Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   43   44   45   46   47   48   49   50   ...   110

96 
 
kapitalistlərin, güclülərin, qolu zorbaların zülmü altında əzilirdilər. Qoçu aldığı 
tapançanı  yoxlamaq  üçün  yoldan  keçən  yazıq  iranlını  nişan  alıb  öldürürdü, 
sorğu-sual edən də olmurdu. Bakının «həmşəri palanı» (Şors küçəsinin yuxarı 
başı)  adlanan  məhəlləsində  ancaq  kasıb  iranlılar  yaşayırdı.  Oradan  o  yana 
zibillik,  çöl-biyaban  idi.  Taxtadan,  ağac  parçalarından,  paslı  dəmirdən 
quraşdırılmış alçaq, rütubətli daxmalar, qaranlıq zirzəmilər məskənləri idi; beş-
altı adam bir daxmada, bir zirzəmidə  yaşayırdı. Ətraf çirkab, üfunətli.  Axşam 
düşəndə  Kamenisti  (Şors)  küçəsi  ilə  üzüyuxarı  hambalların,  fəhlələrin  axını 
başlayırdı, özləri də mazutlu, palçıqlı, cır-cındır içində. Gündə on iki saat ağır 
iş...  Yarıtox,  yarıac...  Qürbətdə  qaldıqları  müddəti  yırtdıqları  mitilin  sayı  ilə 
hesablayırdılar: üç mitil, beş mitil, yeddi mitil... 
Elə  ki,  xəzri  başlayırdı,  «həmşəri  palanı»nda  toz  əlindən  göz-gözü 
görmürdü;  yağışda  daxmaları,  zirzəmiləri  su  basırdı...  Yoxsullar  yaşayan 
küçələrdə, həyət-bacada palçıq dizə çıxırdı. 
Yağışlar zamanı sel dağlıq məhəllələrindəki zir-zibil və palçığı gətirib 
tökürdü şəhərin bazar küçəsinə, Quba (indiki Füzuli) meydanına... 
İranlı  fəhlə  özünü  yandıran  günün  axşamı  (onsuz  da  gündə  bir  neçə 
fəhlə mədəndə, quyularda, zavodda tələf olur, ya da qoçu gülləsilə ölürdü) Hacı 
Zeynalabdin Tağıyev şahın şərəfinə verdiyi böyük ziyafətdə giley-güzar edir ki, 
mən müsəlman olduğum halda bəs niyə mənim yox, gedib erməni Tumanyanın 
evinə  düşdünüz.  Şah  cavab  verir  ki,  sən  müsəlman  olsan  da,  rus  təbəəsisən, 
Tumanyan isə mənim rəiyyətimdir. İran təbəəsidir, onun evi mənim evimdir. 
Milyonçulardan biri də Hacı Hacağa idi. Sandıq milyonçusu. Şəhərdə 
çoxlu  mehmanxanası,  karvansarası,  sərnişin  və  yük  daşıyan  gəmiləri  vardı. 
Deyirlər  ki,  Hacı  bir  dəfə  gəmiyə  qalxanda  matros  onu  tanımır,  biletsiz 
olduğunu  güman  edir,  itələyir,  Hacı  yıxılır.  Hacağanın  oğlu  və  kürəkəni 
matrosu  döymək  istəyəndə,  Hacı  cəld  ayağa  qalxıb  onları  qoymur:  «Lazım 
deyil! Gərək deyil! İş düşər polisə, bizi cərimə edərlər. Mənə heç nə olmayıb, 
bir balaca toza batdım, onu də çırpdım, qurtardı getdi». 
Hacı Peterburqa gedir, çoxlu mal alır. Ancaq limanda deyirlər ki, daha 
yük qəbul etmirik, malları ancaq yazda, altı aydan sonra götürəcəyik. Əzü nəql 
edirmiş  ki,  o  qədər  yükün  yarım  il  anbardaqalma  xərci  neçə  min  manat 
edəcəyini fikirləşəndə az qaldım dəli olam, baş soxmadığım idarə qalmadı, heç 
nə  eləyə  bilmədim.  Əlim  hər  yerdən  üzüldü,  başladım  Fitilbörk  küçələrində 
hərlənməyə. İri bir kilsənin qabağına çatanda yorulub oturdum. Bir qoca mənə 
yaxınlaşıb  dedi  ki,  arxanı  çarın  sarayına  tərəf  çevirib  oturma,  buraya  tez-tez 
durbinlə baxırlar, acıqlarına gələr. 
Ehtiyatsızlıq edirsən,  gəlib səni tutarlar,  məni də qulluqdan qovarlar, 
bir  tikə  çörəyim  var,  o  da  əlimdən  çıxar.  Durdum  ayağa,  başladım  mərmər 
qəbirlərin  arasında  hərlənməyə;  qoca    kişidən    xəbər    aldım  ki,  bu  qəbirlər 
kimindir.  Cavab  verdi  ki,  imperatorların,  onların  arvadlarının,  böyük 


97 
 
knyazların,  generalların  qəbirləridir.  Bir  qəbrin    yanında    oturub    başladım 
ağlamağa. Ürəyim dolu idi, az qalırdı partlasın. Heç yarım saat keçməmişdi ki, 
bir də gördüm iki  əfsər  mənə yaxınlaşıb dedilər ki, dur düş qabağımıza  gedək 
bizimlə.  Düşdüm  qabaqlarına.        Məni  gətirdilər  padşahın  evinə.  Mərmər 
pillələrlə qaldırdılar, bir neçə bəzəkli otaq keçdim. Orta yaşlı hərbçi bir arvadla 
pəncərədən  bayıra  baxırdılar.  Ayaq  səsinə  döndülər,  kişi  əlindəki  durbini 
arvada  verdi,  mənə  tərəf  gəldi.  O  saat  tanıdım  ki,  Nikolay  padşahdır.  Təzim 
etdim. Soruşdu ki, kimsən, nə üçün gəlmisən. Arvad da gəldi yanımıza. Dedim 
ki, Bakıdan gəlmişəm. Tacir   babayam. Xəbər aldı  ki,  o  qəbirlərin yanında 
niyə  oturmuşdun,  niyə  ağlayırdın.    Birtəhər  başa  saldım  ki,  bizim  dinimizdə 
padşah  yer  üzünün  allahıdır.  Onlara  ağlamaq,  ruhlarına  dua  eləmək  savabdır, 
bizim  borcumuzdur.  Dediklərimi      arvada  firəng  dilində  başa  saldı.  Üz-
gözündən anladım  ki, sözlərim onun da, padşahın da xoşuna gəlib. Xəbər aldı 
ki,  indi  burda  neyləyirsən.  Dedim  çoxlu  mal  almışam,  amma  limanda  yük 
götürmürlər. O,  qapıdakı zabitə nə tapşırdısa, zabit dəftərçəsini çıxardıb yazdı; 
sonra məni qaldığım mehmanxanaya apardı  və tapşırdı ki, səhər saat doqquzda 
hazır ol,  gəlib səni aparacağam. Sübh  tezdən qalxıb namaz qıldım, bir stəkan 
qəhvə  içib,  başladım  gözləməyə.  Zabit  gəlib  çıxdı,  məni  faytona  mindirib 
böyük  bir  imarətə  apardı.  Qapıda  qılınclı-tapançalı  zabitlər  o  saat  təzim 
elədilər,  qapını  taybatay  açdılar.  Yenə  böyük  bir  otağa  girdik.    Haçasaqqal,   
uzunbığ, ahıl bir hərbçi ayağa qalxıb mənə sarı gəldi, aparıb yumşaq stulda yer 
göstərib, oturtdu. Dilmancı çağırdılar. Hər şeyi dedim, yazdılar. Mənə iki zabit 
qoşub  göndərdilər  limana.  O  saat  kağızları  yazıb  verdilər,  malları  götürdülər. 
Bakıya çatanda, gördüm ki, yüklər məndən tez gəlib, daşıyıblar anbarlara... 
Neçə  il  sonra  Hacı  Hacağanı  Peterburqa  dəvət  edirlər.  Vağzala 
düşəndə  iki  zabit  gəlib  onu  qarşılayır,    kareta  dayanan  yerə  aparırlar.  Hacı 
Hacağa  xəbər alır ki, bu araba kimindir. Başa salırlar ki, bu karetanı çar sənə 
özü göndərib ki, oturasan. Hacı Hacağa Xorasan kürgünü çiyninə salır və deyir: 
«Gedək,  rəiyyət  padşah  arabasına  oturmaz,  padşahın  arabası  qabaqda  gedər, 
rəiyyət də onun dalınca piyada... Bunun özü böyük şərəf, böyük fərəhdir...». 
Bakıdakı  «Metropol»  mehmanxanasını  hərraca  qoyurdular.  Hərracın 
Tiflisdə olacağı xəbər verilirdi, Hacı Hacağa gedir ora. Bədxahlar onu ələ salıb 
soruşurlar  ki,  Hacı,  burda  nə  gəzirsən?  Sən  yumşaq  rezin  çarxlı  faytona  bir 
abbası  verib  minmirsən  ki,  bahadır,  üç  şahılıq  dəmir  təkərli,  köhnə  faytonda 
gedirsən.  Hərracda  əlli-altmış  min  manat  söhbəti  olacaq.  «Tamaşaya 
gəlmişəm» deyir. Hərracda mehmanxanaya əlli min manat qiymət elan edilir və 
yavaş-yavaş  qalxır  altmış  min  manata:  Hacı  Hacağa  qışqırır:  «Yetmiş  min!». 
Ehtiraslar  təzədən  soşur.  Qiymət  qalxır  doxsan  min  manata.  İkinci  zəng 
çalınanda  Hacı  Hacağa  qışqırır:  «Doxsan  doqquz  min  manat!»  Çaxnaşma 
düşür. Mehmanxananı Hacı alır. Küçədə bədxahlar soruşur ki: «Hacı, bu qədər 
pul  hardan?»  Cavab  verir  ki,  «Faytonlara  vermədiyim  şahılardan!»  Başqası 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə