Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   54   55   56   57   58   59   60   61   ...   110

121 
 
qəfəslərdə  bülbüllər  cəh-cəh  vurur,  qulaq  asanların  ruhunu  oxşayırdı. 
Neftxudaların bağlarında marallar, ceyranlar mələşirdi. 
İldən-ilə  böyüyən,  genişlənən,  gündən-günə  gözəlləşən  bağça  və 
bağlarda  yeni-yeni  meyvə  və  bəzək  ağacları,  təzə  gül-çiçək  növləri  əkilirdi. 
Çarhovuzlarının  ortasını,  kənarlarını  əsl  sənət  inciləri  ilə  bəzəyirdilər.  Bu 
hovuzlarda  bəzəkli,  əlvan  rəngli  qayıqlarda  üzən  neftxudalar,  zavod  sahibləri, 
tacirlər, onların xanımları, uşaqları, əziz qonaqları və dostları əylənirdilər. 
Hovuzlarda fontanlar gecə-gündüz fəvvarə vururdu. 
Bağların  içərisindəki  yollar  iki  tərəfində  əkilmiş  ağacların  adını 
daşıyırdı:  «Çinarlı  yol»,  «Baldırlı  söyüd»,  «Məcnuni  söyüd»,  «Şamlıq», 
«Sərvlik»,  «Palıdlıq»  və  s.  Günəş,  ağacların  saldığı  qalın  kölgəliklərin 
arasından yerə şəfəq saça bilmirdi. 
Bu  bağlarda  payız  və  qış  aylarında  da  bahar  təravəti,  yaz  havası 
duyulurdu. 
Zənginlərin  bağ  və  malikanələrinin  darvazaları,  hasarların  daş, 
darvazaların dəmir dilləri bu aralarda adı məşhur adamların yaşadığından xəbər 
verirdi. Darvazaların üstündəki mərmərlərin və daşların üstündə bağ sahibinin 
adı, salındığı tarix həkk edilirdi. 
Bağlarda  ucaldılan  binalar  bir-birinə  oxşamırdı,  hərəsinin  özünə  xas 
hüsnü, gözəlliyi və memarlıq üslubu vardı. 
Mərdəkanda  salınan    ilk    bağlardan    biri  Muxtarovunku  idi.  Buraya 
minlərlə  kubmetr  münbit  qara  torpaq  daşıyıb  tökmüşdülər.  Bağ  1890-cı  ildə 
salınmışdı.  Münbit  torpağı  barjlarla  gətirib  dəniz  sahilinə  tökmüşdülər  və 
oradan  da  arabalar  və  dəvə  karvanı  ilə  bağa  daşımışdılar.  Bağdakı    ağacları, 
çiçəklik və güllükləri, hovuzları və  fəvvarələri gecə-gündüz su ilə təmin etmək 
üçün  beş  yerdə  sal  daş  təbəqəsini  40  metr  dərinlikdə  qazıb  xüsusi  anbarlar 
düzəltmişdilər.  Bu  anbarların  hər  birisinin  eni  beş,  uzunluğu  on  metr  idi. 
Buraya güclü su nasosları qoymuşdular, Nasoslar çirklənib xarab olmasın deyə 
süzgəclər  qoyulmuşdu.  Yay  aylarının  cəhənnəm  istisində,  boğanaqdan  yaxa 
qurtarıb asudə dincəlmək xatirinə qırx metr dərinliyi olan balaca  meydançaya 
pilləkənlə  enərdilər,  dondurma,  meyvə  yeyər,  şərbət,  qəhvə,  şərab  içərdilər, 
vaxtlarını xoş keçirərdilər. 
Bağa qonaq gələn ailələr buradakı şəraitə məftun olardılar. Hovuzların 
gözəlliyinə  heyran  qalardılar.  Dördkünc  hovuzun  eni  otuz  beş,  uzunluğu  əlli, 
dərinliyi isə otuz metr idi. 
Bu  hovuzda  bəzəkli,  naxışlı  qayıqlarda  seyrə  çıxıb  şənlənərdilər. 
Sazəndələr çalar, xanəndələr oxuyardılar. 
Dördkünc böyük hovuzdan  girdə hovuza  gecə-gündüz şırıltı sala-sala 
su  axardı.  Hovuzların  divarları  bayır  tərəfdən  bağ  səthindən  üç-dörd  metr 
ucalardı; onları sarmaşıq və ətirli bal çiçəyi bəzəyərdi


122 
 
Şəmsi  Əsədullayevin  beş  il  ərzində  (1897-1901)  saldığı  on  beş 
hektarlıq bağın gözəllikdə, bəzəkdə, əzəmətdə tayı-bərabəri yox idi. 
Nobel  qardaşlarının  Ağşəhərdəki  bağının  sahəsi  on,  Muxtarov  və 
Tağıyevinki səkkiz, Aşurbəyovlarınkı isə yeddi hektar idi. 
Şəmsi  Əsədullayevin  təkcə  xidmət  məqsədi  üçün  tikdirdiyi  binaların 
uzunluğu  dörd  yüz  metrə  bərabər  idi.  İri  darvazaların  naxış  və  görkəmi, 
hasarların ucalığı insanı vahiməyə salırdı. 
Bağın  tən  ortasında  düzəltdirdiyi  diametri  otuz  beş  metr  olan 
çarhovuzun  hündür  divarları  ətrafında  dövrələmə  gilas,  albalı,  hulu,  şaftalı, 
zoğal, gavalı, alça ağacları əkdirmişdi; min bir diyardan gətirilmiş alma, armud, 
heyva, nar ağacları bağı bəzəyər, bahar ətri isə insanı məst edərdi. 
Bu  geniş  bağı  təsvir  etmək  mümkün  deyil.  Bağdakı  imarət  xüsusi 
səliqə və zövqlə bəzədilmişdi. Bu dəb-dəbəli bağın tərifi dillər əzbəri idi. 
Bakıda  bələdiyyə  idarəsi  (doxsan  il  ərzində)  on  bir  hektar  ağaclıq, 
yaşıllıq saldığı halda, neftxudalar az müddətdə yetmiş hektardan çox bağ sahəsi 
salmışdılar. 
Dahi  şairin  sərvət  sahiblərini  qamçılaması.  Mirzə  Ələkbər  Sabir 
Tahirzadə ədəbiyyatımızda fəhlə həyatının ağır güzəranını, Bakı proletariatının 
kapital  istismarından  xilas  olmaq  üçün  mübarizəsini  böyük  ustalıqla  təsvir 
etmişdir.  Balaxanı  kəndində  müəllim  işləyərkən  neft  fəhlələrinin  ağır, 
acınacaqlı  həyatını,  məşəqqətli  dolanacağını  gözləri  ilə  görmüş  şair  bu 
mövzuda maraqlı şerlər yazmışdır. Onun o şerləri dillər əzbəri olmuş, füqəranı 
mübarizəyə çağırmış, ilhamlandırmışdır. 
Tətillər.  Rusiyada  çarizmin  irticası  başlandığı  ilk  günlərdə  Bakı 
proletariatı  mübarizəni  davam  etdirirdi.  Çarizm  terror  üsulilə,  tindən  güllə 
atmaqla, gecə qaranlığında pusquda durub, xəlvəti və qəflətən fəal mübarizləri 
aradan çıxardırdılar. 
Xanlar  Səfərəliyev  də  mübariz  fəhlə  başçılarından  biri  kimi 
Bibiheybət  mədənlərinda  ad  çıxarmışdı.  Onun  işlədiyi  mədənin  müdirm 
Abuzərbəy  jandarm  və  polisin  razılığı  ilə  Xanlara  qarşı  sui-qəsd  hazırlayır  və 
1907-ci il sentyabrın 19-da ikinci növbədən çıxıb evə qayıdanda Zəfər Rəcəbov 
adlı  sanının  açdığı  atəşdən  yaralanır.  Xanların  həmyerlisi  Əsəd  Qarayev  onu 
xəstəxanaya çatdırır, lakin  yara ağır olduğundan  Xanları  xilas etmək  mümkün 
olmur, dörd gündən sonra vəfat edir. 
Bu  qara  xəbər  şəhərə,  zavod  və  mədənlərə  ildırım  sürətilə  yayılır, 
şiddətli  hiddət,  qəzəb  və  təəssüfə  səbəb  olur,  dəfn  mərasimi  izdihamlı  siyasi 
nümayişə çevrilir; 20.000 adam cənazəni son məkanına müşayiət edir, dəstələr 
şəhərin  mərkəzindən Şıx kəndinə  tərəf sel  təkin axışır.  Bu qeyri-adi izdihama 
200 atlı kazak və güclü polis dəstəsi nəzarət edirdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə