Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   50   51   52   53   54   55   56   57   ...   110

111 
 
illərində  Hadi  mətbuatda,  bolşevik  qəzetlərində  çıxış  edir.  O,  bolşevik 
«Təkamül» qəzetində hürriyyətə şerlər həsr edir: 
 
Azadə gərək şəxs, süxən, fikr ilə xamə,  
Hər kəs gələ hürriyyət ilə şövqə, xuramə.  
Ta kim ola insan qədəməndaz məramə... 
 
«Yoldaş» qəzetində çap edilmiş başqa bir şerində deyir: 
 
Minlərlə binəva quru yerlərdə can verir,  
Beş-on ləin naili dəryayi nemətin....  
Hər kəs gərək bərabər ola, hər hüquqda,  
Ehsanidir bu örz bizə dəst-qüdrətin... 
 
Digər şerində isə: 
Qaldıq əlində bir sürü ərbabı vəhşətin, 
Olduq əsiri pencəyi-qəhri-müsibətin,  
Hər səmtdən atılmadadır tiri-cangüdaz,  
Yoxdur önün alan bu xədənki-fəlakətin. 
 
Hadi  köçüb  Həştərxana  gedir,  orda  qəzet  mühərriri  olur,  ümidləri 
orada da boşa çıxır, yenə Bakıya qayıdır. 
Türkiyədə  Soltan  Əbdülhəmidi  taxtdan  salırlar.  «Gənc  türklər» 
hakimiyyət  başına  keçir.  Çarizmin  irticasından  xilas  olmaq  arzusilə 
Məhəmməd  Hadi  1910-cu  ilin  əvvəlində  İstambula  gedir.  «Tənin»  qəzetində 
şərq dilləri tərcüməçisi işləməyə başlayır. «Rübab», «Şahübal», «Mahitab» və 
«Hilal»  qəzetlərində  əsərlərini  dərc  etdirir.  O  zaman  İstambulda  belə  bir 
vəzifədə  çalışmaq  və  o  cür  qəzetlərdə  əsər  dərc  etdirmək  o  qədər  də  asan 
deyildi. Müəllifdən dərin  məlumat, kamil bilik,  mükəmməl savad və iti qələm 
tələb  olunurdu.  Xəyalpərvər  şair  Türkiyədə  gördüklərindən  dəhşətə  gəlir. 
Axtardığı  mücərrəd  həqiqəti,  utopik  hürriyyəti  burada  da  tapa  bilmir...  Onun 
məqalələri  qaragüruhçuları  duyuq  salır.  Qadın  hüququ,  qadın  azadlığı  barədə 
yazdığı şerlər səs-küyə səbəb olur. 
Böyük  ümidlərlə  getdiyi  İstambulda  başına  olmazın  müsibətlər  gəlir. 
Yüksək  rütbə  sahibini  təhqir  etmək  üstündə  onu  həbsə  alırlar  və  Salonik 
şəhərinə  sürgün  edirlər.  Yunanlar  Hadinin  əlinin  incə  və  ağ  olmasından, 
nəzakət  və  rəftarından  onu  türk  casusu  hesab  edir,  öldürmək  istəyirlər.  Bir 
yunan  keşişi  onu  himayəsinə  alıb,  xilas  edir.  Salonikdə,  sürgündə  olanda  çox 
ağır  və  acı  həyat  keçirir.  Günlərlə  ac  qalır.  Sürgündən  qayıdandan  sonra 
İstambulda  qalmır,  vətənə  -  Bakıya  dönür.  Məğrur  şair  sarsılır,  ağır  iztirab, 
cismani  zəiflik,  ehtiyac  onu  üzür,  axırda  ruhi  xəstəliyə  tutulur.  Ruhi 


112 
 
xəstəxanada  yatır.  Müalicə  olunub  xəstəxanadan  çıxdığı  vaxt  Birinci  dünya 
müharibəsi  başlayır.  Məhəmməd  Hadi  Səlib  Əhmər  (qırmızı  xaç)  dəstəsilə 
cənub-qərb cəbhəsinə (könüllü) gedir. 
İmperialist  müharibəsinin dəhşətlərinin  canlı şahidi olur. Viran qalan 
mülkləri,  tar-mar  olan  kənd  və    şəhərləri,  doğma  ev-eşiyindən  sərgərdan 
düşmüş yüz minlərlə  fəqir-füqəranın, qoca, uşaq və qadınların fəlakətini, min 
bir xəstəliyə mübtəla olanları, insanların bir-birini qırmasını görür. Müharibəni 
lənətləyir.  «Meydani  hərb  xatirələrindən»  sərlövhəsi  altında  Bakıya  şerlər 
göndərir. Şair «Karpat lövhələri» silsiləsindən Lehistanın kənd və şəhərlərində 
gördüyü  şairanə  mənzərələri,  sadə  insanların  səmimiyyətini  ustalıqla  qələmə 
alır. «Hərb müsəlləs» şerində müharibə törədənləri qəzəblə ifşa edir: 
 
Dəryada hərb, yerdə də hərb, asimanda hərb,  
Ey aləmin ilahi, nədir bunca hərbü zərb.  
Dünyada hərb al yazılı bir kitabdır,  
Son bayrağında son sözü: «hökmi-limən qələb».  
Həp dalğalı dənizlərə bənzər həyatımız,  
Başdan-ayağa qan yeridir kainatımız. 
 
Böyük şair müharibə dəhşətlərini təsvir edərkən axırda heyrətlə yazır: 
 
Yağmırmı? Xeyr! Göyün odlar saçır yerə,  
Mövtün üqabi balü pər açmış səmalara.  
Buldum bir ad bu torpağa-səyyarə məqbərə,  
Səyyarə məqbərin dönüyor indi məhşərə... 
 
Məhəmməd  Hadi  1918-ci  ildə  cəbhədən  Gəncəyə  qayıdır,  baş  verən 
dəyişiklikləri  görür,  əsrdən  geri,  hadisələrdən  kənarda  qaldığımızı  kədərlə 
yazır: 
 
İmzasını  qoymuş  miləl  evraqi-həyatə,  
Yox  millətimin xətti bu imzalar içində. 
 
O, müsəlman alayına imam təyin edilir. Görənlər nəql edirdi ki, Hadi 
əynində çərkəzi çuxa, belində şəmşir, papağının dövrəsində nazik sarğı, yəhərli 
atın üstündə uzaqdan nəzərə çarpırdı. 
...Həmin  ilin  payızında  Hadi  Bakıya  gəlir,  ədəbi  fəaliyyətə  başlayır, 
qəzet  və  məcmuələrdə  məqalə  və  şerlər  dərc  etdirir.  Şerlərində  Vətəndən  ayrı 
düşəndən sonra sanki Azərbaycanı bağrına basıb, oxşayır, əzizləyir: 
 
Ey Vətən, ey  beşik həyatım üçün.  


113 
 
Yenə sən aç qucaq məmatım üçün.  
Mədfənim səndə, məqbərim səndə,  
Ölməyim səndə, son yerim səndə.  
Səndə pək çox təbii sərvət var,  
Bizdə də bilik yox, cəhalət var.  
Cəhlimiz çox, kəmalimiz yoxdur. 
Uçmağa şahbalımız yoxdur.  
Seyr üçün asimani ürfani  
Görməyə kainat rəhmani,  
Pərubalu kəmal lazımdır... 
 
Məhəmməd  Hadi  get-gedə  bədbinləşir,  mühit  ona  daha  da  yadlaşır. 
Ümidini  hər  şeydən  üzür.  Şerlərini  gah  Səməd  Mənsurun  «Turan»,  gah  Hacı 
Zeynalabdin  Tağıyevin  «Kaspi»,  arabir  Qafur  Rəşadın  «Məktəb»,  ya  da  ki, 
Orucov qardaşlarının «Elektrik» mətbəələrində mürəttib və fəhlələrin köməyilə 
uzun vərəqələrdə dərc edib, küçələrə düşüb biri iki şahıdan, bir abbasıdan satıb 
ruzu pulu qazanır, heç kəsə boyun əymir. 
Müəllim  Əliməmməd  Mustafayev  nəql  edirdi  ki,  Hadi  artıq  taqətdən 
düşmüşdü,  əynində  nimdaş  çuxa,  qara  şalvar,  ayaqlarında  köhnə  çəkmə 
gəzərdi.  On  doqquzuncu  ildə  Nikolayevski  (Kommunist)  küçəsində 
durmuşduq.  Bu  vaxt  bizdən  aralı  bir  maşın  dayandı.  Avtomobildən  Müsavat 
hökumətinin  baş  naziri  düşdü,  şairə  yaxınlaşıb  salam  verdi  və  dedi:  «Hadi 
əfəndi, xahiş edirəm, buyurun maşına, bərabər gedək. Siz bizə lazımsız». Şair 
onu dərin, mənalı tərzdə süzüb, məğrur bir səslə dedi: «Gedin! Şairinki nazirlə 
tutmaz!» 
Əliməmməd  Mustafayev  başqa  bir  əhvalat  da  danışırdı:  «On 
doqquzuncu  ildə,  Novruz  bayramı  münasibətilə  qadınları  təbrik  etmək  üçün 
təntənəli, böyük bir yığıncaq düzəldirlər. Bütün ziyalılar - müəllimlər, artistlər, 
musiqiçilər,  şair  və  yazıçılar  iştirak  edəcəkdi.  Qocaman  maarif  xadimi 
Əlicabbar  Orucəliyevlə  mən  «İsmailiyyə»nin  qabağında  Məhəmməd  Hadiyə 
rast  gəldik.  Əlicabbar  şairi  məclisə  dəvət  etdi:  «Hadi  əfəndi,  sabah,  qadınlara 
həsr  ediləcək  yığıncağımız  olacaq.  Bədəlbəy  məktəbində.  Xahiş  edirik  təşrif 
gətirin».  Hadi  soruşdu:  «Üstünüzdə  kağız-qələm  varmı?»  Əlicabbar  kağız-
qələm  verdi.  Kağıza  bir  beyt  yazıb  Orucəliyevə  qaytardı:  «Əlicabbar,  bu  şeri, 
qadınlar məclisində mənim adımdan oxuyarsan» dedi. Beyt belə idi: 
 
Üzünə, haqqına çəkir pərdə  
Olmuş ikən südünlə pərvərdə. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə