Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   30   31   32   33   34   35   36   37   ...   110

70 
 
gətirin  İçərişəhərə  -  ingilis  konsulxanasına.  Bu  söhbəti  «Bəradərən 
Orusovlar»ın  böyük  qardaşı  o  axşam  Bakı  milyonçularından  birinin  evində 
olanda  danışır.  Milyonçu  beş  yüz  manat  verib  deyir  ki,  həmin  əsəri  sabah 
göndər  bizə.  Bibiheybət  məscidinin  şəkli  qoy  Bakıda  qalsın,  gedib  Londona 
düşməsin.  Buxara  əmiri  padşahdan  icazə  alıb  Peterburqun  göbəyində  məscid 
tikdirir,  biz  Bakı  müsəlman  dövlətliləri  də  ona  kömək  edirik.  Qədim 
məscidimizin şəkli öz şəhərimizdə qalmalıdır. 
Bakı  milyonçularından  biri  də Ağa Musa  Nağıyev idi. O da başqa 
milyonçular kimi,  amansız, istismarçı,  üstəlik,  həddindən ziyadə  xəsis,  malını 
yeməyən  idi.  Var-dövlətdə  o,  Hacıdan  heç  də  geri  qalmırdı.  Hətta  üstün  idi. 
Axır vaxtlarda Tağıyevin tanxası beş-altı milyon, o da əmlak və əşyadan ibarət 
olduğu  halda,  Musa  Nağıyevin  varı-dövləti  yetmiş  milyon  manat  qızıl  pula 
çatmışdı.  Ağa  Musanın  adı  gələndə  Balzakın  təsvir  etdiyi  Qobsek  xatırlanır. 
Ağa  Musa  Avropa  kapitalist  tamahkarlığının  və  xəsisliyinin  Şərq  variantıdır. 
Milyonçu  Ağa  Musa  «əfsanəvi»  bir  şəxsiyyətə  dönmüşdü.  «Cəmiyyəti 
xeyriyyə»  üçün  şəhərin  mərkəzində  əzəmətli  «İsmailiyyə»  binasını 
ucaltmağına,  bu  mülkdən  bir  qədər  yuxarıda  Realnı  məktəbinin  inşasını 
öhdəsinə  alıb  yarımçıq  qalmış  üçüncü  mərtəbəsinin  xərcini  ödəməyinə,  şəhər 
kənarında  (indiki  Semaşko)  xəstəxananı  tikdirdiyinə  və  Bakı  su  kəməri  üçün 
xeyli  pul  verməyinə  baxmayaraq  camaat  tərəfindən  xəsis  sözü  ilə 
damğalanmışdı. 
Ağa  Musa  cavanlıqda  adi  hambal imiş, dalında  palan biri üç  qəpiyə, 
beş qəpiyə  ona-buna şələ  daşıyarmış; neft hesabına  milyonçu olmuş  neftxuda 
idi.  Şəhərdə  həm  çoxlu  mülk  tikdirdi  və  həm  də  yenisini  aldı;  yüzə  qədər 
əzəmətli bina və neçə-neçə gəmi sahibi idi, (Bakıda evi çox olanlara mülkədar 
deyirdilər). 
O,  uzun  müddət  Bayır  şəhərdə,  Qasım  bəy  məscidinin  arxasında, 
Spaski  (Qasım  İsmayılov)  küçəsi  ilə  Kimnazist  (L.  Tolstoy)  küçəsinin  tinində 
ikimərtəbəli  binada  yaşayırdı.  Evin  tinindəki  daş  fanara  -  «Səng  fanar» 
deyirdilər. Daş fanara qırmızı, yaşıl, abı, firuzəyi şüşələr salmışdılar; axşamlar 
ətrafa  əlvan  şəfəqlər  saçardı.  Uşaqlar  toplaşıb  «Sənk  fanar»a  heyran-heyran, 
maraqla  tamaşa  edərdilər.  Təmtərağı  sevən  deyildi,  şan-şöhrətdən  məst 
olmazdı, artıq xərcdən, israfçılıqdan boyun qaçırardı. 
Deyirlər  İshak  Qaraxanov  adında  bir  dəllək  hər  həftə  evə    gəlib  
Musanın   saqqalını  qırxar,   başını  düzəldərdi.  Dəllək bir  dəfə  yerə  döşənmiş 
xalını göstərib deyir ki, xozeyin, dövlətli adamsan, bu xalını bağışla mənə. Ağa 
Musadan  görünməyən  səxavət,  işlər  müdirinə  tapşırır  ki,  bir  belə  xalı  al  ver 
ustaya.  Bir  dəfə  dənizdə  bərk  tufan  olur,  çoxlu  gəmi  batır,  Ağa  Musanın 
gəmilərindən  birinin  kapitanı  gəlib  xəbər  verir  ki,  yükü  və  gəmini  zorla  xilas 
etmişəm,  (bir  qoyun)  qurban  kəsməyi  nəzir  demişəm,  icazə  ver...  Ağa  Musa 
bərk dilxor olur, kapitanı başlayır məzəmmət eləməyə: «Çox nahaq yerə, atam, 


71 
 
atam, mənim hesabıma niyə qurban nəzir edirsən. Belə vaxtlarda əhd elə ki, bir 
həftə oruc tutaram, gəmidə xozeyin hesabına yox, öz hesabıma yeyərəm». 
Gəmilərin  komandası,  səfər  zamanı  sahibkarın  hesabına  yeyib-içir, 
məvacib də alırdılar. 
Bir  nəfər  neftli  torpaq  ələ  keçirdib,  quyu  qazdırır.  Neft  isə  çıxmır  ki, 
çıxmır.  Əlindəki  var-yox  qurtarır.  Qohum-əqrəbadan  borc  alır,  yenə  neft 
çıxmır.  Usta  və  fəhlələr  işi  yarımçıq  qoyub  gedir.  Kimə  ağız  açır,  pul  verən 
olmur. Axırda məcbur olub gedir Ağa Musanın yanına, vəziyyəti ona danışıb, 
borc  istəyir.  Ağa  Musa  onun  xahişini  rədd  edir.  Əlacsız  qalıb  tanınmış 
ağsaqqallardan,  sözü  keçən  ruhanilərdən  bir  neçə  nəfər  götürüb  təzədən  Ağa 
Musanın yanına xahişə gedir. Xeyli söhbətdən sonra gəlirlər mətləb üstə, Ağa 
Musa  deyir:  «Atam,  atam,  zəhmət  çəkib  gəlmisiz,  bu  cəncəl  adama  mən  pul 
etibar  edə  bilmərəm...  Desəm  ki,  yoxumdur,  yalan  olar.  Varımdır.  Amma 
vermirəm». 
Axund söhbətə qarışır, üz vurur:  «Ağa Musa,  əl tutmaq Əlidən qalıb. 
Kömək elə, yazıq dara düşüb, müsəlman qardaşdır, əsirgəmə, bir-iki min manat 
borc ver, sözümüzü yerə salma». 
Ağa  Musa  azca  fikirləşib  deyir:  «Atam,  atam,  yaxşı,  üz  vurursunuz, 
sözünüzü  yerə  salmıram...  Amma  bir  şərtim  var.  O  şeyi  ki,  borcu  istəyəndə 
pulumun əvəzinə mənə göstərəcək, qoy onu elə indidən göstərsin ki, sora mənə 
ağır gəlməsin». 
Adamlar  gülür.  Axund  danışmaq  istəyəndə  Ağa  Musa  onun  sözünü 
kəsir: «Atam, atam, dedim qurtardı. Bir də deyirəm, indi görsəm sonra məni o 
qədər də ağrıtmaz...». 
Şəhərin  mərkəzində  tikdirdiyi  binalar  hazır  olanda  Ağa  Musa 
müsəlman  arvadını  və  uşaqlarını  Tarqovı  (Nizami)  küçə  ilə  Marinski 
(Karqanov)  küçəsindəki  əzəmətli  binaya  köçürdür.  Özü  isə  milliyyətcə  gürcü 
olan  ikinci  arvadı  ilə  Telefonnı  (28  Aprel)  küçəsində  yerləşən  binanın  ikinci 
mərtəbəsini tutur. Məclislərdə gürcü qızını  camaata təqdim edəndə rus dilində 
kələ-kötür deyərdi: «Наш жена...». Zarafatcıllar daldada onu ələ salırdılar: «Nə 
olar,  II  Nikolay  həmişə  «я»  əvəzinə  «мы»,  bir  də:  «Я  и  Россия».  «Мы  и 
Россия»  deyirdi  Ağa  Musa  da  «наш  жена»  deyir.  Özünü  çar  Nikolaya 
oxşadır». Ağa Musa arvadını мая Aмалия çağırırdı. 
Mantaşev  bir  dəfə  söhbət  əsnasında  öyünür  ki,  Parisdən  yola 
düşməmiş Puankare mənim şərəfimə təntənəli raut düzəltmişdi. 
Ağa Musa soruşur: «O Raut Puankaranın neçə buruğu var? Nə qədər 
neft çıxardır gündə!». 
«Raut adam adı deyil, qonaqlıqdır, məclisdir. Puankara neft çıxarmır. 
- Mantaşev izah edir. - O, Fransanın prizidenti, upravlyaşisidir». 
«Əh!  Nə  böyük  matah  imiş  pravlyaşi...  Mənim  hər  mədən  başı  bir 
pravlyaşim  var,  -  deyə  Ağa  Musa  ağzını  əyib,  eyhamla  gülür.  -  Gözləri  elə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə