Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   19   20   21   22   23   24   25   26   ...   110

48 
 
Bütün  bu  növ  əyləncə  və  mərəkələr  bir  zamanlar  bürc  divarları 
qabağında,  o  aralar  hələ  boş  olanda,  realnı  məktəb,  qız  məktəbi  tikiləndən 
əvvəl, Qapan dibindən yuxarıda olardı. 
 Starıveş  -  köhnə  şeylər  və  işlənmiş  müxtəlif  şeylər  satanlarla 
Kömürçü  meydanı  dolu  olardı.  Kəlləpazlar  vardı  ki,  ancaq  qoyun  baş-
ayağından kəlləpaça bişirərdilər, müştərilər səhər tezdən özlərini verərdilər bu 
dükanlara. 
Həlimaşıçılar,  qışda  buğda  və  yağlı  qoyun  ətindən  həlim  aşı 
hazırlardılar.  Müştərilər  axşamdan  gətirib  qab  qoyar,  pulunu  da  qabaqcadan 
verərdilər; səhər tezdən gəlib aparardılar. 
Su  kəməri.  Bakı  əhalisi  su  sarıdan  çox  əziyyət  çəkirdi.  Bələdiyyə 
idarəsi    bunu  aradan  qaldırmaq  üçün  hələ  1880-ci  ildən  tədbirlər        görməyə 
başlamışdı.  (Bu  məsələdə  Hacı  Zeynalabdin  çox  fəal  çalışır  və  çox  da  pul 
xərcləyir). Əvvəl Bakı ətrafında su mənbəyi axtarılır, sonra Şamaxı  qəzasında 
kəşfiyyat  işləri  aparılır.  Bütün  səylər  boşa  çıxır.  1892-1898-ci  illərdə  Kür 
çayından  Bakıya  su  kəməri  çəkmək  layihəsi  hazırlanır,    lakin    bu  layihədə  
göstərilən  kəmər  çox baha başa gəldiyinə görə, bələdiyyə idarəsi bunu təsdiq 
etmir...  Əlacsız  qalıb  1893-cü  ildə  sahildə  dəniz  suyunu  təmizləyən  qurğu 
düzəldirlər.  Gündə  30.000  vedrə  su  təmizlənirdi.  Bu  da  əhalinin  ehtiyacını 
ödəyə bilmirdi. Beş ildən sonra ikinci su təmizləyən qurğu işə düşür. Bununla 
yanaşı  Kür  çayından  barjlarda  su  daşıyıb  vedrəsini  yarım  qəpiyə  satırdılar. 
Sonralar Volqa çayından barjlarla su daşımağa başladılar. Bu su, daha baha idi, 
vedrəsi  iki    qəpiyə.  Kasıblar  suya  olan  əsas  ehtiyaclarını  yalnız  həyətlərdəki 
quyulardan  ödəməyə  məcbur  idilər.  Bu  da  tez-tez  cürbəcür  xəstəliyə  səbəb 
olurdu.  Hökumət  vaxtaşırı  bu  quyulara  dərman  tökürdü,  bəzən  torpaqla 
doldururdu.  1899-cu  ildə  şəhərdə  suya  olan  tələbin  daha  da  artdığını  görüb 
Hacı  Zeynalabdin  Tağıyev  xarici  şirkətlə  25.000  manata  müqavilə  bağlayır. 
Avropanın  bir  neçə  şəhərinə  su  kəməri  çəkmiş  mühəndis  Vilyam  Lindleyi 
Frankfurt  Mayndan  gətizdirir  və  ona  çeşmə  axtarmağı  tapşırır.  Bələdiyyə 
idarəsinə  isə  deyir  ki,  su  tapılandan  sonra  pulumu  versəniz  yaxşı,  verməsəniz 
də eybi yoxdur. Lindley  Qubanın yaxınlığında,  Bakıdan  190  kilometr uzaqda 
quyu qazdırıb Şollar suyunun mənbəyini kəşf edir. Bələdiyyə idarəsində Quba 
ətrafında tapılmış su mənbəyinə şübhə ilə baxırlar, inanmırlar; kəmər çəkməyi 
rədd  etməyə  çalışırlar.  Tağıyev  şübhə  edənlərə  deyir  ki,  Şahdağ  öz  qarı  və 
buzlaqları ilə əbədi olduğu kimi, Şollar çeşməsinin suyu da əbədidir. 
Bu  söhbətlə  əlaqədar  maraqlı  bir  əhvalatı  xatırlatmaq  vacibdir. 
Bələdiyyə idarəsinin xüsusi işlər üzrə bir məmuru nəql edirmiş ki, məni Parisə 
göndərmişdilər. Bir axşam eşitdim ki, Hacı Zeynalabdin Tağıyev gəlib, «Luvr» 
mehmanxanasına düşüb. Səhər getdim «Luvr»a. Gördüm ki, Parisin bələdiyyə 
rəisi  Hacının  yanındadır,  söhbət  edirlər.  Dilmanc  da  yanlarında.  Hacı  məni 


49 
 
görəndə dedi ki, bu şəhərin su kəmərinə və qurğulara gedib baxacağam, sən də 
qoşul mənə. Razılaşdım. Bütün günü Parisi hərləndik. 
Bələdiyyə rəisi Raevski də su məsələsində hacının tərəfini saxlayır və 
var qüvvəsilə çalışırdı. Layihə və hazırlıq işləri ləng gedirdi. Qubernatorluq və 
şəhər  bələdiyyə  idarəsi  Peterburqdan,  hökumətdən  kömək  istəyir.  H.  Z. 
Tağıyev  işi  sürətləndirmək  üçün  Quş  Məmməd  Həsəni  Rayevski  ilə  bərabər 
paytaxta,  dövlət  palatasına  yollayır  ki,  Bakı  şəhəri  üçün  5  faizli  istiqraz 
buraxılışını  sürətləndirsin.  Çox  keçmir  ki,  1909-cu  ilin  axırlarında  qərar  çıxır 
ki, su kəməri inşası üçün şəhər bələdiyyə idarəsinə 27 milyon manat beş faizli 
istiqraz  buraxmağa  icazə  verilsin.  Bundan  sonra  layihə  təsdiq  edildi  və  su 
kəməri çəkmək sürətləndi. Hesaba görə kəmər şəhərə gündə üç milyon vedrə su 
verəcəkdi. Neftxudalar su kəmərinin çəkilməsi üçün çox pul vermişdilər. 
Nəhayət, 1916-cı ilin axırlarında Bakı -Şollar su kəməri hazır oldu və 
1917-ci  ilin  yanvarında  bu  iş  sona  çatdı.  Şəhər  camaatının  o  günkü  sevincini 
təsəvvür  etmək  çətin  idi.  Həmin  gün  çoxlu  qoyun,  dəvə,  öküz  qurban  kəsildi, 
məhəllələrdə ehsan məclisləri açıldı. Su fontanları işə düşdü, əhaliyə gündə üç 
dəfə - səhər, günorta və axşamüstü su verildi. 
 
NEFT SƏNAYESİNİN  İNKİŞAFI 
 
1825-ci  ildə  Abşeron  yarımadasında  beş  yerdə  -  Balaxanı,  Sabunçu, 
Binəqədi, Bibiheybət və Şubanıda əl quyularından neft çıxarılırdı. Az miqdarda 
Pirallahı  (Artyom)  adasında  əl  ilə  işləyən  dayaz  neft  quyuları  qazmağa 
başladılar. 
1848-ci  ildə  rus  mühəndisi  Semyonov  Azərbaycan  torpağında 
dünyada  ilk  neft  quyusu  qazmışdı  (ABŞ-dan  11  il  əvvəl).  1863-cü  ildə  isə 
Pirallahı  adasında  mexaniki  üsulla  quyu  qazmağa  cəhd  edirlərsə  də,  nəticəsiz 
qalır.  1869-cu  ildə  usta  Allahyar  Balaxanıda  təzə  üsulla  quyu  qazanda  on-on 
beş metr dərinlikdə yerin altında şiddətli gurultu, səs-küy qopduğundan, usta və 
fəhlələr  bərk  qorxuya  düşüb  cəld  quyunu  doldururlar.  Yalnız  üç  ildən  sonra 
1871-ci  ildə  Balaxanıda  texniki  üsulla  quyu  qaza  bilirlər.  Bu  quyu  gündə 
45.000 pud (700 ton) neft verir. 
1863-cü  ildə  Cavad  adlı  sahibkar  Suraxanıda  ağ  neft  zavodu  tikdirib 
istismara verir. 
Kokorev  və  Qubanin  1859-cu  ildə  Suraxanıda  Atəşgah  məbədi 
yaxınlığında ağ neft zavodu tikdirib işlədirlər. Neçə il sonra  məşhur rus alimi 
Mendeleyevin məsləhəti ilə bu zavodu təkmilləşdirirlər. 1870-ci ildə Bakıda 47 
zavod ağ neft emal edirdi. 
1871-ci  ildən  əl  qazması  vurğu  qazma  üsulu  ilə  əvəz  edilir.  Bununla 
da get-gedə qazılan quyuların sayı və dərinliyi xeyli artır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə