Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   44   45   46   47   48   49   50   51   ...   110

98 
 
xəbər  alır:  «Hacı,  bəs  niyə  yüz  min  manat  demədin!»  «Axı  min  manatla  beş 
min dəfə faytonda getmək olar». 
Hacı  Hacağanın  evinə  təzə  qulluqçu  götürürlər.  Qaş  qaralanda 
qulluqçuya  deyirlər  ki,  çıraqları  yandır.  O  da  pəncərədəki  çıraqların  şüşəsini 
bir-bir  çıxardır,  kibriti  alışdırıb  yandırır.  Hacı  bunu  görəndə  cəld  qulluqçunun 
başının üstünü alır: «Dayan! Dayan! Əvvəlcə çıraqların şüşəsini çıxar, düz yan-
yana».  Qulluqçu  onun  dediyinə  əməl  eləyir.  Hacı  bir  kibrit  alışdırıb  çırağın 
beşini yandırır, sonra da bir parça kağız götürüb alışdırır, çıraqların o birilərini 
də yandırır və qulluqçuya deyir: «İndi şüşələrini tax, hər gün bax, belə edərsən. 
Yoxsa hər çırağa bir kibrit çöpü yandırsan məni müflis edərsən...» 
Hacı Hacağanın qəribə bir xasiyyəti də varmış. Xoşu gəlməyən adam 
ona salam verəndə «Xudahafiz» deyə uzaqlaşarmış. 
Professor memar Sərkisov deyirdi ki, milyoner Adamov qardaşlarının 
da maraqlı tarixçələri var... 
Bu  qardaşlar  Bakıya  əliboş  gəlib,  zirzəmidə  emalatxana  açıb, 
başlayırlar  xarratlığa.  Səhər  alaqaranlıqda  işə  başlayar,  bir  də  axşam  çıraqlar 
yananda zirzəmidən çıxardılar. Külli ixtiyar böyük qardaşın əlində idi. O, bazar 
günləri hər qardaşa bir abbası xərclik, iki şahı da dəllək və hamam pulu verərdi. 
Hamıya  pal-paltarı  o  alar,  təsərrüfata  özü  baxardı...  Beş  ildən  sonra,  bazar 
günlərinin  birində,  səhər  çayından  sonra  böyük  qardaş  fərəhlə  deyir  ki, 
sabahdan emalatxanada iki nəfər işləyəcək. Bankda bir milyon manat pulumuz 
var,  körpü  almışam,  taxta-şalban  alış-verişi  edəcəyik.  Müqavilə  bağlamışam, 
Rusiyadan, bir də Lənkərandan, Ənzəlidən tir, ağac, taxta göndərəcəklər. 
Bakıda  başqa  milyonçular  da  vardı:  Şibayev,  Leonozov,  Rotşild, 
Zubatov, Bakendorf və s. 
Mantaşev  Bakı  neftindən  yüz  milyonlarla  fayda  götürürdü,  şəhərdə 
bircə  dənə  fərli  bina  tikdirib.  Amma  mədənlərdə,  dustaqxanadan  da  pis 
kazarmalar  inşa  etdirdi.  Xaricə  qaçdı  və  1920-ci  illərin  əvvəlində  əli  hər 
yerdən,  ümidi  Bakıya  qayıtmaqdan  üzüləndən  sonra  Suraxanı,  Sabunçu  və 
Bibiheybət  mədənlərini,  Parisdə  dünya  neft  inhisarçısı  Deterdinqə  7  milyon 
franka satdı. 
İsabəy  Hacınski  də  neftxuda  idi.  Bibiheybətdə  zəngin  mədəni  vardı, 
onun şəhərdə bərli-bəzəkli mülkü hamının diqqətini cəlb edir. Bu tərəflərə yolu 
düşənlər  qeyri-ixtiyari  ayaq  saxlayıb  bu  gözəl  binaya  tamaşa  edir.  Əvvəl 
Balaxanı (Basin) küçəsilə Marinski (Karqanov) küçəsinin tinində imarət tikdirir 
və  xeyli  vaxt  orada  yaşayır,  sahildə  təzə  evi  hazır  olandan  sonra  ora  köçür, 
əvvəlkini verir qardaşına. 
Bakı bulvarının salınmasında İsabəy Hacınski çoxlu pul  xərcləmişdi. 
İki oğlu, bir qızı vardı. Böyük oğlu Sadıq bəy gözəl geyinirdi. Hər gününün öz 
libası vardı. Geydiyi paltarın rəngindən adamlar həftənin hansı günü olduğunu 
təyin  edərdilər.  Hər  gün  səhər  düz  on  tamamda  evdən  çıxıb  karetaya,  ya  da 


99 
 
faytona  oturanda  ətrafdakı  dükançılar  saatını  yoxlar,  artıq-əskikliyini 
düzəldərdilər.  Gimnaziyada  oxuduğu  sinfin  kasıb  şagirdlərinin  məktəb  pulunu 
verər, onlara paltar və kitab-dəftər alardı. 
Bakıda memarlıq baxımından bir-birilə bəhsə girən yüzlərlə bina var. 
Bu  binalar  heç  bir  cəhətdən  bir-birinə  oxşamadığı  kimi,  bir-birini  təkrar  da 
etmir. Lakin İsabəyin roma, kotik və modern üslublarda tikilmiş mülkü diqqəti 
cəlb  edir.  Dəniz  kənarında  tutduğu  mövqe,  əsrlərin  yadigarı,  əfsanəvi  «Qız 
qalası» ilə yanaşı durması, onlardakı təzad insanı valeh etməyə bilmir. İmarətin 
xarici  gözəlliyi,  lakonikliyi,  ondakı  plastika  daxili  bəzəyilə  tam  vəhdət  əmələ 
gətirir,  görünür  istedadlı  memar  ilhamının  ən  coşğun  çağlarında  onu 
layihələşdirib, var qüvvəsini, canını, qəlbini ona sərf edib. 
İmarətin  girəcəyində,  iki  tərəfdə  mərmərdən  yonulmuş  aslan 
heykəlləri  binaya  əzəmətli  görkəm  verirdi.  Təəssüf  ki,  1918-ci  il  mart 
hadisələri zamanı bu aslan heykəlləri atılan qumbaralardan parça-parça oldu. 
Ziyarətgah.  Bibiheybət  ziyarətgahı  da  orta  əsrlərdə  tikilmiş  məscid 
gözəlliyinə görə hamını heyran edərdi. Abşeronda ən məşhur və ən möhtəşəm 
məbəd idi. Çox təəssüf ki, belə memarlıq incisini, mədəniyyət abidəsini uçurub 
məhv etdilər. Cümə günləri adamlar şəhər və kəndlərdən piyada, atla, eşşəklə, 
qazalaqda,  faytonda,  varlılar  isə  karetada  və  maşındə  Bibiheybətə  ziyarətə 
gəlirdilər.  Yazda  və  payızın  ilk  aylarında  burada  zəvvar  və  dindarlar  əlindən 
tərpənmək olmurdu. Sübh tezdən şəhər küçələrinin qənbər döşəmələrinə dəyən 
at nallarının səsləri adamları yuxudan oyadıb, agah edərdi ki,  ziyarətə getmək 
vaxtıdır. 
Zəvvarlar məscidin ətrafında palaz, həsir döşəyərdilər, arvadlar imam 
halvası  və  xörək  bişirir,  sacda  lavaş  salırdılar.  Çarşablı  arvadlar,  çuxalı, 
arxalıqlı,  papaqlı  kişilər  məscidin  qabağında  toplaşırdılar.  Nəzir  gətirilmiş 
qoyunlar  bir  kənarda  mələşir,  xoruzlar  banlayırdı.  Dana,  hətta  dəvə  nəzir 
gətirənlərə də rast gəlmək olurdu. Atlar fınxırırdı. Səs-küydən qulaq tutulurdu. 
Zəvvarlara  halva,  lavaş  paylayır,  mis  camlara  şərbət  töküb  verirdilər. 
Ayaqyalın,  başıaçıq,  kasıb  geyimli,  azyaşlı  uşaqlar  arada  hərlənirdilər. 
Dilənçilər dilənirdilər. 
Varlılar  süfrə  açıb  Əliaşı  verirdilər.  Müəzzinlər  minacat  çəkir, 
dərvişlər  qəsidə  oxuyurdular.  Zəvvarlar  dərvişi  araya  alıb  quldq  asır,  tamaşa 
edirdilər. 
Məscid  həyətində,  eyvanlarda  zəvvarlər  qarışqa  kimi  qaynayırdılar. 
Min bir libasda adama rast gəlmək olardı. Başı əmmaməli, əynində ləbbadə və 
əba  olan  şeyxlər  uzaqdan  görünürdülər,  onlar  savadsız,  avam  zəvvarlar  üçün 
ziyarətnamə oxuyurdular. 
Məscidin  içərisi  qaranlıq,  rütubət  idi.  Pəncərələrdən zəif, dumanlı 
işıq  süzülürdü.  Abı  rəngli  uca  tavan    göy    qübbəsini    andırırdı.  Baş    tərəfdə, 
mehrabın  yanında  minbər  dururdu,  yerə  həsir,  palaz,    köhnə  xalça-palaz 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə