Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   31   32   33   34   35   36   37   38   ...   110

72 
 
əlimdədir;  ömrümdə,  dünyasında  onlara  qonaq  getmərəm.  Pravlyaşi  nədir  ki, 
ona qonaq da gedəsən?!». 
Ağa  Musadan  xoşu  gəlməyən  adam  soruşanda  ki,  işlərin  nesədir, 
qəsdən heç bir mənası olmayan: «işlərim Nobelinki kimi - baca enli, güdəy, nə 
qədər istəsək qara tüstü, göz  çıxardır...»  cavab  verərmiş. Heç  kim bilməzdi   
ki,  mədənlərdən  nə  qədər  neft  hasil  edir,  bağlı  fontan  var  ya  yox.  Çənlərdə, 
anbarlarda  nə  qədər  neft    var,    haçan      satacaq.    Əşyanı    alanda    qəpik    təklif 
edərdi, satanda isə eyni şey üçün manat istərdi. Saçını rəngləmək üçün həna ilə 
basma  qaranın  girvənkəsinə  (400    qram)  bir    şahıdan    (5    qəpik)    artıq  
verməzdi;  deyərdi  ki,  1870-ci  ildə  o  qiymətə  alırmış,  Baqqallar  da  ona 
satdıqları hənaya, rəngi çox, hənanı lap az qatardılar. 
Ağa Musa mədənə gəlir, görür ki, kontorun yanında divar hörən bənna 
və  fəhlələr  nahar  fasiləsinə  çıxıb,  işə  yaramayan  taxtalardan  ocaq  qalayıb 
qızınır,  çörək  yeyir,  söhbət  edirlər.  İş  icraçısı  papiros  bükür,  kibriti  alışdırıb 
yandırır. Ağa Musa deyir: «Bala, sabahdan işə çıxma, get kontora haq-hesabıvı 
al». İş icraçısı çaşır: «Niyə, Ağa Musa?..». Ağa Musa: «Ona görə ki, qabağında 
o  boyda  ocaq  -  papirosu  yandırmırsan,  nahaq  yerə  kibriti  zay  edirsən,  öz 
maluvun qədrini bilmədiyin halda, mənim malımın qədrini heç bilməzsən». 
Bir  dəfə  milyonçuların  arvadları  Cəmiyyəti-xeyriyyədə  «İsmailiyyə» 
binasında  ziyafət  düzəldirlər,  bir-birinin  bəhsinə  geyinib,  bəzənib  gəlirlər... 
Deyilənə  görə,  həmin  ziyafəti  təsvir  etmək  mümkün  deyilmiş,  ləl-cəvahirat, 
platin-qızıl  içində  üzən  qadınların  gülüş  və  qəhqəhələri  binanın  möhtəşəm 
salonlarında  əks-səda  yaradırmış.  Ağa  Musanın  gürcü  arvadı,  bəzəkdə, 
geyimdə,  cəvahiratda  birinci  yeri  tutur.  O,  başdan-başa  zümrüd  içində  imiş, 
hamısı  da  güllər-çiçəklər,  quşlar,  pərvanələr  şəklində;  ayaqqabıları  bərk 
vururmuş. Gürcü qızı foyeyə  girəndə  hamı heyrətdən içini  çəkir, donub qalır. 
Bu əhvalat şəhərdə uzun müddət söhbət mövzusu olur. 
Neftxuda Mantaşovun işlər müdiri Qriqori Aleksandroviç Qazarbekov 
deyirdi ki, birdən xəbər yayıldı ki, bəs Ağa Musa şəhərdə səkkiz əzəmətli bina 
tikdirir.  Dördünü  Telefonnı  (28  Aprel)  küçəsində,  birini  Kaspi  (L.  Şmidt) 
küçəsində.  Bir  mülk  də  Tarqovı  (Nizami)  küçəsi  ilə  Marinski  (Karqanov) 
küçəsinin  tinində,  biri  opera  teatrının  yanında,  yeddi  mərtəbəli  «Novaya 
Avropa»  (Göy-göl)  mehmanxanası,  Qarçakov  (Malıkin)  küçəsində,  biri  də 
şəhərin qırağında, indiki Semaşko adına xəstəxananı... 
Bu  binaları  tikməyi  ev  podratçısı  Hacı  Qasımova  tapşırmışdı. 
Azərbaycanlı  milyonçular  evlərini  tikməyi  ona  podrata  verirdilər.  Hacı 
Qasımovun özünün də şəhərdə bir neçə iri binası vardı. 
Bədxahlardan biri, aranı vurmaq, işi pozmaq üçün gedib Ağa Musaya 
xəbər  verir  ki,  Hacı  Qasımov  sənin  evlərinin  hesabına  özünə  də  Stanislav 
(Lenin  prospekti)  küçəsində  Bakı  texniki  məktəbi  ilə  üzbəüz  dörd  mərtəbəli, 
böyük  imarət  tikdirir.  Sənin  səkkiz  mülkünün  hesabına  doqquzuncunu  özünə 


73 
 
tikdirir. Ağa Musa gülüb deyir: «Atam, atam, məndən heç kəs, heç nə oğurlaya 
bilməz...  Hacı  Qasım  o  mülkü  material  aldığı  adamların  hesabına  tikdirir; 
məndən  səkkiz  bina  üçün  aldığı  pula,  doqquz  binanın  materialını  alır,  hər 
səkkiz daşa bir daş, səkkiz dirəyə bir dirək, səkkiz mismara bir mismar... Bənna 
və  əmələlərlə  də  eynilə.  Mən  mülklərimə  sərf  edilən  şeyləri,  hətta  yivləri, 
mismarı  əlimlə  bir-bir  yoxlamamış  təhvil  götürmürəm.  Bunu    podratçılar,   
mənimlə  alver  edənlər   çox yaxşı bilir...». 
Hacı Qasımovun podratla bina tikmək kontoru ilə yanaşı böyük ticarət 
mağazaları vardı,  hər növ inşaat  materialı satırdı.  Dünyanın  hər  yerindən  mal 
gətirtdirirdi.  Böyük  mağazalarından  birisi  texniki  məktəblə  üzbəüz  olan 
mülkün altında idi; cənuba baxan divarda böyük hərflərlə yazılmışdı;  ―Parket - 
Döşəmə‖. 
Qriqori    Aleksandroviç    Qazarbəyov    danışırdı    ki,  Mantaşov  mənə 
tapşırmışdı ki, müsəlmanların, Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlı bütün 
xeyir-şər  mərasimlərinə  gedərsən  və  o  məclislərdə  pul  əsirgəməzsən.  Bir  dəfə 
dəvətnamə  aldım  ki,  müsəlman  Cəmiyyəti-xeyriyyəsində  mərasim  olacaq. 
Qoltuq  ciblərimdən  birinə  yüz  manat,  o  birisinə  isə  800  manat  pul  qoydum 
getdim  «İsmailiyyə»də. Foyeyə  girəndə  mənə  sarı  gələn  xanımın   gözəlliyinə,  
üst-başındakı  ləl-cəvahirata valeh oldum. Durduğum yerdən tərpənə bilmədim, 
elə  bil  məni  ovsunlamışdılar.  Bu,  Hacı  Zeynalabdinin  arvadı  Sona  xanım  idi; 
gözəllikdə  və  səxavətdə  məşhur  idi,  xeyriyyə  işlərinə  çox  kömək  edərdi.  Onu 
müşayiət  edən  iki  qızın  əlində  məcməi  vardı;  birisində  ipək  lent  parçaları,  o 
birisində  isə  pul...  Ləl-cəvahirat  içində  üzən  Sona  xanım  məcməidən  bir  ipək 
lent  nişanı  götürüb  döşümə  taxdı;  mən  qeyri-ixtiyari  qoltuq  cibimdəki  pulu 
çıxarıb,  dəvətnamənin  arasına  qoydum  və  məcməiyə  saldım.  Bu  vaxt  Ağa 
Musa Nağıyev göründü. Sona xanım onun da döşünə bir nişan taxdı. Ağa Musa 
cibindən bir göy üç manatlıq çıxardıb əli əsə-əsə məcməiyə atdı.  Sona  xanım  
gülümsəyib    dedi:  «Ağa  Musa,  bir  az  əvvəl  oğlun  Ağa  İsmayıl  məcməiyə  bir 
yüzlük  qoydu,  sən  isə...»  Ağa  Musa  xanımı  sözünü  tamamlamağa  qoymadı: 
«Atam, atam, o verər, ona nə var, o mənim oğlumdur, milyonçu Ağa Musanın 
oğlu...  Sona  xanım,  mən  kimin  oğluyam?  Saman  satan  biləcərili  Nağının...». 
Qazarbəyov  deyirdi  ki,  bayırda  qoltuğumu  yoxlayanda  baxıb  gördüm  ki, 
xanımın  gözəlliyinə,  üst-başındakı  cəvahirata  valeh  olub,  çaşdığımdan  100 
manat əaəzinə, məcməiyə 800 manat salmışam. 
Rusiyada  oxuyan  azərbaycanlı  tələbələr  üçün  pul  yığanlar  Ağa 
Musanın  yanına  gedirlər;  o  da  çıxardıb  üç  manat  verir.  Deyəndə  ki,  Tağıyev 
200  manat  verdi,  Ağa  Musa  cavab  verir:  «Hacı  dövlətli  adamdır,  o,  əlbəttə 
verər.  O,  beş  yüz  də  verə  bilər...  Atam,  atam,  mən  kasıb  babayam,  məndə  o 
qədər tanxa hardan!». 
«Qış  klubu»  adlanan  əzəmətli  bina  və  ona  bitişik  «Astoriya» 
mehmanxanası da Musa Nağıyevinki idi, çoxlu mənfəət götürür, kirə alırdı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə