Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   24   25   26   27   28   29   30   31   ...   110

58 
 
Böyük humanist şair axırda bütün ümidini gələcəyə bağlayır ki, fəhlə, 
füqəra yalnız gələcəkdə nicat tapıb, ağ günə çıxacaq. 
Neft 
emal 
edən 
zavodlardakı  fəhlələrin  işi  qazmaçı  və 
dartayçılarınkından  heç  də  asan  deyildi.  Tez-tez  yanğınlar  baş  verir,  çənlər 
partlayır, fəhlələr şikəst olur, ölürdülər... 
Mədən və zavodlarda tez-tez baş verən yanğınlar çoxlu tələfata səbəb 
olurdu. Neftə bulanmış ağac vışkalar, buruq ətrafındakı anbarlar və gölməçələr, 
Üfunətli  çalalar  ətrafda  cəhənnəm  mənzərəsi  əmələ  gətirirdi.  Yanğınlar  uzun 
sürürdü.  Çünki  qarşısını  almaq  üçün  əməlli  vasitə  yox  idi.  Xəzri  taxta 
parçalarını  ətrafa  səpələyirdi,  yanğın  düşür,  alov  buruqlara  keçir  və  hər  tərəfə 
yayılırdı. 1903-cü ildə Sabunçuda, cənub mədənində baş vermiş yanğından 130 
buruq yanıb külə dönür. Belə vaxtlarda mədənlər qatı tüstü arxasında görünməz 
olurdu. 
Bibiheybətdə 1903-cü ildə güclü fontan vuran bir buruqda yanğın baş 
verir  və  bir  neçə  həftə  uzanır.  Bunun  da  səbəbi  qonşu  buruqlardan  birində 
jelonkanın düşüb  yanması olur. Alov  ətrafdakı buruq  və anbarlara yayılır, od-
alov  sel  təki  axıb,  qabağına  çıxan  hər  şeyi  alışdırıb  külə  döndərir.  Bu  yanğın 
nəticəsində onlarca buruq, bir neçə kontor binası yanır. Sentyabrın doqquzunda 
başlayan yanğını oktyabrın 10-da zorla söndürə bilirlər. 
O  vaxtlar  «Neftyanoe  delo»  jurnalında  yazmışdılar  ki,  1900-1910-cu 
on  il  ərzində  Bakı  mədənlərində  314  yanğın  baş  verib.  1503  buruq  və  çoxlu 
bina yanıbdır. Orta hesabla ildə 31, ayda 3 yanğın baş verib... 
Bibiheybətdə başqa bir yanğın o qədər güclü imiş ki, alovun şəfəqləri 
90 kilometr uzaqlıqda yerləşək Mərəzə kəndindən görünürmüş. Deyilənə görə, 
Şaban adında bir usta  külli miqdarda pulla işi podrate  götürür, tonlarla zəncir 
alır,  əlaltıları ilə  furqonlara  yükləyib,  yanğın olan buruğa  daşıtdırır; zəncirləri 
tədricən quyuya doldurur və yavaş-yavaş od-alovu söndürür. 
Neft təmizləyən və emal edən  zavodlar,    kükürd turşusu, mis əridən, 
çuqun  istehsal  edən  və  digər  (yüzdən  çox)  zavodlar  Qaraşəhər  və  Ağşəhərdə 
yerləşirdi. Küçələr boyu borular uzanırdı. Gecə-gündüz göydən his yağırdı, hər 
şey  qara  rəngə  boyanmışdı.  Hava    da  zəhərli  idi.  hər  şey,  hətta  quşlar,  itlər, 
pişiklər  belə  qapqara  olardı.  Bu  arada  tez-tez  yanğınlar  baş  verər,  iri  çənlər 
partlar, evlər, kazarma, barak, emalatxana zə zavodlar külə dönərdi. Fəhlələrin 
əksəriyyəti  vərəm  və  təngnəfəslik  azarına  tutular,  tez  qocalardılar.  Çoxları 
həmişəlik əlil olardı. 
Mədənlərdə tez-tez baş  verən güclü  fontan zamanı bekar  fəhlələri işə 
cəlb  edən  xüsusi          podratçılar  dəstəsi  vardı.  Fəhlə    aldığı    halal      əmək 
haqqının  iyirmi  faizini    podratçıya  verməli  idi,  əks  təqdirdə  onu  işə  yaxın 
qoymurdular.  Podratçı  öz  növbəsində  sahibkarı  aldadıb  işə  cəlb  edilən 
fəhlələrin  sayını  çoxaldır,  artıq  pul  alır  və  tez  bir  zamanda  dövlətlənirdi. 
Podratçı tikdirdiyi kazarmaları fəhlələrinə kirayə verirdi; onları vadar edirdi ki, 


59 
 
ərzağı  onun  dükanından  alsınlar.        Çox  vaxt    malları  nisyə  verir  fəhlənin 
maaşından sələm də tuturdu. 
Fontan baş verəndə, iş o qədər gərgin, ağır və çətin olurdu ki, bir neçə 
fəhlə ölür, şikəst  olurdu. Yuxarıda qeyd edildiyi kimi belə qorxulu işə girişən, 
özünü ölümün pəncəsinə atanların  əksəriyyəti iranlılar olardı; Vətəndəki  xəstə 
ata-analarına,  çılpaq,  ac-yalavac  qardaş-bacılarına,  arvad-uşaqlarına  bir  loxma 
çörək qazanmaq üçün onlar işgəncəyə, təhqirə dözürdülər. 
Fəhlələr  heç  bir  rahatlığı  olmayan  darısqal  baraklarda  yaşayırdılar. 
Barakın hündürlüyü iki arşındı, qalxanda başın tavana dəyirdi, qapısı, xırda bir 
«pəncərə»si  vardı.  Uzunluğu  beş,  eni  isə  iki  arşın  olan  torpaq  döşəməli, 
rütubətli  daxmada  yeddi  adam  yaşayırdı;  yonulmamış  taxtadan  düzəldilmiş 
taxtlar torpaqdan yarım arşın hündür olardı. 
Fəhlələrin yaşadıqları kazarmalar dustaqxana kimi bir yer idi; damlar 
dəlik-deşik,  yağış  içəri  damırdı;  çox  vaxt  balaca  pəncərələrin  şüşəsi  olmazdı, 
olanları  da  yarımsınıq;  bina  sahibi  icarə  pulunu  alan  kimi  yoxa  çıxar,  iki-üç 
ildən  sonra  yeni  müqavilə  bağlamaq  üçün  gələrdi.  Podratçı  isə  binanı  təmir 
etməyə  borclu  deyildi,  «otaqlara»  mümkün  qədər  çox  fəhlə  yerləşdirərdilər. 
Yüz  adam  yerləşə  biləcək  kazarmaya  yüz  əlli  nəfəri  salardı,  daha  çox  kirayə 
alardı,  söz  düşəndə  misal  gətirərdilər  ki,  darısqallığın  eybi  yoxdur.  Təki  bir-
birinizlə  mehriban  olun.  Divarlardan  asılan  paltarlardan,  patava  və 
ayaqqabılardan,  ümumiyyətlə  bütün  binadan  ürək  bulandıran  üfunət  qalxırdı. 
Buna yaşamaq demək olmazdı. 
«Otaqlarda»  balaca  çıraq  yanardı,  tüstüsü  işığından  çox  olardı,  göz-
gözü görmürdü. Ağ neft nəhr kimi axıb daşan, bütün aləmə işıq və istilik verən 
belə  bir  şəhərdə  toranlıq,  zülmət,  acınacaqlı  güzəran  hökm  sürürdü.  Rotşildin 
əzəmətli binası qarşısında axşam düşməmişdən səhər açılana qədər yanan qaz 
fanarının bir  gecədə ətrafa  saçdığı işığı on  kazarmadakı bütün qaraçıraqlar bir 
ildə saçmırdı. 
Meyxanaları,  adətən,  kazarmalara  yaxın  yerdə  açırdılar:  ac,  yorğun, 
canından  bezar  fəhlələr  axşamlar  dərdi-səri  unutmaq  üçün  özlərini  verirdilər 
meyxanaya, çox keçmirdi ki, yumruq davası başlayırdı. Ayrı-ayrı millətlərdən 
olan fəhlələrin arasında qəsdən ögey-doğmalıq yaradıb, nifaq salırdılar. 
Sahibkarlar,  mədən  müdirləri,  baş  mühəndis  və  sıravi  mühəndislərin 
əksəriyyəti  fəhlələrlə  kobud  rəftar  edər,  söyər,  şallağı,  qırmancı,  çox  vaxt 
yumruqlarını  işə  salardılar;  zülm  ərşə  qalxırdı.  Xüsusi  qoçu  saxlayırdılar  ki, 
fəhlələrə divan tutsun, başlarını qaldırmasınlar. 
İnqilabi  mübarizənin  qızğın  çağlarında,  fəhlələr  zalım  müdir  və 
mühəndisləri  mədəndən  qovurdular;  onlar  özləri  də  əvvəlki  havadan 
düşmüşdülər, səslərini qorxudan ucalda, əl-qol aça bilmirdilər, tək hərlənməyə 
sürət  etmirdilər.  Fəhlələrin  səbr  kasası  dolub-daşırdı.  Azca  yolundan  azan 
müdiri, mühəndisi, qulluqçunu xərəyə qoyub əl-qolunu sarıyır, üstünə qara neft 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə