Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   40   41   42   43   44   45   46   47   ...   110

90 
 
Bir dəfə Bakı kəndlərindən birinə toya  gedir,  məclisi çox  şənləndirir. 
Bəyi  tərifləyəndə  cuşə  gəlir,  dəfi  atıb-tutur,  ilhamla  oxuyur:  «Gəlsin  görüm 
bəyin  igid  əmisi,  görüm  a  bəy,  toyun  mübarək  olsun,  qohumun-qardaşın  bizə 
borc olsun». 
Bəyin əmisi qavala iki dənə beşyüzlük salır... Əl salırlar, hərə bir söz 
deyir, məclis daha da qızışır. -Seyid tərif etməkdə olur: 
«Gəlsin görüm bəyin varlı dayısı, gəlsin görüm bəyin comərd dayısı, a 
bəy,  sənin  toyun  mübarək  olsun,  olasan  sən  on  iki  oğul  atası,  igid  dayın  bizə 
borc olsun». 
Oğlanın  dayısı  gözəl  libasda,  belində  qızıl  kəmər,  qızıl  xəncər, 
tapança, boynundakı qızıl zəncirdən sallanan brilyant, yaqut medalyonlar bərq 
vurur,  yerindən  qışqırır:  «Seyid,  ana  babamdan  mənə  miras  qalmış  «Bala 
şoranlıq»da  qazdırdığım  quyunu  sənə  xələt  verirəm...  Nə  çıxsa  sənin  bəxtinə, 
quyu  başa  çatana  qədər  xərci  mənim  boynuma.  Cəddinə  qurban  olum,  bir 
«Segah» oxu. 
Belə  töhfədən  sonra  Seyid  sağ  əlini  qoyur  qulağı  qənşərinə,  adsız 
barmağındakı  üzüyün  iri  brilyant  qaşı  min  bir  rəngdə  şəfəq  saçır,  elə  bir 
«segah» oxuyur  ki,  məclisdəkilər heyran qalır. Şabaş xanəndənin dəfinə  xəzəl 
kimi tökülür... Seyid brilyant sərrafı və aşiqi imiş, yığırmış. 
Birdən  «Bala  şoranlıq»dakı  quyu  fontan  vurur,  yeri-yurdu  qızıl  seli 
bürüyür,  xanəndə  Seyid  bir  anda  dönür  olur  milyonçu  Seyid...  Neftxuda, 
Varşavada  səsi  salınmış  valları  bir-bir  baha  qiymətə  alır  sındırır  ki,  guya  əsl 
sənəti  olan  xanəndəliyi  indiki  milyonçuluğuna  əskiklik  gətirər,  şan-şöhrətini 
azaldar, keçmişinə arxa çevirir. 
Yeri  gəlmişkən,  xoş  avazlı,  məlahətli  səsin  Varşavada  qramofon 
valına yazılması ilə və Seyid adı ilə əlaqədar bir əhvalatı oxuculara çatdırmaq 
elə zənn edirəm ki, maraqlı olar. 
Seyid  Mirbabayevdən  sonra  Qarabağlı  xanəndə  Seyidi  səsini  yazmaq 
üçün Varşavaya dəvət edirlər. Gedir oxuyur və səsi vala düşür; adını soruşanda 
deyir ki, Seyid. Məəttəl qalırlar və deyirlər ki, Seyid adlı adanın səsi bizdə var. 
Necə olar, o da Seyid, sən də Seyid? Xeyli götür-qoydan sonra iki Seyidi bir-
birindən ayırd etmək üçün qərara gəlirlər ki, ikinci Seyidə" Şuşinski adını əlavə 
etsinlər. 
Seyid Mirbabayev başlayır başqa milyonçular kimi cah-cəlal qurmağa. 
Aramyanın dəniz sahilindəki mülkünü alır. 
Aramyan  həmin  mülkü  bir  dəfə  qumarda  uduzmuşdu.  Hadisə  belə 
olub. Klubda oyunda başı necə qızışırsa var-yoxu əldən gedir, axırda mülkü də 
qoyur  banka,  o  də  əlindən  gedir.  Xəbər  evlərinə  çatır.  Klubda  birdən  görürlər 
ki, qapı açıldı, Aramyanın arvadı girdi qumar oynanan otağa, uzaqdan başladı 
sözə: «Əzizim, eşitdik ki, pulları, üstəlik mülkü də uduzmusan. Əcəb eləmisən. 


91 
 
Heç  kefini  pozma.  -  Əlindəki  balaca  çamadanı  uzadır  ərinə.  -  Al,  bunun 
içindəkiləri də uduz, amma qəm yemə». - Çamadanı qoyub gedir. 
Çamadanın qapağını açanda görürlər ki, bütün qiymət qızıl-cəvahirat, 
bəzək əşyalarını ərinə təsəlli, ürək vermək üçün gətirib. 
Oyun  təzədən  qızışır.  Aramyan  uduzduğu  pulların  da,  mülkü  də  geri 
qaytarır... 
Yay və qış klublarında hər axşam qızğın oyun gedərdi. Qumarda min 
manatlarla pulu, mülkü udan kim, uduzan kim... Bəzən varlı müflis, hoqqabaz 
bir adam isə dövlət, var, mülk, zavod sahibi olardı. 
Şəhərin məşhur qumarbazlarından biri də xəsislikdə ad çıxarmış Hacı 
Hacağa oğlu Yusifağa idi. Qarınqulu, kəmağıl bu adam bir gecədə çoxlu pul və 
bir  neçə  mülkü  qumarda  uduzandan  sonra  deyir  ki,  «adə,  iş  bərkiyir,  gərək 
özümü yığışdıram». Sonra da əzəmətli mülkü, içərisindəki avadanlıqla birlikdə 
on dəqiqənin içində qumarda uduzur. 
Arvadı, qohum-əqrabanın, xeyirxah adamların məsləhətilə vəkil tutub 
Naberejnı  (Neftçilər)  prospektindəki  dörd  mərtəbəli  görkəmli  binanı  öz  adına 
keçirtdirir ki, əri qumarda uduza bilməsin. 
Dağlı Abbasla, Malbaş Yusif də məşhur qumarbaz, qoçu idilər; onlar 
Hacağa  oğlu  Yusifağanı  Novxanıya,  Pirşağıya  dəvə  ətindən  qutaba,  cız-bıza 
qonaq  aparıb»  qumarda  lat-lüt  eləyib  yola  salırdılar.  Yusifağa  axır  da  yaman 
günə  qalır.  Atasının  dostlarından  biri  Yusifağanı  çağırıb  deyir  ki,  atan  öləndə 
mənə  vəsiyyət  etmişdi  ki,  sənə  çatdırım,  yaman  günə  qalanda  özünü  böyük 
otaqda,  çilçıraq  sallanan  qırmaqdan  əsasən,  biabırçılıqdan  canını  qurtarasan. 
«Atam  deyib  özümü  asım!».  «Bəli».  Gedib  özünü  asmaq  istəyəndə  çıraq 
sallanan  qırmaq  yerindən  çıxır,  qızılla  dolu  iki  kisə  yerə  düşür.  Yusifağanın 
kefi  kökəlir.  Lakin  çox  keçmir  ki,  həriflər  onları  da  əlindən  alırlar.  Düşür 
dilənçi gününə. 
Danışıb gülmək, vaxt keçirmək üçün içərişəhərli məzhəkəçi Şönü oğlu 
Abdullanı  da  tez-tez  məclisə  çağırardılar.  Şəhərdə  Şönü  oğlu  ilə  əlaqədar 
maraqlı bir  əhvalat danışırdılar. Bir nəfər dövlətli Kərbəla ziyarətinə  gedəndə 
Şönü oğlunu özünə həyan aparır, at alır, xərcini boynuna götürür. Dolu bir kisə 
verir  Şönü  oğluna  ki,  bunu  gizlət  yəhərin  altında,  mənzil  başında,  Kərbəlaya 
çatanda verərsən mənə. 
Dövlətli  Kərbəlaya  çatanda  kisəni  istəyir.  Şönü  oğlu  cavab  verir  ki, 
kisədəkini qovut bilib  yol boyu  yemişəm.  «Necə  yəni  yemişəm?!»  - təəccüblə 
kişi soruşur. Şönü oğlu deyir: «Nəinki yemişəm, bayıra da getmişəm». Düşür 
dava,  kişi  deyir:  «Adə,  o  mənim  atamın  sümükləri  idi,  həvəngdə  döyüb  toza 
döndərib,  kisədə  gizlədib  gətirirdim  ki,  burda,  Kərbəlada  basdırıb,  üstündə 
qəbir  tikdirim».  Şönü  oğlu  deyir:  «Əvvəldən  xəbər  eləyəydin  də,  mən  nə 
biləydim». 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə