Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   48   49   50   51   52   53   54   55   ...   110

107 
 
dəfələrlə 
jandarm 
idarəsinə 
çağırılıb,  sorğu-suala      tutulmuşdu... 
Qaragüruhçular  da  onu  çox  incidib,  təhqir  və  ölümlə  təhdid  etmişdilər. 
Qəzalara,  kəndlərə  qəzeti  bəzən pulsuz yollayardı ki, qaranlıq mühitə azsa da 
olsa ziya, işıq saçsın. Çox vaxt qəzet maddi ziyan gətirirdi. «Əkinçi» ayda iki 
dəfə balaca vərəqədə çıxırdı. Bütün işləri:  məqalə  yazmaq,  material toplamaq, 
çap  etməyi  Həsən  bəy  tək    özü  görürdü.  Dünyada  baş      verən  bütün  
hadisələrdən,  daxili  və  xarici  xəbərlərdən,  ölkələrin  vəziyyətindən,  elmdən  və 
ədəbiyyatdan,  maarifdən  və  mədəniyyətdən,  iqtisadiyyatdan,  xüsusən  kənd 
təsərrüfatından,  tibbdən,  texnikadan    yazırdı...  Toxunmadığı    sahə    qalmırdı. 
Həsən  bəy  eyni  zamanda  Bakı  realnı  məktəbində  dərs  deyir,  rus  qəzet  və 
jurnallarında  da  elmi,  siyasi-ictimai,  ədəbi-tənqidi  məqalələr  dərc  etdirirdi. 
Xurafat,  mövhumat  və  bəy-xan-dövlətli  zülmünün  amansız    düşməni    idi.  
«Əkinçi» qəzeti       hər  nömrəsində  zülmkarları ifşa edirdi.  Qadın azadlığının 
alovlu  carçısı  idi...  Lakin  «Əkinçi»  uzun  yaşaya  bilmədi,  iki  ildən  sonra 
bağlandı...  Həsən  bəy  Zərdabini  realnı  məktəbdən,  müəllimlikdən  də  xaric 
etdilər  və  Bakıdan  sürgün  olundu...  Lakin  onun  yandırdığı  məşəl  sönmədi, 
gündən-günə daha da alovlandı. 
Bakıda  neft  sənayesinin  inkişafı  ilə  əlaqədar  nəşr  edilən  qəzet  və 
jurnalların da  sayı get-gedə  artırdı.  Onlardan bir neçəsinin  adını çəkmək olar: 
«İttifaq!»,  «Tərəqqi»,  «Səda»,  «Sədayi-haqq»,  «Həyat»,  «Taza  həyat», 
«Hümmət»,  «Bakinski  raboçi»,  «Dəvət-Qoç»,  «Təkamül»,  «Yoldaş»  və  sairə 
bolşevik  qəzetləri,  Burjuaziya  qəzetləri  «İrşad»,  «Kaspi»,  Jurnallardan: 
«Fyüzat», «Yeni Fyüzat», «Arı», «Babayi-Əmir», «Zənbur», «Tuti», «Məzəli», 
«Şəlalə»,  «Kəlniyyət»,  Tiflisdə  çıxan  «Molla  Nəsrəddin».  O  zamana  qədər 
ədəbiyyatımızda  olmayan  ədəbi  janrlar:  «hekayə»,  «poema»,  «oçerk», 
«povest»,  «roman»  meydana  gəldi;  əsrlər  uzunu  ədəbi  mühitdə  hökm  sürən 
«mərsiyə», «qəsidə», «həcv», «mədh»in mövqeyi get-gedə sarsılmağa başladı. 
Rusiyadan  və  Avropadan  gələn  demokratik  ədəbi,  siyasi  cərəyanlar 
xalqın  mənəviyyatına  nüfuz  edir, yeni  məfkurələr aşılayırdı, camaatın  gözünü 
açır, şərq ətalətindən, qəflət yuxusundan oyadırdı. Yeni üslubda yazan şairlər, 
ədiblər, jurnalist və tənqidçilər əsrlə səsləşməyə, ayaqlaşmağa çağırırdılar. 
Rəssamlıq. Müəllimimiz rəssam Əmir Əfəndi Hacıyev nəql edirdi ki, 
rus  və  Avropa  mədəni-ictimai  təsiri  nəticəsində  Bakıda  yeni  dövr  rəssamlıq 
sənəti, realist rəsmlər yarandı. Əlibəy Hüseynzadənin «Bibi-heybət məscidi» və 
«Çeşmə başında»kı əsərləri bu cəhətdən xüsusi yer tutur. Əzim Əzimzadə isə o 
zamanlar  deyildiyi  kimi,  Azərbaycanın  yeganə,  peşəkar  rəssamı  idi, 
Azərbaycanda karikatura şarj məktəbinin banisi idi. 
Əzim Əzimzadə hələ rus-tatar məktəbinin şagirdi ikən şəkil çəkməyə 
böyük  meyl  göstərir.  Milyonçu  Ağa  bala  Quliyevin  dəyirmanında  kuryer 
işləyəndə,  tale  üzünə  gülür,  sahibkarın  Persidski  (Poluxin),  Karantini  (Həzi 


108 
 
Aslanov)  və  Gimnazist  (L.  Tolstoy)  küçəsində  tikdirdiyi  təmtəraqlı  mülkün 
interyerini bəzəyən rəssam Durovla tanış olur. 
Durov  sahibkarın  istəyinə,  zövqünə  uyğun  divarları  İstambul 
mənzərələri, Ərəbistan səhnələri,   qədim memarlıq ornamentləri ilə bəzəyirdi. 
Əzim ilk dəfə idi ki, yağlı boya ilə işləyən rəssama rast gəlirdi. Durov eşidəndə 
ki,  Əzim  az-çox  akvarellə  işləməyi  bilir,  başlayır  ondakı  rəssamlıq  həvəsini 
artırmağa, hərtərəfli kömək etməyə. Əzim də öz növbəsində Azərbaycan, şərq 
və  müsəlman  xalqlarının  bir  sıra  etnoqrafiyasına,  adət-ənənələrinə  xas  olan 
cəhətləri  rəssama  başa  salır,  rəsmlərin  realist  səpkidə  yaranmasına  köməklik 
göstərir. 
Əzim  yorulmadan sevimli sənətini davam etdirir: «Molla Nəsrəddin» 
jurnalına  şəkillər  göndərir  və  karikatura  janrına  xüsusi  fikir  verir.  Mətbuatda 
ardıcıl  çıxış  edir,  əsərləri  «Zənbur»  jurnalında  dərc  olunur.  Məktəblərdə 
rəsmdən dərs deyir; eyni zamanda tarixi mövzularda rəsmlər çəkməkdə davam 
edir,  portretlər  yaradır.  Bakıda  çıxan  «Kəlniyyət»,  «Baraban»,  «Məzəli», 
«Babayi-Əmir»,  «Tuti»  jurnallarında  fəaliyyət  göstərir.  Bəzən  həftədə  10-15 
rəsm  əsəri  işləməyə  məcbur  olur.  Rəsm  etdiyi  karikaturaları  bəzən  özgə  adla 
imzalayır. O, bütün mənfi cəhətləri satira qamçısı ilə döyür, yumor gülüşü ilə 
lağa qoyurdu. 
Şerimizin,  ədəbiyyatımızın  seçilmiş  əsəri  «hop-hopnamə»  kitabının 
ilk  rəsmləri  Əzimzadənindir.  O,  jurnal,  məcmuə  və  kitablara  da  illüstrasiyalar 
çəkmişdir. 
1919-cu ildən 1926-cı ilə qədər təşviqat-təbliğat məqsədilə konsert və 
teatr tamaşalarına karikatura və şarjlar çəkirdi. 
* * * 
Cahana gəlmədən məqsəd nədir insana, bilməm ki?  
Həqiqətmi bu xilqət, yoxsa bir əfsanə, bilməm ki?  
Mən idrak etmədim dünyaya gəlməkdən nədir hikmət,  
Yaratmaqdan nədir məqsəd bizi sübhanə,  bilməm ki? 
M. Hadi 
 
Romantik  şairimizin  faciəsi.  Böyük  söz  ustadı  Məhəmməd  Hadinin 
həyatı əvvəldən axıra qədər təlatümlü dəniz təki dalğalanmışdı. Qırx illik ömrü 
əzab  və  əziyyətlərlə  sona  çatmışdı.  Yaradıcılığının  ən  coşqun  dövrü  Bakıda 
keçdiyindən bu şairi xatırlamamaq mümkün deyil. Kitablarına, şerlərinə verdiyi 
adlar,  sərlövhələr:  «Firdovsülhamat»,  «Eşq      möhtəşəm»,  «Şükufeyi-hikmət», 
«Təraneyi  qəmpərvəranə»,  «Dünya  səhneyi  qəmdür»,  «Cins  lətif»,  «Zavallı 
könlüm»,  «Ulduzlara  doğru»  və  sairə  onun  nə  qədər  xəyalpərvər  olduğunu 
göstərir. 
Hadi  şairlər  məskəni  Şamaxıda  anadan  olmuş,  uşaq  ikən  atasını 
itirmişdir.  Uşaqlıq  və  gənclik  illəri  ehtiyac  içərisində,  ağır  keçmişdir.  Dərd-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə