Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   55   56   57   58   59   60   61   62   ...   110

123 
 
Bibiheybətə  çatanda  zavod  və  mədənlərdən  qalxan  matəm  fiti  aləmə 
yayılır.  Tərsanə  və  körpülərdəki  gəmilər  də  onlara  qoşulur,  uzun-uzadı  kədər 
fitləri verirlər. 
Sərmayədarlar,  hökumət  məmurları,  sahibkarlar  lərzəyə  gəlirlər. 
Matəm  iştirakçılarından  Xanların  silahdaşı  İvan  Vastek  yazırdı  ki, 
«Proletariatın yekdil gur səsindən jandarmlar lərzəyə düşmüşdülər». 
Qəbiristanda  izdihamlı  matəm  mitinqi  keçirilir.  S.  M.  Əfəndiyev 
«Qudok»  qəzetində  yazırdı:  «Xanlar  ölmüşsə  də  onun  kşi  yaşayır,  xatirəsi 
fəhlələr  içərisində  uzun  müddət  yaşayacaq,  fəhlələrin  parlaq  idealı  olan 
sosializmin  əldə  edilməsi  və  həyata  keçirilməsi  üçün  müsəlmanlar  içərisində 
yeni-yeni mübarizlər yetişməsinə səbəb olacaqdır». 
1918-ci  ildə  kommunanın  maarif  komissarı  N.  Kolesnikova  yazırdı: 
«Xanların  dəfni  mənə  1905-ci  ilin  oktyabrında  Moskvada  Baumanın  dəfnini 
xatırlatdı;  orada  olduğu  kimi,  burada  da  nizamla  addımlayan  izdiham  bütün 
nəqliyyatı  dayandırmışdı...  Polis  səkilərin  qarşısında  düzülərək  sakit  və 
dinməzcə mərasimi müşayiət edirdi». 
Bu qanlı divan proletariatı susdura bilmədi, əksinə mübarizəni daha da 
genişləndirdi. 
1908-ci  ildə  Bakı  fəhlələri  tez-tez  siyasi  və  iqtisadi  tətil  edirdilər. 
Onları bu mübarizəyə əsasən bolşeviklər sövq edir, ilhamlandırırdı. Onlar Bakı 
proletariatını  səfərbər  etmək  üçün  coşqun  fəaliyyət  göstərirdilər.  Həmin  ildə 
tətil  dalğaları  Nobel  qardaşları,  Adamov,  Kokorev,  Mirzəyev,  Musa  Nağıyev, 
Kukasov,  Şəmsi  Əsədullayev,  Rotşild  və  başqa  şirkətləri,  şəxsi  mədən  və 
zavodları,  başqa  müəssisələri  əhatə  etmişdi.  Bu  tətillər  neftxudalara  və  zavod 
sahiblərinə çox baha tamam olmuşdu. Ziyan milyonlarla manatı aşmış, yüz min 
saatlarla  iş  günü  hədər  getmişdi.  Çıxarılan  neftin  miqdarı  qat-qat  azalaraq 
hasilat çox aşağı düşmüşdü. Tətilçi ordusunun sayı 47 minə çatmışdı. 
1913-cü  ilin  yazında  Bakı  proletariatı  çarizmə  və  kapitalizmə  qarşı 
qəti  mübarizəyə  qalxır.  Tətil  mədən  və  zavodları,  Xəzər  dənizçilərini  əhatə 
edir.  Bolşeviklər  Azərbaycan  və  rus  dillərində  intibahnamələr  çap  edərək, 
fəhlələrin mübarizəsinə rəhbərlik edir. 
Bakı proletariatının 1914-cü ildə yay tətili bütün Rusiya proletariatının 
diqqətini  özünə  cəlb  etmişdi.  Ay  yarım  davam  eləyən  bu  tətildə  50  min  fəhlə 
iştirak etmişdi. Bu, Bakı proletariatının möhtəşəmliyindən xəbər verirdi. 
May ayının 27-də bolşeviklər fəhlələrin tələblərini Azərbaycan və rus 
dilində  çap  etdirib  camaata  paylamışdı.  Tətilin  birinci  günü  təkcə  Balaxanı  - 
Sabunçu mədənlərində 12 mindən çox fəhlə işi dayandırmışdı. 
Tətilin  üçüncü  günü  (mayın  30-u)  Bakı  qalabəyinin  müavini  Qafqaz 
canişininə  belə  bir  teleqram  göndərir:  «Demək  olar  ki,  bütün  mədənlər  tətil 
edir.  Tətil  edən  neft  sənayesi  fəhlələrinin  sayı  26.000-ə  çatır.  Tətilçilərin 
zorakılığı da get-gedə artır...». 


124 
 
Tətil  və  nümayişlər  zamanı  polislə  baş  zerən  toqquşmalarda  ölən  və 
yaralananlar da olur. Tətilçilər həbs edilirdi. 
Peterburq,  Moskva,  Xarkov,  Tiflis  və  sair  şəhərlərin  fəhlələri 
bakılılarla  həmrəy  oldular.  «Pravda»  qəzeti  Bakı  proletariatının  qəhrəmanlıq 
çıxışını təbrik edirdi. 
Birinci  dünya  müharibəsinin  başlanması  bütün  ölkədə  olduğu  kimi, 
Bakıda da yüksələn inqilabi mübarizəni, tətili dayandırdı. 
 
BİRİNCİ DÜNYA MÜHARİBƏSİ 
 
Balkanlarda  balaca  Sarayevo  şəhərindəki  Latın  körpüsündə  atılan  iki 
güllə  dünyanı  neçə  il  sürən  qanlı,  alovlu,  qovğalı  faciələr  və  təxribat  dolu 
müharibəyə sürükləmişdi. 
1914-cü  ilin  ortalarında  Avstriya-Macarıstan  imperiyasının  orduları, 
qırx  il  əvvəl  işğal  etdikləri  Serbiyada  hərbi  manevr  keçirməyə  başlayırlar. 
Əməliyyata  baxmaq  üçün  taxt-tac  vəliəhdi  Frans  Ferdenand  arvadı  Sofi  fon 
Qoqenberqlə Sarayevo şəhərinə gəlmişdi. 
Bu şəhər gözəl iqlimi, saf, təmiz ab-havası, şairanə mənzərəsilə bütün 
Avropada  məşhurdu.  İlk  adı  Verxnobosna  olan  şəhəri  türklər  1389-cu  ildə 
saray  ovası  adlandırmışdılar.  Məhəllələr  mərkəzdəki  «Baş  çarşı»  ətrafında 
yerləşir.  «Baş  çarşı»dan  başqa,  burda  bir  neçə  qapalı  və  açıq  çarşı  və  çoxlu 
sənətkar emalatxanası, tacir və sərraf dükanları vardı. 
Türklər  Sarayevoda  bir  neçə  möhtəşəm  saray  və  təmtəraqlı  məscid 
ucaltmışdılar.  Yüz  illəri  arxada  qoymuş  bu  sənət  əsərlərinin  nəhəng  firuzəyi 
qübbələri, göylərə baş qaldırmış eyvanlı minarələri uzaqlardan diqqəti cəlb edir 
və  şəhərə  şairanə  görkəm  verir.  Bu  saray  və  camelər  üç  yüz  əllidən  çox 
möhtəşəm  saray,  mədrəsə,  çarşı,  məbəd  layihələşdirib  tikdirmiş  dahi  memar 
Hoca Senanın əsərləridir. Senan 1535-ci ildə «Xosrovbəy» məscidini, 1561-ci 
ildə  «Əlipaşa»  məscidini,  1566-cı  ildə  «saray»  məscidini  layihələşdirib 
tikdirmişdi. 
Türkiyə 1877-78-ci illərdə iki - Şərq və Qərb cəbhələrində apardıqları 
müharibədə məğlub oldu və 420 illik hakimiyyətdən sonra onların əlində olan 
bu torpaqlar Avstriya-Macarıstan imperatorluğu tərəfindən işğal edildi. 
Serb  xalqı  ilk  gündən  yeni  işğalçılara  qarşı  da  əzmlə  mübarizəyə 
qalxmışdı.  Azadlıq  hərəkatına  tələbələrin  yaratdığı  «Gənc  bosna»  təşkilatı  da 
qoşulmuşdu. Onun rəhbəri tələbə Qavrilo Prins adında gimnaziya şagirdi idi. 
Serblər  türk  istilasına  məruz  qaldığı  vaxtdan  hər  il  iyun  ayının  28-si 
gününü milli faciə, milli matəm günü kimi qeyd edirdilər. 
1914-cü  ildə,  iyun  ayının  28-də  səhər,  Frans  Ferdenand  arvadı  Sofi 
fon  Qoqenberqlə  Sarayevodakı  Latın  körpüsündə,  saat  on  tamamda  Qavrilo 
Prinsin tapançasından açılan iki güllədən öldülər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə