Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   34   35   36   37   38   39   40   41   ...   110

78 
 
ölkəsində, bizim kimi adi, sadə sənətkarlar üçün belə maraqlı mərasim düzəldə 
bilməzdi.  Bu  incəsənətin  təntənəsidir.  Belə  çıxır  ki,  incəsənət  hamıdan 
üstündür. 
Bakı - «küləkli diyar». Avropada Bakıya bərabər şəhər yoxdur». 
Birdən şəhərə xəbər yayıldı ki, neftxudalar Naftalan körfəzini qurudub 
mədən  salmaq  niyyətindədirlər.  Peterburqa  -  çarın  özünə  ərizə  yazıblar. 
Ərizəyə  rədd  cavabı  gəlib.  Neftxudalar  senata  şikayət  edib  istədiklərinə  nail 
olurlar, şirkət düzəldirlər. Pay sahiblərindən biri də Ağa Musa idi. 
Körfəzi  qurutmaq  üçün  beynəlxalq  müsabiqə  elan  edilir.  Müxtəlif 
ölkələrdən  otuza  qədər  layihə  göndərilibmiş.  Sədd  çəkib  Naftalan  körfəzini 
Xəzərdən  ayırmaq  və  çuxurda  qalan  suyu  nasoslarla  dənizə  axıdıb,  yerinə 
torpaq  doldurmaqla  mədən  salmağı  qət  edirlər.  Əsrin  əvvəllərində  işə 
başladılar.  Gəmilər  bir  milyon  kubmetr  daş-kəsək  daşıyacaqdı.  Əməliyyat 
1917-ci  ilə  qədər  davam  etdi.  Sonrakı  illərdə  burada  qurutma  işləri 
dayandırıldı.  Bu  işə  bir  də  1921-ci  ildə  başlandı.  İyirmi  üçüncü  ildə  qazılan 
quyulardan  biri  güclü  fontan  vurdu.  Qurulan  sahə  neft  seli  altında  qaldı... 
Qəfildən  yanğın  qopdu.  Şəhər  əhalisi  neftçilərə  köməyə  gedib,  yanğını 
söndürdülər. 
Ağa  Musanın  özünə  oxşayan  Manuçar  Xristoforoviç  Avakov  adında 
xəsis  bir  erməni  dostu  vardı.  Professor  Apresov  deyirdi  ki,  Manuçar 
Qarabağdan Bakıya əlində dəyənək, ayağında cırıq çarıq,  əynində  yırtıq çuxa, 
başında  şeytan papaq, cibləri  boş gəlmişdi.  Sabunçuda  bir qədər arabaçı olur, 
sonra  meyxana  açır,  neftli  torpaq  ələ  keçirir,  «bəxti»    gətirir,  dayaz  bir  quyu 
fontan  vurur,  milyonçu-neftxuda  olur.  Apresov  söyləyirdi  ki,  bir  dəfə 
Avakovun quyusu fontan vurur, mühəndis fəhləni göndərir ki, anbardan tez on 
arşın  kanat  gətirsin,  Manuçar  həmişə  cibində  gəzdirdiyi  dəmir  arşını  çıxardıb 
başlayır əlləri əsə-əsə kanatı ölçməyə. Fontan daha da güclənir, buruq az qalır 
uçsun. İşin belə məqama çatdığını görən mühəndis özü qaçır anbara, Manuçarı 
yana itələyir, baltanı qapıb, qəzəblə kanatın kələfini fırladıb kanatı kəsir, fəhlə 
ilə bərabər buruğa tərəf sürütləyir. 
Nobel qardaşları. Bir çox xarici şirkət Rusiyada dirçəlməkdə olan neft 
sərvətini  istismar  etməyə  çalışırdı,  əsas  diqqət  mərkəzində,  əlbəttə  Bakı  idi;  8 
ingilis, 3 fransız, 2 isveç, 2 alman, 2 belçikalı, 1 Danimarka və başqa şirkətlər 
Azərbaycanın  qara  qızılını  xaricə  daşıyıb  aparırdılar.  İş  o  yerə  çatmışdı  ki, 
1898-ci  ildə  neft  mədəni  və  zavodu  ələ  keçirməkdən  ötrü  Bakıya  30-a  qədər 
ingilis  kapitalisti  gəlmişdi.  Amerikanın  Rusiyadakı  səfirinin  arvadı  da  onlara 
qoşulmuşdu,  özü  ilə  güclü  pul  və  iki  nəfər  meft  mütəxəssisi  gətirmişdi. 
«Standart oyl» şirkətinin sahibi Rokfeller özünün xüsusi nümayəndəsi Tvidilini 
hələ 1878-ci ildə Bakıya yollamışdı. 
Bakıda ilk xarici şirkəti Nobel qardaşları yaratmışdı, Emanuel Nobel 
1843-cü ildə İsveçdən Rusiyaya gəlib, zavod açıb silah istehsalına başlayır  və 


79 
 
sualtı  mərmilər  hazırlayır.  Krım  müharibəsi  zamanı  Peterburq  və  Kronştatda 
ingilis  hərbi  gəmilərinə  qarşı  bu  mərmilərdən  istifadə  edirlər.  Nobellər  hərbi 
qayıqlar üçün buxar maşınları da qayırıb satırdılar. 
Krım  müharibəsi  qurtarandan  sonra  dövlət  sifarişləri  kəsilir,  Nobel 
iflasa  uğramaq  təhlükəsi  qarşısında  qalır;  borclarını  manat  yarım  əvəzinə  bir 
manat vermək şərtilə müflis olmaqdan birtəhər yaxasını qurtarır. Arvadı və iki 
oğlu  Alfred  və  Elmar  ilə  Peterburqdan  vətənə  qayıdır;  kimya  laboratoriyası 
açır. Laboratoriyada partlayış baş verir və Elmar həlak olur. Alfred o dövr üçün 
ən  dəhşətli  və  dağıdıcı  maddə  hesab  edilən  dinamiti  kəşf  edir,  Dünyanın  ən 
zəngin  adamlarından  biri  olur;  öləndə  50  milyon  frank  miras  qoyur. 
Ölümündən qabaq həmin pulun müəyyən faizindən Nobel mükafatını təsis edir. 
Lyüdviq  və  Robert  Peterburqda  qalıb  Nobel  qardaşlarının  şirkətini 
yaradırlar.  Zavodlara  maşın  və  cihazlar  satırlar,  yenə    hərbi    nazirliklə  əlaqə 
yaradırlar. İjev şəhərindəki silah zavodunu da icarəyə götürüb 7 il müddətində 
rus ordusuna 200.000 tüfəng verməyi   boyunlarına   götürürlər.   Almaniyadan   
tüfəng  qundağı  üçün  baha  qiymətə  gətirilən  qoz  ağacı      Nobel  qardaşlarına  o 
qədər də sərfəli deyildi, Peterburq ətrafında isə qoz ağacı bitmədiyindən    bunu 
ölkənin  müxtəlif  zonalarında  axtarırlar.    Mütəxəssislər    xəbər  verirlər  ki,  belə 
ağac Qafqazda,  Lənkəran meşələrində çoxdur. Lyüdviq balaca qardaşı - Robert 
Nobeli Lənkərana göndərir. O da bələdçilərlə meşələri gəzib qoz ağacı massivi 
axtarır.    Lənkəranda belə  massiv  tapa   bilmir,  kor-peşmən geriyə   qayıdır. 
Yolüstü Bakıda qalır. Qaraşəhər və Ağşəhəri, neft mədənlərini gəzir. Maliyyə, 
sənaye, iqtisadi vəziyyəti öyrənir, əsl sərvət mənbəyinin Bakıda olduğunu kəşf 
edir. Peterburqa məktub -göndərib qardaşı  Lyüdviqə xəbər verir ki,  perspektiv 
cəhətdən tükənməz dövlət burda - Bakıdadır.     Buruqlardan gecə-gündüz qızıl 
axır burada. Şirkət yaratmağı ondan israrla  təkid edir. 
Lyüdviq  yaxın  maliyyə  dostlarından  baron  P.  A.  Bilderlinq,  F.  A. 
Blyümberq,  A.  S.  Suldqeren,  B.  F.  Vunderlinq,  İ.  Y.  Vabelski,  M.  Y. 
Belyamini toplayıb «Nobel qardaşları» şirkəti düzəldir (diqqət yetirin, şirkətdə 
bir nəfər də olsa nə rus və nə də rus təbəəsi var). Robertə Bakıya lazımi vəkalət 
və pul göndərilir ki, mədən və zavod alsın. 
Robert bütün gecəni səksəkəli yağmışdı; qorxurdu ki, yatıb qalar, yerli 
sənayeçilər  ona  kələk  gələ  bilər,  müzaidədən  əli  çıxar.  Ayağa  qalxanda 
pəncərədən  bayıra  baxır.  Hava  tutqun  idi.  Səs-küy,  fayton,  araba  çarxlarının 
sırıltısı, piyada gedən adamların ayaq tappıltısı eşidilirdi. Ona elə gəlir ki, hamı 
bir səmtə müzaidə yerinə tələsir. 
Cəld 
yuyunub 
geyinir, 
bufetdə 
ayaqüstü 
qəlyanaltı 
edib, 
mehmanxanadan  çıxır.  Hərrac  yerinə  çatanda  əməliyyatın  başlandığını  görür. 
Adam əlindən tərpənmək olmurdu; elə bil burada Asiya və Avropa libaslarının 
sərgisi  keçirilirdi:  əba,  çuxa,  hərbi  şinel,  dənizçi  gödəkçisi,  arxalıq,  ləbbadə, 
kostyum, papaqlar, qotazlı  osmanlı  fəsi,  girdə    iranlı papağı...    Hər sinifdən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə