Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   36   37   38   39   40   41   42   43   ...   110

82 
 
görə də Pirallahı deyirdilər, buraya hər tərəfdən - şəhər və kəndlərdən ziyarətə 
gəlirdilər. 
Camaat   kinayə   ilə   Pirallahıya   «Nobel   Saxalini»adını vermişdi. 
Nobellərin  Bakıda  bir  baş  idarəçisi  və  müxtəlif  sahə  üzrə  müavinləri 
vardı. 
Mədənlərdə  hasil  edilən  neftin  hamısını  zavodlar  təmizləyə  bilmirdi. 
Saxlamağa  da  yer  yox  idi.  Ağ  nefti  istehsal  edəndən  sonra  yerdə  qalanları 
dənizə  axıdırdılar.  Məşhur  rus  kimyagəri  Mendeleyev  Bakıda  olanda  bu 
mənzərədən  dəhşətə  gəlir  və  deyir  ki,  bu,  gündə  milyon  manatlarla  qızılı 
yandırıb  kül  etməyə  bərabərdir,  bu,  milli  sərvətə  qarşı  vəhşilikdir,  hətta  bu 
barədə hökumətə xüsusi etiraz məktubu da yazır. 
Nobellər  isə  ağ  nefti  hasil  edəndən  sonra,  qalan  yanacağı  iri  həcmli, 
dəyirmi çənlərdə saxlayır, ondan  milyonlar  qazanırdılar.  Tez-tez   Qaraşəhər   
və Ağşəhərdəki digər zavodları icarəyə götürür, öz məhsullarını təmizləyirdilər. 
Bayaq  dediyimiz  kimi,  güclü  fontanlar  zamanı  neftin  dəyəri  birdən-
birə aşağı düşür,  maliyyə çətinliyi törənir, xırda  mədənçilər torpağını satmağa 
vadar  olurdular.  Nobellər  onlara  «mərhəmət»  əlini  uzadıb,  ədəni  dəyər-
dəyməzinə alır, şikəst düşənləri çıxılmaz, ağır vəziyyətdən «xilas» edirdilər. 
Kapitalistlər  bu  tükənməz  sərvəti  at-araba  ilə  daşıyıb  qurtarmağın 
mümkün  olmadığını  dərk  eləyəndə  başladılar  (1878-ci  ildə)  Balaxanıdan    
Qaraşəhərə neft kəməri uzatmağa. Bu yolla neftin zavodlara daşınması 7 dəfə 
ucuz başa gəlirdi. 
Şəhərdən  Balaxanıya  gedən  yol  boyu  at  qoşulmuş  arabalar 
Amerikadan gətirilmiş boruları daşıyır, onlar yoxuşu qalxdıqda, enişə düşdükdə 
aşmasın  deyə,  dəstə  ilə  fəhlələr  səs  sala-sala  arabalara  «dayaq»  olurdular. 
Layihə  əsasında  minlərlə  fəhlə  xəndək  qazır,  kərpic  divarlar  ucaldırdılar. 
Podratçılar, iş icraçıları at üstündə işlərə nəzarət edir, fəhlələri tələsdirir, söyür, 
tez-tez atdan düşüb yumruq, şallaq-tatarını işə salırdılar. 
Bu  kəmər  şəhər  və  mədənlərdə  böyük  iğtişaşa,  dava-dalaşa  səbəb 
oldu. Beş mindən çox neft daşıyan arabaçı, minlərlə çəlləkçi, tuluqçu tətil edib, 
işi  saxladılar  və  tələb  etdilər  ki,  kəmər  sökülsün...  Hətta  kəməri  neçə  yerdən 
zədələdilər,  sındırdılar,  nasos stansiyasını  xarab  etdilər...  Hökumət  işə  qarışdı, 
tətilçilərin  üstünə  atlı  kazaklar  göndərdi...  Adamları  tutub  dustaqxanaya  saldı. 
Atlı  kazaklar  kəməri  gecə-gündüz  qoruyurdular.  Başqa  sahibkarlar  da  kəməri 
uzatmağa başladılar və altı-yeddi ildən sonra mədənlərdən zavodlara, körpülərə 
neft  vurulurdu.  Gəmilərdə  Rusiyaya,  İrana,  Türküstana,  Batuma,  Rostova 
vaqonlar çəlləklərdə neft daşıyırdılar. 
Çəlləklərdə,  tuluqlarda  dəvə  karvanı  ilə  ucsuz-bucaqsız  Rusiyanı 
neftlə  təmin  etməyin,  onu  dünya  bazarına  çıxarmağın  çətin  olduğunu  nəzərə 
alan  kapitalistlər  dəniz  və  okeanlar  üçün  tankerlər,  dəmir  yolu  üçün  sisternlər 


83 
 
düzəltdirməyə, bu yolla neft daşınmasının sürətini artırmağa çalışırdılar. 3.000 
ton neft daşıyan bir tanker 9.000 çəlləyi əvəz edirdi. 
Nobellər  bilirdilər  ki,  texnikanın  təkmilləşdirilməsi,  iqtisadi  cəhətdən 
üstünlük  qazanmaq,  nəqliyyat  sürətini  artırmaq  üçün  var-dövlət  rəqabətində 
qələbənin  əsas  rəhnidir.  Bütün  layihə  işləri,  təcrübə  zavodları,  emalatxana  və 
konstruktor  bürolarındakı  işləri,  tədqiqat  və  nəticələri  son  dərəcə  məxfi 
saxlayırdılar, sifarişləri gizli yerinə yetirirdilər. 
Volqaətrafı  şəhərlərdə  tacirlər  Nobellərə  körpü  tikib  çən  qurmağa, 
kontor açmağa mane olurdular. Nobellər müxtəlif hiylələrə əl atıb onları da pay 
sahibi edir, öz tərəfinə çəkir, tələyə salırdı. 
Qaz fanarları və lampalarının icadı ilə ağ neftə ehtiyac və tələb qat-qat 
artdı. Yol olmayan yerlərdə isə Nobellər xırda çay gəmiləri və barkazlarla neft 
daşıyıb  satırdılar.  Şəhərlərdə,  qəsəbə  və  stansiyalarda,  yolayrıclarında, 
qayalarda qəribə-qəribə şüarlara rast  gəlmək olardı:  «Ağ  neft qaranlıtlara ziya 
saçır»,  «Ağ  neft  ən  şiddətli  şaxta,  soyuq  və  qarda  insanların  dadına  çatır», 
«Əsrimiz ağ neft əsridir» və s. 
Nobellər  mazutdan  yanacaq  kimi  istifadə  etməyə  başladıqdan  sonra 
odun, kömür, torf və başqa yanacaqların qiyməti xeyli aşağı düşdü. 
Təkcə  Bakıda  yox,  Şimali  Qafqazda  -  Qroznıda,  Maykopda  da 
mədənlər  ələ  keçirib  «qara  qızıl»  əldə  edirdilər.  1909-cu  ildə  Maykop  neft 
mədənlərində qızğın iş gedirdi. Dünyanın hər yerindən buraya gəlirdilər. Neftə 
yiyələnmək  məqsədilə  milyonlarla  xərc  çəkilir,  kapital  qoyulurdu.  Nobellərin 
tamahı hüdudsuz idi. Kazan şəhərindən tutmuş Quryevə qədər uzanan ərazidə 
çoxlu torpaq icarəyə götürüb ehtiyatda saxlayırdılar. 
Birinci  dünya  müharibəsi  ərəfəsində  Nobellər  Qroznıda  neftdən  emal 
edilən  «Toulol»  partlayıcı  maddə  zavodu  tikdirdilər.  Rusiyanın  dəniz 
donanmasının çoxu onlarınkı idi, təkcə Rusiyada yox, Avropa, Hindistan, Çin, 
İran və digər ölkələrə də neft məmulatı satırdılar. 
Nobel  qardaşlarını  başqa  sahibkarlardan  fərqləndirən  o  idi  ki,  onlar 
işçilər üçün «yaxşı» şərait yaratmışdılar. «On saatlıq iş günü» elan edib, əslində 
isə  fəhlələri  on  bir  saat  işlədirdilər.  Fəhlələrin  məişəti  başqalarınkından  guya 
fərqli  idi.  Müsəlman  fəhlələri  üçün  namaz  qılmağa,  dini  ayinləri  keçirməyə 
otaq da ayırmışdılar. İşçilərinə ev tikməyə möhlətə borc verirdilər, dərmanxana 
və müalicəxana açmışdılar. 
Onu da qeyd etmək lazımdır ki, Nobellər yerli hökumətlə, idarələrlə o 
qədər  də  hesablaşmırdılar,  Geoloji  komitənin  Bakıda  xüsusi  nümayəndəsi 
Dmitri 
Vasilyeviç 
Qolubyatnikov 
proqnoz 
vermək 
üçün  Abşeron 
yarımadasının  geoloji  xüsusiyyətini  öyrənib,  geoloji  və  yeraltı  təbəqələr  üçün 
struktur xəritələri, profil və kəsilişlər qurduqda mədənlərin sahibləri ona lazımi 
material,  sənəd  və  məlumat  verdikləri  halda  Nobellər  heç  bir  alimi  yaxına 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə