Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   51   52   53   54   55   56   57   58   ...   110

114 
 
Təkid  etdikdə  ki,  gəl  məclisə,  məyus  bir  tərzdə  dedi:  «Əlicabbar 
əfəndi, bu üst-başla, bu libasda, bu qiyafətdə mən ora gələ bilərəmmi?! Dəvət 
üçün çox sağ olun. Şeri oxuyarsız, elə o bəsdir». 
Saç-saqqalı ağarmışdı. İldırım vurmuş, qol-budaqları vaxtsız qırılmış, 
şaxələri  sınmış,  yarpaqları tökülmüş palıd ağacına  oxşayırdı.  Hərəkətləri ağır, 
özü yorğun, üzüntülü bir görkəmi vardı... Amma gözlərindən hələ də zəka  və 
qürur yağırdı. Polad kimi sınmağa razı idi, əyilmək niyyətində deyildi». 
Şerlərindən  birində  bir  loxma  çörək  üçün  heç  kimə  baş  əyməməyi 
məsləhət görürdü: 
 
Kimsəyə   qılmaz   təməllüq   haqpərəstan   nan   üçün,  
Caki-ismat eyləməz alicənaban naç üçün,  
Ab-neyabi-əfvani tökməz insan, nan üçün,  
Tərk məslək eyləməz ərbab ürfan, nan üçün. 
 
Əliməmməd  Mustafayev  nəql  edirdi  ki,  iyirminci  il  may  ayının  ilk 
günlərində  «Çanax  Qala»  kafesində  oturub,  Hadi  ilə  bərabər  qayğanaq  yedik, 
kofe  içdik.  Birlikdə  çıxıb  Nikolaysk  küçəsinə  tərəf  gedəndə  xalq  ədliyyə 
komissarı  Əliheydər  Qarayevə  rast  gəldik.  Ayaq  saxlayıb  bizimlə  görüşdü, 
Hadidən hal-əhval xəbər aldı. Hadi: «Belə inqilabi kəbirdən sonra mən də hamı 
kimi  xoşbəxt,  azad  dünyaya  qədəm  qoymuşam,  -  dedi.  –  Ağakərim  oğlu 
Əliheydər, tarix bəşərdə  baş vermiş bütün qovğa,  məğlubiyyət  və  qələbələrdə 
heç  bir  zaman,  heç  kəs  şərabı  qadağan  etməmişdi.  Siz  bolşeviklər  qadağan 
etdiniz. Bəşəriyyəti bu bəladan da, bu faciədən də xilas edə bilsəniz, alqış sizə. 
- Azca fikirləşib əlavə etdi. - Heç yerdə şərab tapılmır. Amma - əlini qoltuğuna 
salıb araqla dolu balaca bir şüşə çıxartdı, - amma mən tapmışam. Mənzilə gedib 
içəcəyəm,  hər  şeyi  unudacağam.  Mənzil  dedikdə,  güman  etmə  ki,  sizin 
burjuylardan  müsadirə  etdiyiniz  təm-təraqlı  kaşanalardandır.  Xeyr!  Quba 
meydanında,  karvansaranın  bir  küncündəki  «qapıdan»  zorla  yanakı  keçə 
bildiyim kahadır». 
Qarayevdən  ayrıldıq.  Məhəmməd  Hadi  nə  fikirləşdisə,  astadan  şer 
oxumağa başladı: 
 
Ey ol vəqti görən məsud, unutma, bizləri yad et,  
Bu yolda həsrət ilə can verən əhbabi tədad et,  
Məzarım üzrə gəl, dur, qəmli-qəmli ağla, fəryad et.  
Oxu bu şeri qəbrimdə ələttəkrar övrad et,  
Dur, ey zindani-nisyanda yatan, azad olub  aləm,  
Sürurabad - hürriyyət  gəlib, dilşad olub aləm. 
 


115 
 
Memarlıq abidələri. Bakının inkişafı ilə yanaşı şəhərdə teatr binaları, 
kino salonları, əyləncə evləri də artırdı. Azərbaycanda ilk milli teatrın binasını 
Hacı  Zeynalabdin  Tağıyev  1883-cü  ildə  tikdirir.  Layihənin  müəllifi  memar 
Koqnovitski  idi.  Qadınları  teatra  buraxmazdılar,  kişilər  başlarında  papaq 
oturardılar.  Sonralar  qadınlar  üçün  lojaların  bir  neçəsində  cunayi  pərdələr 
çəkdilər ki, üzləri görünməsin; pərdə arxasından səhnəyə tamaşa edirdilər. 
Bu  binada  ən  fövqəladə  tamaşa  1908-ci  il  yanvarın  25-də  «Leyli  və 
Məcnun» operası olub. Üzeyir Hacıbəyovun bu əsəri təkcə Azərbaycanda yox, 
bütün  Şərqdə,  bütün  müsəlman  aləmində  ilk  opera  idi.  Bu,  mədəniyyət 
tariximizə qızıl hərflərlə yazılmış şanlı, fərəhli bir səhifə idi. 
«Leyli  və  Məcnun»  tamaşasının  rejissoru  Hüseyn  Ərəblinski, 
Məcnunun rolunu məşhur sənətkər, xanəndə Hüseynqulu Sarabski ifa edirdi. 
Müsəlman  teatrı  binasında  erməni  truppası  da  həftədə  bir  dəfə  öz 
dillərində  tamaşa  verirdi.  Tağıyev  özü  icazə  vermişdi  və  heç  bir  kirə  haqqı 
almırdı. 
Opera  teatrı  üçün  tikilən  binanın  tarixi  çox  maraqlıdır.  1910-cu  ildə 
Bakıya  məşhur  bir  xanəndə  qadın  gəlir,  səsinin  ahəngi,  özünün  gözəlliyi, 
qəşəngliyi  ilə  Bakı  milyonçularının  diqqətini  cəlb  edir,  başlarını  gicəllədir. 
Milyonçu Mailov qardaşlarından böyüyü bu xanıma bərk vurulur, ona əlindən 
gələn  «hörməti»  edir.  Brilyant  üzüklər,  sırğalar,  zərli-zibalı  parçalar,  libaslar, 
boyunbağılar, bilərziklər, qolbaqlar bağışlayır. 
Mailov qardaşları balıq-kürü taciri idilər. Kür qırağında vətəgə icarəyə 
götürmüşdülər. Balıq-kürü hazırlayan sexləri vardı. 
Professor S. M. Apresov deyirdi ki, müğənni  xanıma  vurulan Mailov 
yekəpər, cüssəli bir kişi idi. 
Xanəndə xanım gah Birja (Üzeyir Hacıbəyov) küçəsində, gah da ağac 
və  taxtadan  tikilmiş  «Sirk»  binasında,  gah  da  «Qış»  klubunda  konsert  verirdi. 
Böyük  də  müvəffəqiyyət  qazanırdı.  Qastrol  başa  çatanda  xanəndə  xanımın 
şərəfinə «Kazino»da təntənəli vida ziyafəti düzəldirlər. 
Söhbət  zamanı  xanımdan  soruşurlar  ki,  «bizim  şəhərə  bir  də  nə  vaxt 
gələcəksiniz?» 
Xanım başını bulayıb cavab verir ki, «yəqin ki, heç haçan. Çünki mən 
sirk  və  kazino  salonlarında  oxumağa  adət  etməmişəm.  Sizin  bu  gözəl,  zəngin 
Bakıda,  səxavətli  cəngavərlər  yaşayan  dövlətli  şəhərdə  münasib  bir  opera 
binası yoxdur ki, müğənni istedadını, məharətini nümayiş etdirə bilsin» 
Mailov xəbər alır: «Xanım, indi hara gedirsiz, nə qədər müddətə?» 
Müğənni  xanım  Yaponiyaya  qastrola  getdiyini  və  bir  ildən  sonra 
qayıdacağını bildirir. 
Mailov deyir ki, bir ildən sonra bizim şəhərə gəlin, münasib bina hazır 
olacaq və onu siz açacaqsınız. 
Razılaşırlar. 


116 
 
Mailov  opera  binasını  layihələşdirməyi  arxitektor  Bayeva  tapşırır  və 
deyir  ki,  bu,  Tiflisdəki  opera  binasına  oxşamaqla  yanaşı  ondan  daha  gözəl, 
daha üstün olmalıdır. 
Hacı  Zeynalabdin  Tağıyev  həmin  əhvalatı  eşidir  və  Mailova  rast 
gələndə,  söhbət  əsnasında  teatr  binasının  tikilməsini  xəbər  alır.  Mailov  cavab 
verir  ki,  memar  Bayev  Tiflisdəki  opera  teatrının  çertyojları  ilə  tanış  olub 
qayıdıb,  indi  gecə-gündüz  bizim  layihə  üzərində  işləyir.  Hacı  Zeynalabdin 
deyir ki, ağlım kəsmir, o boyda binanı bir ilə tikib başa çatdırmaq olsun! Mən 
özüm bənna, sonra da podratçı olmuşam, çox da ev tikmişəm. Hər şeyi bilirəm. 
Çətin işdi. 
Mailov  gülümsəyib  deyir:  «Hacı,  gəl  mərcləşək.  Əgər  bina  bir  ilə 
hazır olmasa, mən onu başa çatdırıb verərəm sənə, olar səninki, xərci məndən. 
Yox, əgər başa çatdırsam, çəkdiyim xərci sən ödəyərsən, bina qalar mənə». 
Razılaşırlar. Mailov binanı bir il əvəzinə səkkiz aya tamamlatdırır. 
Səs  bayıra  yayılmasın,  içəridə  qalsın  deyə  tavana  başdan-başa  ikiqat 
qalın məxmər, onun üstündən də keçə döşəyiblər... 
Mailov xanəndə xanıma teleqram vurur; o da Bakıya gəlir və operanın 
açılışında iştirak edir və birinci mahnını oxuyur. Şəhərin varlı adamları, musiqi 
və  teatr  ustaları  açılışda  iştirak  edirlər.  Xanəndə  xanım  ariyanı  qurtaranda 
başına pul yağır. Səhnə başdan-başa gül-çiçək içində idi. 
 Mailov  xanıma  çiçəklər  və  güllər  şəklində  pullardan  -  beş  yüz 
manatlıq,  yüz  manatlıq,  əlli  manatlıq  və  iyirmi  beş  manatlıqdan  düzəldilmiş 
böyük bir çələng göndərir. Bu barədə şəhərdə uzun-uzadı söhbət gedir. 
«Cəmiyyəti-xeyriyyə»  üçün  «İsmailiyyə»  binasının  tikilməyinin  də 
maraqlı tarixi var. 
Musa Nağıyevin oğlu Ağa İsmayıl vərəm azarına tutulmuşdu. Şəhərdə 
məşhur bir həkim Bakı milyonçularının ailələrini müalicə edirdi. Ağa İsmayılı 
müayinədən keçirəndən sonra həkim Musa Nağıyevə deyir ki, oğlanın halı çox 
ağırdır, tez  tədbir görülməsə,  tələf ola  bilər. Əlli  min  manata  qədər xərci  var. 
Ağa  İsmayılı  özüm  İsveçrəyə  aparıb,  bir  il  ərzində  müalicə  etdirib  gətirrəm. 
Musa  Nağıyev  deyir  ki,  on  min  manat  verərəm.  Söhbət  bununla  bitir.  Ağa 
İsmayılın  halı doğrudan da  gündən-günə  ağırlaşır.  Axırda  Ağa  Musa  oğlunun 
müalicəsi  üçün  əlli  min  manat  verməyə  razı  olur.  Həkim  xəstəni  yoxlayandan 
sonra  xəbər  verir  ki,  iş-işdən  keçib,  indi  heç  onu  yüz  min  manatla  da  xilas 
etmək mümkün deyil. 
Doktor  Məhəmməd  Rza  Vəkilov  xəstə  oğlanı  İsveçrəyə  aparır, 
müalicədən sonra halı yaxşılaşır. Lakin o, çox yaşamır. 
Milyonçuların  Novruz  bayramı  münasibətilə  ziyafət  məclislərinin 
birində  söhbət  əsnasında  Ağa  Musanın  oğlu  Ağa  İsmayılın  cavan  yaşında 
vaxtsız  vəfat  etməsindən  təəssüflə  danışırlar.  Ağa  Musanın  gözləri  yaşarır. 
Milyonçulardan  biri  bu  məqamdan  istifadə  edib  soruşur:  «Ağa  Musa,  oğlun 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə