Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   42   43   44   45   46   47   48   49   ...   110

94 
 
stansiyada  bizi    çoxlu  müsəlman  camaatı  -  təbrizlilər,  dağıstanlılar  qarşıladı. 
Hərbi  təşrifat  qaroulu  hazır  dayanmışdı,  musiqi  çalınırdı.  Bu  qaraulun 
qarşısından  keçdik,  sonra  əvvəldən  hazırlanmış  otağa  girdik;  burada  üləma, 
seyidlər və tacirlər, Tumanyanın adamları dayanmışdılar. Qafqaz işlərinə baxan 
Tiflisdə  oturan  baş    konsulumuz  Nazimülmülk  öz  məiyyətilə  hüzura  müntəzir 
idi.  Bir  neçə  dəqiqə  keçdi,  xəbər  verdilər  ki,  kareta  hazırdır.  Binadan  çıxdıq. 
Şiddətli xəzri əsirdi; küçələrdə  şərəfimizə asılmış  bayraqları, çıraqları və fəxri 
darvazanı  xəzri  xarab  eləyirdi.  Hiss  olunurdu  ki,  mənim  şərəfimə  xüsusi 
şadyanalıq hazırlayıblar. Küçələrdə və səkilərdə,   şiddətli küləyə baxmayaraq, 
çoxlu müsəlman və digər millətlərdən şəxslər vardı. 
Stansiyadan  mənzilə  -  iqamətgaha  iyirmi    dəqiqəyə  çatdıq. 
Tumanyanın  möhtəşəm  imarətinin      qabağında  çoxlu  xalı-xalça  döşənmişdi, 
bina  bayraqlarla  və  çıraqlarla  bəzədilmişdi.  Ətraf  çırağbanla  işıqlandırılmışdı. 
Karetadan  düşüb  imarətdəki  çoxlu  pillələrlə  qalxdıq.  İmarət  dördmərtəbəlidir. 
Biz  üçüncü  mərtəbədə  yerləşdik.  Otaqlar  avropasayağı,  çox  zəngin  və  əla 
döşənib    bəzədilmişdi.  Tumanyanın  adamları  məni  qarşıladılar,  onlarla 
görüşəndən  sonra  mənim  üçün  hazırlanmış  otaqlara  keçdim.  Mənimlə 
gələnlərin çoxusu da bu mülkdə yerləşdirildilər. 
Ertəsi  gün  sədr  əzəm  (baş  nazir  -  M.S.)  xəbər  verdi  ki,  rus 
imperatorunun  əmri  ilə  Qafqaz  canişini  Tiflisdən  mənimlə  görüşmək  üçün 
Bakıya gəlib, hüzura müntəzirdir. 
Canişin  içəri  girdi;  görüşdük.  Cüssəli,  xoş  sima,  fərasətli  və  aqil  bir 
şəxs idi. Qısa söhbətdən sonra o getdi. 
Bakının  bütün  əyanları  və  şəhər  hakimləri  hüzuruma  gəldilər, 
imperatorlara  layiq  mənə  üç  məcməidə  duz-çörək  gətirdilər.  Fərəcbəy  də 
hüzuruma  çatdı.  Ona  da  izhar  iltifat  etdim.  Rus  imperatorunun  hədiyyə 
göndərdiyi  altı  dənə  əla  tüfəngi  mənə  təqdim  etdilər.  Həddindən  çox  yaxşı 
tüfənglər idi. (Müzəffərəddin şah mahir ovçu imiş - M.S). 
Olduğumuz  imarətin  böyük  bir  eyvanı  vardı.  Buradan  dəniz 
görünürdü.  Eyvandan  ətrafa  tamaşa  etdik.  İmarətin  qabağında  çoxlu  adam 
yığılmışdı.  İran təbəələri də  çox idi; dalbadal  salavat  çəkir və  uca  səslə  hurra 
deyirdilər. 
Eyvandan şəhər və dəniz yaxşı görünür; şirin su olmadığı üçün, bir də 
torpağın pisliyindən və neftin çoxluğundan bu aralarda ağac yoxdur; azca ağac 
var ki, onu da çox böyük zəhmətlə yetişdirib saxlayırlar. 
Bakının  havası  o  qədər  də  tərifəlayiq  deyil;  çünki  dəniz  kənarıdır, 
rütubət  çoxdur,  həm  də  neft  mədəni  yaxındadır.  Hər  yerdən  -  divarlardan, 
yerdən, qapı və pəncərələrdən neft iyi gəlir, aləm qapqaradır. 
Xəzər  sahilindəki  bütün  şəhərlərə  buradan    neft  gedir.  Bakıda  çoxlu 
abad imarət var. 


95 
 
Avropaya  təhsilə  göndərəcəyimiz  tələbələr  gəlmişdi.  Sədr  əzəm 
hüzuruma gətirdi. Onları müxtəlif dövlətlərin paytaxtlarına yolladım. 
Mən,  Sədr  əzəm,  bir  də  admiral  Arsenyev  karetada  neft  mədəninə 
tamaşaya  yollandıq.  Qabaqlar  neft  çeşməsi  yerlə  axarmış,  indi  bu  çeşmələr 
dərindədir,  quyu  qazıb  çıxardırlar,  xüsusi  tulumbalar  var;  ətrafda  iri  anbarlar 
düzəldiblər,  quyudan  çıxarılan  neft  arxla  o  anbarlara  axır,  çəlləklərə  doldurub 
daşıyırlar.  Neft  ticarətindən  çoxlu  mənfəət  əldə  edirlər;  mədən  sahibləri, 
tacirlər və rus dövləti bu mənfəəti bölüşdürürlər. 
Kareta  Fərəcbəyin  neft  mədəninə  çatdı;  bura  iri,  sanballı  mədən 
olduğundan  tamaşa  etməyinə  dəyərdi.  Neftin  necə  çıxmasına,  arxla  anbara 
axmağına baxdıq; birdən neft yağış kimi yağıb üstümüzə töküldü, o üfunətli və 
pis  iy  verirdi.  Burada  çox  dayanmadıq,  geriyə  qayıtdıq.  Dincəlmək  üçün  hər 
şey hazır idi. 
O axşam bakılılar şərəfimizə ziyafət - təşrifat məclisi düzəltdi. Bütün 
şəhər çırağban edilmişdi. 
Sabahı gün imarətin eyvanında oturdum. Sədr əzəm də hüzurumda idi; 
bütün  məktəblərin  şagirdləri  təzə,  gözəl  libasda,  əllərində  bayraqlar,  nəğmələr 
oxuya-oxuya 
dəstələrlə, 
(imperatorlar 
üçün 
edildiyi 
kimi) 
mənim 
iqamətgahımın qabağından keçirdilər. Şəhər əhalisi qarşımda dayanmışdı». 
Neft mədənlərində fəhləlik eləyən Molla Əhəd nəql edirdi ki,  «şəhəri 
bəzəmişdilər. Qartal nişanı olan rus və Şiri-Xurşid nişanlı İran bayraqlarını hər 
yerə  sancmışdılar;  eyvanlar  xalı  və  xalçalarla  bəzədilmişdi.  Qala  bürcünün 
üstündə  qara  çıraqlar,  «Qız  qalası»nın  və  «Qoşa  qala  qapısı»nın  üstündə  iri 
məşəllər  yanırdı.  Haşımov  (Gənclər)  meydanında  zurna-balaban  çalınır, 
kəndirbazlar oynayırdı. Rəngarəng fanarlar yanırdı. 
Axşam  dənizdə  əlvan  çıraqlarla  -  şamlarla  bəzədilmiş  gəmilər, 
qayıqlar seyrə çıxmışdı; musiqi çalınırdı;  şahın şərəfinə  toplardan yaylım atəşi 
açdılar. 
Spaski  (Qasım  İsmayılov)  küçəsində  yerləşən  İran  konsulxanasının 
böyük  həyətində  qurban  kəsib,  şənlik  düzəltmişdilər.  Küçələrdə  adam  əlindən 
tərpənmək olmurdu.  Şahın düşdüyü binanın  qabağında iki  gün böyük izdiham 
oldu. Adam əlindən tərpənmək mümkün deyildi. 
Neft  mədənində  və  zavodlarda,  şose  yollarında,  inşaatda  ən  ağır 
işlərdə  çalışan  fəhlələrin  əksəriyyəti  iranlılar  idi,  hamısı  yığıncağa  gəlmişdi. 
Şah  küçə  eyvanına  çıxanda  bir  fəhlə  özünə  od  vurub  yandırdı.  Alovu 
söndürmək üçün fəhlənin üstünə pal-paltar   atdılar.» 
O vaxtlar ümumiyyətlə, fəhlələrin, xüsusilə də iranlıların güzəranı çox 
ağır  keçirdi.  İranın  özündə  şah  istibdadı,  mülkədar,  xan  zülmü,  məmurların 
cəza tədbiri, ölkədə iqtisadiyyatın tənəzzülü, işsizlik, hərc-mərclik aclıq onları 
vətəni  tərk  etməyə  vadar  edirdi.  Ayağı  yer  tutan  iş  dalınca  Rusiyaya  qaçırdı: 
Bakıya,  Həştərxana,  Samaraya,  Gürcüstana,  Şimali  Qafqaza...  Qürbətdə  onlar 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə