Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   45   46   47   48   49   50   51   52   ...   110

100 
 
döşənirdi.  Burada  həmişə  namaz    qılanlara  rast  gəlinirdi.  Ortadakı  qəbri 
zəvvarlar        araya  alır,  uşağı  olmayan  gəlinlər,  ərə  getmək  istəyən  qızlar, 
zürüyyətsiz  kişilər,   dilitutulanlar,  karlar, lallar, korlar, bir sözlə min bir dərd-
bəlaya  düçar  olanlar  özlərini  qəbir  daşının  üstünə  atır,  dua  edə-edə,  ağlaya-
ağlaya  Bibidən,  daş  məqbərədən  dərdlərinə  çarə,  azarlarına  şəfa  diləyirdilər. 
Mollanümalar arada hərlənib, dua oxuyur, haqq alırdılar. 
Orucluq və qurban bayramında, Məhəmməd peyğəmbərin ad günündə 
məsciddə tərpənmək olmurdu. Qış aylarında, yağışda, qarda məscidə gələnlərin 
sayı  azalırdı.  Məhərrəmlikdə  isə  bu  aralar  məhşər  ayağına  dönərdi.  Baş 
yaranlar  və  sinəzənlər,  nöhə  oxuya-oxuya  zəncir  vuranlar,  canlarına  qəsd 
edənlər... 
Məktəblər.  1850-ci  ildə  hökumət  müsəlman  uşaqları  üçün  ibtidai 
məktəb  açır,  üç  müəllim  təyin  olunur,  əlli  şagird  qəbul  edilir.  Rus  dili 
müəlliminə  dövlət  xəzinəsindən  maaş  verilirdi,  iki  müsəlman  müəllimini  isə 
camaat özü dolandırırdı. Yerli  camaat təhsilə fikir vermir, hər kəs övladına öz 
sənətini öyrədirdi. 
1872-ci ildə altıillik şəhər məktəbləri təsis edilir. Təhsil haqqını maarif 
müfəttişi  valideynlərin  maddi  vəziyyətinə  görə  təyin  edirdi.  Dörd  sinfi  əla 
qurtaranlara  gimnaziya  və  ya  da  realnı  məktəblərinin  birinci  sinfinə  daxil 
olmaq hüququ verilirdi. 
Neft  sənayesi  inkişaf  etdikcə,  şəhər  böyüdükcə  təhsilə  diqqət  artırdı. 
Artıq 1890-cı illərdə Bakıda  məktəblərin sayı 40-dan çox, şagirdlərin miqdarı 
isə xeyli çoxalmışdı. 
Xaçpərəst  qızları  üçün  «Marinski»  gimnaziyasını  və  «Müqəddəs 
Nina» məktəbini təsis edirlər. 1891-ci ildə iki rus-tatar məktəbi, bir ildən sonra 
isə üçüncüsünü açırlar. 
1892-ci  ildə  bələdiyyə  idarəsi  qərar  çıxarır  ki,  şərabxanalar,  çaxır 
satan dükanlar məbədlərdən - kilsə, məscid və məktəb binalarından - 130 metr 
uzaqlıqda olmalıdır. 
Şəhərdə  cəmiyyəti-xeyriyyənin bir neçə      məktəbi vardı.  Bələdiyyə 
idarəsi  ilə  üzbəüz  binada  yerləşək  «Müqəddəs  Nina»  qız  məktəbini  rus 
cəmiyyəti-xeyriyyəsi açmışdı. Bu məktəbdə qızlara orta təhsillə  yanaşı  müasir 
elm və mədəniyyətdən də məlumat verirdilər. 
Qocaman  yazıçı  Əbülqasım  Hüseynzadə  nəql  edir  ki,  o  zaman 
hökumət  məktəblərində  şagird  qəbulu  məhdud  idi.  Buna  görə  də  «Cəmiyyəti-
xeyriyyə»  oğlanlar  üçün  birinci  dəfə  «Səadət»  məktəbini  açdı.  İrandan  Mirzə 
Ələkbər  xan  adında  bir  şəxs  müdir  dəvət  edildi.  O,  Fransada  Sorbon 
universitetini bitirmişdi. Fransız, fars, ərəb və türk dillərini mükəmməl bilirdi. 
Müasir elm və mədəniyyətdən xəbərdar idi. 
İki-üç  ildən  sonra  «Səadət»  məktəbini  başqa  yerə  köçməyə  vadar 
etdilər. 


101 
 
Yeni binada alt-üst mərtəbələrdə iyirmiyə qədər otaq vardı. İldə səkkiz 
yüz  manat  kirayə  verirdilər.  Buraya  savadlı  müəllimləri  dəvət  etmişdilər: 
Əlibəy  Hüseynzadə,  qarabağlı  Fərhad  Ağazadə,  Terequlov  qardaşları,  Əli  və 
Hənifə,  Hacıbəyov  qardaşları,  Üzeyir  və  Ceyhun,  qubalı  Musa  Rza  Əsgərli, 
Mikayıl  Müşfiqin  atası  Mirzə  Qədir  İsmayılzadə.  Bəhrambəy  Axundov  isə 
məktəbin həkimi idi. 
Nəğmə dərslərini Üzeyir Hacıbəyov aparırdı. 
Cəhalət  nəticəsində  xalqın  əsrdən  geri  qaldığını  ifadə  edən  şərqilər, 
qəmgin musiqi təranələri ətrafa yayılırdı: 
 
Millətin halı nə yaman olmuş,  
Hamının qəlbi qəmilə dolmuş,  
Bir belə cəhalət olmaz, olmaz...  
Bir belə cəfalət olmaz, olmaz... 
 
Yoldan ötənlər ayaq saxlayıb nəğmələri dinləyirdilər. 
«Səadət»in şagirdləri birinci sinifdən kitel geyərdilər. Düymələri sarı, 
hər  qolda  bir  düymə,  bir  də  mavi  zolaq,  papağın  ortasında  nişan,  üstündə  isə 
məktəbin adı yazılardı. 
«Səadət»dən  sonra  Çəmbərə  kəndində  «Səfa»  məktəbi  üçün  bina 
tikdilər.  Burada  kiçik  yaşlı  uşaqlar  səs-səsə  verib  sabirin  məktəb  şərqisini 
oxuyurdular: 
 
Məktəb, məktəb, nə dilguşəsən.  
Cənnət, cənnət desəm cəzasan.  
Şadam, şadam təfəründən  
Əlan, əlan gözəl binasan. 
 
İranlılar Sabunçuda «Təməddün», şəhərdə «İttihad» məktəblərini təsis 
etdilər. «İttihad» məktəbi Çəmbərə kəndində idi. Burada şagirdlərin xoş avazla 
oxuduğu: 
 
 
Ey taci sərim, xoşbəxt pədərim,  
Həsrət oduna yanır ciyərim.  
Saç bir dəm atəşə ab,  
Elmdən eylə bizi sirab.  
Qandır ki, məktəb darilamandır,  
Təhsili elm, cism üçün candır.  
Bizə imdad et, məktəb abad et,  
Bizi bir dəm şad et... 


102 
 
 
şərqisini tez-tez eşitmək olardı. 
«İttihad»da şagirdlər dik, yaşıl boyunluqlu, qollarında yaşıl zolaq olan 
mahud  kitel  və  eyni  parçadan  şalvar  geyərdilər;  qışda  dəri  papaq,  başqa 
vaxtlarda isə drabi
*
 papaq qoyardılar; papaqlarının qabaq tərəfində günəş və şir 
nişanı, bir də «mədrəseyi ittihad» sözləri həkk edilmiş metal gerb olardı. 
Gimnaziya  şagirdləri  dördüncü  sinfə  qədər  boz  rəngdə  mahuddan 
şalvar,  kitel  geyərdilər,  düymələri  gümüşü  idi.  Beşinci  sinifdən  isə  yaxalı 
pencək,  iri  gümüşü  düymələr,  qollarında  iki  balaca  düymə,  ağ  zolaqlı  mahud 
şapka,  qabağında  gümüşü  gerb.  Axırıncı  sinifdə  qara  kostyum,  ağ  köynək 
geyməyə  və  qara  qalstuk  bağlamağa  icazə  verilirdi.  Gimnaziyada  humanitar 
elmlərə  -  tarix,  latın,  yunan  və  fransız  dili  dərslərinə  xüsusi  fikir  verirdilər. 
Tələbələr universitetə qəbul olmağa hazırlaşırdılar. 
«Realnı»  məktəbin  geyim  forması:  dördüncü  sinfə  qədər  qara 
mahuddan şalvar və gimnastyorka, düymələri qızılı, beşinci sinifdən mahuddan 
qara  şalvar,  qara  kitel,  qollarında  iki  qızılı  rəngli  düymə,  sarı  zolaqlı  qara 
şapka, qabaq tərəfdə gerb... 
Realnı  məktəblərdə  riyaziyyat,  fizika,  mexanika,  ümumiyyətlə  dəqiq 
elmlərə çox fikir verirdilər, ali texniki,  texnoloji institutlara tələbə hazırlanırdı. 
«Kamerçeski»  məktəbinin  şagirdləri  isə  qara  diaqanaldan  düymələri 
qızılı  rəngdə  olan  forma  geyirdilər.  Burada  ticarət,  maliyyə,  iqtisadi  ali 
məktəblər üçün tələbə hazırlanırdı. 
1881-ci ildə Bakıda dənizçilik məktəbi təsis edilir; bu da gündən-günə 
dənizçiliyə artan ehtiyacdan irəli gəlirdi. 
Rus-tatar məktəblərinin geyim forması daha sadə idi. 
Şagirdlər  bellərinə  enli  toqqa  bağlayırdılar,  qabaq  tərəfdə  üç  barmaq 
enliyində  metal  bağlayıcı,  üstündə  müvafiq  məktəbin  nişanı  və  yazısı  həkk 
edilirdi. Ayaqqabısı tərtəmiz olmayanı məktəbə buraxmırdılar. 
«Səadət» məktəbinin mühasibi nəql edirdi ki, bir dəfə Novruz  qabağı   
kirayə    pulunu    vermək  üçün  mülk  sahibinin  evinə  getdik.  Bizi  hörmətlə, 
mehribanlıqla  qarşıladı.  Qoca  kişi  idi.  Çay  gətizdirdi.  Təsərrüfat  müdiri  800 
manatı ona təqdim etdi.  Pulu  alıb qoydu divanın üstünə. Bir az ordan-burdan 
söhbət  etdik,  getməyə  hazırlaşanda  təsərrüfat  müdiri  Novruz  bayramı 
münasibətilə  məktəbdə  konsert  veriləcəyini  və  şənlik  məclisi  keçiriləcəyini 
qocaya  xəbər  verdi.  Və  onu  bu  məclisə  dəvət  etdi.  Qoca  kişi  üç  dəfə  əllərini 
bir-birinə vurdu. Qəşəng, bir qız gəldi. Qoca kişi ona nə isə dedi, qız gedib, tez 
də qayıtdı və kişiyə bir beş-yüzlük əskinas verdi. Qoca pulu təsərrüfat müdirinə 
uzatdı  və  dedi:  «Bu  pulla  şagirdlərə  Novruz  bayramı  hədiyyəsi,  pal-paltar, 
dəftər-kitab  alarsız.  Pis  çıxmamaq  üçün  siz  gətirən  puldan  vermədim,  
                                                           
*
 Karton üstünə parça çəkilmiş papaq. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə