Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   38   39   40   41   42   43   44   45   ...   110

86 
 
hamısının xərcini mən verəcəm. Mən onları qonaq edirəm. Vladiqafqazda qoşa 
minarəli, qoşa eyvanlı, əzəmətli bir məscid tikdirir. Əmircanın qocaları bir dəfə 
ona  rast  gələndə  deyirlər  ki,  «Ağa  Murtuz,  çox  sağ  ol,  uşaqlara  məktəb 
tikdirdin,  biz  yaşlılar  üçün  də  aduva  layiq  bir  məscid  tikdir,  allaha  xoş  gedər, 
cavab olar. Ata-ananın ərvahına dua oxuyarıq, həm də səndən bu kəndə yadigar 
qalar.  «Baş  üstə!»  deyib  Ağa  Murtuz  əlini  aparır  gözlərinin  üstünə. 
Vladiqafqazda  tikdirdiyi  məscid  kimi  Əmircanda  da  qoşa  minarəli,  hər 
minarəsi qoşa balkonlu bir məscid tikdirir. 
Sənədləri  imzalayanda  nadir  hallarda,  familiyasını  bütöv  şəkildə 
yazardı,  adətən  üç  hərfdən  ibarət  «Mux...»  cızardı.  Adamlar  deyərdi  ki,  yüz 
min manatlar onun üçün milçək kimi bir şeydir. 
Liza  xanımla  Avropa  səyahətinə  gedirlər.  Venetsiyadakı  binaların 
arxitekturası  neftxudanı  valeh  edir.  Və  onlara  oxşar  bir  sarayı  Bakıda  bir  il 
ərzində  (1911-1912)  tikdirir.  Sarayın  hər  sütunu,  tağları,  buta  və  gülləri, 
pəncərə  və  qapıları,  bəzəklərinin  hamısı  təkrarolunmaz  sənət  əsəri,  memarlıq 
incisidir.  Neftxuda  pul  əsirgəmədiyi  kimi  memar  da  ilham,  ustalar  də  səy  və 
əməklərini  əsirgəməyiblər.  Sarayı  arxitektor  Ploşko  fransız  kotik  üslubunda 
layihələşdirib. 
Murtuz Muxtarovun bu mülkünü ev podratçısı Hacı Qasımov icarəyə 
götürüb başa çatdırır. 
Bir  dəfə  yenə  də  Beslanda,  restoranda  oturub  nahar  edir  və  qatarı 
gözləyirmiş. Birdən qaçhaqaç düşür: «Zəlim xan gəlir...», «Zəlim xanın süvari 
dəstəsi stansiyaya basqın edir...» sözləri ağızdan-ağıza keçir. 
Neftxudanın  yanındakı  adam  deyir  ki,  «ağa,  at  da  var,  kareta  da, 
hazırdır, dur qaçaq!». 
«Heç yerə gedən deyiləm!» deyə o cavab verir. «Sən də otur». 
Çox  çəkmir,  salon  boşalır,  atlılar  stansiyanı  araya  alırlar.  Salonda 
oturmuş iki adamın geyimi və görkəmi Zəlim xanın diqqətini cəlb edir; adam 
göndərib  onu  yanına  çağırtdırır.  Neftxuda  təklifi  rədd  edir.  Süvarilər  onu 
öldürməyə  Zəlim  xandan  icazə  istəyirlər.  O  razılaşmır,  özü  neftxudaya 
yaxınlaşır.  Muxtarov  stulu  çəkib  ona  yer  təklif  edir:  «Əyləş,  qonağım  ol!» 
deyir. Qonaq sözü Zəlim xanın xoşuna gəlir, oturur. Dostlaşırlar. Sonralar bir-
birinə  hədiyyələr  göndərirlər.  Zəlim  xan  mərdlik  əlaməti  kimi  ona  bir  gümüş 
xəncər və zər qotazlı bir başlıq da yollayır. 
Çar  hökuməti  Zəlim  xanı  öldürəndən  sonra,  neftxuda  adam  göndərib 
onun  oğlunu  və  qızını  Bakıya  gətizdirir,  xeyli  qonaq  saxlayır;  hər  ikisini 
Peterburqa, öz xərcinə oxumağa göndərir. Oğlan aqronom, qız isə həkim olur. 
Həyətlərdə  gəzib  mahnı  oxuyan  Fatma  adlı  bir  qız  Muxtarovun 
diqqətini cəlb edir, onu qızlığa götürür, ona öz familiyasını verir, musiqi təhsili 
almağına  kömək  göstərir.  Sonralar  Fatma  Muxtarova  respublikanın  adlı-sanlı 
sənətkarı olur. 


87 
 
Üç nəfər cavan oğlan kasıb tələbələr üçün pul toplayanda Murtuza da 
müraciət  edirlər.  Neftxuda  deyir  ki,  bilirsiniz  nə  var,  mən  ömrümdə  heç  kəsə 
boş yerə pul verməmişəm. Sizə bir şey öyrədim. Mənə veksel verin, borc alın, 
şəhərdə  bir  bəzzaz  dükanı  açın,  başlayın  alış-verişə;  dükanı  da  özünüz  idarə 
edin.  Belə  bir  tələbələr  dükanı  mən  Peterburqda  görmüşəm.  Yaxşı  mənfəət 
götürürlər. Peterburq və Moskva manufakturaçılarının üstünə məktub yazaram, 
güzəştlə,  ucuz  qiymətlə  kreditə,  möhlətə  sizə  mal  buraxarlar.  Elə  ki, 
mayalandınız, pulumu qaytararsız. 
Tələbələr  razılaşmır,  əliboş  çıxıb  gedirlər.  On  yeddinci  ilin 
əvvəllərində  çar  taxtdan  salınır.  Azadlıq  tərəfdarları  Nəriman  Nərimanovun 
yanına gəlib şikayət edirlər ki, ay doktur, bəs bu bərabərlik harda qaldı, nə vaxt 
olacaq? Odur Şəmsi Əsədullayev təzə quyular qazdırıb gündə milyon putlarla 
nöyüt  götürür.  Nərimanov  cavab  verir  ki,  qoy  qazsın,  hamısı  bizə  qalacaq. 
İkinci  dəfə  Musa  Nağıyevin  təzə  mülk  aldığını  xəbər  verirlər.  Doktur  yenə 
deyir:  «Fikir  eləməyin,  qoy  alsın,  bizə  qalacaq».  Üçüncü  dəfə  Hacı 
Zeynalabdin  Tağıyevin  fabrikdə  təzə  sex  açdığını  söyləyirlər,  yenə  də  həmin 
cavabı verir. 
1919-cu  ildə  bir  neçə  nəfər  gəlib  Səmədağa  Ağamalı  oğluna  şikayət 
edir  ki,  Mailov  təzə  vətəgələr  düzəldir,  Dadaşov  qardaşları  gəmi  tərsanəsini 
böyüdür,  daha  bu  nə  hürriyyət  oldu?  Ağamalı  oğlu  da  cavab  verib  ki:  «Fikir 
eləməyin, doktor Nəriman doğru deyib, qoy eləsinlər, bizə qalacaq». 
Şəmsi  Əsədullayev  də  Bakı  neftxudalarından  biri  idi.  Əmircan 
kəndindəndir;  ata-babadan  onlar  da  rəncbər  və  arabaçı  olublar.  Suraxanıda 
buğda  və  arpa  əkirlərmiş;  biçindən  sonra  arabaçılıq  edər,  yük  daşıyıb  kirə 
alarlarmış. Dəmir yolu olmayanda, onlar da araba karvanı ilə Tiflisə, oradan da 
Bakıya kirayə mal daşıyarlarmış. 
Neftin  ecazkar  qüdrətindən  milyonçu  olur,  həm  neft  mədəni,  həm  də 
neft daşıyan dəniz və çay donanması düzəldir. Şəhərin mərkəzində əsas fasadı 
Qoqol  küçəsinə,  digər  iki  yan  fasadların  biri  Gimnaziya  (Tolstoy)  küçəsinə, 
digəri  Karantin  (həzi  Aslanov)  küçəsinə  baxan  əzəmətli  bina  tikdirir.  Başqa 
binaları  da  vardı.  Xəzər  dənizi  sahillərinə  və  Volqaboyu  şəhərlərə  öz 
gəmilərində  neft  daşıtdırıb  satdırardı.  Camaat  arasında  Şəmsi  Əsədullayevə 
Nobellərin qənimi deyirdilər. Çünki bütün Rusiyada, Türküstanda, İranda, hətta 
Finlandiyada belə Nobellərin dükanı və kontorları ilə üzbəüz, ya da ki, yanaşı 
kontor və dükan açıb Nobellərdən ucuz qiymətə neft satar və ona mane olardı. 
Oktyabr  ayının  axırlarında  Volqada  naviqasiya  bağlananda  Bakıda 
neftin  qiyməti  xeyli  aşağı  düşürdü;  böyük  neftxudalar,  o  cümlədən  Şəmsi  də, 
xırda  mədən    sahiblərindən  nefti  ucuz  alıb  anbarlara  vurar,  yazda  naviqasiya 
açılanda daşıtdırardı Rusiyaya. 
Şəmsinin  Bakıda  bir  müsəlman,  Moskvada  isə  Mariya  Pavlovna  adlı 
rus  arvadı,  birinci  arvaddan  iki  oğlu  və  qızları  vardı.  Mariyanın  atası  çar 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə