 
Qocaman  müəllim  Səmədbəy  Acalov        qurultayda  baş  verən  ixtilafı 
belə  izah  edirdi:  Bakıda  məktəblər  üzrə  Livitski  adlı  bir  inspektor  vardı.  Qatı 
irticaçı idi, hərəkət və rəftarında ayrı-seçkiliyə, yol verirdi. O, məktəblərdə bir 
gəlmə  olsun  belə  azərbaycanca  danışmağı  qadağan  edirdi:  «Məbadə  dərs 
zamanı  bir  gəlmə  də  olsa  tatarca  (Azərbaycanca)        danışasız.  Kim  bu  əmri 
pozsa  müəllimlikdən  qovulacaq».  Müəllimlər    dəhşətə  gəlib  nə  edəcəklərini  
bilmirdilər.  Onlar  deyirdilər  ki,  «rus  dilində  ifadə  etdiyimiz  sözləri  balaca 
uşaqlara  nə  sayaq  başa  salaq.    «sabaka»  sözünü  it  kimi  hürüb  «hamham», 
«pişik»  sözünü  «miyo...  miyo»...  edib  əyan  edək?!  Tutaq  ki,  heyvanları, 
nəbatatın  bəzilərini  şəkillərlə  izah  etdik...  Bəs  başqa  minlərlə    cisimləri    başa  
salmaq  üçün  hansı  üsuldan, hansı vəsaitdən istifadə edək, nə tədbir görək!?» - 
Qurultay  nümayəndələri  qərara  aldılar  ki,  belə  yaramazlığa  qarşı  Livitskidən 
Qafqaz  canişininə  şikayət  etsinlər  və  ana  dilini  sərbəst  dərs  kimi  keçmək 
barədə sərəncam verilsin. 
Teleqramı  tərtib  etmək  qurultayın  sədrinə  tapşırıldı,  H.  B.  Zərdabi 
tapşırığı  yerinə  yetirdi,  teleqram  mətnini  nümayəndələrin  nəzərinə  çatdırmaq 
üçük  oxudu,  sonuncu  cümlə  belə  qurtarırdı:  «Qurultay  ədalətli  sərəncam 
vermənizi  xahiş  edir».  Nəriman  Nərimanov  bu  cümləyə  etiraz  etdi:  «Qurultay 
tələb edir! Xahiş yox». 
Zərdabi  həlim  bir  tərzdə  izah  elədi  ki,  «tələb»  sözü  canişinlikdə 
oturmuş çinovniklərin qəzəbinə səbəb olar, teleqramı cırıb atarlar, sərdara heç 
verməzlər,  deyərlər  siz  nəsiz,  kimsiz  ki,  tələbiniz  də  nə  ola.  Burada  evimizin 
içində  bir  Livitskilə  bacarmırıq,  bizi  saya  salmır.  Teleqramı  sərdara  versələr, 
hiddətlənər, təhsil işlərimizə əngəl törədər, Livitskiyə əhsən deyər, hələ üstəlik 
səlahiyyətini bir az da artırar. Xahiş daha müvafiqdir, nəzakətlidir... 
Münaqişə başlandı. Hər kəs dediyinin üstündə dururdu. Nümayəndələr 
iki  dəstəyə  bölündü;  təklifləri  səsə  qoydular.  Nərimanovun  «qurultay  tələb 
edir»  təklifi  keçdi.  Bu  qələbədən  qanadlanmış  cavan  bir  müəllim  bərkdən 
qışqırdı: «Əqil yaşda deyil, başdadır». 
Qurultayda  olan  bu  əhvalatı  Hacı  Zeynalabdin  Tağıyevə  xəbər 
verirlər. Əhvalat avqustun 21-də baş vermişdi. 
Səhəri  -  avqustun  22-də  Zeynalabdin  Tağıyev  qurultaya  gəldi  və 
Qafqaz canişininə göndəriləcək teleqram üstündə N. Nərimanovla toqquşması, 
ixtilafı  oldu.  Vəziyyət  çox  gərgin,  adamlar  əsəbi  idi.  Tağıyev  müəllimlərə 
müraciətlə dedi:  «Sizin dünənki qərarınız göstərir ki, qurultaya N. Nərimanov 
kimi  uzağı  görməyən  adamlar  rəhbərlik  edir. Bilirsinizmi  Nərimanov  kimdir? 
Onun  cibində  bir  qəpiyi  yoxdur,  mənim  pulumla  oxuyur.  İndi  gəlib  burada 
inqilabi danışıq aparır, sizi də ağıldan-başdan çıxarmaq istəyir... Xahiş edirəm 


106 
 
dünənki  qərarınızı  dəyişin,  çünki  hökumət  yanında  bütün  millətimizə  ayıb 
gətirən işdir».
*
 
Məclisdə dərin sükut var idi. 
«Yoldaşlar!  -  deyə  Nərimanov  kürsüyə  qalxıb  asta  bir  tərzdə  sözə 
başladı.  -  Mən  də  cənab  Tağıyevdən  təqaüd  alanlardanam.  Lakin  mən 
bilmirdim  ki,  cənab  Tağıyev  yoxsul  müəllimlərə  kömək  etmək  istəyir  ki, 
onların müstəqil fikirləri olmasın, hərgah indiyə qədər cənab Tağıyev tələbələrə 
ona  görə  kömək  etmiş  ki,  onlar  yalnız  Tağıyevin  dediyini  desinlər;  belə 
olduqda  mən  özümün  keçmişimi  və  hal-hazırımı  heç  zaman  ləkələyə,  fəryad 
etmək  lazım  gələn  yerdə  susa  bilmərəm.  Başqalarının  nəinki  açıq  danışdığı, 
hətta çar istibdadına qarşı azadlıq yolunda öz qanlarını tökdükləri bir zamanda, 
mən heç kəsə ixtiyar verməmişəm və imkan vermərəm ki, mənfur qızılın gücü 
ilə məni susdursun. Mən zəmanəmizin zalımlarından xilas olmaq üçün, gələcək 
nəsillərin  özünü  mənfur  qızıla  satmamaları  üçün  bütün  qurultay  qarşısında 
cənab Tağıyevin təqaüdündən məmnuniyyətlə imtina edirəm».
**
 
Bu  hadisə  illər  uzunu  təkcə  müəllimlərin  arasında  deyil,  başqa  sənət 
sahibləri içində də geniş söhbət mövzusu oldu. 
Müsəlman 
müəllimlərinin 
1-ci 
qurultayının  faydalı,  insani 
tədbirlərindən  biri  də  erməni  müəllimlərinə  müraciəti  idi.  Bu  müraciətdə 
deyilirdi:  «İki  qonşu  xalq  arasında  çoxdan  bəri  əmin-amanlıq  arzusunda  olan 
biz  sizin,  avam  kütlələrə  əlbir  təsir  göstərmək  çağırışınızı  yekdilliklə  qəbul 
edərək,  böyük  sevinclə  öz  əlimizi  sizə  uzadırıq.  Müsəlmanlarla  ermənilər 
arasında möhkəm sülhün faydasını xalqa başa salmaq kimi müqəddəs vəzifəni 
sizinlə birlikdə yerinə yetirəcəyik».
*
 
Mətbuat. Dövri mətbuat son iki yüz ildə xüsusi vüsət tapmışdır. Əsrlər 
uzunu isə xəbərlər ağızdan-ağıza yayılardı. Əyalətlərə xüsusi qasidlər göndərib 
hökumətin  qanun,  qərar  və  sərəncamlərını  hakimlərə  və  xalqa  çatdırardılar. 
Dövlətlər  arasındakı  əlaqələr  də  elçilər  və  diplomatlar  vasitəsilə  yaranırdı. 
Şəhərlərdə  sarçılar  küçəbəküçə  gəzib  car  çəkərdilər.  Böyük  şəhərlərdə  hər 
məhəllənin  öz  carçısı  vardı.  Mədəniyyət,  elm-texnikanın  inkişafı  nəticəsində 
maşınlar meydana gəldi, kitab, qəzet, jurnal çap edilməyə başladı, bununla da 
mətbuat yarandı. Ölkələrin inkişaf səviyyəsindən və ədəbiyyata ehtiyacdan asılı 
olaraq çap edilən əsərlərin, qəzet, jurnalın miqdarı artdı. 
Azərbaycanda milli mətbuatın tarixi 1875-ci ildən «Əkinçi» qəzetinin 
nəşri  tarixindən  başlayır.  Həsənbəy  Zərdabinin  o  qəzeti  nəşr  etmək  üçün 
çəkdiyi əzab-əziyyət hamıya məlumdur. Azərbaycan   dilində çıxan qəzeti  nəşr  
etməyə    icazə    almaq    üçün    o    üç    il    çalışmışdı.  Qəzet  çıxan  müddətdə  o, 
                                                           
*
 Н. Нариманов. Собранные сочинение, т. 1, М-, 1926, стр. 6. 
**
 Yenə orada. 
*
 Azərbaycan tarixi, 1964, səh. 883. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə