Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   46   47   48   49   50   51   52   53   ...   110

103 
 
ürəyinizə gələrdi ki, kirayəni qəsdən qaytarıram.    Mənim sinnim doxsanı aşıb. 
Ora  gələ  bilmərəm.  Uşaqların  dərsinin  qeydinə  qalın.  Bayramlarını  mənim 
dilimdən təbrik edin». 
Deyilənlərə görə, o qəşəng qız vərəm azarına tutulubmuş. Ona görə də 
babası evin qabağında bağça saldırıb, həyət-bacanı döndərmişdi təbiətin gözəl 
bir    guşəsinə.  Həmişəyaşıl    ağaclar,  sarmaşıqlı    bal  çiçəyi,  çoxlu  qızıl  gül 
əkdirmişdi.  O  zamankı  Bakıda  belə  təmtəraqlı  bağça  çox  böyük  xərc  tələb 
edirdi. Bağçada ağaclardan qəfəslər asmışdılar, minbir avazla quşlar oxuyurdu. 
Tovuzquşu  saxlayırdılar.  Qız  tez-tez  pianoda  çalır,  bağçaya  düşdükdə  gah 
talvarda,  gah  hovuzun  yaxınlığındakı  qamış  kresloda  dincəlir,  jurnal,  kitab 
mütaliə  edirdi.  Əlibəy  Hüseynzadə  skripka  çalanda,  qız  ipək  libasda  düşüb 
bağçada  gəzişirdi.  Skripka  təranələrindən  qəfəsdəki  bülbüllər    ilhama  gəlib, 
cəh-cəh  vurardılar.  Üzeyir  Hacıbəyov  uşaqlara  pianonun  təranələri  altında 
nəğmə oxutdurardı. 
«Səadət»də  oxuyan  şagirdlərin  sayı  get-gedə  artır,  bina  darısqallıq 
edirdi.  Mirzə  Ələkbər  xanı  Tehrana  çağırıb  İsveçrəyə  səfir  yollayırlar,  Əlibəy 
Hüseynzadəni  onun  yerinə  müdir  təyin  edirlər.  Binanın  darısqal  olduğunu 
«Cəmiyyəti-xeyriyyə»yə bildirirlər. Yığıncaqda təzə bina tikmək qərara alınır, 
Bir nəfər bənna ayağa durub deyir ki, mənim şəhərdə iki mülküm var. Onların 
birini, təzə bina hazır olana qədər, xırda balalara verirəm. Mən, bir də arvadım 
iki  otaqda  yaşayarıq,  uşaqlara  da  göz-qulaq  olarıq.  Məclisdə  böyük  mülkləri 
olan dövlətlilər də vardı, lakin onların heç biri maarif yolunda adi bənna qədər 
fədakarlıq göstərmədi. 
İndiki  göz  xəstəxanasının  yeri  qəbiristanlıq  idi.  «Səadət»  məktəbi 
üçün binanı orada tikməyi qət etdilər. Zivərbəy Əhmədbəyov layihə hazırladı. 
Cümə  günlərinin  birində  camaat  qəbiristana  gəldi.  Axund  dua  oxudu.  Köhnə 
qəbirləri  söküb,  sümükləri  qutulara  dolduraraq  aparıb  yuxarıdakı  qəbiristanda 
basdırdılar. Binanın bünövrəsini qoydular və tikməyə başladılar; iki mərtəbəsi 
hazır olmuşdu ki, birinci dünya müharibəsi başladı. Tez-tələsik üstünü örtərək 
binanı çevirdilər yaralı soldatlar üçün xəstəxanaya. 
Məktəblərdə  təhsil  pullu  idi;  valideynlər  oxumaq  haqqının  yarısını 
tədris ilinin əvvəlində ödəməli idilər, əks təqdirdə uşağı məktəbə buraxmırdılar; 
az miqdarda  kasıb və yetim uşaqlardan  pul almırdılar. 
Şagirdləri yaşlı adamlar məktəbə gətirib aparırdı, küçəyə tək çıxmağa 
qoymazdılar, cürət də etməzdilər. Min bir xata vardı. Qoçular dövlətli şəxşlərin 
uşaqlarını oğurlayıb, güclü pul alandan sonra buraxırdılar; odur ki, dövlətlilər 
uşaqlarını qorumaq üçün silahlı mühafizlər saxlayırdılar. 
Binaların  darvazaları  gecə-gündüz  bağlı  olardı,  arxadan  möhkəmcə 
bərkidilərdi,  iri  qıfıllar  vurulardı;  dalandarlar  darvaza  üstündə  yaşadıqları 
otağın pəncərəsindən gələnlərə baxar, yad, kənar adamı həyətə buraxmazdılar. 


104 
 
Darvazaların  ortasında  «bala  qapı»  vardı,  gediş-gəliş  ordan  olardı;  tez  də 
arxadan bağlayardılar. 
Bütün məhəllələrdə şəriət məktəbi - mollaxana vardı ki, uşaqlara əvvəl 
çərəkə,  sonra  da  Quran  oxumağı,  ərəb  hürufatını  öyrədir,  yazmağı  da  təlim 
edirdilər. 
Mollanın    amansız,  qəddar  cəza  üsulları    vardı:  qısa,  orta  və  uzun 
çubuq,  fallağa,  noxudun  üstündə  diz-üstə  oturmaq.  Mollaxananın  avadanlığı: 
manqal,  həsir,  üstündə  oturmağa  şəlpə.  Bunlar  mollaxanaların  «bəzəyi»  idi. 
Adətən  dərs  keçilən  otaq  zirzəmidə,  ya  da  birinci  mərtəbədə  yerləşərdi.  Dərs 
otaqları  torpaq-qır  döşəmədən,  palçıq  suvaqlı  divarlardan,  tavanları  çürük  tir, 
köhnə  taxtadan  ibarət  idi.  Bütün  bunlar  vərəm,  yel  azarı  və  digər  xəstəliklər 
mənbəyi  idi.  Xırda  pəncərələr  məktəbi  dustaqxanaya  oxşadırdı,  içəri  nəmli, 
ürək sıxan, qaranlıq və havasız idi... 
Qızlar  da  mollaxanalarda  mollabacıdan  «təlim»,  «dərs»  alırdılar; 
adətən  Quranı  alayarımçıq  öyrənər,  əsasən  mollabacıya  qaravaşlıq  edər,  onun 
uşaqlarına  baxar,  toyuq-cücəyə  dən  tökər,  su  qoyar,  həyət-bacanı  süpürər, 
quyudan  su  çəkərdilər.  Tez-tez  də  mollabacının  çubuğunun  zərbəsini 
dadardılar. 
 
QAFQAZ MÜSƏLMAN MÜƏLLİMLƏRİNİN 1-Cİ QURULTAYI 
 
Bəzi  kitab  və  sənədlərdə  Azərbaycan  müsəlman  müəllimlərinin 
qurultayı  adlandırılır.  1906-cı  ilin  may  ayında  «Nicat»  maarif  cəmiyyətinin 
qiraətxanasındakı  yığıncaqda  müəllimlərin  avqust  ayında  qurultayının 
çağırılması qərara alınır və aşağıdakı tərkibdən ibarət komissiya təşkil edilir: H. 
B. Zərdabi (Məlikov), F. Ağayev, N. Nərimanov, Ə. Cəfərzadə, A. Əfəndiyev, 
H.  Mahmudbəyov,  H.  M.  Hacıbababəyov,  M.  Y.  Əfəndiyev,  Ciddi  hazırlığa 
başlanır.  H.  B.  Zərdabi  «Kaspi»,  N.  Nərimanov  «Həyat»,  F.  Ağayev  «İrşad» 
qəzetlərinə məktub yazır, qurultayın məqsəd və təkliflərini aydınlaşdırırlar. 
Təsis  komissiyasının  sədri  N.  Nərimanov  var  qüvvəsilə  çalışır, 
qurultayın  açılmasına  az  qalmış  dərs,  təlim  və  müəllimlər  barədə  bir  neçə 
məqalə yazır, onun açılış günü isə «Bu gün» adlı məqaləsini dərc etdirir. 
1906-cı  ildə,  avqust  ayının  15-də,  səhər  saat  10-da  şəhər  məktəbinin 
salonunda qurultay işə başlayır. Təsis komissiyasının sədri N. Nərimanov qısa 
giriş sözü ilə qurultayı açır. H. B. Zərdabi sədr, N. Nərimanov onun müavini, 
Fərhad Ağayev isə katib seçilir. 
Qurultay Azərbaycanda xalq maarifinin bir sıra, mühüm məsələlərini: 
ibtidai  və  orta  rus-tatar  məktəblərində  ana  dilinin  icbari  bir  fənn  kimi  təlimi, 
yeni  dərs  proqramının  tərtibi,  vahid  dərs  metodunun  hazırlanması,  kənd 
müəllimlərinin 
həyat 
şəraitinin 
yaxşılaşdırılması, 
Qori 
müəllimlər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə