Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   53   54   55   56   57   58   59   60   ...   110

119 
 
Arzusuna  çatdığına  görə  sevincini  izah  edə  bilmirdi.  Ağa  Musa 
Nağıyevə öz minnətdarlığını bildirirdi. 
Divarlara asılmış nəqşələr tamaşaçıları valeh etmişdi. 
«Şeytan bazarı» hasara alıb, köhnə budkaları, bir mərtəbəli dükanları 
sökdülər.  Torpaq  işləri  qurta-randan  sonra  özül  qoymaq  mərasimi  başlandı  və 
bu  çox  təntənəli  keçdi.  Şəhər  camaatının  əksəriyyəti  burada  idi.  Şəhərin  adlı-
sanlı adamları, neftxudalar, bələdiyyə rəisi, Bakı qalabəyi, Bakı valisi, mülki və 
hərbi  məmurlar,  ruhanilər,  ziyalılar  mərasimdə  iştirak  edirdilər.  Nitqlər 
söyləndi,  təbriklər  deyildi,  arzular  dinləndi.  Bakı  qazısı  Ağa  Mirməhəmməd 
Kərim ruhani ədası ilə bir Quran ayəsi oxudu, sonra imperator xanədanının sağ-
səlamətliyinə  dua  və  Musa  Nağıyevin  ata-anasına  rəhmət  oxudu.  Binanın 
tikildiyi tarix yazılmış sicili də polad qaba qoyub qapağı qaynaqladılar və onu 
bünövrəyə qoydular. 
Dəvə  karvanı,  at  arabaları  sübh  açılandan  axşam  qaralanadək  «Qızıl 
qaya»dan  daş  daşıyırdı.  Daş  çapan  kim,  palçıq-sement  qarışdıran  kim,  divar 
hörən  kim...  İstedadlı  memarın  kağız  üzərində  cızdığı  bəzəkləri  mahir  ustalar 
divarlarda  canlandırırdılar;  sərt  daşlar  onların  kələ-kötür  barmaqlarının 
hərarətiylə  sənət  abidəsinə  çevrilir,   əsl memarlıq simfoniyasına dönürdü. 
Binanın  birinci  mərtəbəsi  hazır  olanda  onun  üçün  nəzərdə  tutulmuş 
pul qurtarır, buna görə də  Ağa Musaya  müraciət edirlər. Deyir:  «Atam, atam, 
mənə deyilən xərci ödəmişəm. Bir qəpik də artıq verə bilmərəm». Bir müddət 
bina  yarımçıq  qaldı.  Axırda  milyonçulardan  biri  Musanın  baş  işlər  müdiri 
Fətullabəy  Rüstəmbəyova  tapşırır  ki,  məqama  sal,  xərcin  qalan  hissəsini  də 
Musanın boynuna qoy. Musa işlər müdirinə çox inanırmış, hətta qara gün üçün 
onun  adına  bankda  on  min  manat  qoyubmuş.  Deyirmiş  ki,  dünyanın  işini 
bilmək  olmaz,  birdən  var-yoxum  əlimdən  çıxar  qalaram  quru  yurdda.  Dar 
məqamda adama heç kəs əl uzatmır. Adamlar vara gəlir. 
Günlərin  birində  Fətullabəy  məqama  salıb  deyir  ki,  Ağa  Musa,  Ağa 
İsmayılın adına tikdirdiyimiz o gözəl bina qalıb yağışın, qarın altında, xarabaya 
dönür,  hər  halda  onu  başa  çatdırmaq  lazımdır,  dost  var,  düşmən  var...  Ağa 
Musa əllərini havaya qaldırıb deyir: «Atam, atam, get, necə bilirsən, elə də elə. 
Amma mənə o barədə bir də söz demə...» 
Fətullabəy əvvəldən hazırladığı bank sənədlərini imzalamaq üçün ona 
uzadır.  Ağa Musa  pulun  miqdarını  görməmək üçün  gözlərini  yumub bir  neçə 
cızma-qaradan ibarət qolunu sənədlərə çəkir. 
Bundan sonra binanın inşasını davam etdirirlər. 
O  zamanlar  mahir  barmaqlarının  təmasından  sərt  daşlar  gülə-çiçəyə, 
butaya,  qəşəng  bəzək  və  nəqşlərə  çevrilən  bənnalardan  usta  hənifə,  usta  Hacı 
Abbas, usta Hacı Xeyrulla, Kərbəlayı Mirzə soltan, Səlman Ata kimilərin adları 
dillər əzbəri idi. 


120 
 
Milyonçuların  bağları.  Qara  qızılın  qüdrəti  sayəsində  dünənki 
arabaçı,  meyxanaçı,  arpa-saman  satanlar,  başında  palçıq  çanağı  daşıyanlar 
Avropa  paytaxtlarına  səyahət  edirdilər,  dünyanın  ən  məşhur  kurort  və 
sanatoriyalarında  müalicə  olunurdular,  ən  bahalı  mehmanxanalarda 
əylənirdilər.  Kislovodsk  -  Yesentukini  bəyənmirdilər.  sərvətlərinə  və 
imkanlarına  uyğun  bağ-bağat  salmaq,  Bakıda  olduğu  kimi,  şəhərdən  kənarda, 
dəniz  qırağında  da  saraylar,  fəvvarə  vuran  hovuzlar  düzəltdirib  şənlənirdilər. 
Mərdəkan  və  Şüvəlanda  meyvə  və  bəzək  ağacları,  ətirli  kollar  əkdirib, 
çiçəkliklər  saldırmışdılar,  istirahət  etmək  və  əylənmək  üçün  köşklər 
qurmuşdular. 
Başdan-başa  qayalıq, daş-kəsəkdən ibarət,  susuz, dəmir  yoldan uzaq, 
adi araba yolu olmayan bir ərazidə bu möcüzələri yaratmaq o qədər də asan iş 
deyildi. Bu işlər üçün gərək bir ətək qızıl pul xərclənəydi. 
Belə ağır, ağıla sığmayan işin öhdəsindən yalnız və yalnız neftxudalar 
gələ bilərdilər. 
Bağların  məhz  Mərdəkanda  salınmasının  əsas  səbəblərindən  biri  də 
oranın  qismən  şəhərə  yaxınlığı  və  havanın  saf,  şirin  suların  dayaz  olması  da, 
əlbəttə, şərt idi. 
Darvazasının  üstündəki  mərmərdə:  «1894  г.  27  сент-јабрја.  В 
тсарствовании  императора  Александра  III-го  при  министре  земледелја  и 
государственных  имушеств  была  заложена  школа  садоводства  при 
содејствии и участии Бəкинского губернатора В. П. Рогге, бакинским I-ој 
гилди  куптсом  Гаджи  Зејналабдиным  Тагијевым»  sözləri  yazılmış 
bağbanlıq  məktəbinin  qurulması  da  Abşeronda  bağ-bağçanın  gündən-günə 
artmasına böyük təkan verdi. 
Bağçılıq  məktəbinin,  təcrübə  bağının  layihəsini  Bakının  baş 
arxitektoru Qoslavski tərtib etmişdi. 
Başdan-başa  qayalıq,  daşlıq  və  kəsəklik  olan  sahədə  bağ  salmaq 
böyük  əmək,  çoxlu  xərc  və  əzm  tələb  edirdi.  Qayalıq  və  kəsəkləri  qazıb 
hamarlamaq, yararlı hala salmaq lazım idi. Münbit torpaq daşınmalı idi. Ərazi 
hamarlanandan sonra oraya qara münbit torpaq gətirildi. Gecə-gündüz iş davam 
edirdi. Böyük zəhmət və xərcdən sonra məktəb binası, təcrübə bağı hazır oldu. 
Hacı  Zeynalabdin  Tağıyevin  təşəbbüsüylə  təşkil  olunan  bağbanlıq 
məktəbi  Abşeronda  bağ  salmağa  böyük  imkan  yaratdı.  Susuz,  qumsal  sahədə 
ağaclar əkildi, bağçalar yaşıl donları ilə gözləri oxşamağa başladı. Yovşanlıqlar 
üzümlüyə  çevrildi.  Bağlardakı  uca  ağacların  qalın  kölgələrində  əzəmətli  və 
yaraşıqlı binalar tikildi.  Susuz, kəsəkli,  daşlıq  yerlər  günəşin alovundan  sanki 
xilas oldu. 
Çiçəklik və güllüklər göz oxşayırdı. Çarhovuzlardakı büllur qədər saf, 
şəffaf  sularda  cürbəcür  balıqlar  üzürdü,  qu  quşları,  ördək  və  qazlar  nazlana-
nazlana  suya  baş  vururdular.  Talvardakı  tovuz  quşları  insanı  valeh  edirdi,    


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə