Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   29   30   31   32   33   34   35   36   ...   110

68 
 
Bir nəfər Hacının yanına dəfələrlə gəlib onun iş müdirlərinin birindən 
çuğulluq edir: «Əli əyridir, sənin hesabına ikimərtəbəli mülk tikdirib, qardaşına 
dükan  açıb,  fayton  alıb,  onu  işdən  qov».  Hacı  gülümsəyib  deyir:  «Qalmağı 
məsləhətdir.  O,  nə  lazımdır  hamısını  eləyib,  alıb,  tikdirib,  bundan  sonra 
işləyəcək,  onu  çıxardıb,  başqa  adam  götürsəm,  o  da  köhnənin  elədiklərini   
təzədən   başlayacaq. Qalmağı   məsləhətdir». 
Bir  gün  Bakı  varlıları  Hacıya  şikayət  edirlər  ki,  şəhərin  aşağı 
məhəllələrində  ermənilər  mülk  tikdirirlər,  tədbir  görün,  qabağını  alın.  Hacı 
deyir:  «Qoy tiksinlər, qabağını almaq lazım deyil, yeri düşəndə, mən özüm də 
onları  şirnikdirirəm  ki,  tikdirsinlər.  Mülk  yerdə  qalacaq;  heç  kəs  gedəndə 
binaları dalına  şələləyib apara bilməyəcək. Aramyanı görmədüz, şahanə  saray 
tikdirdi,  özü  getdi,  mülk  qaldı,  xanəndə  Seyidə  qismət  oldu».  Su  gedər,  qum 
qalar. 
...Bir  neçə  adam  küçədə  Hacıya  rast  gəlir.  Hacı  soruşur:  «Nə  var,  nə 
yox?».  Deyirlər  ki,  «Hacı,  neçə  gündür  şəhərdə  bir  dənə  də  olsun  təzə  balıq 
tapılmır. Kömək eləyin». Hacı deyir: «Arxayın olun, bu günlərdə şəhərə balıq 
gətirərlər».  Sabahı  günü  faytona  minib  gedir  vətəgələrindən  birinə.  Balıqçılar 
Hacını  görəndə  əl-ayağa  düşür,  torlarını  yığır,  canla-başla  çalışırlar.  Hacı  təzə 
tutulmuş, çapalayan bir balığı gətizdirir, barmağındakı brilyant üzüyü çıxardıb 
məftillə balığın quyruğuna bənd etdirib dənizə buraxdırır. 
Bu  xəbər  bütün  vətəgələrə  yayılır.  Balıqçılar  quyruğunda  brilyant 
üzük  olan  balığı  tutmağa  cəhd  edirlər.  İki  gündən  sonra  şəhər  bazarlarına  o 
qədər şamayı, kütüm, som, sazan, çapağ, leş, osetrin, sevryuqa, qızıl və ağ balıq 
gətirirlər ki, tərpənmək olmur. 
Hacı  pula  güvənib  yolundan  azmamaq  üçün  bənnalıq  etdiyi  baltanı 
imarətindəki iki otaq seyflərdən birinin divarından qapı ilə üzbəüz asıbmış  ki, 
hər açanda görsün və o günlərini yadından çıxarmasın... 
Xalq artisti Sidqi Ruhulla deyirdi ki, «Hacı palçıq daşıyan zamanlarda 
yaşca ondan böyük Murad adında usta köməkçisi ona çox mehribanlıq göstərir, 
tez-tez palçıq dolu çanaxı  götürüb onun başına qoyurmuş, nərdivana qalxanda 
qolundan  yapışıb  həyan  olurmuş;  dostlaşırlar.  Murad  elə  sonralar  da  bənna 
olaraq qalır, Hacı olur milyonçu. 
Bir dəfə rast gələndə Murad söhbətarası deyir ki, Hacı, camaat danışır 
ki, Tağıyev birdən-birə alış-verişdə 50.000 manat qazanıb; axı bu necə olur? 
Hacı  deyir:  «Usta  Murad,  on  gündən  sonra  Parisə  yola  düşürəm,  get 
hazırlaş, səni özümlə ora aparacağam». 
Vaxt çatanda gedirlər Parisə. «Luvr»  mehmanxanasına düşürlər. Usta 
Murad  məəttəl  qalır.  Yeni  aləm  ona  əfsanə,  xəyal  kimi  görünür.  Restoranda 
nahar edəndə Hacı sifariş verir ki, ən əla növ kürü gətirin. Bir azdan abı rəngli 
dəmir  qutunu  gətirib  açırlar.  Bu  beş  girvənkə  (2  kiloqram)  kürü  olan  qutunun 


69 
 
üstündə  iri  hərflərlə  Q.  Z.  A.  Tağıyev  yazılmışdı.  Murad  məəttal  qalır  ki, 
Hacının burada da adı-sanı var. 
Bir  axşam,  üç  nəfər  mehmanxanaya  gəlib  Tağıyevdən  xahiş  edir  ki, 
Hacı,  biri  gün  olacaq  hərraca  gəlməyin,  Parisdən  çıxın  gedin,  sabah  100.000 
manat  pulu  sizin  şəxsi  hesabınıza  keçirib,  sənədləri  sizə  təqdim  edərik.  Sizin 
təkcə adınız müzayidədə bizim işləri alt-üst edə bilər. 
Hacı razılaşır, sabahı gün banka keçirilən 100.000 manatın sənədlərini 
alıb, usta Muradla bərabər yollanır Romaya və söhbətarası deyir: «Usta Murad, 
gördün, birdən-birə yüz min manatı necə qazanıram? Atalar boş yerə deməyib 
ki, pulu pul qazanar, igid oğul palçıq tapdalayar...». 
Usta Murad bir neçə ildən sonra dilənçi gününə düşür. Onu tanıyanlar 
məsləhət  görür  ki,  get  Hacıya  de,  sənə  kömək  eləsin.  Utanır.  Axırda  naəlac 
qalıb yanına gedir. İçəri buraxmırlar. Ha dil tökür, yalvarır, nəticə hasil olmur; 
nəhayət,  təhdid  edir  ki,  gedib  teleqram  vuracağam,  onda  sizi  tənbeh  edər. 
Qapıdakı  gözətçilər,  qoçular  onu  qabaqlayıb  Hacıya  xəbər  verirlər  ki,  bənna 
Murad adlı bir nəfər gəlib... 
Hacı  deyir:  «Usta  Murad?  Buraxın  gəlsin!».        Başa  salırlar  ki,  içəri 
buraxılası deyil, cır-cındır içindədir.... 
Hacı tapşırır ki, onda göndərin hamama, alt və üst libasını dəyişdirin, 
gətirin  yanıma.  Elə  də  eləyirlər.  Köhnə  dostlar  görüşür.  Ordan-burdan  söhbət 
edirlər. Murad dərdini Hacıya deyir, ondan kömək istəyir. 
«Usta Murad, səni bəzzaz dükanına qoyacağam, göz-qulaq olarsan». 
Bənna Murad boyun qaçırdır ki, bacarmaram... 
«Bacararsan, - deyə Hacı onun sözünü kəsir, - əlaltılar işləyəcək, sən 
də baxacaqsan». 
Rəssam  Əmir  Hacıyev  nəql  edirdi  ki,  Tağıyev  Qərbi  Avropadan  bir 
neçə  məşhur  rəssamın  əsərini  baha  qiymətə  gətizdirmişdi.  Ayvazovski  onun 
sifarişilə bir neçə tablo çəkmişdi, onlardan biri «Bosfor» adlı kompozisiya idi. 
Başqa  bir  dəniz  mənzərəsi  də  «Tufana  düşmüş  gəmi»,  indi  Bakıda  R. 
Mustafayev adına İncəsənət muzeyindədir. 
Müəllim  Əliməmməd  Mustafayev  deyirdi  ki,  Oru-sov  qardaşları 
Nikolayevski  (Kommunist)  küçəsindəki  mağazalarının  vitrinində  iki  şəkil 
qoymuşdular satmağa. Biri «Bibiheybət məscidi», o birisi «Çeşmə başında» idi. 
Birincisinə  beş  yüz  manat,  ikincisinə  üç  yüz  manat  qiymət  qoymuşdular.  Hər 
ikisini  də  Əlibəy  Hüseynzadə  rəsm  etmişdi.  Müəllimlərin  yığıncağında 
Həbibbəy  Mahmudbəyov  deyir  ki,  Əlibəyin,  görünür,  əli  aşağıdır,  öz  çəkdiyi 
əsərləri  satır,  gəlin  adambaşı  on  manat  qoyaq  «Çeşmə  başında»kı  şəkli  alaq, 
püşk  atarıq,  kimə  düşdü,  olar  onun  malı.  Elə  də  elədilər.  «Çeşmə  başında»kı 
şökildə  meşənin  içində,  bulaq  başında  yaşlı  bir  adamın  namaz  qılması  təsvir 
edilmişdi.  «Bibiheybət  məscidi»ni  isə  Bakıdakı  ingilis  konsulu  Mak  Donnel 
alıb  Londona  göndərmək  istəyirdi.  Dükana  girib  sifariş  verir  ki,  şəkili  sabah 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə