Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   32   33   34   35   36   37   38   39   ...   110

74 
 
Ağa  Musanın  qardaşı  oğlu  Nağı  Nağıyev  bir  gecə  «Qış  klubu»nu 
bağlatdırıb  ziyafət    vermişdi.    Əliaçıq  adammış;  əmisi  də  xatirini  çox  istərdi. 
Ağa  Musa  bəzən  qumar  otağında  həmişə  oturduğu  kresloda  əyləşər,  qumar 
oynayanlara  baxar,  arabir  mürgüləyərdi;  var-yoxunu  uduzanlar,  dəryada  batan 
saman çöpündən yapışan kimi Ağa Musa oturan kresloya tərəf qaçar, ətəyindən 
tutub  yalvarmağa  başlardı.  O  isə,    halını  pozmadan  bircə  kəlmə  ilə  qərarını  
deyərdi. Hamı bilərdi ki, qoyduğu şərti göy yerə ensə də dəyişdirə bilməz. Bu 
yolla  on  minlərlə  manat  pul,  iri  imarətlər,  neftli  torpaq,  mədən  və  zavodlar, 
gəmilər onda bir, iyirmidə bir qiymətinə dəyər-dəyməzinə  Ağa Musanın polad 
caynağına,  amansız  pəncəsinə  keçərdi.  Qumar    ayağında  doğma  qardaş  belə 
dada çata bilmirdi. 
...Banket  və  məclislərdə  hər  kəs  varına  və  nüfuzuna  görə  ayrılan 
yerdə,  göstərilən  stulda  otururdu.  Künclərdə  dəllallar  və  iş  düzəldənlər,  yan 
tərəflərdə zavod sahibləri, ortada isə bankirlər, maliyyə nəhəngləri, neftxudalar 
əyləşərdilər. Hər stolun arxasına qoyulan stulların qoyuluşunda bir məna vardı.  
Salon  özlüyündə  iqtisadi  xəritəyə  oxşayırdı.  Sərvətin  artması  və  azalması  ilə 
ildən-ilə  bu  xəritəyə  əl  gəzdirilərdi;  birdən  küncdəki,  heç  kəsin  vaxtilə 
saymadığı  nəzəri  cəlb  etməyən  dəllal  gözlənilmədən  mərkəzə  köçərdi  və 
əksinə, mərkəzdə ən mötəbər yerdə əyləşənlər yoxa çıxardı, Bəzən xəritə hər an 
təshih  olunar  və  yerlər  dəyişərdi.  Öz  yerində  daimi  oturanlar  on-on  beş  nəfər 
idi; mövqeləri heç vaxt dəyişməzdi. 
Güzgülü  salondakı    girdə  ziyafət  stolunun  dövrəsində  ancaq  nəhəng 
neftxudalar və bankirlər oturardılar. 
Qab-qacaq gümüşdən, billurdan və farfordan olurdu. 
Ziyafət  zamanı  bir-birinin  sirrini,  planını,  maliyyə  gücünü  və 
buraxılacaq aksiyanın miqdarını min bir yolla öyrənməyə cəhd edərdilər. 
Əli aşağı olan adamlar Ağa Musaya dövlət bankına veriləcək  vekselə  
(zəmanət    kağızına)    qol    çəkdirmək  üçün  əvvəldən  bir  balaca  qumar  məclisi 
düzəldər  və  Musaya  beş-altı  manat  qəsdən  uduzub  kefini  kökəldəndən  sonra 
zəmanət  kağızını  imzaladardılar.  Bəzən  onu  restorana  qonaq  aparırlarmış.  Bir 
kənarda oturub, bir tikə çörək üstünə kotlet qoydurub yeyərmiş ki, atam, atam, 
mən  toxam,  iştahım  küsüb.  Heç  bir  dilənçi  ona  əl  açmazdı,  bilirdilər  ki, 
faydasızdır. 
Borc  istəyənlərə  deyirmiş  ki,  pul  işinə  mən  baxmıram...  Pravlyaşim 
Fətulla bəy baxır... Beləliklə, yaxasını qurtarırmış... 
1914-cü  ilin  maliyyə  hesabına  görə  Musa  Nağıyevin  qızılla  yetmiş 
milyon manata yaxın tanxası varmış. Mirasın ümumi dəyəri bundan qat-qat çox 
imiş.  1919-cu  ildə  varislər  Musa  Nağıyevin  mirasını  bölüşdürmək  üçün 
məhkəməyə  ərizə  verirlər.  Məhkəmə  üç  dəfə  işə  baxır.  Ruhani  cəmiyyəti  də 
tələb  edirdi  ki,  Ağa  Musa  şiə  məzhəb  olduğuna  görə,  sərvətin  ondan  biri 
məscidə  verilməlidir,  rəsmi  iddia  təqdim  etmişdilər.  Bu  əhvalatdan  varislər 


75 
 
yaman narahat olmuşdular; ruhani idarəsinin iddiasını rədd etmək üçün, sübut 
elədilər ki, vaxtı ilə  Ağa Musa  məhkəmədə şahid sifətilə çıxış edəndə Qurana 
and içməkdən boyun qaçırdıb, Bəhayi kitabına  əl basıb, qəsəm edib. Elə buna 
görə  də  o,  vəfat  edəndə  məsciddən  cənazəni  müşayiət  etməyə  az  adam 
gəlmişdi. 
Yeri  gəlmişkən  qeyd  edək  ki,  Bakıda  Bəhayi  məzhəblilər  də  vardı, 
onlar  xüsusi  məscid  tikdirmişdilər.  Bu  minarəsiz  məscid  Çadrovı  (Mirzağa 
Əliyev)  küçəsindəki  mülkdür,  qapısı  və  iri  pəncərələri  mavi  boya  ilə 
rənglənmişdir. Bəhayi məzhəbi bu rəngi və rəngləri hesab edir. Məscidin həyət 
tərəfindəki  şüşəbənd  eyvanı  da  mavi  rənglə  boyadılıb.  Küçədəki  baş  qapının 
üstündə pirani bir qocanın qorelyefi də var. 
Təəccüblü  orasıdır  ki,  bəhayilər  Musa  Nağıyev  kimi  ayıq,  ehtiyatlı, 
hiyləgər  bir  adama  məharətlə  təlqin  etmişdilər  ki,  bu  məzhəbi  qəbul  eləcə 
ölməyəcək.  İnanırdı  da.  Bir  dəfə  Tağıyevin  evində  eyvana  çıxır  və  Hacını  da 
çağırır  yanına,  tikdirdiyi  yeddi  mərtəbəli  «Yeni  Avropa»  (Göy-göl) 
mehmanxanasını  (o  zaman  Şəhərdə  yeganə  yeddi  mərtəbəli  mehmanxana  idi) 
göstərib  deyir:  «Zeynalabdin,  əyər  ölsəydim,  mən  o  mülkü  tikdirməzdim,  o 
qədər xərc tökməzdim, mən ölməyəcəyəm». 
Maraqlı  orasıdır  ki,  İranda  camaat  arasında  ölməyəcəyi  elan  edilmiş 
bəhayiləri  İran  Şahı  tutdurub,  meydanlarda,  camaatın  gözü  qabağında  dar 
ağacından asdırırdı və sübut edirdi ki, ölürlər. 
Bəhayi  qanununa  görə  sərvət  ölənin  arvadı,  uşağı  və  nəvələri, 
qohumları və iyirmidən bir hissəsi maarif işləri üçün paylanmalıdır. Məhkəmə 
qabaqca  çox  çətinlik  çəkir,  axırıncı  iclasda  iki  nəfəri  -  müsəlman  və  gürcü 
arvadlarını vərəsə təsdiq edir. 
Ona  işləyənlərə  maaş  vermək  üçün  Ağa  Musanın  öz  üsulu  vardı. 
Kontorda  divarda  hər  mədən,  gəmi  və  mülk  üçün  iki  torba  asmışdı:  gəlir 
torbası, çıxar torbası. Pul üçün gələnlər çıxar torbasına qoyulmuş pulu götürüb 
aparırdılar.  Elə  ki,  mədən  müdiri,  kapitan,  mülk  müvəkkili,  Ağa  Musaya 
deyirdi ki, torbada pul yoxdur... 
- Atam, atam, - deyə Ağa Musa onu qoymazdı ki, sözünü qurtarsın,  - 
gəlir torbasına pul salmısız ki, çıxar torbasından götürə biləsiz? Məndə havayı 
pul hardan?! Qazanc verin, atam, atam, xərclik alın. 
Bir  nəfər  gəlib  Musa  Nağıyevə  deyir  ki,  bir  mis  mədəni  satırlar 
Zəngəzurda,  onu  alsan  yaman  qazanarsan.  Ağa  Musa  soruşur:  «Mis  də,  neft 
kimi  fontan  vurur?».  Adam  təəccüblə  deyir:  «Mis  də  fontan  vurar?!  Əlbəttə 
yox!».  Ağa  Musa:  «Elə  isə  o  mədən  mənə  lazım  deyil.  Mənimki  fontandır. 
Atam, atam, qaranlıq yerin altında iynə ilə kor qaza-qaza mis axtarmaq karıma 
gəlməz» - deyə cavab verir. 
Qoçular  iki  dəfə  Ağa  Musanı  oğurlayıb  öldürməklə  hədələmişdilərsə 
də  xeyri  olmamışdı.  Bir  dəfə  faytona  basaraq  gözlərini  bağlayıb,  aradan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə