Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə68/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   64   65   66   67   68   69   70   71   ...   110

141 
 
Mirhəsən  Vəzirov  -  torpaq  komissarı  və  başqaları  hökumət  tərkibinə 
komissar kimi daxil edildilər. 
Bakı  Xalq  Komissarları  Soveti  bir  sıra  sosialist  tədbirləri  həyata 
keçirməyə başladı. 
1918-ci  ilin  yazında  Azərbaycanın  bir  sıra  qəzalarında  da  Sovet 
hakimiyyəti quruldu. 
Bakı Xalq Komissarları Soveti. Bakı Xalq Komissarları soveti təşkil 
olunduğu  birinci  gündən  bir  sıra  sosialist  islahatı  keçirdi;  hər  şeydən  əvvəl 
zəhmətkeşlərin  ağır  dolanacağını  qismən  də  olsa  yaxşılaşdırmağa  cəhd  etdi. 
Bakı  Kommunası  dövründə  sovet  Rusiyasına  1.500.000  ton  neft  göndərildi. 
Neft  sənayesi,  banklar,  şəhər  təsərrüfatı,  su  nəqliyyatı,  dəmir  yolu  və  sairə 
sahələrdə  yeni  qanun-qayda  yaradıldı.  Mülkədar  torpaqlarının  kəndlilərə 
paylanması  haqqında  dekret  verildi,  banklar,  neft  sənayesi,  Xəzər  ticarət 
gəmiçiliyi, balıq vətəgələri milliləşdirildi. 
Bakının müdafiəsini möhkəmləndirmək məqsədilə gənc Sovet dövləti 
Petrovun başçılığı altında neft şəhərinə 8.720 süngüsü olan bir dəstə göndərdi; 
onlardan  yalnız  780 nəfəri gəlib Bakıya  çatdı; çoxunu  Saritsində  (Volqoqrad) 
saxlamışdılar. 
1918-ci  ilin  ortalarında  İrandakı  Rus  korpusunun  bir  hissəsi  1.500 
süngülü  Kazak  dəstəsi  Lazar  Biçeraxovun  başçılığı  ilə,  Korqanovla  bağlanan 
müqavilə əsasında, türklərə qarşı vuruşmaq üçün Ənzəlidən Ələtə gəlir, oradan 
da cəbhəyə yollanır. 
Lazar Biçeraxova çar ordusunda ləkəli  və rəzil adam  kimi baxırdılar. 
Hələ  müharibədən  əvvəl,  ədəbsiz  hərəkəti  üçün  zabitlərdən  biri  onu  şillələyir. 
Hərbi ənənənin və qanun-qaydanın əleyhinə zabiti duelə çağırmır, buna görə də 
onu  qorxaq  adlandırıb  ordudan  qovurlar.  O  da  İrana  kedir  və  rus  korpusunda 
xidmətə başlayır; polkovnik rütbəsinə qədər qalxa bilir, lakin hərbçilər ona heç 
vaxt hörmət etmirlər. 
İnqilab  komitəsi  mart  hadisələrindən  sonra  Qızıl  qvardiya  hissələrini 
möhkəmlətmək və əhaliyə yardım məqsədilə neft sənayeçilərindən, banklardan, 
ticarət-sənaye 
firmalarından,  gəmi  sahiblərindən,  fabrik  və  zavod 
cəmiyyətlərindən,  neft  emalı  zavodu,  vətəgə  sahiblərindən  və  s.  50.000.000 
manat  cərimə  istəyir.  Kapitalistlər  bu  məbləği  verməkdən  boyun  qaçırdırlar. 
İnqilab komitəsi onları həbsxanaya salmaqla təhdid edir. Tələb olunan məbləği 
ödəyirlər. 
Xarici  silahlı  müdaxiləçilərin  Azərbaycana  soxulduğu  dövrdə  - 
Bakıda,  mədən  və  zavodlarda  vəziyyət  ağırlaşırdı,  Əksinqilabçı  partiyalar 
bundan öz xeyirlərinə istifadə edirdi; vəziyyəti ancaq xaricdən yardım almaqla 
düzəltmək şüarını irəli sürürlər; fikirləri - ingilisləri Bakıya gətirmək idi. 
Neft  sənayesini  milliləşdirərkən  «Sovet  syezd»  etiraz  etdi.  Eyni 
zamanda  hər  tərəfdən  pozucu  fəaliyyətə  başladılar.  Mədənlərdə  avadanlığı 


142 
 
yaramaz  hala  salır,  gizlədirdilər.  Böyük  bankir  və  neftxudalar  İrana, 
Gürcüstana,  Şimali  Qafqaza  qaçır,  saxta  sənədlə  banklarda  olan  pulları  alır, 
yaxın adamlarına verirdilər. 
İngilislərlə yaxın olanlar hər yerdə Sovet hökumətinin əleyhinə qızğın 
təbliğat  aparır  və  pozuculuq  fəaliyyəti  göstərirdilər.  Təxribat,  əksinqilabi 
fəaliyyət  və  təbliğat  iyul  ayının  24-də  pis  nəticə  verdi.  Keçirilən  mitinqlərdə 
bolşevikləri sıxışdırdılar. N. N. Kolesnikova  yuxarıda  göstərdiyimiz  kitabdakı 
xatirələrində  yazır:  «Mitinq  Bayıldakı  körpülərdən  birində  keçiriləcəkdi.  Mən 
müəyyən  edilmiş  vaxtda  gəldim.  Heç  kəs  yox  idi.  Sonra  yavaş-yavaş,  bir-bir, 
iki-bir  adamlar  yığıldı.  Mitinqi  açdıq,  elə  ki,  mən  danışmağa  başladım,  hər 
tərəfdən  zəhərli,  acıqlı  sual  və  replika  yağdırdılar:  «haçan  çörək  olacaq?», 
«Görünür  komissarların  kefləri  kök,  güzəranları  çox  yaxşıdır,  camaat  barədə 
heç  fikirləşmirlər».  Nə  qədər  cəhd  etdim  ki,  məclisi  ələ  alım,  adamları  başa 
salım  ki,  çətinlik  müvəqqətidir,  keçib  gedəcək,  heç  nə  çıxmadı,  zor-bəla  ilə 
ancaq yarım saat danışa bildim. 
Eser, menşevik və daşnaklar çıxışlarında bütün günahları bolşeviklərin 
boynuna  yıxdılar,  dedilər  ki,  camaatın  çəkdiyi  bütün  iztirab,  əziyyət  və 
çətinliklər  yalnız  onların  ucbatındandır.  Axırda  sürəkli  alqışlarla  ingilisləri 
Bakıya dəvət etməyi qərara aldılar. 
Özümü  itirmiş  halda  Bakı  komitəsinə  gəldim,  öz-özümü 
bacarıqsızlıqda günahlandırırdım. Bu vaxt başqa yerlərdəki mitinqlərdə   çıxış 
edən yoldaşlar da gəlib çıxdılar. Mən düşdüyüm biabırçı vəziyyəti nəql edəndə, 
sözümü kəsib dedilər ki, onların da başına eynilə mənim başıma gələnlər gəlib, 
hətta bəzi kişi natiqləri tribunadan sürüyüb yerə salıblar». 
Mühasirədə  qalmış  Bakı  əhalisi  həddindən  çox  aclıq  çəkirdi.  Şimali 
Qafqazdan  göndəriləcək  taxıl  gəlib  çıxmırdı.  Bakı  fəhlələrinin  çörək  payı 
azaldılmışdı, gündə adambaşına yarım kirvəngə (200 qram) çörək verilirdi. Bu 
paya çox məhdud miqdarda fındıq və günəbaxan tumu əlavə edilirdi. 
Mürtəce  menşevik,  daşnak,  eser  və  xırda  burjuaziya  partiyaları 
əhalinin  maddi  vəziyyətini  guya  yaxşılaşdırmaq  məqsədilə  tezliklə  İrandakı 
ingilis qoşunlarını Bakıya çağırmağı tələb edirdilər. Onlar ərzaq qıtlığı və hərbi 
uğursuzluqların  günahını  Xalq  Komissarları  Sovetinin  boynuna  yıxır  və 
böhtanlar atırdılar. 
Bütün  bunlar  Bakının  müdafiəsinə  ziyan  vururdu.  İyulun  25-də  Bakı 
Sovetinin  fövqəladə  iclası  keçirildi.  Rayon  Sovetlərinin  üzvləri,  gəmi 
komitələri və Qafqaz Ordusunun hərbi-inqilabi komitəsi də daxil olmaqla 500-
ə qədər adam iştirak edirdi. Adətən, bu cür iclasları Caparidze aparırdı, bu gün 
isə onun müavini daşnak Arakelyan sədrlik edirdi. 
Şaumyan gündəlikdəki hərbi və siyasi vəziyyət barədə məruzə etdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə