Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə97/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   93   94   95   96   97   98   99   100   ...   110

207 
 
Qayıqlar  Həştərxana  getdi,  mən  sərnişin  gəmisində  yollandım 
Ənzəliyə,  İrana.  Sənədləri  pul  gücünə  sahmana  salıb  qayıtdım  geri.  Elə  ki, 
qayıqlar  Həştərxandan  döndü,  İran  möhürü  vurulmuş  sənədləri  aparıb 
göstərdim Bakı gömrükxanasına. 
Ağqvardiyaçıların və  ingilislərin  mühafizə  gəmiləri,  qayıqları Bakı  – 
Mahaçqala - Həştərxan yollarına nəzarət edirdilər. 
Ekspedisiya  gəmilərində  maşın  yağı  və  benzin  daşıyan  başqa  bir 
kapitan  söhbət  edirdi  ki,  on  doqquzuncu  ildə  Kirovun  tapşırığı  ilə  məni 
Həştərxandan  Bakıya  yolladılar.  Aprelin  birinci  günlərində  Pirallahı  adasına 
gəldim. Ağzı lehimlənmiş qutularda çoxlu Nikolay pulu gətirmişdik. Rusiyanın 
banklarında qalmış, qiymətini itirib, xərclənməyən bu pullar Bakıda işə gedirdi. 
Məmurlara  rüşvət  verib  iş  aşırırdıq  mal  alırdıq.  Gətirdiyim  pulları  Zirə 
kəndinin yaxınlığında gizlətdik, sonra da ekspedisiyaya təhvil verdik. Təzədən 
benzin,  bir  də  maşın  yağı  alıb  gəmiyə  vurduq.  Gəmi  yelkənli  idi,  motoru  da 
vardı.  Axşamüstü  yola  düşdük.  «Afrika»  gözətçi  gəmisi  sənədlərə  baxıb,  bizi 
ləngitmədi.  Çox  çəkmədi,  xəzri  başladı.  Gedib  Zənbil  (Bulla)  adasına  çıxdıq. 
Ərzaq  və  su  götürmüşdük;  quru  şeylər  idi.  Ocaq  qalayıb  xörək  bişirmək 
olmazdı.  Benzin bir qığılcımdan alışa  bilərdi.  İkinci  gün xəzri gilavarla    əvəz 
oldu, yelkənləri açıb dənizə çıxdıq. Şərq sahilinə səmt götürdük. Külək birdən 
dəyişdi, təzədən xəzri başladı. Yelkənlər şişib, qayıq öz-özünə cənuba üzürdü. 
Ha  əlləşdik  bir  şey  çıxmadı,  bizi  gətirdi  Xorbaşına.  Bu  arada  vətəgə    çoxdu.   
Girdik  körfəzə.  Durbinlə    baxanda  sahildə    kazakların  gəzişdiyini    gördük. 
Əyinlərində hərbi libas, böyürlərində şaşka, tapança... pis yerdə axşamlamışdıq. 
Çəlləklərdən  şirin  suyu  boşaltdıq.  Çox  keçmədi  kazaklar  iki  qayıqda 
bizə yaxınlaşdılar, gəmiyə qalxdılar. Başladılar axtarışa. Əvvəl qayığı, sonra da 
adamları  yoxladılar.  Sənədləri  götürüb, məni  apardılar qırağa. 
Binanın  qabağındakı  meydanda  dar  ağacından  iki  cənazə  asılmışdı. 
Külək  əsdikcə  yellənirdilər.  Bir  nəfəri  boğazından,  o  birisini  ayaqlarından 
asmışdılar.  Boğazından  asılan  ölmüşdü,  o  birisi  zəif-zəif  xırıldayırdı.  Birdən 
qapının ağzında ağzı bağlı, kəndirlə dörd çarpaz sarınmış çuvalın tərpəndiyini 
gördüm, zarıltı səsi eşidilirdi. 
Birtəhər  özümü  ələ  aldım.  Otağa  girdik.  Sənədləri  təzədən  diqqətlə 
yoxladılar,  bir  zabit  başladı  sorğu-suala:  «Hara  gedirsiz?»  «Kimsiz!», 
«Daşıdığınız mal kiminkidir? Mal sahibi nə çarədir?». Cavab verib dedim  ki,  
hamısı    sənədlərdə  yazılıb.    «Bolşeviksiz?»,  «Yox  a!  Nə  danışırsız?»,  «Sizi 
külək  gətirdi  bura?»,  «Yox,  dənizdə  külək  bizi    çox  hərlətmişdi,  içməli  su 
qurtarmışdı.  Dənizdə    balıqçılara    rast  gəldik.  Onlardan  xəbər  aldıq  ki, 
Xorbaşında  kim  var.  Dedilər  özümüzünkülərdir.  Bolşevikləri      qovublar. 
Kazaklar qayda-qanun düzəldiblər. Ürəkləndik. Gəldik ki, su götürək...» 
«Bolşevik olan yerdə rahatlıq olmaz. Ölüləri dz  xatalıdır» deyə zabit 
keçdi o biri otağa, telefonla Lənkərana xəbər verdi ki, yelkənli gəmi tutmuşuq, 


208 
 
benzin  dolu  bidonlar  yüklənib.  Guya  Ənzəliyə  gedirlər.  Nə  edək?».  Bir  azdan 
zabit qayıdıb xəbər verdi ki,  sizi buraxırıq... Razılıq etdim: «Cənab zabit, sağ 
ol...  Qurudan  təzəcə  yel  əsir,  icazə  verin  körfəzdən  dənizə  çıxalar.  Mən 
burdayam... Kapitansız heç yerə gedə bilməzlər, sənədlər də sizdədir». 
Zabit  razılaşdı.  Uşaqlara  tez  him  elədim.  Gəmi  körfəzdən  təzəcə 
dənizə çıxmışdı ki, başqa bir zabit otaqdan yüyürüb qışqırdı: «Yelkənli gəmini 
saxlayın! Lənkərandan əmr var ki, buraxmayın onları!». 
Bir soldat sahilə qaçıb yoldaşlarıma qışqırdı: «Getməyin! Gözləyin!». 
Zabit girdi otağa. Gördüm iş şuluqlaşır. Gəmidəkilər də məni dənizçi 
işarəsilə  tələsdirirdilər.  Şapkamı  qaldırıb,  işarə  ilə  başa  saldım  ki,  azca 
gözləyin. Dönüb soruşdum: «Cənab soldat, burda su başına harda çıxmaq olar? 
Rahatxana hardadır?». 
Soldat əlilə kolluğu göstərdi: «Odur ey, get ora». 
Kolluğa  girib,  sürünə-sürünə  özümü  verdim  dəniz  qırağına,  birtəhər 
ordakı  xırda  qayıqlardan  birinə  qalxdım,  avarları  tapıb  üz  tutdum  dənizə. 
Qorxudan  adamın  gücü  necə  də  birə  min  artarmış.  Birtəhər  özümü  yelkənli 
gəmiyə çatdırdım. Düşdük yola... 
Kazaklar  qışqırıq  sala-sala  tüfəngi  qapıb,  tutdular  bizi  gülləyə.  Gec 
idi. Güllə mənzilindən uzaqlaşmışdıq. Kapitan iri əlini saçlarına çəkib dərindən 
ah  çəkdi:  «Saçlarım  onda  ağardı.  Üç  saata.  Peçin  altında  başqa  sənəd  vardı. 
Ehtiyat  üçün  həmişə  bir  neçə  sənəd  götürürdük.  Başladıq  sağ  tərəfdə  dəniz 
qırağı ilə  üzü  yuxarı  üzməyə. Gilavar bərkiyirdi.  Dedim  ki, uşaqlar, bu külək 
bizi Həştərxana qədər qovacaq. Təkbəndin altını bərkidin. İri yelkəni endirdik 
ki, qayıq batmasın. Külək anbaan güclənirdi. Dəniz də şahə qalxırdı. Tamam su 
içində idik. Alt paltarımız da islanmışdı. Göz-gözü görmürdü. Fırtına yelkənini 
qaldırmışdıq,  balacaydı  deyə  gəmini  qoymurdu  ləngər  vursun.  Yel  gəmimizi 
elə  qovurdu  ki,  güllə  atsaydılar  çatmazdı.  Yeddinci  gün  külək  sakitləşdi, 
gördüm su dayazlaşır, dəryanın dibi görünür. Lot atdım, sarı gil gəldi. Sükanı 
köməkçimə tapşırıb, özüm gedib yatdım. Ayılanda gördüm gəmi əyilib, böyrü 
üstə  üzür.  Keçdim  sükanın  dalına,  birtəhər  gəmini  qaydada  oturtdum.  Lövbər 
atdım.  Yelkənləri  endirdik.  Taqətdən  düşmüşdük.  Hamımız  uzanıb  yatdıq. 
Sabahı  gün  ayılanda  gördük  ki,  sahildə  bir  neçə  nəfər  balıqçı  dayanıb 
təəccüblə,  qorxu  ilə  bizə  baxırlar.  Birtəhər,  əl-qol  işarəsilə,  tütün,  papiros, 
konserv göstərib yaxına çağırdıq. Haqlarını verdik, bizi yedəyə götürüb, kanala 
qədər  sürüdülər.  Ordan  o  yana  hərbi  limandan  kater  gəlib  bizi  apardı. 
Həştərxanda bizi sevinclə qarşıladılar. 
Gətirdiyimiz  benzindən  təyyarələrə  töküb  sabahı  gün  başladılar 
ağqvardiyaçı və ingilis gəmilərini bombardman etməyə. 
Bir həftə sonra gəmimizə çoxlu pul, silah və siyasi ədəbiyyat yükləyib 
yenidən Bakıya yola saldılar. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə