Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   37   38   39   40   41   42   43   44   ...   110

84 
 
buraxmırdılar.  Qolubyatnikov  əlacsız  qalıb  Bibiheybətdə  xüsusi  quyu 
qazdırdıqdan sonra istənilən elmi nəticəni aldı. 
Nobellərin əsas iqamətgahı Peterburqda tikdirdikləri imarət idi; birinci 
mərtəbə kontor, üst mərtəbə mənzil idi; pəncərələri I Aleksandrın öldürüldüyü 
yerdə alabəzək mozaikalı qranitdən tikilmiş xatirə-məbədə, kilsəyə baxırdı. 
Lyüdviq  Nobel  söhbətlərindən  birində  demişdi  ki,  dövrümüzdə  əsl 
kral və hökmdar neft mədəni və zavodların sahibləridir. 
1905-ci  ildə  Bakıda  baş  vermiş  inqilab  hərəkatı  günlərində 
Peterburqda  yaşayan  Nobellərdən  biri  gileylənib  şikayətlənmişdi  ki,  biz  nə 
türkük,  nə  də  rus,  amma  elə  gün  olmur  ki,  mədən  və  zavodlarımızda  fəhlələr 
iğtişaş salıb maşın, avadanlıq sındırmasınlar. 
Ürəyimiz Bakıdadır, bizi iflis vursa ordan vuracaq. 
Murtuz  Muxtarov  da  neft  hesabınız  varlananlardan  biri  idi,  kontor 
açıb,  mədən  sahibləri  üçün  sifarişlə  quyu  qazırdı.  Yüzə  qədər  dəzgahı,  çoxlu 
avadanlığı və mühərrikləri, maşınları, yüzdən çox yük atı, arabaları, furqonları 
vardı.  Mədən  sahibi  olmaq  üçün  Ağcaqabulda  torpaq  alıb  quyu  qazır,  neft 
axtarırdı. Birinci dünya müharibəsi onun arzusunu ürəyində qoydu. Özü ixtiraçı 
idi,  düzəltdiyi  «Muxtarov»  adlı  qazma  dəzgahı  bütün  dünyada  məşhur  idi;  bu 
dəzgah çox ölkələrə ixrac edilirdi. 
Cavanlıqda  arabaçı  olub  mədənlərdən  çəlləkdə  şəhərə  qara  neft 
daşıyıb  satırmış.  Deyilənə  görə,  aldığı  ağ  atın  ayağı  ona  «düşür»  və  get-gedə 
varlanıb dövlət sahibi olur. O ağ atı da sərtövlədə saxlayıb, kişmişlə, ləbləbilə 
bəsləyirmiş, arabaya qoşmazmış. 
O,  Əmircan  kəndində  doğulubmuş,  nəsilliklə  rəncbər  və  arabaçı 
imişlər.  Dəmir  yolu  olmayanda,  payızda,  qışda  araba  karvanı  ilə  Bakıdan 
Tiflisə  kirayə  ilə  yük  daşıyarmışlar.  Özü  1870-ci  ildə  arabanı  satıb  Balaxanı-
Zabrat  kəndləri  ətrafında  salınan  mədənlərdən  birində  fəhləliyə  başlayır; 
sonralar  dolla  dayaz  quyulardan  neft  çıxardır.  Güclü  və  dözümlü,  sərt  və 
qorxmaz adam imiş. 
Maraqlı orasıdır ki, Bakıda olduğu kimi, Amerikada da (Rokfeller və 
s.)  ilk  neft  milyonçularının  çoxusu  əvvəlcə  buruqlarda  fəhləlik,  sonra  usta 
köməkçisi, usta və nəhayət milyonçu olmuşdular. 
Quyuları mexaniki üsulla qazmağa başlayanda Muxtarov buruqda adi 
fəhlə  işləyir.  Səhər  alaqaranlıqda  kiçik  qardaşı  Bala  Əhmədlə  bərabər 
Əmircandan Zabrata piyada gedib axşam, çıraqlar yananda dala qayıdardılar. O 
zamanlar mədənlərdə pul qazanmaq insanın dözümü, iradəsiylə bağlı idi. 
Martov  adlı  bir  sahibkar  Muxtarovdakı  dözümü,  iradəni  nəzərə  alıb 
ona  mexaniki  alət  və  cihazların  sirrini  öyrədir,  onu  tezliklə  usta  təyin  edir, 
mədən  emalatxanasını  da  ona  tapşırır.  O  vaxtlar  neft  mədənlərində  quyuları 
ağac  və  taxtadan  quraşdırılmış  Kanada  dəzgahları  ilə  qazırdılar.  Dərinə 
getdikcə  bu  dəzgahlar  tez-tez  xarab  olurdu.  Murtuz  yarım  mexanikləşdirilmiş 


85 
 
«Molot»  dəzgahında  bir  neçə  dəyişiklik  eləyir.  Sahibkar  qocaldığından 
Zabratdakı  qazma  avadanlığı  emalatxanasını  ona  satır.  Murtuz  artıq  qazma 
zamanı quyularda tutulan alət və cihazları xilasetmə ustası kimi ad çıxartmışdı. 
Məşhur  Azərbaycan  neftçisi,  usta  Piri  (Quliyev)  deyirdi  ki,  Ağa 
Murtuz  bir  dəfə  faytonda  bağa  gedəndə  qəflətən  atları  saxlatdırıb,  yaxınlıqda 
qazılan buruğun ustasını yanına çağırtdırır və deyir ki, qazmanı saxla, qəza baş 
verə bilər, borular boş-boşuna fırlanır. Usta soruşur: «Nədən bilirsən?» Murtuz 
deyir  ki,  alətlərin  səsindən.  Qazmanı  dayandırıb  yoxlayanda  görürlər  ki, 
doğrudan da borular Murtuz deyən kimi hədər yerə fırlanırmış. 
Maşınların  səsindən,  balta  və  boruların  ahəngindən,  avadanlığın 
gurultusundan, quyunun dərin qatlarında vəziyyəti müəyyənləşdirmək insandan 
peşəkarlıq, fərasət və vərdiş tələb edir. 
Mühəndislərə maaş verib öz savadını və texniki biliyini əsrin tələbinə 
uyğun  artırır.  Çertyoj  çəkməyi,  sxem  qurmağı  öyrənir.  Mürəkkəb  cihaz, 
dəzgah, avadanlıq və maşınları mühəndislərdən heç də pis bilmirdi. 
Sahibkar olandan sonra dövləti daha da artır. Şəxsi qazma  kontorunu 
hələ 1890-cı ildə açmış və get-gedə böyütmüşdü. 
Murtuz Muxtarov podrat götürüb, 1.100 metr dərinlikdə quyu qazır. O 
zamanlar  kövrək,  yağlı  və  sairə  süxurlarda  quyu  qazmağı  möcüzə  hesab 
edirdilər. 1895-ci ildə dünyada ilk dəfə metal ştanqlarla zərbə qazma dəzgahını 
quraşdırır  və  bunun  üçün  dövlət  patenti  alır.  O  bu  ixtirasına  «Bakı  qazma 
sistemi» adı verir. Həmin dəzgahın əvvəlkilərdən üstünlüyü çox idi. Onun bir 
sıra  digər  ixtirası  da  vardı.  Muxtarov  on  doqquzuncu  əsrin  axırlarında 
Bibiheybətdə  qazma  avadanlığı  zavodunu  işə  salır.  Bu,  Rusiyada  ilk  neft 
avadanlığı  müəssisəsi  idi.  Zavodun  yaxınlığında  fəhlə  və  qulluqçular  üçün 
üçmərtəbəli  yaşayış  binaları  tikdirir;  bununla  da  həm  işçi  qüvvəsini  ətrafına 
toplayır, həm də əlavə gəlir əldə edirdi. 
Muxtarov zavodun buraxdığı dəzgah və avadanlığı Rusiyaya və xarici 
ölkələrə satırdı. Özü də xaricdən, xüsusilə Amerikadan çoxlu maşın, cihaz, alət 
və  avadanlıq  alırdı.  Hətta  inqilabdan  sonra  da  onun  adına  avadanlıq 
göndərirdilər. 
Təkcə  Bakıda  yox,  Maykop  və  Qroznı  neft  mədən  sahiblərilə  də 
müqavilə bağlayıb quyu qazırdı; zavod və mədənlərlə, konstruktor büroları ilə 
texniki və işgüzar əlaqələri vardı; tez-tez Şimali Qafqaza gedirdi. 
Bir  dəfə  dəmir  yolu  stansiyasında  görür  ki,  perronda  çərkəzi  libasda 
iki leytenant yerə xalça sərdi, canamaz açdılar. Pirani bir general, o da çərkəzi 
libasda  başladı  namaz  qılmağa.  Murtuz  Muxtarov  onun  kim  olduğu  ilə 
maraqlanır  və  öyrənir  ki,  vladiqafqazlı  tanınmış  general  Tuqanovdur.  Tanış 
olur,  dəvətini  qəbul  edib  Vladiqafqaza,  evlərinə  qonaq  gedir.  Nəhayət, 
generalın ortancıl qızı Liza xanımla evlənib, qohum olurlar. Bakıya qayıdanbaş 
həmin  stansiyanın  restoran  sahibinə  deyir  ki,  bu  gün  burada  nahar  edənlərin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə